______________Milli Kitabxana_______________
304
Baxmayaraq ki, Milli Teatrın Moskva qastrollarından sonra
Azərbaycan teatrının 100 illiyi ilə əlaqədar SSRİ Ali Soveti
Pəyasət Heyətinin 7 avqust 1974-cü il tarixli fərmanı ilə Mehdi
Əsədulla oğlu Məmmədova SSRİ xalq artisti fəxri adı verilir.
Çox mühüm həyat hadisədidir azərbaycanlı bir kimsə üçün...
azərbaycanlı bir sənətçi üçün... və bu hadisənin
gerçəkləşməsində də yenə Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyevin avtoriteti böyük rol oynayır.
Baxmayaraq ki, 1974-cü ilin 22 noyabrından Mehdi Opera
və Balet Teatrında quruluşçu rejissor vəzifəsinə bir daha işə
götürülür.
Bəs əgər elə isə mən niyə 1974-cü ili Mehdi ömrünün ən
çətin illərindən biri kimi qələmə verirəm? Tələsməyin, hər şey
birmənalı anlaşılmaz. İki hissəli “İnsan” mənzum faciəsinin
Milli Teatrda hələ məşqləri gedərkən Mehdi “Bakı” axşam
qəzetinin müxbirinə intervyu verib deyir:
“Əsərin məziyyəti
onun ideya-estetik dəyərindədir (xahiş olunur məntiqi dəqiq
izləyin - A.T.). İnsanı bir neçə dəfə oxumuşam. Diqqətimi cəlb
edib. Çünki müasirlik baxımından çox əhəmiyyətlidir (Mehdi öz
estetik bilgilərindən kənara sapmır; müasirliyi estetik kateqoriyalar
siyahısında bəlkə də birinci yerə qoyur - A.T.)... İstər İsrailin
təcavüzkar basqınları, istərsə də Çili xuntasının eybəcər sifəti bu
və ya digər mənada faşizmi xatırladır (Sovetlər imperiyasında
staqnasiya dövrünün xarici siyasəti: pis nə varsa, İttifaq sərhədindən
o üzdədir - A.T.) . Səməd Vurğunun “İnsan” pyesində xeyirlə
şərin, ağılla qılıncın mübarizəsi göstərilmişdir. Düzdür, əsərdə
bəzi bədii kəsirlər nəzərə çarpır. Lakin bunlar çox cüzidir.
Pyesdə bir sıra dəyişikliklər aparılmış, ixtisarlar edilmişdir.
Bunun əvəzinə şairin ədəbi irsindən bəzi şeir parçaları pyesə
əlavə olunmuşdur”.
219
Mən birinci dəfədir ki, Mehdini bu cür
könülsüz, boğazdan yuxarı danışan, nitqinə laqeyd görürəm.
Sanki onda heç bir coşqu, emosiya yoxdur. Birdəfəlik qəbul
eləyək ki, Mehdi S.Vurğun mətninin son dərəcə zəif olduğunu
bilirdi. Onda bu pyesi niyə götürmüşdü? Teatrın 100 illik
yubileyinə görəmi, qarşıda gözlənilən Moskva qastrollarına
görəmi? Bəlkə Mehdi “İnsan”ı faşizm üzərində qələbənin 30-
______________Milli Kitabxana_______________
305
cu ildönümünə ithaf eləmək istəmişdi? Olmaya maddi ehtiyac
onu buna sövq eləmişdi? Bəlkə Mehdi elə öz arzusunu
gerçəkləşdirmişdi? Bu sualların heç birinə dəqiq cavab bula
bilmədim.
Yaxşı, onda bəs problem nədədir? 1974-cü il martın 1-də
“İnsan” tamaşasının premyerası seyçilərə göstərilir. Hələ 1945-
ci ildə Ədil İskəndərov bu pyesdən imtina etmişdi və digər
rejissorların
220
quruluşunda hazırlanmış eyniadlı tamaşa, hətta
bütün rolların truppada bir nömrəli aktyorlara tapşırılmasına
baxmayaraq, son dərəcə uğursuz alınmışdı. Mehdinin də, yəqin
ki, bundan xəbəri vardı. Digər tərəfdən Mehdi öz şəxsi
yaradıcılığından bilirdi ki, müharibə mövzusu ona çətinliklə
ram olur. Sübut “Gənc qvardiya”nın, “Uzaq sahillərdə”nin
səhnə taleyidir. Hər iki tamaşa Azərbaycan teatr mədniyyətində
pozitiv qarşılansa da, qədərincə tutarlı iradlara məruz qalmışdı.
Odur ki, Mehdi “İnsan” pyesinə müraciət etməklə başa düşürdü
ki, müəyyən qədər riskə gedir. Başqa bir yöndən isə II Dünya
Savaşında sovet xalqlarının qələbəsinin 30 illiyini qutlamaq
baxımından bu pyesin repertuarda yeri vardı və mən elə
fikirləşirəm ki, S.Vurğunun “İnsan”ı Moskva qastrolları
ərəfəsində teatra yuxarıdan sifariş edilmişdi. Bir məqamı da
hökmən vurğulamaq istərdim: “İnsan” pyesi Mehdinin özünü
də maraqlandırırdı, xüsusilə də əsərin qəhrəmanı filosof
Şahbaz. Mehdi Şahbaza, heç şübhəsiz ki, Fedya Protasovun,
Xəyyamın XX əsrin qlobal kataklizmləri müstəvisində peyda
olmuş invariantı kimi yanaşırdı və haradasa onu müharibə
çağının Hamleti bilirdi.
“Qalib gələcəkmi cahanda kamal?” sualına cavab axtarırdı
Şahbaz. Bunu “olum, ya ölüm” sorusunun yeni təzahür
modifikasiyası saymaq mümkünmü? Qalib gələcəksə, olum!
Yox, ölüm! Paralel məntiqidir. Deməli, Mehdi öz getdiyi
yolundan dönmür, hamletizmdən dönmür, öz fikirlər
paradiqmasına, öz estetikasına, öz üslubuna xəyanət eləmir.
Əslində, Mehdi bir rejissor kimi, bir düşünər kimi hamletizm
______________Milli Kitabxana_______________
306
xətti üzrə addımlamaqla “insan mövcudluğunun mənası”nı
aşkarlamağa, dərk etməyə və tamaşaçılara anlatmağa bir
Hamlet ehtirası ilə çalışırdı və çalışa-çalışa bilirdi ki, bu məna
bir ilğımdır, bir kabusdur. Bunu bilə-bilə Mehdi inadla öz işini
davam etdirirdi və istəyirdi ki, “İnsan” onun nə “Canlı
meyit”indən geri qalsın, nə də Xəyyamından. Ol səbəbdən
Mehdi trafaret bir mövzuya yeni baxım bucağı tapmaq
niyyətilə oğlu Elçinə müraciət etmişdi. II Cahan savaşının
kolliziyalarını, faşizmin mahiyyətini, qəhrəmanlıq
mübarizəsinin stixiyasını musiqi obrazlarında idealcasına
çalmış Dmitri Şostakoviçin simfoniyasından yararlanmışdı. Və
əlavə olaraq bəstəkar Adil Bəbirova musiqi sifariş eləlmişdi: o,
“İnsan”ın əsas personajlarından biri Səhərin yazdığı “Hicran
nəğməsi”nin real müəllifi olmalıydı.
Tamaşanın rəssamı Elçin Məmmədov pyesin hadisələr
məkanını döyüş meydançası kimi müəyyənləşdirmişdi və
səhnəyə müharibə dövründə tank əleyhinə istifadə edilən
görünüşcə zorba “kirpi” modellərini düzdürmüşdü. Ortada isə
guya ki pyesin personajlarından biri Valentinin (S.Pzayev)
yapdığı “Qardaşlıq” monumenti ucalırdı. Bu monument həm
cəbhəni eyhamlaşdırırdı, həm də müharibə qurbanlarının
ziyarət yerini bildirirdi. Pyesin epizodları “montaj” prinsipilə
monumentin gah bir, gah da o biri tərəfində işıqlandırırlırdı.
Yaşar Qarayev tamaşanın tərtibatının ona güclü emosional təsir
göstərdiyini gizlətmirdi: “Rəssam təkcə bir neçə detalı dəyişir
və “qardaşlıq abidəsi” Osvensimin (Auşvits - A.T.) bir
parçasına, kamalın həbs olunduğu məhbəsə çevrilir. Bu məhbəs
boşluqdan və rəmzi bir məhəccərdən ibarətdir. Burada qapı,
pəncərə (çıxış yolu!) yoxdur. Qaranlıq boşluq, tutqun, sərt fon,
tünd rənglər burada ağlın məhbəsdə çırpındığını ifadə edir.
Yaxşı ki, rəssam ştampa çevrilmiş, standart, zolaqlı məhbəs
geyimlərindən qaçmış, əsirləri adi əskər paltarında saxlamışdır.
Həmçinin “canlı tonqal” epizodu da əşyasız boş səhnədə
cərəyan edir. İnsandan və işıqdan (alovdan) başqa burada heç
Dostları ilə paylaş: |