Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə93/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   89   90   91   92   93   94   95   96   ...   114

______________Milli Kitabxana_______________ 
298 
öləcək: yalnız bir “ah” çıxacaq dilindən... və bunu yalnız 
özgələr eşidəcək... Sənətlə  həyat sərhədinin qarışdığı 
nöqtə... 
     Mehdi  Məmmədov təqribən 6 aya hazırladı “Xəyyam” 
tamaşasını: 6 pərdəlik dramı üç hissəyə  yığdı  və  mətni 
misteriya, şəbih tamaşası variantı kimi görükdürdü səhnədə. O, 
Cavid mətnini dəyişmədi, ancaq çətin anlaşılan  ərəb-fars 
sözlərinin bəzilərini türk kəlmələrilə  əvəzlədi, Caviddən 
Cavidə azacıq  şeir  əlavələri etdi. Mehdi ədəbi-bədii mətnə 
həmişə böyük ehtiramla yanaşan rejissorlardan olub: sanıb ki, 
Yazı canlıdır, bütövdür, pakdır və ülvidir. Odur ki, Mehdi 
müasir dramaturqlarla ədəbi mətn urvatlı bir səviyyəyə çatana 
qədər işləyirdi; klassik pyeslərin mətnlərinə isə toxunmurdu. 
Bununla yanaşı o, özünə icazə verirdi ki, hərdən zəmanənin 
teatr dəbinə uyğun ixtisarlar aparsın. Amma Mehdi heç vaxt 
heç kimin yerinə heç nə yazmırdı; özündən əlavələr yazmırdı. 
Ona  əlavələr lazım olanda isə elə  həmən dramaturqun 
yaradıcılığına müraciət edirdi. Mehdi Məmmədov təkcə 
hansısa bir dramaturqun hər hansı bir pyesini tamaşaya 
hazırlamırdı. O, çalışırdı ki, dramaturqun pyesində 
canlandırdığı dövrü gətirsin səhnəyə. Ol səbəbdən Mehdi 
müəyyən bir klassik əsərə quruluş verəndə  əvvəlcə kiçik bir 
tədqiqat işi aparırdı: öncə  əsri, qərinəni öyrənirdi, sonra 
dramaturqu. Və yalnız bundan sonra pyesi təhlil etməyi 
mümkün sayırdı. “Xəyyam”la da belə olmuşdu: o, Xəyyamın 
rübailərindən Xəyyamın fəlsəfəsinə, Xəyyamın fəlsəfəsindən 
Xəyyamın dövrünə bir pəncərə açmışdı. 
     Mehdi  Məmmədov Azərbaycan səhnəsində “Xəyyam” 
dramını fenomenal bir şəkildə  sərgiləməklə Azərbaycan 
poeziya teatrının ideal modelini, Şərq teatrının mümkün 
variantını yaratdı. O, pyesin emosional, diri kompozisiyalarını 
vahid bir üslub nizamında cilalayıb bütöv və son dərəcə 
suggestiv bir tamaşa qurdu səhnədə. Və elə buna görə  də 
ədəbiyyatşünas Məmməd Arifə elə  gəlirdi ki, çox yumşaq, 


______________Milli Kitabxana_______________ 
299 
plastik, şairanə, əlvan, romantik pritça, nağıl təəssüratı oyadan 
bu tamaşa “qranitdən yonulub”, yəni üslubca birətədir, tamdır. 
“Xəyyam” tamaşasında məhz zövq, miniatür qəşəngliyində, 
əruz ahəngində gözlənilən üslub və aktyorların ifasındakı 
həqiqi emosiya bu səhnə əsərini pafos və patetika “bataqlığına” 
yuvarlanmağa qoymurdu, ritorikanı “söndürürdü”. 
     Bilməm nə üçün mən bu tamaşaya baxmaya-baxmaya ona 
vuruldum, onu sevdim, hətta “Dəli yığıncağı”ndan da artıq 
sevdim.  Əgər yaşım imkan versəydi... və  mən o zaman 
“Xəyyam”ı  səhnədə görsəydim... və  əlimdə  səlahiyyətim 
olsaydı... mən Dövlət mükafatına “İblis”i yox, “Xəyyam”ı 
təqdim edərdim... Yəni “fələyin yazdığını mən poza bilsəydim 
həmən”...  
     Olum, ya ölüm? 
     Ölüm nəmənə, əlbəttə ki, olmaq...  
     “Xəyyam”dan sonra Şəfiqə  və Mehdi sevgisi ağızlarda 
gəzən bir dastan... Amma arada evlilik yox... Mehdi subaydır, 
yaraşıqlıdır və  qızlar, qadınlar ona heyran-heyran baxırlar, 
onunla bir kəlmə  kəsməkdən ötrü belə saatlarla Mehdinin 
küçəyə çıxmasını gözləyirlər...  
     Bu zaman Mehdi (1971-76-cı illər üçün) Azərbaycan Teatr 
Cəmiyyətinin (indiki Teatr Xadimləri  İttifaqının) sədri 
vəzifəsinə seçilir. Artıq oğlu Elçin rəssamdır, öz maraqlı həyatı 
və maraqlı sənət ideyaları ilə yaşayır. Onlar yenə əvvəlki kimi 
vaxtaşırı görüşürlər, söhbətləşirlər, zarafatlaşırlar və ayrılırlar. 
Bu məqamda Mehdinin sıx  əlaqə saxladığı insan qardaşı 
Teymurdur, Teymurun ailəsidir. Ömrünün bu mərhələsində 
Mehdinin məişəti, demək olar ki, bu ailə  tərəfindən 
tənzimlənir. Elə gün olmur ki (Azərbaycan Teatr Cəmiyyətində 
çalışarkən Mehdinin katibəsi Məlahət xanımın 
söylədiklərindən), Mehdi qardaşına zəng vurmasın. Teymurun 
oğlu teatrşünas  Əsəd də  hər gün əmisinin yanındadır, onun 
qulluğundadır. Amma Əsəd üçün Mehdi əmi yox, həmişəlik 
müəllimdir və o, bu gözəgörünməz sərhədi aşa bilmir... və heç 


______________Milli Kitabxana_______________ 
300 
buna cəhd də göstərmir. Hamı bir nəfər üçün, bir nəfərsə... 
sənət üçün... Azərbaycan üçün... 
     1971-ci ildə onu mayın 24-dən iyunun 10-na qədər Tiflis və 
Londona ezamiyyətə göndərirlər. Mehdi səfərdən dönən kimi 
aktrisa Firəngiz  Şərifovanı, yəni Abbas Mirzə  Şərişzadənin 
qızını, yanına çağırır və Firəngizə deyir ki, Şekspir Muzeyində 
onun atasının Hamlet rolunda şəklini görüb; odur ki, Firəngizi 
də Londona göndərmək istəyir. Az bir müddətdən sonra 
Firəngiz Şərifova da İngiltərəyə yola düşür. Bununla da Mehdi 
ilk dəfə sədr səlahiyyətlərindən yararlanıb Firəngiz xanım üçün 
qürrələnmək, fəxr duymaq imkanı yaradır və sanki teatr 
mədəniyyətinin Abbas Mirzə qarşısında mənəvi borcunu
qismən də olsa, qaytarmağa çalışır. Nəzərə alsaq ki, Sovetlər 
Birliyində kapitalist ölkələrinə getmək nə dərəcədə çətin bir iş 
idi, Mehdi Məmmədovun atdığı addımın dəyəri daha böyük 
masştablarda aşkarlanacaq. 
     Həmin bu 1971-ci ildə Mehdi baba olur: Elçinin ilk övladı 
Kərim dünyaya gəlir. Onun bu hadisəyə reaksiyası çox 
pozitivdir: o, sevinir və eyni zamanda bığaltı  qımışıb 
gülümsünür. Nə tez keçdi vaxt? Axı mən də hələ qoca deyiləm. 
     1971-ci  ildə Mehdi Məmmədov üç kitab nəşr elətdirir: 
birincisi 48 səhifədən ibarət monoqrafiyadır, Aleksandr 
Aleksandroviç Tuqanovun həyat və yardıcılığına həsr olunub; 
rus dilindədir. Mən artıq bir şünas kimi elə hesab edirəm ki, bu, 
Mehdinin  ən yaxşı  əsərlərindən biridir. Burada quru, dəqiq 
araşdırma və obyektiv qiymətləndirmə hər şeydən üstündür və 
Mehdi öz tədqiqat predmetinə  şəxsi münasibətini heç bir 
vəchlə önə çəkmir, yalnız faktları panoramlaşdırır. Görünür ki, 
bu monoqrafiya üzərində çalışarkən o, Moskva 
kitabxanalarından da mühüm tarixi məlumatlar toplayıb və 
Tuqanovun kimliyinə, onun həyat amalına Azərbaycan 
mədəniyyəti müstəvisində bir aydınlıq gətirib. Mehdi 
Məmmədovun bu monoqrafiyada açıqladığı faktlar yenidir;  
əsərin də konkret konsepsiyası var ki, buradan da Mehdinin 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə