Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə95/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   91   92   93   94   95   96   97   98   ...   114

______________Milli Kitabxana_______________ 
304 
     Baxmayaraq ki, Milli Teatrın Moskva qastrollarından sonra 
Azərbaycan teatrının 100 illiyi ilə  əlaqədar SSRİ Ali Soveti 
Pəyasət Heyətinin 7 avqust 1974-cü il tarixli fərmanı ilə Mehdi 
Əsədulla oğlu Məmmədova SSRİ xalq artisti fəxri adı verilir. 
Çox mühüm həyat hadisədidir azərbaycanlı bir kimsə üçün... 
azərbaycanlı bir sənətçi üçün... və bu hadisənin 
gerçəkləşməsində  də yenə Azərbaycan KP MK-nın birinci 
katibi Heydər Əliyevin avtoriteti böyük rol oynayır. 
     Baxmayaraq ki, 1974-cü ilin 22 noyabrından Mehdi Opera 
və Balet Teatrında quruluşçu rejissor vəzifəsinə bir daha işə 
götürülür. 
     Bəs  əgər elə isə  mən niyə 1974-cü ili Mehdi ömrünün ən 
çətin illərindən biri kimi qələmə verirəm? Tələsməyin, hər şey 
birmənalı anlaşılmaz.  İki hissəli “İnsan” mənzum faciəsinin 
Milli Teatrda hələ  məşqləri gedərkən Mehdi “Bakı” axşam 
qəzetinin müxbirinə intervyu verib deyir: 
“Əsərin məziyyəti 
onun ideya-estetik dəyərindədir  (xahiş olunur məntiqi dəqiq 
izləyin - A.T.). İnsanı bir neçə  dəfə oxumuşam. Diqqətimi cəlb 
edib. Çünki müasirlik baxımından çox əhəmiyyətlidir (Mehdi öz 
estetik bilgilərindən kənara sapmır; müasirliyi estetik kateqoriyalar 
siyahısında bəlkə  də birinci yerə qoyur - A.T.)... İstər  İsrailin 
təcavüzkar basqınları, istərsə də Çili xuntasının eybəcər sifəti bu 
və ya digər mənada faşizmi xatırladır  (Sovetlər imperiyasında 
staqnasiya dövrünün xarici siyasəti: pis nə varsa, İttifaq sərhədindən 
o üzdədir - A.T.). Səməd Vurğunun “İnsan” pyesində xeyirlə 
şərin, ağılla qılıncın mübarizəsi göstərilmişdir. Düzdür, əsərdə 
bəzi bədii kəsirlər nəzərə çarpır. Lakin bunlar çox cüzidir. 
Pyesdə bir sıra dəyişikliklər aparılmış, ixtisarlar edilmişdir. 
Bunun  əvəzinə  şairin  ədəbi irsindən bəzi  şeir parçaları pyesə 
əlavə olunmuşdur”.
219
  Mən birinci dəfədir ki, Mehdini bu cür 
könülsüz, boğazdan yuxarı danışan, nitqinə laqeyd görürəm. 
Sanki onda heç bir coşqu, emosiya yoxdur. Birdəfəlik qəbul 
eləyək ki, Mehdi S.Vurğun mətninin son dərəcə zəif olduğunu 
bilirdi. Onda bu pyesi niyə götürmüşdü? Teatrın 100 illik 
yubileyinə görəmi, qarşıda gözlənilən Moskva qastrollarına 
görəmi? Bəlkə Mehdi “İnsan”ı faşizm üzərində  qələbənin 30-


______________Milli Kitabxana_______________ 
305 
cu ildönümünə ithaf eləmək istəmişdi? Olmaya maddi ehtiyac 
onu buna sövq eləmişdi? Bəlkə Mehdi elə öz arzusunu 
gerçəkləşdirmişdi? Bu sualların heç birinə  dəqiq cavab bula 
bilmədim.  
     Yaxşı, onda bəs problem nədədir? 1974-cü il martın 1-də 
“İnsan” tamaşasının premyerası seyçilərə göstərilir. Hələ 1945-
ci ildə  Ədil  İskəndərov bu pyesdən imtina etmişdi və digər 
rejissorların
220
 quruluşunda hazırlanmış eyniadlı tamaşa, hətta 
bütün rolların truppada bir nömrəli aktyorlara tapşırılmasına 
baxmayaraq, son dərəcə uğursuz alınmışdı. Mehdinin də, yəqin 
ki, bundan xəbəri vardı. Digər tərəfdən Mehdi öz şəxsi 
yaradıcılığından bilirdi ki, müharibə mövzusu ona çətinliklə 
ram olur. Sübut “Gənc qvardiya”nın, “Uzaq sahillərdə”nin 
səhnə taleyidir. Hər iki tamaşa Azərbaycan teatr mədniyyətində 
pozitiv qarşılansa da, qədərincə tutarlı iradlara məruz qalmışdı. 
Odur ki, Mehdi “İnsan” pyesinə müraciət etməklə başa düşürdü 
ki, müəyyən qədər riskə gedir. Başqa bir yöndən isə II Dünya 
Savaşında sovet xalqlarının qələbəsinin 30 illiyini qutlamaq 
baxımından bu pyesin repertuarda yeri vardı  və  mən elə 
fikirləşirəm ki, S.Vurğunun “İnsan”ı Moskva qastrolları 
ərəfəsində teatra yuxarıdan sifariş edilmişdi. Bir məqamı da 
hökmən vurğulamaq istərdim: “İnsan” pyesi Mehdinin özünü 
də maraqlandırırdı, xüsusilə  də  əsərin qəhrəmanı filosof 
Şahbaz. Mehdi Şahbaza, heç şübhəsiz ki, Fedya Protasovun, 
Xəyyamın XX əsrin qlobal kataklizmləri müstəvisində peyda 
olmuş invariantı kimi yanaşırdı  və haradasa onu müharibə 
çağının Hamleti bilirdi. 
     “Qalib  gələcəkmi cahanda kamal?” sualına cavab axtarırdı 
Şahbaz. Bunu “olum, ya ölüm” sorusunun yeni təzahür 
modifikasiyası saymaq mümkünmü? Qalib gələcəksə, olum! 
Yox, ölüm! Paralel məntiqidir. Deməli, Mehdi öz getdiyi 
yolundan dönmür, hamletizmdən dönmür, öz fikirlər 
paradiqmasına, öz estetikasına, öz üslubuna xəyanət eləmir. 
Əslində, Mehdi bir rejissor kimi, bir düşünər kimi hamletizm 


______________Milli Kitabxana_______________ 
306 
xətti üzrə addımlamaqla “insan mövcudluğunun mənası”nı 
aşkarlamağa, dərk etməyə  və tamaşaçılara anlatmağa bir 
Hamlet ehtirası ilə çalışırdı və çalışa-çalışa bilirdi ki, bu məna 
bir ilğımdır, bir kabusdur. Bunu bilə-bilə Mehdi inadla öz işini 
davam etdirirdi və istəyirdi ki, “İnsan” onun nə “Canlı 
meyit”indən geri qalsın, nə  də  Xəyyamından. Ol səbəbdən 
Mehdi trafaret bir mövzuya yeni baxım bucağı tapmaq 
niyyətilə  oğlu Elçinə müraciət etmişdi. II Cahan savaşının 
kolliziyalarını, faşizmin mahiyyətini, qəhrəmanlıq 
mübarizəsinin stixiyasını musiqi obrazlarında idealcasına 
çalmış Dmitri Şostakoviçin simfoniyasından yararlanmışdı. Və 
əlavə olaraq bəstəkar Adil Bəbirova musiqi sifariş eləlmişdi: o, 
“İnsan”ın  əsas personajlarından biri Səhərin yazdığı “Hicran 
nəğməsi”nin real müəllifi olmalıydı.   
     Tamaşanın rəssamı Elçin Məmmədov pyesin hadisələr 
məkanını döyüş meydançası kimi müəyyənləşdirmişdi və 
səhnəyə müharibə dövründə tank əleyhinə istifadə edilən 
görünüşcə zorba “kirpi” modellərini düzdürmüşdü. Ortada isə 
guya ki pyesin personajlarından biri Valentinin (S.Pzayev) 
yapdığı “Qardaşlıq” monumenti ucalırdı. Bu monument həm 
cəbhəni eyhamlaşdırırdı, həm də müharibə qurbanlarının 
ziyarət yerini bildirirdi. Pyesin epizodları “montaj” prinsipilə 
monumentin gah bir, gah da o biri tərəfində  işıqlandırırlırdı. 
Yaşar Qarayev tamaşanın tərtibatının ona güclü emosional təsir 
göstərdiyini gizlətmirdi: “Rəssam təkcə bir neçə detalı dəyişir 
və “qardaşlıq abidəsi” Osvensimin (Auşvits - A.T.) bir 
parçasına, kamalın həbs olunduğu məhbəsə çevrilir. Bu məhbəs 
boşluqdan və  rəmzi bir məhəccərdən ibarətdir. Burada qapı, 
pəncərə (çıxış yolu!) yoxdur. Qaranlıq boşluq, tutqun, sərt fon
tünd rənglər burada ağlın məhbəsdə  çırpındığını ifadə edir. 
Yaxşı ki, rəssam  ştampa çevrilmiş, standart, zolaqlı  məhbəs 
geyimlərindən qaçmış, əsirləri adi əskər paltarında saxlamışdır. 
Həmçinin “canlı tonqal” epizodu da əşyasız boş  səhnədə 
cərəyan edir. İnsandan və  işıqdan (alovdan) başqa burada heç 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə