Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə88/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   84   85   86   87   88   89   90   91   ...   114

______________Milli Kitabxana_______________ 
283 
məruzə eləyəcək. Bu məruzə Mehdinin rəsmi doğum tarixindən 
hesablanan 50 illiyinə həsr olunmuş yubiley gecəsinin bir növ 
proloqudur. Sonra təbriklər oxunacaq. Daha sonra ənənəvi çal-
çağır... və ya bədii hissə... 1969-cu ildə respublikanın, demək 
olar ki, bütün mətbu orqanlarında Mehdinin 50 yaşının tamam 
olması ilə  əlaqədar müxtəlif üslubda işlənmiş  məqalələr işıq 
üzü görəcək. Dostlar yazır, artistlər yazır, alimlər yazır... 
məqalələr konfetti kimi səpələnir... Mehdiyə təbrik məktubları 
göndərənlər də var. Bu məktublardan birinin müəllifi Mir 
Cəlaldır; 1969-cu ilin 12 aprelində imzalanıb. Mirmehdi 
Hüseynzadə, Lütfəli Abdullayev, Qılman  İlkin,  Əziz  Şərif, 
Rəsul Rza - Nigar Rəfibəyli cütlüyü, Yusif Yulduz və başqaları 
da Mehdiyə  təbriklər ünvanlayırlar. Bunlar, əsasən, o 
adamlardır ki, mətbuatda məqalə ilə  çıxış etməyiblər. Həmin 
məktublar təhkiyə baxımından, üslub baxımından az-çox 
fərqlənsələr də,  məzmunca tamam eynidirlər. Ona görə 
fikirləşdim ki, ayrı-seçkilik salıb heç kimi sitatlaşdırmayım. 
Hərçənd Mehdinin yubileyilə  əlaqədar toplanmış arxiv 
sənədləri içində biri mənim diqqətimi  əlüstü özünə  çəkdi. 
Çünki bu məktub birbaşa Mehdiyə yox, yubiley komissiyasına 
ünvanlanmışdı və anonim idi. Yazı manerasından həməncə hiss 
etdim ki, bu adam belə tipli məktublar tərtibləməkdən həzz 
duyub və onlardan yəqin Dövlət Təhlükəsizlik Komitəsinə  də 
vaxtaşırı göndərib. Amma mən onu da gördüm ki, bu məktub 
klişe, standart təbriknamə olmaqdan uzaqdır, “diri” və 
səmimidir. Güman ki, onu ordubadlı bir kimsə yazıb; və necə 
danışıbsa, eləcə də yazıb. Bu anonim məktubu, demək olar ki, 
redaktə işi aparmadan, Sizə təqdim eləyirəm: 
 
     “Mehdinin 50 illiy yubiley komissiyasına 
 
Mən nə ədəbiyyatçı, nə də diplomat dəyiləm. Odur ki, necə düşünürəm, 
o təhərdə də yazıram. 
Dünən televiziyada Mehdi Məmmədovun 50 illiyinə  həsr olunmuş 
verilişə qulaq asdım. 


______________Milli Kitabxana_______________ 
284 
Mehdinin vahid xüsusiyyətliyi məni çox düşündürdi. Artist, rejissor, 
professor, leksiya, yenə də artist? Bu adamı nə vadar edir (ki), rol ifa 
etsin, bu barədə mən fikirə getdim, maddi yoxsulluqmı? ya da filosofi 
Marksizm, Leninizm, Kommunizm propoqaqndası, təbliğatçısı  və 
təşviqatçısı yoxsulluğu. Bu ki professor vəzifəsində leksiya söyləyir! 
Mütəxəssis yetişdirir. Mehdi həyatda hansı sirriləri açmağa çalışır? 
Mehdinin rejissorluğunda Əli Qulu evlənir tamaşasındakı bir parçada 
müasir həyatdakı olan, artist Geraybəylinin yaraddığı  və  həqiqətdə 
bələ də var olan, vəzifə daşıyan tiplərin canlı sifətini xatırladım. 
    Mehdi rol seçir. 
    Gah sledovatel rolunu ifa edir. bu vəzifənin nə  qədər nəcib sənət 
olduğunu doğrulda bilir. Tolstoyun Canlı meyit əsərində isə Protasov 
rolunda bu nəcib vəzifəni sledovatelə sadaladığı zaman mənim xatirimə 
1937-nci ildəki  Əli Heydər Karayevin, Sultan Madjit Efendiyevin, 
Ruhulla Axundovun, Müşviqin, vəlx (və i.a.) , guya xəlq düşməni kibi 
cinayət işlərini aparan sledovatellər, imdi hal-hazırda bəzi vəzifə 
aparan  şəxslərin siması gözümün önündə canlandı.  İmdi bu qərara 
gəldim ki, Mehdinin tazadan teatra qayıtması onun Lenin ideyasına 
möhkəm düçarlığıdır. Oni, müasir zamanda, bəzi, yenidən əmələ gəlmiş 
vəzifə sahiblərinin Leninin göstərişlərindən uzaqlaşmaları vadar edib 
(teatra qayıtmağa - kursiv A.T.). Bu əsl kommunizm ideyası 
propoqandistini bir auditoriyada söylədiyi leksiya, yetişdirdiyi 
sənətkarlar qəlbini sakitləşdirə bilmir. Bu ali cənab sənətkar imdinin 
hal-hazırda cildə girmiş tipləri(ni) yaxşı görür və bir sənətkar kibi 
qamçılaya bilir. Məni bir məsələ burada darıxdırır? Tapılacaqmı?.. 
yazıçılar arasında (hanı) eylə bir qoççaqkı Mehdiyə öz yaradıcı əsərilə 
səs versin, onun oynamak, yaratmaq istədiyi qəhrəmanı  aşkara 
çıxarsın. Mən sözümün axırında  əllərimi yuxarı qaldırıb Mehdiyə 
cansağlığı, quru böhtandan, acı yalandan, bir də zavaldan midafiə arzu 
edirəm. 
             
                İmza: Adımı bilməsən də keçər. 
11.04.69”. 
  
     Dövrün təzadları, atmosferi, ideolojisi, demaqogiyası var bu 
məktubda. Bir uşaqlıq, bir sadəlövhlük, bir səmimilik də var bu 
məktubda. Mehdini anlamaq, onun məqsədini aydınlaşdırmaq, 
ictimai mövqeyini müəyyənləşdirmək cəhdi də var bu 
məktubda. Elə bu səbəbdən də anonimçi naməsini monoqrafiya 
səhifələrinə  çıxartdım. Mehdi və onun adi seyrçisi və ya adi 


______________Milli Kitabxana_______________ 
285 
seyrçi gözündə, düşüncəsində Mehdi. Azərbaycanlı bolşevikin, 
Allahına tapınan (Mehdi üçün əllərini yuxarı qaldırır) 
kommunistin sırf sosial müstəvidə Mehdiyə münasibəti. Mənə 
bu anonim məktub ləzzət elədi. Nədən ki, orada Mehdiylə  və 
eyni zamanda mənimlə birbaşa dövrün özü danışırdı.
       
     Teatr  da  Mehdinin  50  yaşını  təntənəli yubiley gecəsi ilə 
qutlayır.  Yubiley mərasimində birinci skripka rolunu Rza 
Təhmasib və Mustafa Mərdanov ifa edirlər. Sözlər... sözlər... 
sözlər... Tərifli və xoş sözlər... Bu yubileylərdən sağlığında çox 
az sənətçilərə qismət olur. Mehdi isə öz yubileyinin fərəhini 
yaşadı, dadını  çıxartdı. Azərbaycanın xalq artistinin şərəfinə 
dost-tanış arasında məclislər açıldı, badələr nuş edildi. 
Camaatda Mehdiyə sevgi və maraq böyük idi. Tədbir tədbirə 
calanmışdı. Yubilyar göyün yeddinci qatına yüksəlmişdi. 
Əvəzində Mehdiyə 70-ni, 75-ni yaşamaq nəsib olmadı və mən 
düşünürəm ki, onun 50 illiyi nə yaxşı belə  təmtəraqla 
keçirilibmiş... Hərçənd bu yubiley məktublərı, yubiley 
məqalələri, yubiley təbriknamələri sırasında nə  Ədil 
İskəndərovun, nə  də Tofiq Kazımovun adlarına rast gəldim... 
Ey, gidi dünya... Amma inciməyinə dəyməz: məlum məsələdir 
ki, hətta iki pinəçi də bir-birini bəyənmir... 
     “Fələyin gərdişi rəqqasə qadınlar kimidir” və onun rəqsanə 
şəkildə yazdığını bir kimsə poza bilməz, heyhat...
 
     12 mart 1970-ci il. Milli Teatrda premyera: “Xəyyam”. 
Azərbaycan ziyalılarının gözündə bu, bir partlayış, üsyan. 
Hüseyn Cavid gəlmiş  səhnəyə... Onun “Xəyyam”ı  gəlmiş 
səhnəyə... Əcəba, nə mutlu bir gün... 35 il keçər dramın qələmə 
alındığı tarixdən, amma bir gün də oynanılmaz. Millətin 
aydınları illərcə bəklər “Xəyyam”ı; bəklər və “Hüseyn Cavid” 
deyib sızlar. Yalnız Mehdi bir gün əlini uzadıb tarixin boşuna 
fırlanan çarxını saxlar, seyrçilərə Xəyyam libasında görünər... 
     Mənim hələ bunlardan xəbərim yoxdur. Cəmi on iki yaşım 
var: atamla anamın “Xəyyam”ın premyerasından coşqu ilə 
danışdıqları eynimə deyil. Amma tez-tez təkrarlanan “Şəfiqə və 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə