Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə87/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   83   84   85   86   87   88   89   90   ...   114

______________Milli Kitabxana_______________ 
280 
məşqlərinə başlamırdı. “Canlı meyit”in də teatral magiyası, 
şeiriyyəti güclü idi. 
     Rejissor  Mehdi  qaraçı  rəqslərini xəfif bir külək kimi oyun 
məkanına gətirirdi. Bu zaman səhnədən sanki bir dalğa keçirdi 
və bu dalğanın “pipiyində” Maşa xrizantem gülü kimi 
saçaqlana-saçaqlana rəqs edirdi. “Canlı meyit” tamaşasında 
Mehdi mizanlar qurmamışdı, o, səhnə planşeti üzərinə  Şəfiqə 
Məmmədova ilə birlikdə şeirlər yazmışdı. 
     Mehdinin  tamaşasının bütün əsas iştirakçıları teatralcasına 
yaraşıqlı idilər, teatralcasına qəşəng danışırdılar və kübarcasına 
teatral davranırdılar, əlbəttə ki, bir Maşadan savayı. Teatrallıq 
onun rəqslərində, oxumalarında görükürdü yalnız. Leyla 
Bədirbəyli, Əli Zeynalov, Məlik Dadaşov, Mirvari Novruzova
Səfurə İbrahimova, Kamil Qubuşov tamaşanın teatral qanadını, 
teatral simasını, səhnə  dəbdəbəsini təmsil edirdilər,  Şəfiqə 
Məmmədova,  İsmayıl Osmanlı, Sadıq Saleh, Ağasadıq 
Gəraybəyli isə psixoloji realizm müstəvisində qərarlaşmışdılar. 
Aktyor Mehdi rejissor Mehdinin qurduğu səhnə oyununda bu 
iki qütbün arasında bir ötürücü qismində dayanmışdı. Ancaq 
aktyorlar, istər o tərəf olsun, istər bu tərəf, səhnədə ehtiraslı 
oyun tərzi sərgiləyirdilər. Məlik Dadaşov bütün varlığı ilə 
Viktor Kareninin mühitinə və mövqeyinə bəraət qazandırmağa 
çalışırdı, Protasovun aqibətini Protasovun öz qüsurlu xislətinin 
məntiqi nəticəsi bilirdi. Aktyor Karenini psixofizioloji 
gərginliyin apogeyində oynayırdı: sanki kiməsə  qışqırmaq, 
kimisə döymək istəyirdi; lakin bunu eləmirdi, kübar davranış 
etiketlərinə tabe olub mülayimcəsinə sakit davranırdı. Amma 
hamı görürdü ki, onun içində dərya təlatümə gəlir. Elə Protasov 
da cəmiyyətdəki, əxlaqdakı, zahirlə batin arasındakı bu təzada, 
bu ikiüzlülüyə, bu yalana dözəmmirdi. 
     Mehdi tamaşanı məhz belə obertonlar üzərində qurmuşdu. 
     “Canlı meyit”in son səhnəsində “Protasov qəhqəhə çəkərək 
müstəntiqə, saxta qanunlara, süni adətlərə gülürdü. Əvəzində 
daha gur, daha sürəkli qəhqəhələrlə  cəmiyyət də Protasova 


______________Milli Kitabxana_______________ 
281 
gülürdü. Gülüş  və  qəhqəhələrin bu nisbətində Protasovun 
təkliyi, gücsüzlüyü, faciəsi  əks olunmuşdu. Rejissor bir qədər 
də irəli gedirdi: onun qəhrəmanı romantik bir rəsmdəki əsatirə, 
çarmıxa çəkilmiş  əzabkeşə  bənzəməkdən qorxmurdu. Mehdi 
Məmmədov Protasova məxsus ehtirasların ifadə etdiyi mənanı 
tragik hüdudlara qaldıra bilirdi”
209
, yəni altruist Protasovun 
davranış motivlərində  İsa Məsihə bir eyham görürdü və 
haradasa onun “alicənab” jestinə, - intiharına, - kosmik məna 
verməyə çalışırdı. O özünü öldürür ki, başqalarını yaşatsın. İsa 
peyğəmbərə yaraşan bir əməl!!!  
     Lakin mən inanmıram ki, bu qurbandan sonra Liza Karenini 
sevə bilsin. Çünki Liza öz gözləri ilə gördü ki, zəmanənin 
qəhrəmanı onun xoşbəxtliyi naminə ölür. Əslində isə Protasov 
Lizanın bütün yaşamaq eşqini, təbəssümünü özü ilə ölüm 
səltənətinə apardı. 
     Mən inanmıram ki, Protasovun intiharından sonra Maşa bir 
daha  əvvəllər olduğu kimi qayğısız və qüssəsiz rəqs eləsin. 
İntiharla bəzən başqalarını da öldürmək mümkündür. 
     Elə isə Siz deyin, Protasovu bağışlamaq olarmı? 
     Mehdi bu tamaşanı hazırlayanda mənim cəmi 10 yaşım var 
və təbii ki, məni Milli Teatrın tamaşalarına buraxmırlar. Evdə 
olan söhbətlərdənsə bilirəm ki, bizimkilər qohumlarla danışıb 
birlikdə Mehdi və Şəfiqəyə baxmağa gedirlər. 
     O  zaman  “Canlı meyit” Azərbaycan teatr mədəniyyətinin 
“maraqlı hadisəsi”
210
 kimi qiymətləndirildi. Lakin bununla 
yanaşı tənqid Mahmud Allahverdiyevin timsalında bildirirdi ki, 
tamaşa bir qədər uzundur, antraktların sayı çoxdur və müəyyən 
ixtisarlar aparmaqla onu iki hissəyə də sığışdırmaq olar. Yenə 
tənqid, bu dəfə artıq Cəfər Cəfərovun timsalında, bəyan 
eləyirdi ki, tamaşada kütləvi səhnələr (xüsusən məşhur qaraçı 
xoru səhnəsi) yüksək professional təsir bağışlamır. Hərçənd 
mən elə fikirləşirəm ki, yaradıcı kollektiv qaraçı mahnılarının 
spesifik ifa tərzinə azəri türkcəsində adekvat səsləndirmə tapa 
bilmədiyindən qaraçı xoru ilə bağlı problemlər ortaya çıxmışdı 


______________Milli Kitabxana_______________ 
282 
və Mehdi onları aradan götürməyi bacarmamışdı. Odur ki,  
burada irad kütləvi səhnənin qurulmasına deyil, qaraçı xorunda 
iştirak edənlərin ifaçılıq sənətkarlığına aiddir.  
     Mənsə çağdaş günümüzdən “Canlı meyit”in Azərbaycan 
teatr məkanında gerçəkləşdiyi dünənə baxanda hesab eləyirəm 
ki, bu tamaşa həm də Mehdi həyatının hadisəsi olub. Mehdi 
teatra qayıtmışdı, olumu seçmişdi (o, teatrsız yaşaya 
bilərdimi?) və 23 yaşlı füsunkar Şəfiqəni öz romantik 
dünyasının mərkəzinə  çəkib gətirmişdi. Amma fələk hələ öz 
işini bitirməmişdi. 
     Elə 1968-ci ildə  də Mehdi Məmmədov “Estetika haqqında 
söhbətlər”ini yazır və onu bir də  təzədən 1975-ci ildə  təkrar 
nəşr elətdirir.  Əl içinə  sığışan 124 səhifəlik kitab Mehdinin 
Azərbaycan Dövlət Universitetində (indiki BDU) söylədiyi 
mühazirələrdən tərtiblənmişdir və  aşkar görünür ki, dərslik 
xarakterlidir. Ancaq bu “dərslik” çox mükəmməldir, kiçik 
həcmli olmasına baxmayaraq ensiklopedik dəqiqliyə malik 
məlumatları özündə ehtiva edir, yəni “estetika nədir, nəyi 
öyrənir, estetik kateqoriyalar hansılardır, “estetik zövq” anlamı       
necə başa düşülür” kimi sualları təmkinli bir tərzdə cavablayır. 
Mehdi  sənətdə və elmdə hər şeyi axırıncı vergülünə, nöqtəsinə 
qədər aydınlaşdırmağı, sadələşdirməyi və izah etməyi sevirdi. 
Amma bu məqamda da bir məsələ hökmən qeyd edilməlidir: 
Mehdinin “Estetika haqqında söhbətlər”i də onun teatr 
fəaliyyətinin davamı kimi oxunmalıdır. Filosof Mehdi estetika 
ilə bağlı bilgisinin izahat vərəqələrində mütəmadi surətdə misal 
arxasınca, nümunə arxasınca ya teatrın üstünə “qaçır”, ya da öz 
sənətçi müşahidələrinin. Dediyim bu ki, Mehdi fəlsəfəsi 
Mehdinin teatr dünyasından qopmuş,  Mehdi rejissurasından 
törəmiş bir surroqat dəyərindədir. 
    Aprelin 5-i saat 18
00
. Azərbaycan Dövlət Universitetinin akt 
zalı. Təqvimdə 1969-cu ildir. Bu gün Azərbaycanın bir nömrəli 
təhsil ocağında “Mehdi Əsədulla oğlu Məmmədov görkəmli 
alim və pedaqoqdur” mövzusunda professor Fuad Qasımzadə 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə