Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə85/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   81   82   83   84   85   86   87   88   ...   114

______________Milli Kitabxana_______________ 
274 
olmuşam. Bu qadının da alicənablığı, sənətə  və  həqiqətə 
sevgisi həsəd doğuracaq qədər yüksəkdir. 
     1968-ci  il  martın 15-də Milli Teatrın baş rejissoru Tofiq 
Kazımovun quruluşunda “Hamlet” tamaşası oynanılır, içi 
hamletizmlə dolu olan bir sənətçinin, professorun, doktor 
Mehdinin gəlişi  ərəfəsində. Gertruda rolunun ifaçısı  Şəfiqə 
Məmmədovadır. Hamlet isə Həsən Turabovdur... 
     1968-ci  il  dekabrın 28-də isə Mehdinin “Canlı meyit” 
tamaşasının premyerası göstəriləcək. 
     Mehdi  Məmmədovla Tofiq Kazımovun teatr dünyasında 
gizli, məxfi, soyuq “müharibə” başlayırdı. Dünənə qədər onlar 
müxtəlif sənət düşərgələrinə  mənsub olduqlarını bilirdilər və 
bunu bildikləri üçün qarşılaşmırdılar, “toqquşmurdular”, 
yarışmırdılar.  İndisə Mehdi sanki keçmişdən qayıdıb Tofiqin 
teatr zamanına daxil olurdu və haradasa onun sahmanına, 
qaydalarına, teatr qavrayışına “təcavüz” eləyirdi. 
     Bir  teatrın repertuarında  Şekspirlə Tolstoyun yan-yanaşı 
dayanması fenomenal və son dərəcə nadir hadisədir. Tofir 
Kazımov və Mehdi Məmmədov masştablı iki rejissorun da bir 
teatra “sığışması” görünməmiş bir şeydir. Çünki onların adı 
müxtəlif bədii-estetik qanunları, prinsipləri, oyun dəblərini 
eyhamlaşdırırdı. 
     “Canlı meyit”, yəni olumla ölüm bir arada, yəni nə 
ondansan, nə bundan, Mehdi hamletizminin təzahür variantı 
kimi yozula bilərmi? Niyə  məhz “Canlı meyit”? Fedya 
Protasov rolunda isə Mehdinin özü: o, səhnədə canlı meyiti ifa 
edir. Pyesin qəhrəmanı canlı meyit kimi, var ola-ola yox olan 
adam kimi tanıtdırılır. Elə bu an mən soruşuram: Mehdinin 
canlı meyitlə özünü identifikasiyası  nə  qədərdir? Axı Fyodor 
Protasov özünəməxsus bir rus Hamletidir; bir ayağı olumdadır, 
bir ayağı ölümdə... Mehdi də, yaddan çıxarmayaq ki, 
ingilislərin özlərinin dediyi kimi “azərbaycanlı  şahzadə 
Hamlet” idi. Mən belə fikirləşirəm ki, Mehdi Məmmədov məhz 
içindəki hamletizmi gerçəkləşdirməkdən ötrü “Canlı meyit”i 


______________Milli Kitabxana_______________ 
275 
Milli Teatrın səhnəsinə  gətirmişdi, “Hamlet” əvəzinə 
gətirmişdi və Hamleti düşünə-düşünə Fedya Protasovu 
oynamışdı. Qəribədir, fikirlərimin sinxronunu mən qəfildən 
teatrşünas Mahmud Allahverdiyevin “Canlı meyit” barəsində 
yazdığı məqalədə tapdım: “... Mehdi Məmmədovun Protasovu 
mühitin amansız ictimai qanunlarının təzyiq və  təqibi 
nəticəsində öz-özünü danıb, acınacaqlı bir həyat sürüb. O, diri-
diri ölülər cərgəsində durarkən tamaşaçı insan və zaman 
arasındakı  vəhdətin pozulması  səbəblərini dərk edir, ədaləti 
unudub qanunsuzluq törədən qanunlara qarşı  çıxır”.
205
 
Zamanların  əlaqələsi qırıldığı dövrün qəhrəmanıdır Hamlet. 
İnsan və zaman arasında rabitə  kəsildikdə Fedya Protasov 
kimilər Hamlet olub Hamlet üslubunda davranırlar, “olum, ya 
ölüm?” dilemmasını həll etməyə çalışırlar.    
     Beləliklə, “Canlı meyit” Milli Teatrda. Quruluşçu rejissor 
Mehdi Məmmədov. Rəssam Yuri Toropov. Bəstəkar Tofiq 
Quliyev. Pyesi rus dilindən azəri türkcəsinə çevirən  Ənvər 
Məmmədxanlı. Və bir də aktyorlar... Üstünlük yaşlı  və orta 
nəslin nümayəndələrinə verilmişdir. Bircə Maşanın ifaçısı 
Şəfiqə  Məmmədovanın 23 yaşı var... Ətrafda isə yenə 
Ağasadıq Gəraybəyli (knyaz Abrezkov), yenə Kamil Qubuşov 
(Müstəntiq), yenə Əli Zeynalov (Fedya), yenə İsmayıl Osmanlı 
(Aleksandrov), yenə Sofiya Bəsirzadə (Anna Dmitriyevna), 
yenə Leyla Bədirbəyli (Liza) , yenə Mirvari Novruzova (Anna 
Pavlovna) və başqaları... hətta içi Ağahüseyn Cavadov 
qarışıq... yəni “köhnə qvardiya”. Mehdi bu aktyorların 
əksəriyyətilə  səhnədə  işləmişdi. Vaxtilə o, lap gənc Məlik 
Dadaşova “On ikinci gecə” tamaşasında Sebastyanı 
tapşırmışdı, sonra Veselini. İndisə Məlik Dadaşov Karenin idi 
və “Canlı meyit”də yaşca bütün kişi aktyorlardan ən kiçiyi idi 
və onun... 45 yaşı vardı. Bu tamaşada Saşanı da cavan aktrisa 
Səfurə  İbrahimova oynayırdı: amma bu, qüvvələr nisbətini 
dəyişmirdi. Deməli, Mehdi öz tamaşasının mərkəzinə Tofiqdən 
fərqli olaraq yaşlı və orta nəslin aktyorlarını yığmışdı. Halbuki 


______________Milli Kitabxana_______________ 
276 
Tofiq son beş ildə hazırladığı tamaşalarda tamamilə bunun 
əksini eləyirdi. Mehdi teatra qayıdıb öz dayağını “köhnə 
qvardiya”nın sıralarında axtarırdı. Bunu Mehdi - Tofiq 
qarşıdurumunda strateji gediş saymaq olardımı, və ya 
Mehdinin bu rol bölgüsündə strategiya əlaməti vardımı? 
Doğrusunu Allah bilir: onlarsa ölüb gedib haqqa qovuşublar. 
Həqiqət, bu idi ki, Milli Teatr iki yerə parçalanırdı: kimlərsə 
Mehdinin mövqeyini, sənət ideallarını, zövq prioritetlərini 
dəstəkləyirdi, kimlərsə - Tofiqin. Qəribə də olsa, deməliyəm ki, 
teatr demokratiyaya, sosial ədalətə difiramb oxuya-oxuya 
təkhakimiyyətli idarə üsulunu, yəni avtokrat rejimi “sevir”. Bu 
da axırı ona gətirib çıxarır ki, bir aktyor truppasının iki lider 
rejissoru ola bilməz.  Əgər olarsa... bu heç də teatra, truppaya 
xeyir gətirməyəcək...  Əgər olarsa... hər iki lider özünü rahat 
hiss etməyəcək...  Əgər olarsa... teatr elə gözönündəcə canlı 
meyitə çevriləcək...  
     Bütün  proseslər zəncirvaridir, hadisələrsə simvolik. Mehdi 
Məmmədovun “Canlı meyit”i maarifçilər teatrının son 
aqibətinin əvvəlini eyhamlaşdırırdı...  
     Rəssam Yuri Toropov tamaşaya lakonik tərtibat vermişdi və 
bu tərtibatın əsas mənadaşıyıcı elementi türməni eyhamlaşdıran 
dəmir barmaqlıqlar idi. Fikir aydındır: Fyodor Protasov üçün 
Rusiya türmədir!!! “Hamlet”i xatırladınızmı? Tərtibatın 
ideyası, “fitva”sı, əlbəttə ki, Mehdidən gəlirdi... “Canlı meyit” 
özünü identifikasiyanın zirvəsində reallaşmışdı  və Mehdini 
bütünlükdə içinə hopdurmuşdu. Mehdi üçün Mehdinin qurduğu 
tamaşa kimi yozulmalıdır bu... müxtəlif məna qatlarında: yəni 
sosial-ictimai platformada Mehdi... yəni mənəvi-psixoloji 
müstəvidə Mehdi... yəni ruhsal, emosional sferada Mehdi... 
yəni ailə-məişət sistemində Mehdi... yəni günün teatr 
mədəniyyətində Mehdi... Cəfər Cəfərov da boş yerə yazmırdı 
ki, “rejissorun niyyəti, rəhbər tutduğu realist psixoloji prinsip 
onun özünün ifa etdiyi obrazda daha aydın nəzərə çarpırdı”.
206
 
Protasova Mehdi güzgüdə özünə baxan kimi baxırdı və elə ol 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə