Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə86/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   82   83   84   85   86   87   88   89   ...   114

______________Milli Kitabxana_______________ 
277 
səbəbdən də istəmirdi ki, dublyoru Əli Zeynalov onun 
konsepsiyasından kənara çıxsın, fərqli Protasov oynasın. 
     Mehdi professor idi, doktor idi, xalq artisti idi, amma tənha 
idi, camaat arasında tənha idi, dostları ola-ola tənha idi. İdeal 
hər zaman buna məhkumdur. Çünki yüksəklikdədir. Ucalıqla 
tənhalıq bir-birinə düz mütənasib olan şeylərdir: biri artdıqca o 
birini də artırır. Burada nağıl qurtara bilərdi. Tənhalıq 
Protasovu  əzdiyi kimi onu da əzə bilərdi. Mehdinin ümidləri 
qırıla bilərdi. Ancaq bu, baş vermədi. Nədən ki, Mehdinin 
dünyalarca sevdiyi teatrı vardı və o, səhnə ilə bütün fikirlərini, 
ağrılarını bölüşmək imkanına malikdi. Odur ki, Mehdi 
Protasova az qala öz simulyakrı kimi yanaşırdı. Bu, daha 
məqsədə uyğun idi: belə ki, Mehdinin həyatda açıq deyə 
bilmədiklərini səhnədə onun simulyakrı qorxusuz-filansız 
söyləyirdi. “Zahirən o, əyyaşdır, səfildir, lakin daxilən “heyrətli 
bir ürək sahibidir” (filosofdur - A.T.). Digər tərəfdən Protasov 
öz etirazını təkcə qanun və mundir əleyhinə çevirməmişdir. O, 
konkret bir “azadlıq” yox, “səhra sərbəstliyi”, “onuncu əsr 
sərbəstliyi” istəyir. Hər cür çərçivəni, ölçü və normaları o təkcə 
cəmiyyətdə, ailə  və  əxlaq tərzində  nədir, heç Bethovenin 
musiqisində də sevmir!”
207
  
     Bu,  Mehdinin  iç  dünyasının, məxfi fikirlərinin Protasovda 
vizuallaşmış melodiyasıdır. 
     Olum, ya ölüm? 
     Olmaq  Fedya  Protasov  üçün  arvadı Liza ilə dostu Viktor 
Kareninin məhəbbətini və xoşbəxtliyini onların  əllərindən 
almaq deməkdir, sevilmədiyini bilə-bilə yaşamaq deməkdir. 
Çünki qanun Fyodorun Lizadan boşanmasını yasaqlayır. 
     Ölmək, yəni meyit olmaq, özgələri içində itib-batmaq isə 
başqalarına ailə  səadəti bəxş etmək deməkdir, qanundan yaxa 
qurtarmaq deməkdir. Sən yoxsan, səninlə bərabər problemlərin 
də yoxdur. Və sən ideal azadlıqdasan...   Elə buradaca... qaraçı 
qızı Maşanın sevgisi... Eşq olan yerdə azadlıq bir əfsanədir, 
yahu!!! Çünki məhz eşq, istər tanrıya, istərsə də qadına, insanı 


______________Milli Kitabxana_______________ 
278 
ideal köləyə,  əsirə, qula çevirir. Ol məqamda isə  əlvida, 
azadlıq! 
     Şəfiqə ilə Mehdi səhnədə Maşa ilə Protasovun yaşantılarını 
imitasiya eləmirdilər: onlar bir-birini sevirdilər...  Şəfiqənin 
Maşası  səhnədə  məşəl kimi yanırdı Mehdinin Fyodor 
Protasovu üçün... Şəfiqə qaraçı mahnıları oxuyurdu Mehdi 
üçün... Şəfiqə qaraçı rəqsləri ifa eləyirdi Mehdi üçün... Həyatla 
sənət arasındakı məsafə burada minimuma enmişdi... 
     “Fyodorun  düşüncələri onu yenidən meyxanəyə  gətirir. Bu 
dəfə o, bura içmək üçün yox, özünü öldürmək üçün gəlmişdir. 
Tapançanı gicgahına dirəyib tətiyi çəkmək istəyir, bacarmır. 
Diksinir,  əlini ehtiyatla aşağı salır, inildəyir. Oturur. Şamın 
işığında əllərini isidir. Guya bu ona güc verəcəkmiş. Şamın zəif 
işığında onun üzünün cizgilərini müəyyən etmək çətindir. 
Amma tərəddüd içində çırpınması, saxta iş tutmağa meyl etdiyi 
üçün ruhən əziyyət çəkməsi aydındır”.
208
  
     Bu, Mehdinin qurduğu mizanın yaxşı təsviridir. Onun bütün 
mizanları üçün bu ahəng, bu ləngər, bu Komandor pauzası xas 
bir  şeydir. Mehdi heç vaxt seyrçinin səhnədən sezə 
bilməyəcəyi, mənasını anlaya bilməyəcəyi yayğın mizanlar 
qurmurdu, mizanların konturlarını  səhnə planşeti üzərində 
həmişə yüzfaizli dəqiqliklə cızırdı və sonradan çalışıb onu bir 
az da qabarıq eləyirdi. Mehdi Məmmədov səhnə mizanını 
personajın psixofizioloji fəaliyyətinin, onun iç dünyasının, 
əməlinin güzgüsü kimi, məkan reproduksiyası kimi 
dəyərləndirirdi. Tamaşaçı bu güzgüdə obrazın kimliyini görüb 
dərk etməliydi, obrazı tanımalıydı, onun əsl mahiyyətini özü 
üçün aydınlaşdırmalıydı. 
     “Canlı meyit” tamaşasında Mehdi Məmmədov yenidən xora 
müraciət etmişdi. Hərçənd bu qaraçı xoru tamaşada hər hansı 
bir məna daşıyıcısı deyildi; sadəcə, ritmik refren və hadisələrin 
müşayətçisi funksiyasını yerinə yetirirdi. Səhnə vaxtaşırı gah 
həzin, gah coşqun qaraçı mahnılarının sədaları altında 
hərlənirdi və  hərlənə-hərlənə seyrçilərə sanki romantik 


______________Milli Kitabxana_______________ 
279 
sevgilərdən, azadlıqdan, insan qürurundan nəsə  pıçıldayırdı; 
pıçıldayıb deyirdi ki, “fələyin gərdişi rəqqasə qadınlar 
kimidir”. 
     Protasov rolunda Mehdi şəkil kimi idi; elə bil rəssam fırçası 
ilə çəkilmişdi hər cizgisi: ucu azacıq sivri saqqalı, səliqəli bığı, 
qaşları, bir qədər ədabaz saç düzümü... Görkəm etibarı ilə son 
dərəcə effektli Protasov səhnədə  işıqlanırdı. Qrim Mehdinin 
üzünə kübar bir tus tacirinin yaraşığını vermişdi. Alicənab, 
altruist,  əzabkeş Fedya Protasov səhnədə  fəlsəfəsi iflasa 
uğramış filosof kimi davranırdı, götürdüyü pauzalarda sanki 
dünyanın dərkinə dalırdı  və birdən ayılıb gerçəkliyin onun 
boynundan asdığı “nigah” xaltasını görürdü və başa düşürdü ki, 
Protasov soyadlı bir insan üçün olum və ölüm arasında fərq 
məsafəsi artıq tükənib. Bu sərhəd zolağında Fyodoru saxlayan 
yeganə  nəsnə Maşanın sevgisi idi: onu itirən kimi Protasov 
öləcəkdi. Hardaydı Protasovda Hamlet qədər güc? 
     Rejissor  Mehdi  səhnədə romantik bir oyun, romantik bir 
dünya qurmuşdu. Elə bir dünya ki, sevgilərlə idarə olunur və 
bu sevgilər qanun tanımır. Ona görə  də tamaşa iradələrdən 
daha çox psixologiyaların toqquşması ilə xarakterik idi. “Canlı 
meyit” pyesinin əksər sakinləri kübar cəmiyyətin, 
çərçivələnmiş yaşam tərzinin, mədəni vərdişlərin 
təmsilçiləridir. Və onların xarakteri, onların sevgisi onların 
mədəniyyəti qədərdir. Məhz bu mədəniyyət canlıdan müqəvva 
yapıb, kukla yapıb insanları azad yaşamağa qoymur. 
Protasovun üsyanı buna qarşıdır! Maşa təkcə onun seçimi 
deyil, həm də Fedyanın “ütülənmiş”, yalançı, nəzakətli 
davranış etiketlərinə etirazıdır! 
     Tamaşada psixologizmlə yanaşı bir teatrallıq da hökm 
sürürdü. Bu, Mehdinin bütün tamaşaları üçün xarakterik əlamət 
olub. Mehdinin özü bir insan kimi davranışında, yerişində, 
danışığında teatral idi və teatrallığı sevirdi. Psixoloji realizm öz 
təmiz variantında Mehdini ilgiləndirmirdi. Onun şeiriyyətini, 
teatral magiyasını, cazibəsini tapmayınca Mehdi tamaşanın 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə