Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə84/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   80   81   82   83   84   85   86   87   ...   114

______________Milli Kitabxana_______________ 
271 
     Yeddinci dayanacaqda Mehdi qəhrəman soraqlayır: hanı o 
müsbət qəhrəman? Hanı o estetik ideal? Mehdinin hələ Qodo 
barəsində  məlumatı yoxdur. Bu “perron”da yad personajlar 
gözə dəymir: nə Odisseyə rast gəlirsən, nə Axillesə, nə Orestə, 
nə Hamletə, nə Komandora... Hamısı bizimkilərdir, tanış 
sifətlərdir. Milli dramaturgiyamızın  əksər sakinləri burdadır. 
Mehdi ideal qəhrəmanı onların arasında axtarır. Burda Elxan 
da, Vaqif də, Fərhad Kamalov da var: başqalarını da tapmaq 
olar. Kimdir əsrin və  əsərin qəhrəmanı Mehdiyə görə. Çətin 
sualdır və Mehdi də  əmin deyil, arxayın deyil söylədiyinə.  
Mənsə elə düşünürəm ki, qəhrəman anlayışı müəyyən 
korrektəyə möhtacdır. Biz hər bir personaja qəhrəman deməyə 
vərdiş eləmişik dram nəzəriyyəsinin çərçivəsində. Halbuki 
qəhrəman həmişə xilaskardır. O adam ki, başqalarına nicat verə 
bilmir və ya bu yolu bulmaqda maksimal qüvvə  sərf etmir, 
ondan nə  qəhrəman? Mehdi “Azəri dramaturgiyasının estetik 
problemləri” monoqrafiyasının bu dayanacağında da analitik 
təfəkkür möcüzələri, təəssüf ki, göstərmir. Lakin bu, onun 
kitabının teatrşünaslıq üçün elmi dəyərini bir qırıq da azaltmır. 
Çünki bu əsər dram nəzəriyyəsilə ilişikli Azərbaycan dilində  
yaxşı  məlumatlar bankıdır, yeddi dayanacaqlı informasiya ilə 
dolu bir yoldur. 
     Mehdi  elm  dünyasının doktoru olub, nəzəri bilgilərini 
monoqrafiya hüdudlarında bir də özü üçün təkrarlayıb, 
Azərbaycan dramaturgiyası barədə söylədiklərini bir yerə yığıb 
yəqin ki rejissor Mehdiyə nələrisə sübut elədi. Bunu mən bilə 
bilmərəm. Amma mən onu bilirəm ki, Mehdi Milli Teatra 
inamla döndü, iddiasız döndü, vəzifələr, titullar fövqündə 
dayanıb döndü. Hərçənd onu teatra gətirən elm olmadı, iddia 
olmadı, sevgi oldu, tamaşa qurmaq, səhnədə oynamaq və bütün 
Azərbaycana çox vacib nəsə söyləmək azartı oldu. Və Mehdi 
teatra özü ilə  bərabər Lev Nikolayeviç Tolstoyu gətirdi, rus 
nəsrinin ağsaqqal qraf babasını.  


______________Milli Kitabxana_______________ 
272 
     Artıq 1968-ci il idi. Mehdi Məmmədovun Milli Teatrda 
çalışmadığı beş il ərzində o, çox işlər görmüşdü; kitablar nəşr 
elətdirmişdi, sənətşünaslıq doktoru elmi dərəcəsini almışdı, 
radiotamaşa hazırlamışdı,  İngiltərəyə gedib-gəlmişdi və 
radioda “Mədəniyyət universiteti” adlanan bir veriliş yaradıb 
(Azərbaycan radiojurnalistikasının tanınan simalarından biri 
Mailə Muradxanlı Allah şahididir) orada mütəmadi 
mühazirələr oxumuşdu. Mehdi Məmmədovun Milli Teatrda 
çalışmadığı beş il ərzində teatr irəliyə doğru bir sıçrayış 
eləmişdi və üsyankar Tofiq Kazımov Azərbaycanda teatrın dil 
sistemini dəyişmişdi, Milli Teatrın qapılarını müasir sənət 
dəblərinin üzünə taybatay açmışdı 
və sürətlə 
monumentalizmdən, pafosdan, ehtiras püskürmələrindən
hayqıran qəhrəmanlıqdan uzaqlaşmışdı. Milli Teatrı Tofiq 
Kazımov zamana inteqrasiya eləyə bilmişdi, seyrçiləri teatrla 
yenidən maraqlandırmışdı. 1968-ci il Tofiq Kazımov teatrının 
yaşadığı zenit məqamının son mərhələsi sayılmalıdır. Nədən ki, 
onun “Sən həmişə  mənimləsən” və “Ölülər” kimi tamaşaları 
Tofiq Kazımov yaradıcılığının zirvə nişanələridir, yeni teatr 
poetikasının vizual gerçəkliyidir.  İş bu ki, sonradan nə 
“Hamlet”, nə “Fırtına”, nə “Aydın”, nə  də digər çoxsaylı 
quruluşlar “Sən həmişə  mənimləsən” və “Ölülər”in uğuru ilə 
müqayisəyə  gəlməyəcək. Deməli, Tofiq Kazımovun teatr 
ideyası öz vizual təcəssümünün zirvə nöqtəsini aşmışdı və ilkin 
pozitiv təkanın inersiyası ilə müəyyən statikada yaşayırdı  və 
enməyə meyllənirdi. Dünən teatrda monumentalizmə “yox” 
deyənlər bugün həşir qoparırdılar ki, “vay, monumentalizm 
əldən getdi” və bununla Tofiq Kazımova təpki göstərirdilər
ona öz islahatlarını sona yetirməyə, bu islahatların bəhrəsini 
görməyə imkan vermirdilər. Hətta Cəfər Cəfərov da... ajiotaja 
düşüb (bəlkə  də özünü nədəsə  sığortalamaq xatirinə) 
yazılarında monumentalizmi dəstəkləyirdi, anlaşılmaz mövqe 
nümayiş etdirirdi, bir tərəfdən “doqmatik monumentalizm”ə 
qarşı  çıxırdı, digər tərəfdən “müasir monumental üslub”u 


______________Milli Kitabxana_______________ 
273 
Azərbaycan teatrı üçün yararlı sayırdı, nəzəri baxımdan onu 
buna qatışdırırdı (fikrin sısqalaşması  və aqoniyası), bunu ona: 
“Teatrda yeniləşmə prosesi çox uzun bir müddət realizmin və 
psixologizmin geniş  mənada anlaşılan monumentalizmlə 
mübarizəsi  şəraitində getmişdi.  İndi isə  məhz müasirləşmə 
baxımından milli səhnə  sənətinin qarşısında duran yeni tarixi 
vəzifələri zaman özü tamamilə başqa  şəkildə formulə edirdi: 
realizmin, həqiqi psixologizmin müasir bir monumentalizmlə 
sintezinə nail olmaq!”
204
 Bu, nə demək və necə mümkün, 
yahu? Yoxsa geriyə, monumentalizmə doğru şüarı??? 
     Bax,  belə bir şəraitdə Mehdi Milli Teatra, daha doğrusu, 
Tofiq Kazımovun teatrına qayıdır. Mən bunu elə-belə, gəlişi 
intriqalı bir məqam kimi vurğulamıram. Həqiqətən, teatr son 
beş ildə  məhz Tofiq Kazımovun teatr qavrayışına uyğun bir 
tərzdə formalaşmağa başlamışdı. O, truppa içində truppa 
yarada bilmişdi, yaşlı  və iddialı  sənətçilərin  əhatəsində cavan 
aktyorlardan ibarət bir özəyin yaşamasını və aktiv fəaliyyətini 
təmin etmişdi. Bu aktyorlar da Tofiqi sevirdilər, Tofiqə 
inanırdılar, Tofiqə öyrəşmişdilər. Odur ki, Mehdi risk eləyirdi: 
truppadan hər  şey gözləmək mümkün idi. Başqa bir cəhət. 
Mehdi Milli Teatra, əslində, “qayıtmırdı”, bir qonaq kimi 
gəlirdi, bir ustad kimi gəlirdi, bir özgəsi kimi, yabançı 
Komandor kimi, Komandor addımları ilə  gəlirdi və içində 
Hamleti gətirirdi. Mehdi teatra işləməyə, vəzifə tutmağa 
gəlmirdi; gəlirdi ki, öz kefinə, öz azartına bir tamaşa hazırlasın. 
     Tamaşa da nə tamaşa: “Canlı meyit”; qraf Tolstoyun eyni 
adlı pyesi əsasında. 6 pərdəlik, 12 şəkillik bir dram. 
Azərbaycan teatrı uzunsaqqal Tostoy babanın dramaturgiyasına 
müraciət etmişdi, amma “Canlı meyit”ə bir kimsə tamah 
salmamışdı. Mehdi birinci idi. 
     Rejissor Tofiq Kazımov aktrisa Şəfiqə Məmmədovanı öz 
truppasına artıq dəvət eləmişdi... Səhnə üçün, yoxsa Mehdi 
üçün?.. Şəfiqə xanım Mehdi tamaşalarında uğuru uğur ardınca 
qazansa da, həmişə deyəcək ki, mən Tofiq Kazımovun aktrisası 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə