Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə104/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   100   101   102   103   104   105   106   107   ...   114

______________Milli Kitabxana_______________ 
331 
qətl və  təcavüzlərin mahiyyətini və  mənasını açan musiqidir. 
Bu musiqidə  əskərlərin addım səsləri, mərmilərin partlayışı 
eşidilir. D.Şostakoviçin  əsərlərində  məişət yoxdur: onun 
simfoniyalarında məişət susur, ancaq dünyaya hakim olmaq 
ehtirası  və bu ehtirasın törətdiyi fəsadlar danışır. “Həyatın 
dibində” isə  çılxa məişət var və bu məişət içrə siyasi-ideoloji 
durum, mübarizə pafosu yalnız assosativdir. Yəqin elə buna 
görə C.Yusifzadə öz məqaləsində yazırdı ki, “bəzən musiqi 
sözü “döyür” və aktyora mane olur”.
250
 Digər tərəfdən, 
D.Şostakoviçin musiqisində bir aristokratizm, bir kübar 
təkəbbürü tapmaq mümkündür. Qorkinin bədii dünyası isə 
küçə sadəliyinə, küçə  aşkarlığına, küçə primitivliyinə bir 
refleksiyadır. Odur ki, musiqiylə tərtibat, musiqiylə söz tamam 
fərqli ovqatları obrazlaşdırırdılar. Qorkinin personajları zavallı 
kasıblar, yurdsuz kimsələr idilər;  Şostakoviç simfoniyalarında 
isə permanent olaraq Faustla Mefistofel müstəvisində 
qərarlaşmış qüvvələr qarşı-qarşıya dayanıb insanların və 
müharibələrin taleyini həll edirdi. Fərqi duydunuzmu?  
     Satin  Hamlet  deyildi  və Mehdi onu sevə bilməzdi. Çünki 
Mehdiyə də bir Şostakoviç kübarlığı xasdı.  
     Hamlet ölər, amma həyatın dibinə enməz. 
     “Dəli yığıncağı”nın bütün “dəliləri” maarifçi əsilzadələr 
idilər və Mehdi Molla Abbasın hamletizminə inanırdı.  
     “Həyatın dibində” tamaşasının ayrı-ayrı  səhnələri, 
epizodları seyrçi auditoriyasına yetərincə enerji göndərmək 
imkanına malik idi. Məsələn, tamaşanın sonunda Alyoşka 
(Boris Lukinski) adlı ikinci dərəcəli bir personajın rəqsi. Mehdi 
əsl rejissor peşəkarlığı ilə onu tamaşanın qayəsinə, gecə 
baraklarının mühitinə uyğunlaşdırmışdı. Bu rəqs sanki həyatın 
dibində yaşayan insanların danışıq ritmindən, söhbət 
ahəngindən, bu adamların dərdindən, nisgilindən doğmuşdu. 
Alyoşka ehtirasla rəqsə başlayırdı, ruslara məxsus  şövqlə, rus 
çölünün genişliyini eyhamlaşdıran  əda ilə  əl-qol açırdı, aram-
aram tempi artırırdı,  coşurdu və bir-bir öz həmxanalarını 


______________Milli Kitabxana_______________ 
332 
meydana çəkib gətirirdi. Və bu rəqs, bu rus holavarı 
D.Şostakoviçin simfoniyasının sədaları altında gerçəkləşirdi. 
Həqiqətən, rejissor hərdən elə  səhnə qurur ki, həmin səhnə 
bütöv bir tamaşaya bərabər olur. Bu dissonans sanki bütün 
tamaşanı dodekafonik bir tərzdə    səsləndirirdi. “Yüksək 
professional bacarıq” və ya “hay klass” deyilən anlamın mənası 
elə burda əyaniləşir. 
     Mehdinin  “Həyatın dibində” tamaşası Azərbaycan 
mədəniyyətində  sənət hadisəsi kimi qavranılmadı, ajiotaja 
səbəb olmadı. Niyəsini mən çox düşündüm və bunu özümə 
sadə, obyektiv bir cavabla izah elədim. M.Qorki yaradıcılığına 
hədsiz rəğbətlə yanaşmasına baxmayaraq, əslində, bu böyük 
yazar (eləcə  də  İbsen, Çexov, Meterlink, Strindberq) onun 
teatrının dramaturqu deyildi. Mehdi şəxsiyyət tipinə görə, 
xarakterinin çalarlarına görə İntibah sənətkarını xatırladırdı və 
o, içində daima İntibah teatrının parametrlərini gəzdirirdi. 
Mehdi  Şekspir (Lope de Veqa, Molyer, Haldoni) teatrının, 
Şiller teatrının, Cavid teatrının rejissoru idi. Mehdi öz düşüncə 
parametrlərinə tam adekvatlığı  qədim yunan teatrının,  İntibah 
dövrü teatrının ifadə eydetikliyində, ifadə teatrallığında tapırdı. 
Hərçənd o, məqalələrində, söhbətlərində realist teatr məktəbi 
prinsiplərinə sadiqliyini hər dəfə vurğulamağı özünə bir 
vətəndaş borcu, bir kommunist borcu bilirdi. Mehdinin rejissor 
həqiqətisə tamam başqa şeyləri danışırdı. 
     1981-ci ilin iyulunda “Həyatın dibində” Rus Dram Teatrının 
digər tamaşaları sırasında Tiflis qasstollarına aparılır. Eyforiya 
olmasa da, gürcülər Mehdinin tamaşasını pis qarşılamırlar, 
hətta öz mətbuatlarında yazırlar ki, “tamaşa sosial-fəlsəfi faciə 
səviyyəsinə yüksəldilib”.
251
 Lakin bu da Mehdini qane eləmir, 
daha doğrusu, ona bəs eləmir. Ona Cavid fəlsəfəsi, Mirzə Cəlil  
ehtirası, Hamletin mübarizə pafosu lazımdır. Mehdi bütün 
bunları Rus Dram Teatrında gerçəkləşdirə bilmirdi. Belə 
baxanda hər şey normal idi: onu sevirdilər, ona bir rejissor kimi 
təzim eləyirdilər, onu bir kişi idealı sayırdılar. Truppa da heç 


______________Milli Kitabxana_______________ 
333 
pis deyildi: əla olmasa da, yaxşı solistləri vardı. Amma 
ehtirasın gücü, sənətçilərin enerjisi elə bil ki burada Milli 
Teatrda olduğundan zəif idi; burada sənət “dəli”liyi yox idi; 
burada emosiyaların partlayışı yox idi. 
 
    Mehdi  Rus  Dram  Teatrını necə vardısa, eləcə  də  qəbul 
eləyirdi, amma bura heç cür isinişmirdi. O, hara getsəydi, ürəyi 
yenə Milli Teatrda qalırdı. Mümkün ki, elə bu səbəbdən Mehdi 
1980-ci ildən ta vəzifəsindən azad olunana qədər Rus Dram 
Teatrında baş rejissor kreslosunda əyləşə-əyləşə heç bir tamaşa 
hazırlamır və iyul ayında  ərizəsini yazıb Rus Dram Teatrının 
kollektiviylə vidalaşır.  
     SSRİ-nin xalq artisti, sənətşünaslıq doktoru, professor 
Mehdi Məmmədovdan ötrü ərizəsini yazıb işdən getmək bir elə 
də problematik məsələ deyildi. Çünki tələbəlik dövründən 
sonra onun maddi durumu sovet vətəndaşının yaşam şkalasına 
görə heç vaxt pis olmayıb, və hətta əksinə, bu şkalanı üstələyib. 
Mehdi tamaşalarına, kitablarına, məqalələrinə, teleçıxışlarına, 
rollarına və radiotamaşalarına görə həmişə maaşdan əlavə yaxşı 
qonorarlar alıb. Bundan əlavə, 1974-77-ci illər fasiləsini 
çıxmaqla, Mehdinin hər zaman Azərbaycan Dövlət  İncəsənət 
İnstitutunda dərs yükü olub. 1977-ci ildə Aslan Aslanovun 
həmin bu institutun rektoru təyin edilməsilə Mehdi Məmmədov 
yenidən öz işinə  bərpa olunub və ömrünün sonuna kimi 
rejissorluq kafedrasının müdiri vəzifəsində çalışıb. Dediyim bu 
ki, Rus Dram Teatrının baş rejissoru vəzifəsini tərk etmək 
Mehdi üçün maddiyyət yox, prinsip məsələsi idi və Mehdi 
1982-ci ildə artıq tamam başqa ideyalarla yaşayırdı. 
     Mehdi Məmmədov 1982-ci ilin yayında Rus Dram Teatrı ilə 
sağollaşır və mayın 15-də Milli Teatrda başladığı Hüseyn 
Cavidin “İblis” tamaşasının məşqlərini tam asudə bir şəkildə 
davam etdirir. Beləliklə,  “tarixinə düşdülər müvafiq”, səhnədə 
bir gün ol iki aşiq... Azərbaycanın səmasına bir Cavid fişəngi 
atılmışdı... və bu  fişəngin işıqlı saçaqları müxtəlif məqalələrə, 
verilişlərə, sənət ocaqlarına Hüseyn Cavidin bir parçası kimi 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə