Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə20/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

______________Milli Kitabxana_______________ 
62 
ilk rejissor debütündən yazaydılar!!! Amma 1940-cı ildə 
“mövsümün rejissor debütü” nominasiyası olsaydı, yəqin ki, bu 
mükafata Mehdi layiq görüləcəkdi. Səbəbi də bu ki, öz 
dövrünün teatr dəbi kontekstində Mehdinin  tamaşası yüksək 
quruluş  mədəniyyəti sərgiləmişdi və  əvəzsiz Cəfərin yazdığı 
kimi teatrın yaradıcılıq proqramını müəyyənləşdirən tendensiya 
xarakteri daşımışdı. “Bahar” rejissor Mehdinin “ikinci institut 
dövrü” üçün onun sənət manifesti kimi çözülə bilər. 
     Cənablar, alqışlayın, Lavrenti Beriya adına Kirovabad 
Dövlət Dram Teatrına rejissor gəlib; ucaboy, zəhmli kişi gəlib: 
Mehdi Məmmədov. Məhz onun gəlişindən sonra teatr elə bil 
ki yaradıcılıq müstəqilliyi qazandı, özünü, özünün potensial 
bədii imkanlarını  dərk etdi və M.Əzizbəyov adına teatrın 
imitasiyasından (təqlidindən)  əl çəkdi. Mehdi, belə deyək də
əyalət teatrına ciddi analitik çalışmaların, tamaşalara 
özünəməxsus, orijinal bədii həll verməyin, yaradıcılıq 
prosesində Stanislavski sistemi üzrə düzgün və  məhsuldar 
işləməyin zövqünü aşıladı. Onun Moskva Bədaye Akademik 
Teatrında Nemiroviç-Dançenko kimi bir sənət ustadının 
yanında keçdiyi təcrübə  hədər getməmişdi. Mehdinin beyni 
teatr bilgilərilə dolu idi və o, bu bilgiləri Gəncənin teatr əhliylə 
həvəslə paylaşırdı. Mehdi “Üç bacı”nın məşqlərindən özü ilə 
bərabər bir gündəlik qeyd gətirmişdi və bu qeydlərin sayəsində 
bilirdi ki, pyesin, ayrı-ayrı  səhnələrin, obrazların təhlilini 
tamaşanın bütövlüyü ilə necə uzlaşdırmaq gərəkir. O, 
Nemiroviç-Dançenkonun yanında çalışa-çalışa başa düşmüşdü 
ki, “sistem” doqma deyil, nəzəri bəyanatların toplusu deyil, 
pyesin bədii dünyasına, xarakterlərin insan həqiqətinə yol 
tapmaq üçün vasitədir. Məhz “Üç bacı”nın məşqlərində Mehdi 
anlamışdı ki, səhnədə “oynamaq” olmaz: nə sözü oynamaq 
mümkündür, nə ovqatı, nə də xarakteri; o, anlamışdı ki, fiziki 
hərəkətlər və  səhnə davranışının ritmi gerçəkçi teatrın bədii-
estetik parametrlərində vizuallaşan obrazın məzmunu, təklif 
olunan vəziyyətlərdə personajın psixolojisi
51
 ilə 


______________Milli Kitabxana_______________ 
63 
konkretləşdirilir. Bunların hamısı seyrçinin qənşərində 
qurulmuş səhnədə aktyorun epizod-epizod gördüyü işdən, onun 
əməlindən, rolun məqsədlərinin icrasından orqanik şəkildə 
zühura gəlməlidir.  
     Yaşama nədirsə, elə budur!!!  
     Səhnədə var olmaq nədirsə, elə budur!!! 
     “İnsan ruhunun həyatı” nədirsə, elə budur!!! 
     Pyesin vizual gerçəkliyində mövcudluq nədirsə, elə budur!!!  
     “Sistem”in realist teatr konsepsiyası nədirsə, elə budur!!!  
     Əgər tamaşada rejissor fikri, ideyası personajın səhnədə 
səmimiyyət və  təbiiliklə düzənlədiyi  əməl zəncirindən 
törəmirsə, yaxud onun nəticəsi olmursa, seyrçi heç nəyə 
inanmır. Səhnədə aktyor özünü “zorlayıb” da heç nə yaşaya 
bilməz. Yaşantılar  əməl xətti üzərində tumurcuqlanan 
nöqtələrdir. Mehdi istəyirdi ki, “Bahar” tamaşasında bütün bu 
bacardıqlarını teatr aləminə faş eləsin, özünün sənət 
məramnaməsini, iddiasını ortaya qoysun. İstəyirdi və elədi də. 
     Gəncə teatrı öz mövcudluq tarixində heç vədə Mehdi 
Məmmədovun bu teatrda işlədiyi zamanda olduğu qədər 
respublika ictimaiyyətinə maraqlı olmayıb. Məsələ bu ki, 
Mehdi Məmmədov rejissor vəzifəsinə keçdiyi gündən Gəncə 
teatrının “sənət dünyası”nı söküb yenidən yığmağa başlamışdı. 
O, teatrda kök salmış “göstərmə  məktəbi”nin “fəsad”larını 
qismən aradan götürdü, aktyor ştamplarına qarşı ciddi rejissor 
təpkisi göstərdi, yaradıcılıq prosesini pyesin “əməl təhlili” 
metodu üzərində qurdu, epizodik obrazların səhnə təcəssümünə 
diqqəti artırdı, “rolun böyüyü, kiçiyi olmur” prinsipini öz 
gündəlik təcrübəsində gerçəkləşdirdi və bir gün gördü ki
teatrın kollektivi o, danışanda dərin sükuta qərq olur. Beləliklə, 
Mehdi Sovet Hökumətinin L.Beriya adına Kirovabad Dövlət 
Dram Teatrında  əsl nüfuz sahibinə, sənət avtoritetinə çevrildi 
və 1942-ci ilin 1 sentyabrında teatrın divarından əmr asıldı ki, 
bəs Mehdi Məmmədov kollektivə bədii rəhbər təyin edilib. 


______________Milli Kitabxana_______________ 
64 
      İnqilab Kərimov 1974-cü ildə yazırdı ki, “iki il sıravi 
rejissor işlədikdən sonra”
52
...  Ədilə  Əliyeva 1969-cu ildə 
yazırdı ki, “il yarıma yaxın bir müddət ərzində”
53
 sıravi rejissor 
kimi çalışdıqdan sonra... Mehdinin sosial statusunu artırıblar. 
Maraq etməyin: hər ikisi düz yazıb, baxır kim nəyi haradan 
hesablayır. Faktlar ortalıqdadır: yuvarlaq da götürmək olar, 
təhsilə ayrılmış vaxtı iki ildən çıxmaq da olar... Nə  dəyişəcək 
ki?.. Amma bu xırda məsələ mənim diqqətimdən kənar qalarsa,  
qüsurum sayılar: deyərlər ki, yəqin mənbələri qədərincə yaxşı 
araşdırmayıb... 
     Teatrın baş rejissoru (artıq 1942-ci ildə teatrlarda  belə bir 
ştat yox idi), daha doğrusu, bədii rəhbəri təyin edilən Mehdi 
fəaliyyətinin hüdudlarını bir az da genişləndirir: tamaşalar 
hazırlamaqla bərabər “teatr tarixinə, aktyor sənətinə  və  səhnə  
danışığına aid məruzələr oxuyur”,
54
 kollektivin müəyyən bir 
amal  ətrafında birləşməsinə, yalnız sənət idealları ilə 
yaşamasına çalışır. Məhz teatrın işinə bu cür konseptual 
yanaşma tərzi ona gətirib çıxarır ki, Mehdi 1943-cü ildə teatrın 
nəzdində  fəaliyyəti üç ilə proqramlaşdırılmış bir studiya 
açdırır. Bu studiya eksperiment yox, tədris səciyyəsi daşıyırdı, 
peşəkar vərdişlərin cilalanmasına, sənətçilərin dünya və teatr 
qavrayışının formalaşmasına, müasirliyin teatra gətirilməsi 
ideyasına xidmət eləyirdi. 1977-ci ildə yazdığı “Teatr 
düşüncələri” adlı  məqalələr toplusunda Mehdi Məmmədov 
Gəncə teatrının 30-cu illərin sonu 40-cı illərin  əvvəlləri üçün 
xarakterik vəziyyətini retrospektiv şəkildə belə xatırlayacaq: 
“Həmin illərdə Kirovabad Dövlət Dram Teatrının qarşısında iki 
böyük və mühüm vəzifə dururdu: 1) aktyor kollektivini 
mütəşəkkil və sabit hala gətirmək; teatrı öz yaradıcılıq 
ənənələrinə uyğun olan, ideya və bədiilik tələblərinə cavab verən 
orijinal repertuar xəttini bərpa etmək”.
55
 1943-cü ildə də Mehdi 
Məmmədov elə bunu demişdi: vəzifələri iki istiqamətdə 
qruplaşdırmışdı. Birinci vəzifələr kompleksinin yerinə 
yetirildiyini söyləmişdi: qeyd etmişdi ki, 
“Kirovabadda 
professional teatrın təməli qoyulmuş, burada əsasən gənclərdən 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə