Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə21/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   17   18   19   20   21   22   23   24   ...   114

______________Milli Kitabxana_______________ 
65 
ibarət olan təzətərkibli kollektiv yaranmışdır. Lakin ikinci 
məsələ, yəni repertuar tərtibi məsələsində teatr bir sıra ciddi 
nöqsanlara yol vermişdir ki, bu nöqsanların davam etməsi 
gələcək iş üçün təhlükəlidir. Buna görə repertuarımızdakı 
prinsipsizliyin və təsadüfi halların ləğvi bu ilin vəzifəsidir. 1943-
cü il bu işdə bir dönüş yaratsın deyə, yeni ilin repertuar planında 
əsas iki prinsip nəzərdə tutulmuşdur. Bir tərəfdən repertuar 
tərkibindəki təsadüfilik və başqa teatr repertuarının mexaniki 
surətdə  təkrarı  kənar edilməli, ikinci, Kirovabad teatrının öz 
yaradıcılıq imkanlarına və yerli tamaşaçılarına uyğun olan 
repertuar xətti aparılmalıdır. Odur, repertuarımızda  əsas yeri 
mürəkkəb və  fəlsəfi mündəricəli dramlara verməklə  bərabər 
məişət temasında yazılmış müasir psixoloji pyeslərə  və sadə 
hadisələrdən qurulmuş klassik əsərlərə də yer verdik”.
56
 
     Aydın məsələdir ki, bu bəyanatla Mehdi Məmmədov cavan 
bir bədii rəhbər kimi öz teatr siyasətinin hüdudlarını cızır və bu 
teatr siyasətində tam müstəqilliyə can atır. O, Azərbaycan 
Dövlət Dram Teatrının repertuarının mexaniki surətdə 
təkralanması, imitasiyası 
əleyhinədir və repertuarın 
müasirləşdirilməsini, Gəncə camaatının tələblərinə cavab 
verməsini dəstəkləyir. Ancaq Mehdi Məmmədov bu zaman 
yadından çıxarırdı ki, Ədil  İskəndərov da repertuarla bağlı 
təqribən eyni cürə düşünür və  hər vasitədən istifadə edir ki, 
teatra çağdaş ədibləri cəlb etsin. Azərbaycan da bir elə böyük 
məmləkət deyil ki, dramaturqları bol olsun və istedadlı müasir 
pyeslər tez-tez yazılsın. Yəni Azərbaycanda teatrlar artdıqca 
təkrarlar, imitasiyalar qaçılmaz fakt olur. 
     Sözümün  canı bu ki, hələ 1941-ci ildə Mehdi Məmmədov 
“Madrid” pyesinə quruluş verərkən bilirdi ki, bu əsər 1938-ci 
ilin 29 noyabrında  Əzizbəyov adına teatrda oynanılıb. 
Bilirsiniz “Madrid” tamaşasının rejissoru kim olmuşdu onda? 
Rza Təhmasib!!! Yenə  də o!!! Mən qətiyyən  şübhə eləmirəm 
ki, müasir pyes axtarışlarında olan Mehdiyə “Madrid”i məhz 
Rza Təhmasib məsləhət görmüşdü. Monoqrafiyada gümanlar 
gəlib qəribə  şəkildə bir-birilə bağlananda, faktlara çevriləndə 
və  sənətçinin həyat mənzərəsini saralmış, cadarlı fotoşəkillər 


______________Milli Kitabxana_______________ 
66 
kimi ilğım-ilğım vizuallaşdıranda tədqiqatçı içində hayqıran bir 
sevinclə  işıqlanır. Deməli, Azərbaycan teatrında, həqiqətən, 
belə bir sənət tandemi, sənət birliyi olub: Rza Təhmasib - 
Mehdi Məmmədov. Mən şəxsən buna inandım. Onlar bir-birini 
qarşılıqlı surətdə  dəstəkləyib, bir-birinə lazım olublar. 
Soruşacaqsınız, bəs qısqanclıq?  Əsla, bunun mümkünatı yox 
idi. Nədən ki, Rza Təhmasib qədərincə öz gücünə, intellektinə 
arxayın idi. O, Azərbaycanın bir nömrəli teatrının direktoru 
vəzifəsində çalışarkən (1922-24; 1937-38) rejissor kadrların 
kasadlığı ucbatından tamaşalara quruluş vermək üçün əcnəbi 
rejissorların teatra dəvət edilməsinə  tərəfdar olmuşdu. Ol 
səbəbdən o, Mehdini özünə  rəqib saymırdı,  əksinə, Mehdiyə 
ümid bəsləyirdi, milli teatrın gələcəyini bu rejissorun adı ilə 
əlaqələndirirdi, ona öz maarifçiliyinin səviyyəsindən yanaşırdı.  
     “Madrid”in  Əzizbəyov adına teatrda 1939-cu ildə 
oynanıldığını  səhv yazır Cəfər Cəfərov. Mehdi “Madrid”ə 
müraciət eləyəndə artıq bu tarixçədən üç ilə yaxın bir müddət 
keçirdi. Yazıçı Mirzə  İbrahimovun pyesi bir dram əsəri kimi 
səhnədə oynanılmaq üçün bir elə  də effektli deyildi. Pyesdə 
səthilik, bəsitlik, plakatvarilik, qəzetçilik  əlamətləri vardı. 
Bunu müəllifin özü belə düşünmüşdü: çünki “Madrid” siyasi-
təbliği xarakter daşıyırdı, yazıçının kommunist məfkurəsini, 
ideoloji platformasını güzgüləyirdi. Elə pyesin adı dünya 
tarixini az-çox bilənlərə mövzu haqqında, hadisələr haqqında, 
personajlar haqqında birbaşa ismarıc idi. Əgər Mirzə 
İbrahimov sovet siyasətinin təbliğ etdiyi ideologiya içində 
çömçə kimi hərlənirdisə, Mehdi Məmədov bu ideologiyanın 
periferiyası ilə Hamletin atasının ruhu kimi aram-aram, ustufca 
gəzişirdi. Ona görə də rejissor pyesin təbliğatçı pafosunu xeyli 
yığışdırmışdı, şüar kimi səslənən ifadələrin emosional bəraətini 
tapmağa çalışmışdı. 
     İnqilab Kərimov yazır ki, “Madrid” müharibənin ilk 
aylarında oynanılıb. Bu da ya iyun olacaq, ya iyul: avqust ola 
bilməz; teatr camaatı bu ay məzuniyyətə gedir; teatr camaatı bu 


______________Milli Kitabxana_______________ 
67 
ay nə premyera göstərir, nə  də premyeraya baxır. Nədən bu 
əcələ? Ondan ki, “Madrid” 1936-37-ci illərdə ispan xalqının 
alman faşizminə qarşı apardığı mübarizəni sərgiləyirdi, onun 
əzmkarlığını eyhamlaşdırdı. M.İbrahimovun pyesi müəyyən 
mənada imitasiya xarakteri daşıyırdı: belə ki, 1936-cı ildə sovet 
dramaturqu A.Afinogenov “Sənə atəşin salam, İspaniya” adlı 
bir əsər ortaya qoymuşdu və digər sovet yazıçıları da bu aktual 
mövzuya reaksiya verməyi, dünya burjuaziyasının siyasətinə 
qarışmağı, ispan xalqını müdafiə etməyi öz vətəndaş borcları 
saymışdılar. 1941-ci ildə isə bir daha “Madrid”ə müraciətin 
siyasi-ideoloji məramı II Cahan Savaşına yenicə qoşulmuş 
sovet insanlarına qələbə ruhu, döyüş ruhu aşılamaq idi. Pyesin 
sakinlərinin hamısının siyasi mənsubiyyəti vardı: yazıçı Xoze 
(K.Sultanov) kommunistləri, rəssam Karlos (S.Tağızadə), 
doktor Karton (M.Məmmədov), sadə  qız Lina (R.Veysəlova) 
respublikaçıları  təmsil edirdilər. Rejissor əsərin mətninə 
İspaniyanın ictimai həyatının gündəmində olan məsələləri də
publisistik məqamları da əlavə eləyib boyaları sanki 
təzələmişdi. O, aktyorların ifasında ispan çılğınlığını  və ispan 
mərdliyini “sadə fiziki hərəkətlərin səmimiyyəti, 
inandırıcılığı”
57
 vasitəsilə aktuallaşdıra bilmişdi. Mehdi 
Məmmədov heç bir personajı öz tamaşasının qəhrəmanına 
çevirməmişdi: bu çətin azadlıq mübarizəsində onun əsl 
qəhrəmanı xalqın özü idi. Odur ki, rejissor bütün diqqətini 
kütləvi səhnələrə yönəltmişdi. Bu kütləvi səhnələr Madrid 
küçələrinə  yığışan haylı-küylü ispanların həyat lövhələrini 
tablolaşdırırdı. Lakin onları donuq, statik tablolar adlandırmaq 
olmazdı. Çünki quruluşçu rejissor kütləvi səhnələrə güclü ritm 
və dinamika vermişdi. Ona görə  də “Madrid” tamaşasına 
baxan-baxan kütləvi səhnələrdən heyranlıqla danışırdı. Pyesin 
müəllifi Mirzə  İbrahimov da tamaşadan çox razı qalmışdı  və 
İnqilab Kərimovun yazadığına görə Mehdiyə öz təşəkkürünü 
bildirərək demişdi ki, sənin xəcalətindən necə çıxım? Mehdi də 
dərhal (əslində, Mehdi “dərhal” heç nə söyləmirdi; görünür, bu 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə