______________Milli Kitabxana_______________
90
hadisələr İtaliyada yaşanılır, ya İspaniyada. Pyesi
milliyyətcə ispan yazsa da, olayların gerçəkləşmə
məkanı İntibah çağlarının İtaliyası idi. Busa fərqli
məişət, fərqli memarlıq üslubu gətirir təsəvvürə.
Lakin bu aspekt Mehdini heç də ilgiləndirmirdi. O,
bütün fikrini mənada, mahiyyətdə cəmləmişdi və bu
mənanın, mahiyyətin adekvat səhnə obrazını, səhnə
formasını axtarırdı. Fyodor Qusakın fikri vardı ki,
fəaliyyət məkanının, imkan daxilində, maksimal
naturalizmə köklənmiş təzahürünü versin, Diananın
geniş saray otağını tablolar asılmış dekorlu pavilyona
çevirsin. Mehdi bu zaman öz gündəliyində yazırdı ki,
“ətrafda hər şey, səhnə arxasından eşidilən nəğmə
kimi, Dianaya və seyrçilərə sevginin qalibiyyət
hünərini xatırlatmalıdır”.
75
Odur ki, hadisələr, bu
hadisələrin müəyyənləşdirdiyi münasibətlər xəfif bir
meh yüngüllüyü ilə səhnə planşeti üzərində təbəssüm
doğuracaq rəqs etməliydi. Əks təqdirdə, dinamizm
pozulacaq, tamaşanın tempo-ritmi öləcəkdi. Ona görə
də Mehdi rəssamdan yeni eskizlər tələb etdi. Növbəti
variantda artıq saray məsələsi aradan götürülmüşdü,
birinci aktın olayları bağa köçürülmüşdü: bunun
sayəsində səhnə önü daha funksional olmuşdu. Səhnə
önündə künc şirmaları tərtibat çərçivəsinə salınmışdı,
onların üstündən məxsusi pərdə asılmışdı: küçə fənəri
və skamya vasitəsilə bura bir yol, bir keçid kimi
təqdim olunmuşdu. Səhnə önünün aktivləşməsilə
personajlar seyrçilərə sanki bir qədər də
yaxınlaşdırılmışdı. Bu da, təbii ki, fəaliyyətin
______________Milli Kitabxana_______________
91
dinamizmini artırmışdı. Səhnənin mərkəzini
ikimərtəbəli şəbəkə qalereya tutmuşdu. Burada ən çox
Diana ilə Teodoro görünürdülər: tamaşada qalereya
onların bir-birinə heç cür etiraf edə bilmədikləri
sevgini sanki panoramlaşdırırdı. Qalereyanın hər iki
böyrü yan dekorlarla örtülmüşdü. Səhnəyə ağ hündür
sütunlar qoyulmuşdu ki, bu sütunlar da məkanda bir
dərinlik yaradırdılar.
Tamaşa qapalı pərdə qarşısında başlayırdı: Tofiq
Quliyevin bəstəsinin üvertürası çalınırdı, Diana
sevimli Teodoronu və Tristanı izləyirdi; elə ki görürdü
onları itirib, öz nökərlərini çağırırdı və pərdəni açırdı.
Bu effekt tamaşada mütəmadi təkrarlanırdı və
özünəməxsus estetik bir refrenə çevrilirdi.
C.Cəfərov bəyan eləyir ki, “Bağban iti” tamaşası
Mehdinin səhnədə hazırladığı ilk komediya əsəridir.
76
Bəs onda 1942-ci ildə Mehdinin rejissurasında
oynanılmış “Vasvası xəstə” (J.B.Molyer), “O olmasın,
bu olsun” (Ü.Hacıbəyli) komediyalarını kimin
ayağına yazaq? Yəqin bu səhvin səbəbi odur ki,
M.Məmmədovun “Vasvası xəstə”, “O olmasın, bu
olsun” kimi tamaşaları yadda qalan olmayıb və
möhtərəm Cəfər də bunları onun yaradıcılığı üçün
önəmli hadisələr hesab eləməyib. Amma “Nə yardan
doyur, nə əldən qoyur” tamaşası Mehdinin Gəncə
yaradıcılığında hadisədir. Onun Gəncə həyatının
hadisəsi isə, heç şübhəsiz ki, Barat xanım
Şəkinskayadır. Və məhz Barat xanım onun teatrının
ilk aktrisasıdır.
______________Milli Kitabxana_______________
92
Məhz “Nə yardan doyur, nə əldən qoyur” tamaşası
Mehdiylə Baratı bir-birinə qovuşdurur. Bəli,
qovuşdurur. Amma mən bilmədim ki, onlar havaxtdan
tanış olublar. Mənim belə bir gümanım var ki, bu
adamlar hələ Səyyar Kolxoz-Sovxoz Teatrında
çalışarkən bir-biriylə görüşmüşdülər və füsunkar
Barat arıq, nərmə-nazik və ucaboy Mehdinin xoşuna
gəlmişdi. Ola da bilsin ki, o zaman Barat heç Mehdiyə
sarı baxmamışdı da. Ola bilsin: bu, bir gümandır. Bir
güman da var ki, onlar 1935-ci ildə artıq Azərbaycan
Dövlət Dram Teatrında görüşə bilərdilər. Başqa
güman da budur ki, Mehdi Məmmədov 1936-cı ildə
Barat Şəkinskayanı Ledi Maqbet tamaşasında görə
bilərdi. Tamaşanı A.A.Tuqanov hazırlamışdı: bu işdə
ona assistentlik eləmişdi Şəmsi Bədəlbəyli. Yollar
kəsişəndə tale tapmacalar ortaya atır. Və həmin bu
tamaşaya, bayaq söylədiyim kimi, Mehdi resenziya
yazmışdı. Orada Baratın adı, bir dəfə də olsun belə,
çəkilmir: təkcə Mərziyə xanımın Ledi Maqbetindən
danışılır. Mümkün ki, Mehdi Baratı heç bu rolda
görməmişdi də. Mərziyə xanıma səhnədə dublyor
olmaq və özü də Abbas Mirzə ilə səhnəni paylaşmaq
heç də asan məsələ deyildi. Maraqlıdır, görəsən, Barat
xanım bu rolda heç səhnəyə çıxmışdımı? Dəqiq cavab
verə bilməyəcəyəm. Hər halda İ.Rəhimli Barat
xanımın oynadığı rollar sırasında Ledi Maqbeti də
xatırladır. Ona görə az da olsa, ehtimal var ki, Mehdi
Baratı Gəncədən öncə tanıyıb, bəlkə də Gəncədən
öncə sevib Baratdan xəbərsiz. Mehdi Moskvaya
______________Milli Kitabxana_______________
93
gedib, Barat - ərə, “Maqbet” tamaşasının rejissor
assistenti Şəmsi Bədəlbəyliyə. Yollar görüşdü və
ayrıldı... amma hələliyə. Təkrar eləyirəm, bu, mənim
hadisələrə əsasən qurduğum tədqiqatçı versiyasıdır,
reallığı olmaya da bilir. Real olanı bu ki, Mehdi 1943-
cü ilin yazında Gəncəyə dönən Barat xanımı aktiv
şəkildə repertuardakı tamaşalara daxil edir, onunla
əlavə işləyir, məşqlər aparır və bir gün... Barata elçi
göndərir. Özü də bu elçiliyi kim eləyir, kim eləyir...
şair Səməd Vurğun, yazıçı Mehdi Hüseyn və bir də
teatrın baş rəssamı Bəhram Əfəndiyev... Deməli, artıq
bu məqamda Mehdinin S.Vurğun və M.Hüseyn kimi
dostları vardı. Bu elçilikdən bir il ötüşüncə, yəni
1944-cü ildə Mehdiylə Barat evlənəcəklər...
Bunlar qalsın hələliyə burda... Sizə kimdən deyim,
kimdən
danışım... Barat xanımın keçmiş ərindən, Musiqili
Komediya Teatrının baş rejissoru Şəmsi
Bədəlbəylidən. 1943-cü ildə o, da durur gəlir
Gəncəyə. Bilirsiniz niyə? “Nə yardan doyur, nə əldən
qoyur” tamaşasına baxmağa. Lope de Veqanın
aktuallığı: elə bil o, öz komediyasını Mehdi üçün,
Barat üçün, Şəmsi üçün yazıb. Və bu elə beləcə də
hələ uzun müddət davam edəcək. Tamaşa bu
insanların qəribə bir həyat paradiqmasına dönəcək.
Yardan doymaq nə demək? Onu əldən qoymaq nə
demək? Təbii ki, Şəmsi bir vətəndaş kimi, bir rejissor
kimi, bir dost kimi Mehdinin tamaşası ilə maraqlanıb
da Kirovabad teatrının tamaşasına təşrif buyura
Dostları ilə paylaş: |