Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə27/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   23   24   25   26   27   28   29   30   ...   114

______________Milli Kitabxana_______________ 
83 
biri ilk dəfə idi ki, Azərbaycan teatrının repertuarında özünə 
yer alırdı. Hadisədir? Şübhəsiz. Özü də  mərkəz teatrında yox, 
əyalət teatrında. Hadisədir? Şübhəsiz. Mehdinin seyrçilərə şən 
bir komediya bəxş etmək həvəsi hadisədir? Şübhəsiz. Bu pyesi 
seçməklə Mehdi göstərmək istəyirdi ki, teatrda tam müstəqil və 
fərqli bir siyasət aparmaq fikrindədir. Əlbəttə, İncəsənət İşləri 
üzrə İdarənin imkan verdiyi çərçivələrdə. Elə bu idarənin adını 
çəkmişkən bir məsələni xatırladım. Mehdi Məmmədov bir 
təsadüf nəticəsində öyrənir ki, İncəsənət  İşləri üzrə  İdarədə 
dahi Lopenin “Nə yardan doyur, nə əldən qoyur” komediyasını 
Azərbaycan türkcəsinə çevirirlər. Onda Mehdi xahiş edir ki, 
pyesi Kirovabad teatrına göndərsinlər. 
     Niyə Mehdi bu pyesdən ikiəlli yapışır? Birinci səbəb budur 
ki, “Nə yardan doyur, nə  əldən qoyur” tamaşasını Mehdi 
Moskvanın  İnqilab Teatrında görmüşdü. Həmin tamaşanı 
1937-ci ildə Stanislavskinin davamçılarından biri A.D.Popov 
hazırlamışdı  və Diana rolunda M.İ.Babanovanın ifası teatr 
bilicilərini sartsıtmışdı. Və Mehdinin bundan xəbəri vardı: 
nümunəni beynində fiksə eləmişdi; yəni hətta burada da 
imitasiya faktoru istisna deyil. İkinci səbəb budur ki, hər bir 
peşəkar rejissor dünya klassikasına məftundur və “Nə yardan 
doyur, nə əldən qoyur” kimi pyesləri səhnəyə gətirməyi özünə 
şərəf bilir. Üçüncü səbəb budur ki, klassikanın köməyilə 
teatrda yaradıcılıq problemlərini həll etmək, teatr kollektivini 
müəyyən ideya ətrafında daha sıx birləşdirmək mümkün olur.  
     Elə bu fikirlərlə Mehdi işə girişdi;  əlbəttə ki, bir nömrəli 
məsələ pyesin tərcüməsi idi. Burada mən bir tədqiqatçı kimi 
qarışıq məqamlarla üzləşdim. Nədən ki, Cəfər Cəfərov eyni bir 
vəziyyəti bir cür təqdim edir, İlham Rəhimli bir ayrı cür. 
İ.Rəhimli yazır ki, guya pyesi öncə Ələkbər Ziyatay ruscadan 
azəri türkcəsinə çevirib və bu tərcüməni Mehdi şeiriyyətə 
meylli olduğuna görə  bəyənməyib, götürüb verib Əvəz 
Sadığa.
68
 Bununla da tərcümə  məsələsi qapadılıb, mətn qəbul 
edilib. Yox, iş bu tövr asanlıqla getməyib. Bəri başdan onu 


______________Milli Kitabxana_______________ 
84 
deyim ki, İncəsənət İşləri üzrə İdarə Gəncə şəhərində yaşayan 
cavan bir şairə Lope de Veqanın tərcüməsini tapşırmazdı. Əvəz 
Sadıq isə lap gənc yaşlarında olmasına baxmayaraq, artıq mən 
Cəfər Cəfərova istinadən danışıram, təcrübəli bir tərcüməçi 
kimi Azərbaycanda tanınırdı. Odur ki, pyesi rus dilindən azəri 
türkcəsinə birinci Əvəz Sadıq çevirir. Elə çevirir ki, Mehdinin 
xoşuna gəlmir. Rejissor deyir ki, tərcümə  mətni qədərincə 
teatral deyil, səhnəlik deyil, söz “palçığı”ndan  əziyyət çəkir, 
orijinalın yumorunu və zərifliyini, romantik ülviyyətini lazımi 
səviyyədə çatdıra bilmir. Belə bir mühüm problemlə üzləşən 
Mehdi hətta tərcümə  mətnindən imtina etmək istəyir və pyesi 
yenidən, bu dəfə nəzmlə, başqasına tərcümə elətdirmək barədə 
düşünür. Amma alınmır; baxmayaraq ki, şair  Ə.Ziyatay işə 
cəlb olunur. Onun nəzmlə azəri türkcəsinə çevirdiyi parçalar da 
Mehdini razı salmır. Naəlac qalan rejissor bir daha Əvəz 
Sadığa müraciət eləyir və ona tapşırıq verir ki, mətni ritmik 
proza halına gətirsin. Ə.Sadıq Gürcüstanda olduğundan Mehdi 
onunla mətn üzərində birlikdə  işləməkdən ötrü bir neçə  dəfə 
Tiflisə yollanır. Çox çəkmir ki, rejissor Mehdiylə  tərcüməçi 
Əvəz Sadıq bir ortaq məxrəc bulurlar. Mətnə  Ələkbər 
Ziyatayın tərcüməsində iki monoloq və böyük bir dialoq da 
daxil edilir. Orijinalda şeirləri Lope de Veqa sonet formasında 
yazdığından  Ə.Ziyatay da onları dilimizə  qəzəl kimi çevirir. 
Bax, “Nə  yardan doyur, nə  əldən qoyur” pyesinin dilimizə 
tərcümə tarixçəsinin əsli budur. Hər halda bunu Cəfər Cəfərov  
belə danışıb.
69 
     Klassik  əsərin tamaşaya hazırlanma prosesində  tərcümə 
problemi, tərcümə çətinliyi yalnız aysberqin görünən tərəfidir. 
Əsas məsələ  mətni aktyorlarda “əritmək”, onların səhnədə 
orqanik davranışına, təbii rəftarına nail olmaq, personajların 
əməl xəttini düzgün qurmaq, ansambl yaratmaq, tempo-ritmi 
təmin etməkdir. Mehdini bu, daha çox qayğılandırırdı. Təsadüfi 
deyil ki, 1943-cü il mayın 22-sində “Nə yardan doyur, nə əldən 
qoyur” tamaşasının premyerası olmamışdan təqribən bir ay 


______________Milli Kitabxana_______________ 
85 
öncə aprelin 18-də Mehdi Məmmədov «Ədəbiyyat 
qəzeti»ndə “Mehdi Məhəmmədzadə” imzası ilə “Lope 
de Veqa ilk dəfə Azərbaycan səhnəsində” adlı bir 
məqalə  dərc elətdirir. Bu məqalənin Mehdi 
Məmmədova mənsubluğuna heç bir şübhə yeri 
qalmasın deyə, mən xüsusi vurğulamaq istərdim ki, 
onu oxuyarkən həməncə  kəsdirirsən ki, bu yazı 
rejissor tərəfindən qələmə alınıb. Çünki bu məqalədə, 
ilk növbədə, Lopenin əsərlərinin səhnə  təcəssümü 
problemlərindən söz açılır. Mehdi burada sanki 
quruluşun çətinliyi, problemləri barədə öz həmkarları 
ilə bölüşür: “Daha böyük çətinlik dialoq üzərindəki 
iş zamanı hiss edilir. Unudulmamalıdır ki, səhnədə 
iki adam danışırkən tamaşaçı onların təklikdə 
dediyi sözləri yox, ikisinin birgə mübahisəsindən 
doğan üçüncü bir şeyi, - yeni mənanı, - təqib edir. 
Başqa klassiklər kimi Lope de Veqa da bu sirri 
yaxşı bildiyi üçün o öz məntiqini daha çox 
iştirakçıların qarşılıqlı  rəftarı ilə  əlaqələndirir. 
Odur ki, avtorun möhkəm məntiqi çox zaman 
danışılan sözlərin altında gizlənir. Dialoqu doğru 
və 
qəşəng qurmaq üçün rejissor məhz 
dramaturqun özünün məntiqini axtarmalıdır. 
Bundan  əlavə Lope de Veqanın bəzən bir duel 
qədər sürətli və  hərarətli, ya da bir duet qədər 
müdrik olan dialoqlarını oynamaq üçün aktyorları 
çevik, həssas və ritmli olmağa alışdırmaq 
lazımdır”.
70
 Elə ona görə Mehdi Kirovabad seyrçisini 
şoka salacaq ritmik, oynaq, şux bir tamaşa qurmuşdu. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə