Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə35/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   31   32   33   34   35   36   37   38   ...   114

______________Milli Kitabxana_______________ 
114 
də çox-çox əvvəl hazırlaşmağa başlamışdı. Mehdi haradasa 5-6 
il olardı ki, “On ikinci gecə”ni öz içində  gəzdirirdi. Onun 
Moskvada oxuduğu illərdə teatrlar, xüsusilə  də avanqard 
pozisiyalara sahib rejissorlar, Şekspir komediyalarına maraq 
göstərirdilər. Mümkün ki, elə bu tendensiya da Mehdiyə  təsir 
eləmişdi, onu “On ikinci gecə”nin emosional, lirik və yumorla 
dolu karnavalına doğru itələmişdi. Tamaşanın eksplikasiyası 
Gəncədə yazılmışdı. Bu dəfə  də  rəssam Fyodor Qusak 
seçilmişdi: və  hətta onun ilk eskizlərini Mehdi qəbul da 
eləmişdi. Amma sən saydığını say... Fələyin planı  həmişə bir 
başqa cür olur. Bakıda səhnə 
tərtibatı 
rəssam 
S.M.Yefimenkoya tapşırıldı, musiqini yazmağı isə Tofiq 
Quliyeva həvalə elədilər. Onlar hələ “Bahar”ı bir yerdə 
hazırlamışdılar, sonra isə “Bağban iti”nin havacat və 
diringələrini axtarıb tapmışdılar. 
     Əlqərəz, 1946-cı il aprelin 20-də (T.Yusufbəyli yazır 21-də) 
quruluşçu rejissor Mehdi Məmmədov “On ikinci gecə” 
tamaşasının premyerasını oynadı. Və bilirsiniz bu tamaşa nə 
qədər yaşadı? Düz 10 il və bəlkə də iki gecə artıq. Yalnız 1956-
cı ildə bu tamaşanı repertuardan götürdülər. Belə bir statistik 
məlumat da var ki, 1946-cı ilin aprelindən 1948-ci ilin 
iyulunadək “On ikinci gecə” Milli Teatrın səhnəsində 100 dəfə 
göstərilib.
86
 Tamaşanın uğurunun birinci dəlaləti elə budur. 
Səhnə oyunu maraqlı alınmasaydı, ilbəil sərasər seyrçilər 
tərəfindən baxılmazdı ki?..  Bu marağın təminatçısı,  şübhəsiz 
ki, Mehdi Məmmədovun tamaşaya verdiyi konseptual həll 
olmuşdu. 
     Səhnə  tərtibatı olqular məkanını bir cənub ölkəsinə 
köçürmüşdü və bu cənub ölkəsinə  rəssamın emosional ovqatı 
çoxlu günəş  səpələmişdi. Ona görə  səhnədə  işıq vardı, 
yüngüllük vardı, sevinc, fərəh vardı. Və Tofiq Quliyevin 
bəstələri sanki günəş şüaları ilə axıb səhnə məkanına süzülürdü 
və ya düymə-düymə olub şüalardan asılırdı. Tofiq Quliyev öz 
musiqisilə həyat enerjisinə, həyatın zarafatlarına və qadınların 


______________Milli Kitabxana_______________ 
115 
gözəlliyinə bir himn, bir serenada oxuyurdu, personajlarla isə 
onların xarakterinə uyğun məzələnirdi, əylənirdi, səmimicəsinə 
zarafatlaşırdı. 
     Mehdi  səhnə planşetinin hər qarışından istifadə edib 
mizanlar qurmuşdu: səhnə önündən, orkestr çalasından 
maksimal bəhrələnmişdi. Nökərlər, təlxəklər, musiqiçilər 
səhnəyə  məhz buradan qalxırdılar; epizodlarını ifa etdikdən 
sonra eləcə də çıxıb gedirdilər. Bu da elə bil səhnəni, səhnədə 
yaşanılan olayları seyrçilərə bir azacıq daha yaxınlaşdırırdı. 
Tərtibat aktyorlara səhnədə heç nə ilə mane olmurdu. “On 
ikinci gecə” də Kirovabad teatrının “Bağban iti” tamaşası kimi 
başlanırdı: yenə Tofiqin bəstələdiyi musiqinin müqəddiməsi 
səslənirdi, yenə hersoq malikanəsində  həyəcan yaşanıldığı 
seyrçilərə duydurulurdu, yenə hersoq evinin nökəri saray 
əyanlarına, musiqiçilərə haylanırdı ki, onlar tez olsunlar, tez 
orkestr çalasından səhnəyə qalxsınlar və  pərdəni açsınlar. 
Mehdi “ikinci institut dövrü”nün ən uğurlu tamaşasını 
təkrarlayırdı. “Nə yardan doyur, nə  əldən qoyur” tamaşası, 
əvvəla, Bakı camaatına göstərilməmişdi; ikinci: bu tamaşa öz 
ömrünü tam yaşaya bilməmişdi, seyrçilərlə enerji mübadiləsinə 
ala-yarımçıq qatılmışdı, potensial enerji resurslarını özündə 
saxlamışdı. Odur ki, bu təkrardan ötrü Mehdini qınamaq 
sadəlövlük olardı. Mehdi bu proloqun effektini bir də, bu dəfə 
daha geniş masştabda, yoxlamaq istəyirdi. 
     “On  ikinci  gecə” tamaşasını üslub baxımından Mehdi 
Məmmədov sanki bir hörük kimi hörmüşdü. Tamaşada vahid 
bir ritm yaratmışdı, hadisələri fasiləsiz dönən çənbərin işıqlı 
nöqtələrinə çevirmişdi. “On ikinci gecə” dahi Mehdinin 
quruluşunda  İntibah dövrünün əlamətlərilə  bəzədilmiş,  əlvan 
kostyumlar asılmış çevik fırlanan karuseli xatırladırdı: bir 
yerdə sevgililər əyləşib pıçıldaşırdılar, bir yerdə kimsə dostları 
ilə şərab içirdi; bir yerdə kimisə lağa qoyub gülüşürdülər, başqa 
bir yerdə isə  oğlan paltarı geyinmiş nökərin həqiqətdə  qız 


______________Milli Kitabxana_______________ 
116 
olduğunu xanım Oliviya kəsdirə bilmədiyindən əziyyət çəkirdi, 
qəm dəryasına batırdı.  
     Rejissor  bu  tamaşaya hazırlaşa-hazırlaşa  Şekspiri  əla 
öyrənmişdi,  İntibah dövrünü əla öyrənmişdi, XVI yüzil 
İngiltərəsinin adət-ənənələrini, məişətini, mədəniyyətini 
Azərbaycan kitabxanalarının imkan verdiyi səviyyədə  əla 
öyrənmişdi. Axı təbiətən o, tədqiqatçı doğulmuşdu bu dünyaya: 
rejissor bacarığından öncə ona alimlik istedadı verilmişdi. 
Mehdi bir araşdırıcı kimi “On ikinci gecə”ni təhlil edə-edə 
düşünmüşdü ki, aya, görəsən, bu ser Tobi kimi adamlar 
haradan belə peyda olurlar? Onların yaşam tərzinə hakim bu 
qədər sərhədsiz hedonizm izah ediləsi bir şeymi? Mehdi 
mənbələrlə işləyərkən aydınlaşdırmışdı ki, İngiltərə zadəganları 
bir zamanlar əylənməyi özlərinə peşə eləyiblərmiş; mütəmadi 
kef-damaqda, eyş-işrətdə bulunmaq onların dəli ehtirası, dərdi-
azarı imiş. Hətta  İngiltərə tarixində elə  məqamlar olub ki, bu 
zadəganların zarafatları kimlərinsə ölümü, təhqirilə nəticələnib. 
Bu lordlar bəzi hallarda şəhərdən kənarda qəlyanaltılar 
tikdirirdilər, nabələd adamları ora cəlb eləyirdilər, yedizdirib-
içizdirirdilər, nəşələnirdilər və onların arvadlarını yoldan 
çıxarırdılar. Ol səbəbdən Mehdi bu qərara gəlmişdi ki, ser Tobi 
məzəli bir tip olsa da, heç də müsbət personaj deyil: Şekspir 
onu Malvolionun qarşıdurumu kimi yaradıb, Malvolioya 
“gözdağı vermək” üçün yaradıb. Niyə ser Tobidən başlayıram 
tamaşanın təhlilinə? Çünki bu personaj tamaşanın komizminin 
açarıdır. O, əsl  İntibah adamıdır, karnaval tipajıdır, haradasa 
Falstafın qohumudur. Amma yalançılıqdan, ikiüzlülükdən 
uzaqdır. Danışanda ağzından söyüş püskürür və bu söyüş 
hersoqun  şeirlərini həməncə “yandırıb külə döndərir”, onun 
ütülənmiş  nəzakətini ayaqlar altına atıb tapdalayır.  Şekspirin 
ser Tobisilə hersoqu onun komediyasının gülüş qütbləridir: biri 
ifrat qabalığı, başıpozuqluğu, hüdudsuz hedonizmi təmsil edir, 
digəri ifrat kübarlığı, puritanlığı. Ona görə  də  əgər teatrın 
truppasında ser Tobini əla ifa edəcək aktyor yoxdursa, “On 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə