Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə43/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   39   40   41   42   43   44   45   46   ...   114

______________Milli Kitabxana_______________ 
138 
andına qurban gətirir. Kollektiv andiçmə isə, həqiqətən, bir 
mərasimdir və burada misteriya ruhu çox güclüdür. Nədən ki, 
bir yığın insan özünü andına qurban deyir, özünü ömürlük 
andının girovuna çevirir. Suggestiv bir prosesdir. 
     Mehdi  Məmmədovu da “Gənc qvardiya”da personajların 
qəhrəmanlığı, igidliyi, mübarizəsi, həyat eşqi, sevgisindən daha 
çox onların içdiyi AND ilgiləndirmişdi və o bunu səhnədə bir 
misteriya yaratmaq imkanı kimi dəyərləndirmişdi, öz 
tamaşasının energetik mərkəzi bilmişdi.  
     A.Fadeyevin romanını səhnəyə gətirmək ideyası boş yerdən 
Mehdinin beyninə düşməmişdi: sadəcə, o öz Moskva 
həmkarlarının quruluşlarından xəbərdar idi. 1947-ci ildə 
Nikolay Oxlopkov “Gənc qvardiya”nı V.Mayakovski adına 
Moskva Dram Teatrında, Boris Zaxava isə Y.Vaxtanqov adına 
teatrda səhnələmişdilər. Mehdi N.Oxlopkovun tamaşasını 
görmüşdü. Bunu Cəfər Cəfərov da təsdiqləyir. B.Zaxavanın 
“Gənc qvardiya”sını isə onun görüb-görmədiyindən xəbərimiz 
yox. Hər halda bu məsələ Mehdi həyatının bir faktını aşkarlayır 
ki, Mehdi 1947-ci ildə Moskvada olub. Nə  səbəbə? Bunu 
demək çətindir. Maraqlıdır, “Gənc qvardiya”nı ona həvalə 
edəndən sonra Mehdi Moskvaya yollanıb, ya Moskvadan 
qayıdıb bu romanın sevdasına düşüb? 
     Hər halda imitasiya deyilən bir şey Mehdi yaradıcılığından 
da yan ötüşməyib. İmitasiya bu və ya digər şəkildə və müxtəlif 
nisbətlərdə özünü “Nə yardan doyur, nə  əldən qoyur”, “On 
ikinci gecə”, “Gənc qvardiya” “Rəqs müəllimi”, “Mehmanxana 
sahibəsi”, “Müfəttiş” kimi tamaşalarda göstərib, bəzi vaxtlarda 
isə latent vəziyyətdə qalıb. Olsun ki, Mehdi nəyisə imitasiya ilə 
başlayıb, lakin yaradıcılıq prosesində bu imitasiyadan tam azad 
olub və öz mükəmməl uğurunu imzalayıb. Ona görə Mehdi 
yaradıcılığında imitasiya sadə təsirlənmədən o yana gedib çıxa 
bilməyib. 
     Ancaq  mən məlumatlıyam ki, N.Oxlopkovun “Gənc 
qvardiya” tamaşasına da bir misteriya ruhu hakim kəsilibmiş. 


______________Milli Kitabxana_______________ 
139 
Həmin tamaşanın  şəkillərindən də bunu duymaq mümkün. 
Mehdinin tamaşasından da epizodlar təsvir olunduqca 
aşkarlanır ki, “Gənc qvardiya” Milli Teatrda məhz misteriya 
qismində, monumental qəhrəmanlıq ruhu ilə  aşılanmış bir 
misteriya qismində oynanılıb. Bununla bərabər mən 
N.Oxlopkovun rejissor üslubuna bir yaxınlıq da duyuram bu 
tamaşada. Məsələn, Mehdinin şərtiliyə, simvollaşdırmaya 
meylində, boyaları qatılaşdırmaq, cizgiləri, detalları böyütmək, 
rəmzləşdirmək cəhdində, publisistikanı, plakatçılığı  bədii 
eyham səviyyəsinə yüksəltmək təşəbbüsündə. Tamaşanı 
teatrşünas İ.Kərimov da təsvirləyir.
110
 Əslində, bu təsvir Cəfər 
Cəfərovdan götürülüb və ruscadan dilimizə  sərbəst tərcümə 
edilib; ona görə  mən hər iki mətnin müqayisəsi nəticəsində 
məqamı düşdükcə müəyyən qeydlər aparmaq hüququnu 
özümdə saxlayıram. Nə yaxşı ki, bu teatrşünaslığın Cəfəri var; 
aydınlıq yalnız ondan gəlir: “Rejissorun niyyəti yox idi ki, 
təmiz  şərti bir tamaşa yaratsın: amma o, sovet adamlarının 
düşmənlə savaşının qəhrəmanlığını, mübarizəsinin poeziyasını 
daha dərindən aça biləcək bədii priyomlardan faydalanmağa 
çalışırırdı. Bax, elə ilk səhnələrdən biri (buradan İ.Kərimov 
Cəfərin mətninə birbaşa qoşulur, bəzi sözləri dəyişir; onun 
mətnini mən iri mötərizələr vasitəsilə görükdürəcəyəm): 
almanlar [düşmən qoşunları] yaxınlaşır, Krasnadon sakinləri 
[əhali] çayı keçib getməyə  tələsir [çalışır], lakin imkan 
tapmırlar, düşmən [alman əskərləri] onların başının üstünü alır. 
Təpənin arxasından [üstündən] iri, qara, qorxunc [qorxunc qara 
rəngdə, nəhəng] bir tank görünür. İnsanlar [dinc əhali] həyəcan 
içində vurnuxurlar. Gənc qvardiyaçılar da buradadırlar, onlar 
əl-ələ verib qara bədheybətlə üz-üzə dayanıblar [elə bu vaxt 
gənc qvardiyaçılar zəncir halqası kimi əl-ələ verərək dövrə 
vurur, tankın qarşısını  kəsirlər].  İki qüvvə toqquşur: amansız 
maşın və canlı insanlar [iki qüvvə - müharibənin qara maşını 
ilə azadlıq mübarizləri olan insanlar baş-başa gəlir]. Fikir 
formalaşır: gücə qarşı güc dayanmalıdır...”
111
 Bu yerdə 


______________Milli Kitabxana_______________ 
140 
İ.Kərimov Cəfərin monoqrafiyasından götürdüyü fikirləri 
montaj eləyir. Mən bunu yazmaya bilməzdim: çünki güclü 
mənəvi imperativlər sahibiyəm və bu imperativlərdən biri hər 
çətin vəziyyətdə  mənim davranışımın qayəsini və  məntiqini 
müəyyənləşdirir: Tanrının haqqını tanrıya, qeysərin haqqını 
qeysərə ver. Mən haqları ruhlara qaytarıram. Teatr dünyada 
yeganə  məkandır ki, orada ədalət etalonu həmişə qorunub 
saxlanılır.                            
     Elə isə yenidən Cəfərə müraciət edək: “Və nahəyət, öz bədii 
həllinə görə daha bir ifadəli epizod - and səhnəsi. Pyesdə bu 
səhnə bina daxilində baş verir, rejissorsa onu xarabalığa 
dönmüş bir məkana çıxarıb. Şəhər yanır, ətrafı alov sarımışdır, 
birdən bu viranəliyin arasından bir işıq zolağı ön plana tuşlanır, 
and içmək üçün sıralanmış  gənc qvardiyaçıların çöhrələrini 
görükdürür”
112
 “və  pərdə endirildikdən sonra hələ xeyli vaxt 
qulaqlarda cingildəyir: “Mən, Oleq Koşevoy, and içirəm”.. Və 
zal uzun zaman sükuta qərq olur”.
113
 Finalda da bu 
kompozisiya eynilə  təkrarlanırdı. Amma bu dəfə and içmək 
əvəzinə gənc qvardiyaçılar bir-bir qətlə yetirilirdilər. Sonda isə 
daş abidə  və  ətrafında heykəl kimi donuq dayanmış  gənc 
qvardiyaçılar: yəni  əbədiyyətdən boylanan bir qəhrəmanlıq... 
Mətbuatda dərc olunmuş resenziyaların hər birində bu məqam 
vurğulanırdı.
114 
     Mehdi  Məmmədovun misteriya ruhunda həll etdiyi “Gənc 
qvardiya”sı II Cahan Savaşında həlak olanların xatirəsinə 
monumental bir abidə kimi qavranılırdı  və tamaşanın özü 
bütövlükdə sanki çoxsaylı abidə fraqmentlərinə bölünürdü, 
mozaik epizodlara parçalanırdı. Tənqid bunu tamaşanın və 
Q.Qrakovun natamam səhnələşdirməsinin neqativi bilirdi. 
Mehdinin rejissor qurğusunda tənqid onu da tamaşanın 
naqisliyi hesab edirdi ki, almanların obrazları karikatura 
şəklinə salınıb
115
  və mexaniki kuklalar kimi göstərilib. Cəfər 
Cəfərov tamaşanın mühüm qüsurlarından birini də onda 
görürdü ki, səhnədə “Gənc qvardiya” təmsilçiləri heç də gənc 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə