Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə44/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   40   41   42   43   44   45   46   47   ...   114

______________Milli Kitabxana_______________ 
141 
olmayan aktyorlar tərəfindən ifa olunur. Hərçənd  İ.Kərimov 
yazır ki, “tamaşa  əsasən gənc qüvvələrin köməyilə 
yaranmışdı”.
116
 Teatrşünas fikirlərində bu dissonansı 
aşkarlayanda mən həməncə faktlara üz tutdum və öyrəndim ki, 
gənc qvardiyaçıların lideri Oleq Koşevoy obrazında səhnəyə 
çıxanda  Əli Zeynalovun 35 yaşı olub; Möhsün Sənani Sergey 
Tülenini 48, Sona Hacıyeva Klava Kovalyovanı 41, Hökümə 
Qurbanova Valya Borsu 35, Barat Şəkinskaya Lyubov 
Şevsovanı 34 yaşında ifa eləyib. Onların sırasında ən gəncləri 
Leyla Bədirbəyli və Həsənağa Salayev idi:  birinin 28, o birinin 
27 yaşı vardı: Mehdi Məmmədov Leylaya Ulyana 
Qromovanın, Həsənağaya Joranın obrazlarını tapşırmışdı. Mən 
xüsusi vurğulamaq istəyirəm ki, bütün sadaladığım bu 
personajlar romanın məkanında, süjetində özək, dayaq, mərkəz 
funksiyasını yerinə yetirirlər. Başqa cür söyləsəm, roman məhz 
bu gənclərə görə, onların məhz gəncliyinə görə yazılıb!  Bəs 
A.Fadeyevin qəhrəmanlarının romanda göstərilən yaşı neçədir? 
Mən deyim Sizə: 16-20 arası. Fərqi duydunuzmu? Bax, Cəfər 
Cəfərov da elə buna etiraz edirdi, aktyorların öz 
personajlarından azı iki dəfə böyük olmasına etiraz edirdi. Bu 
etiraz təkcə Mehdi Məmmədova ünvanlanmamışdı: Cəfər 
Cəfərov yüngülcə eyhamla (bəyəm o zaman açıq mətnlə demək 
olardı ki, hələ  də partaarxası  şıltaqlıqlarını unutmamış  gənc 
qvardiyaçıları bibilər və  əmilər oynayırlar?) bildirirdi ki, teatr 
“qocalır” və  əgər vaxtında ölçü götürülməsə, nəticələr heç də 
sevindirici olmayacaq. Tarix və Milli Teatrın sonrakı taleyi 
göstərəcək ki, Cəfər Cəfərov öz iradlarında, öz tənqidində haqlı 
imiş. Milli Teatrda “qocalıq” sindromu hələ uzun müddət 
rejissorları  məcbur edəcək ki, onlar öz tamaşalarının 
partituralarında bu problemə uyğun korrektura işləri aparsınlar.  
     Amma  bu  “yaş” məsələsilə bağlı Mehdi Məmmədov 
teatrşünas Cəfərlə mübahisəyə girişirdi və özünün bəraəti kimi 
Barat  Şəkinskayanı göstərib deyirdi ki, onda “yaş” qəti 
bilinmir. Məhz Barat xanımla ilişikli mən Mehdi 


______________Milli Kitabxana_______________ 
142 
Məmmədovun tərəfini saxlayıram. Ancaq unutmayaq ki, Barat 
travesti rollarında uzun müddət səhnəyə  çıxmışdı, səhnədə 
“gəncləşməyin”, və  hətta “uşaqlaşmağın” peşəkar sirlərini, 
peşəkar vərdişlərini gözəl mənimsəmişdi. Cəfərsə Mehdinin bu 
arqumentini hesaba aldığını bildirsə  də söyləyirdi ki, fərq 
eləməz, onsuz da tamaşada gəncliyin təravəti və  məlahəti 
yoxdur. Bu da öz-özlüyündə kifayət dərəcədə ciddi bir 
ittihamdır; yəni aktyorlar teatrın səhnəsində konkret gəncləri 
deyil, daşlaşmış qəhrəmanları, əfsanə obrazlarını “oynayıblar”, 
onların teatral imitasiyasını, bədii imitasiyasını göstəriblər. 
Bununla belə... 
                                             *** 
     1949-cu  il  bizim  qəhraman üçün uğurlu il olmuşdur. O, 
fevralın 11-də Sabit Rəhmanın pyesi əsasında hazırladığı 
“Aydınlıq”
117
 tamaşasını  təhvil vermişdir. Bu lirik komediya 
Bakı  zəhmətkeşlərinin çox xoşuna gəlmişdir. Mirzağa  Əliyev 
Kamil, Ağasadıq Gəraybəyli Dadaş rollarında tamaşaçıların 
ürəyini fəth etmişlər. 1949-cu il iyul ayının 23-də Azərbaycan 
teatrının 75 illik yubileyi keçirilmişdir. Bu münasibətlə iyul 
ayının 21-də  Mehdi Məmmədov yoldaşa respublikanın əməkdar 
incəsənət xadimi fəxri adı verilmişdir. Elə  həmin ildə  də Ali 
Attestasiya Komissiyasının sədri A.Topçuyevin imzası ilə onun 
dosent elmi adı  təsdiq edilmişdir. Mehdinin məişətində  də 
dəyişiklik vardır. O, artıq xeyli müddətdir ki, ailəsilə birlikdə 
Bakıxanov küçəsindəki daha rahat yeni mənzilinə köçüb. 
Gecədir. Evlərdə  işıqlar sönüb. Mehdisə  hələ  də  işləyir. O, 
görkəmli teatr xadimi Konstantin Sergeyeviç Stanislavski irsinin 
tərcüməsilə  məşğuldur. Biz ona müəffəqiyyətlər diləyirik. 
Mehdinin sinəsində böyük ürək çırpınır və o, sovet insanlarının 
işıqlı gələcəyinə inamla baxır.  
                                             *** 
     Solmaz  Həmzəyevanın verdiyi məlumata görə Mehdi, 
həqiqətən, A.Bakıxanov küçəsindəki mənzilində yaşayarkən 
K.S.Stanislavskini tərcümə edirmiş  və qonorarı Moskvada 
təhsil alan azərbaycanlı  tələbəyə göndərirmiş. Heç ağlınıza 
gəlməz kimə. Tofiq Kazımova. Mən bu faktla bağlı daha 


______________Milli Kitabxana_______________ 
143 
kimlərəsə müraciət elədim. Təbii ki, Mehdini tanıyan 
adamlara... və... Mehdini tanıyan adamlar bu işə  şübhə ilə 
yanaşdılar... və onun “yüngülvari” xəsisliyindən danışdılar. 
Azərbaycan teatrının dedi-qodu tarixinin bilicilərindən biri də 
bunu Barat - Mehdi münasibətlərindəki qısqanclıq məqamı ilə 
izah elədi. Guya Mehdi Barat xanımdan öz bəzi  əlaqələrini, 
pulların gerçəklikdə hara xərcləndiyini gizli saxlamaq üçün 
“Tofiq Kazımov” versiyasını uydurub. Mən buna inanmadım. 
Mümkünatı yoxdur. Çünki Mehdi Məmmədov cüvəllağı adam 
olmayıb: təpədən dırnağadək intelligent, ziyalı birisi olub, zövq 
əhli olub, söz əhli olub, poeziya ilə, fəlsəfə ilə “nəfəs alıb”; hər 
zaman danışığının nöqtəsinə, vergülünə, rəftarının 
dürüstlüyünə diqqət eləyib. Bu boyda yalanı o, nə özünə, nə 
sənət ideallarına, nə  də ki Tofiqə yaraşdırardı. Bir də Solmaz 
xanım deyir ki,  Barat Şəkinskaya ilə Mehdi Məmmədov heç 
vaxt pul söhbəti eləmirdilər. Aydındır. Axı Mehdi özünü 
missioner kimi dərk edirdi! Bu, onu məişətlə  sıx təmas 
sferasına buraxmırdı. Mehdi şıq geyinməsinə, konyak 
içməsinə, interyer səliqəsini xoşlamasına baxmayaraq həmişə 
məişətin periferiyası ilə gəzişirdi və məişətin içinə düşməkdən 
ehtiyatlanırdı. Mehdi Moskva şəhərində yaşamağın da nə 
olduğunu yaxşı bilirdi: onu da bilirdi ki, atasız yaşamaq və 
oxumaq nə deməkdir. Və  mən yüz faiz əminəm ki, rejissor 
Mehdi rejissor Tofiqə pul göndərib və bunu təkcə Tofiqə görə 
eləməyib. O, sənət naminə, teatr naminə, gözəl maarifçilik 
ənənəsi,  gözəl maarifçilik jesti naminə bu işi tutub. 
     Qəribədir, mən bunları yazıram və elə hiss eləyirəm ki, 
Mehdinin ruhu yanımdadır... və o, dayanıb mənim yazdıqlarımı 
oxuyur, mənə mane olmadan, ancaq mənim  əlimlə  nələrisə 
dəyişir, nələrisə redakktə eləyir. Bəlkə  də elə bu yaxın 
təmasdandır ki, bütün situasiyalarda mən alicənab, nəcib 
Mehdi görürəm. Komandor kimi görürəm onu... və 
təəccüblənirəm. Mən bu tədqiqata başlayanda Mehdini Don 
Juan, Kazanova kimi düşünmüşdüm, amma Komandora 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə