Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə52/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   48   49   50   51   52   53   54   55   ...   114

______________Milli Kitabxana_______________ 
165 
İkinci səhnədə Dobçinski (Qafar Həqqi) ehtiyatla, qorxa-qorxa 
Xlestakovun yanına gəlirdi və müfəttiş qonağa əyləşməyi təklif 
edirdi. Ətrafda isə stul gözə dəymirdi. Müfəttişin təklifini əmr 
kimi, sərt ismarıc kimi qəbul edən Dobçinski, yəni Qafar 
Həqqinin yaltaq, qorxaq və hiyləgər personajı naəlac qalıb 
stulda  əyləşdiyini imitasiya eləyirdi və heç nə olmamış kimi 
sarsaq-sarsaq ovcunun içiylə stolu döyəcləyirdi. Bu mizan 
bütün mənası  və emosional qayəsi baxımından xarakterin 
məkanda özünü tanıtması  məqamıdır, xarakterin məkanda 
fiqurativ simvolik obrazıdır. 
     Mehdinin  fenomenal  tamaşasında  şəhər bələdiyyə  rəisinin 
roluna A.Gəraybəyli təyin edilmişdi, səhnədə permanent “vay 
şələküm-məəlləküm” oynayan aktyor. Əgər cənab Skvoznik-
Dmuxanovski “vay şələküm-məəlləküm” ovqatına düşməsəydi, 
yəqin ki, Xlestakovun kim olduğunu düzgün təxmin eləyərdi. 
Lakin paranoya vəziyyəti, qorxu onun fikirləşmək iqtidarını 
əlindən almışdı  və  şəhər bələdiyyə  rəisi xalis “vay şələküm-
məəlləküm”də, yəni ayı oyununda, ayı  rəqsində özünü 
itirmişdi, bicliyindən kütləşmişdi. 
     Xlestakovu  oynayacaq  aktyoru  da  Mehdi  teatrın 
truppasından sanki “maqqaşlayıb” götürmüşdü; Fateh 
Fətullayevi bu rola seçmişdi və yanılmamışdı. Nə üçün mən 
“maqqaşlayıb” deyirəm? Çünki truppada Xlestakov tipinə 
uyğun gələcək bir aktyor yox idi.  Fatehsə üç il bundan öncə 
Ə.İskəndərovun “Otello” tamaşasında “faciə iblisi” Yaqo 
rolunu ifa eləmişdi və bu, müəyyən mənada onun imicinə təsir 
göstərmişdi. Təbii ki, sərt, qəddar Yaqodan sonra aktyorun 
tülüngü Xlestakov roluna cəlb edilməsində rejissor üçün riskli 
məqamlar vardı: Mehdi Məmmədov öz peşəkarlığını karta 
qoymuşdu və uduzmamışdı. Mehdi bilirdi ki, əgər M.Əliyevlə 
mizanları bir dəfə keçib rolu onun öhdəsinə buraxmaq 
kifayətdirsə, Fatehlə ardıcıl birgə  iş  tələb olunur. Həqiqətən, 
rejissorun yardımı ilə 
Fətullayev obrazı asancana 
özünküləşdirdi: anladı ki, Xlestakovun qafasında küləklər 


______________Milli Kitabxana_______________ 
166 
vıyıldayır və bu adam düşünüb danışmır, danışıb fikirləşir və 
dediyi söz onu hara apardı, ora da gedir; yəni həyatda nadürüst 
improvizatordur, məşhur Ostap İbrahim oğlu Benderin 
sələfidir. 
     “Müfəttiş” tamaşasının azərbaycanlı quruluşçu rejissoru 
Luka Lukiç Xlopovu (A.Cavadov) da, Pyotr İvanoviç 
Dobçinckini (Q.Həqqi) də, Pyotr İvanoviç Bobçinskini 
(S.Saleh) də,  İvan Kuzmiç Şpekini (M.Sadıqov) də, Artyom 
Filippoviç Zemlyanikanı (Ab.Rzayev) da, Lyapkin-Tyapkini 
(At.Rzayev; H.Qafqazlı) də rus mühitinin gülünc simvol-
portretləri qismində təqdim etmişdi. Bu aktyorların heç birinin 
ifasında imitasiya əlaməti nəzərə çarpmırdı: onlar təkrarsız, 
orijinal oyun sərgiləyirdilər. N.V.Qoqolun mətnini Azərbaycan 
teatrı 1902-ci ildən zaman-zaman mütəmadi mənimsəmişdi və 
ona artıq özgəsi kimi yanaşmırdı. Burada Mirzə  Cəlil 
fenomenini də unutmaq olmaz. Düzdür, Mehdi üçün 
“Müfəttiş”i Sabit Rəhman yenidən azəri türkcəsinə çevirmişdi 
və bu tərcüməni öz komediyalarının dilinə yaxınlaşdırmışdı. 
     Bu dəfə Mehdinin tamaşasında qadın obrazları alınmamışdı: 
12 illik rejissor karyerasında ilk kərə idi ki, belə bir şey baş 
verirdi. Onun rejissorluq fəaliyyətinin sonrakı 30 ili də 
göstərəcək ki, Mehdi tamaşalarında aktrisalar həmişə super 
oyun nümayiş etdiriblər. “Müfəttiş” (bir də “İblis”) bu siyahıda 
istisnadır. Mirvari Novruzovanın Anna Andreyevnasında o 
qədər süni teatrallıq vardı ki, tənqidçilərin hamısı bunu 
həməncə qeyd etmişdi. Sofiya Bəsirzadə haqqında isə 
yazırdılar ki, o, ümumiyyətlə obrazı başa düşməyib
136
  və 
səhnədə yapma işgüzarlıq, yalançı canfəşanlıq göstərməklə 
məşğuldur. Gəlin razılaşaq ki, “Müfəttiş”in qadın obrazları 
natamam eskizləri xatırladır. Onları Nikolay Vasilyeviçin 
komediyasından ixtisar eləsən belə, pyes ciddi dəyişikliklərə 
məruz qalmayacaq. Mehdi Məmmədovun “Müfəttiş”indən də 
M.Novruzova ilə S.Bəsirzadə  kənarlaşdırılsaydı, tamaşanın 
estetik bütövlüyünə heç bir zərər dəyməyəcəkdi. Çünki rejissor 


______________Milli Kitabxana_______________ 
167 
tamaşada Milli Teatrın  ən koloritli kişi aktyorlarından  əla bir 
ansambl yaratmışdı  və bu ansamblda hərə öz solo partiyasını 
virtuozcasına ifa etmişdi. M.Cəfər “Müfəttiş”i Milli Teatrın 
mövcudluq tarixinin “mühüm hadisəsi” adlandırmışdı. 
D.Minkeviçsə demişdi ki, bu tamaşanın “bədii səviyyəsi çox 
yüksəkdir”. Əslində isə, əlbəttə, mənim Mehdinin “Müfəttiş”ilə 
bağlı öyrənib bildiklərimə görə, bu tamaşa dahi bir tamaşa 
olub. Osip rolunda M.Əliyev, Skvoznik-Dmuxanovski rolunda 
A.Gəraybəyli bənzərsiz sənət göstəriblər səhnədə; elə bir sənət 
ki, yalnız Çarli Çaplin, İqor  İlyinski, Mixail Jarov istedadının 
masştabında analogiya, müqayisə  tələb edir. Mən  əminəm ki
keçən əsrin 50-ci illərində bu cür Osipi, bu cür bələdiyyə rəisi 
olan bir tamaşa ilə bütün Rusiyanı, bəlkə də dünyanı, dolaşmaq 
mümkün idi. 
     Mehdinin “Müfəttiş”i təkcə yubiley tamaşası deyildi; təkcə 
öz rejissor səriştəsini, peşəkarlığını bir daha kimlərəsə sübut 
etmək cəhdi deyildi; təkcə “baxın, biz Qoqolu da oynaya 
bilirik” iddiası deyildi. Mehdi Məmmədov “Müfəttiş” 
tamaşasını “rüşvət və  əxlaq” mövzusunda sosial lətifə kimi 
düşünmüşdü və buradan fəlsəfi sonuclara gedib çıxmışdı. 
Toplumun  əxlaqını, mənəvi, ruhsal durumunu rüşvət qədər 
pozan digər bir nəsnə bulmaq çətin: o yerdə ki, rüşvət var, 
orada əxlaq qalmır. Sosial əxlaq heçə enəndə toplumda qorxu 
və absurd tirajlanmağa başlayır. Rüşvət əxlaqı, əxlaqın yoxluğu 
isə cəmiyyəti dağıdır. Burada reaksiya zəncirvaridir. Tamah və 
qorxu rüşvəti labüdləşdirir; rüşvət isə tamah və qorxunu 
çoxaldır. Rüşvət azadlıqdan, aşkarlıqdan qorxur, azadlıq, 
aşkarlıq da rüşvətdən. Rüşvət hakim olan yerdə hamı 
ucdantutma lakeydir, kölədir, nökərdir. Bu tip sosial-fəlsəfi 
qayəli fikirlər Mehdinin “Müfəttiş” tamaşasının mənalar 
orbitində  fırlanırdı.  Əlbəttə ki, o zaman bu yöndən tamaşaya 
yanaşmaq, bu aspektdən onu aktual adlandırmaq olmazdı. 
Çünki rəsmi  şəkildə  bəyan edilmişdi ki, Kommunist Partiyası 
cəmiyyətdə rüşvətin kökünü kəsib və onun hər təzahürünə qarşı 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə