Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə51/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   47   48   49   50   51   52   53   54   ...   114

______________Milli Kitabxana_______________ 
162 
kimi iki ən ünlü ədəbiyyat avtoriteti Mehdinin tamaşasına rəy 
bildirir. Bu, onun üçün qədərincə xoş müjdədir. D.Minkeviçin 
resenziyası
134 
isə teatr qavrayışı baxımından daha dəqiq və 
daha informativdir.
 
Cəfər Cəfərov da öz monoqragiyasında 
“Müfəttiş”lə bağlı təhkiyəsini D.Minkeviçin yazdıqları üstündə 
qurur. Mənsə çalışdım ki, tamaşanı azacıq da olsa, şəkillər və 
məqalələr  əsasında restavrasiya eləyim. Nə görsəm yaxşıdır? 
Gördüm ki, tamaşa rus teatr mədəniyyətində “Müfəttiş”in 
quruluş tarixindən “tanınan” standartlara, klişelərə uyğun 
stilizə olunub; amma əla stilizə olunub. Şəkillərə baxanda heç 
deməzsən ki, bu rusları səhnədə oynayanlar Qafqaz türkləridir. 
Qrim vasitəsilə azərbaycanlı aktyorlar elə ruslaşıblar ki, 
şəkillərdə kimin kim olduğu çətinliklə ayırd edilir. Busa 
tamaşanın estetikasını konkret surətdə “portretləşdirən” 
amildir. Mehdi Məmmədov “Müfəttiş” komediyasını realist 
teatr prinsiplərinin müstəvisində hazırlamışdı, “dördüncü 
divar”ı aktyorların səhnədə mövcudluq tərzi üçün 
aktuallaşdırmışdı, azərbaycanlıları başqalaşmağa, bir-iki 
saatlığa Osip, Xlestakov, Bobçinski, Zemlyanika, Xlopov adı 
altında rus olmağa, rus kimi düşünməyə, rus kimi davranmağa  
vadar eləmişdi, XIX əsr Rusiyasının  əyalət həyatından bir 
fraqmenti az qala etnoqrafik görüntülərdə sərgiləmişdi. 
     Tərtibatçı rəssam Nüsrət Fətullayev idi. Geyim eskizləri isə 
Samorodova soyadlı bir qadına tapşırılmışdı. Nüsrətin işində 
rus teatrından götürülmüş iqtibaslar, imitasiyon detallar çoxluq 
təşkil eləyirdi. Tərtibatda həm V.E.Meyerholdun, həm də 
B.Zaxavanın tamaşalarının təsiri aşkar duyulurdu. D.Minkeviç 
söyləyir ki, tamaşada ortaya qoyulmuş  həddən ziyadə iri stol 
aktyorların səhnə davranışına mane olurdu. Bu stolun ölçüləri, 
təbii ki, “əfsanəvi” Meyerholdun 1926-cı ildəki məşhur 
konseptual “Müfəttiş”indən gəlirdi. Lakin Milli Teatrın 
“Müfəttiş” tamaşasının tərtibat sistemində  həmin stoldan 
qədərincə funksional yararlana bilməmişdilər. Ona görə də bu 
stol səhnədə  qədim mebelə çevrilmişdi. Stolun üstündən 


______________Milli Kitabxana_______________ 
163 
şişman gövdəli, “gombul” bir çilçıraq asılmışdı. Səhnə 
planşetinin arxa planında isə  şəhər bələdiyyə  rəisinə, müasir 
leksikonla desək,  şəhər merinə  mənsub evin qonaq otağının 
tağlı  pəncərələrdən ibarət divarı “hörülmüşdü”.  Tərtibatda və 
geyimlərdə Rusiyanın  əyalət  şəhəri üçün xarakterik yaşam 
mühiti, mövcudluq tərzi çox dəqiq göstərilmişdi. Tamaşadakı 
dekorativ anturaj və geyimlər, qrimləri də  mən bura əlavə 
eləyirəm, seyrçidə elə bir təəssürat yaradırdı ki, sanki rəssamlar 
illərcə Rusiyada yaşayıb və  təhkimli Rusiyasının məişətini, 
adamlarını, onların dəblərini, zövqlərini məxsusi öyrəniblər. 
Odur ki, bu tamaşanın tərtibat sistemi üçün imitasiya faktoru 
inkar edilmir. Milli Teatrın “Müfəttiş”indən 1952-ci ildə 
çəkilmiş fotoları Moskva teatrlarında oynanılmış eyniadlı 
tamaşaların  şəkillərilə tutuşduranda oxşarlığı  həməncə 
aşkarlayırsan.  
     Mehdi  Məmmədov bu imitasiyon tərtibat sistemini 
tamaşasından ötrü yararlı saymışdı, iştirakçıları bədii portretlər 
qismində  səhnəyə  çıxarmaqla rəssamlar tərəfindən təklif 
olunan oyun məkanını mənimsəmişdi və bununla da imitasiya 
həddini sıfra endirmişdi. Russayağı qrimlənmiş, rus kübarları 
üslubunda geyinmiş, bir sözlə, zahirən ruslaşmış aktyorlar 
səhnədə davranan kimi, ağzını açıb danışan kimi azərbaycanlı 
kimsələrə çevrilirdilər. Bununla da tamaşa orijinallaşırdı, 
özəlləşirdi. Mehdi Məmmədovun “Müfəttiş”i öz qayəsi
emosional ovqatı etibarı ilə “rus muzeyində azərbaycanlı 
portretləri” ifadəsilə xarakterizə edilə bilərdi.  
     Mehdi  Məmmədov tamaşanı elə qurmuşdu ki, hər portret 
seyrçiyə maksimal aydınlıqla və maksimal cilada görünsün. 
Təsadüfi deyil ki, biz 1952-ci ildə  dərc edilmiş resenziyaları 
oxuyarkən müəlliflərin məhz portretlərə xüsusi diqqət 
yetirdiyinin  şahidi oluruq. Hər portretin arxasında isə konkret 
bir aktyorun yaradıcılığı dayanırdı. Mehdinin “Müfəttiş”i 
aktyor tamaşası idi; amma bununla yanaşı burada bir 
muzeyvarilik də vardı: portretlər təkcə qalereyadan asılmış 


______________Milli Kitabxana_______________ 
164 
rəsmlər deyildi; onlar həm də keçmiş tarixi gerçəkliyin 
eksponatlarını xatırladırdı. Portretlərin hamısı böyük ustalıqla 
işlənmişdi: ona görə teatr yazarları aktyorların hər birindən 
ayrılıqda danışırdılar. Amma bu cərgədə birinci M.Əliyevin adı 
çəkilirdi, onun oynadığı lakey Osipin bənzərsizliyindən, 
inandırıcılığından söz açılırdı. Bu tamaşada M.Əliyev qədər 
orqanik, səmimi olan digər bir aktyor tapmaq çətin idi. Onun 
qoca Osipinin xırda gözləri, ağ bənizi, yuxarı dartılmış düyməli 
burnu vardı. Mirzağanın Osipi bir az beli bükük gəzirdi, yavaş 
yeriyirdi, özüylə bərabər səhnəyə hikkənin, bezginliyin, acığın 
sükutunu gətirirdi. Aktyorun “lallığında” belə aydın oxunurdu 
ki, onun personajı donquldanmağa, deyinməyə, ağasına etiraz 
etməyə hazırdır. Ancaq Əliyevin Osipi həm də bütün varlığı ilə 
bildirirdi ki, o, heç vaxt Xlestakovu atıb getməz: çünki ağaların 
yanında fırıldaqçı  və haramzada, bic və tülüngü olmağı 
öyrənib, hiyləgərliyə öyrəşib. 
“Əliyev mənim üçün kamerton 
rolunu oynayırdı,  - deyə Məmmədov xatırlayır, - ona  əsasən mən 
səhnə  sənətkarlığına sədaqətin və bütünlükdə tamaşanın 
həyatilik gücünün dərəcəsini yoxlayırdım”.
135
 Mirzağanın Osipi 
mehmanxana çarpayısında ac uzanıb öz halından mızıldana-
mızıldana  şikayət edəndə  də, yeməyi iştahla içəri ötürən 
Xlestakovun ağzına gözlərini pişik kimi zilləyib sakit-sakit 
baxanda da səhnə möcüzəli  şəkildə canlı olurdu və tamaşaçı 
inanırdı ki, M.Əliyev, həqiqətən, acdır, həqiqətən, zavallıdır və 
həqiqətən, hüquqsuz, birisidir, əlacsız ömürlük lakeydir.                   
     “Müfəttiş”in mizanlarını Mehdi Məmmədov “hadisə  və 
xarakter” əlaqələrinin intensiv təsir müstəvisində qurmuşdu və 
bu tandemdə aparıcı, müəyyənləşdirici qüvvə kimi xarakter 
götürülmüşdü. Bu ona görə belə idi ki, “Müfəttiş” 
komediyasında,  əslində, hadisə yoxdur, təklif olunan vəziyyət 
var; hadisəni xarakterlərin özləri  əvvəl yaradırlar, sonra isə 
“yalançı” hadisə ilə doğruçu  şəkildə yaşamağa başlayırlar. 
Odur ki, dahi Mehdi bunu bilib də mizanları xarakterlərin 
təbiətinin məkan içrə davamı kimi təqdim eləmişdi. Busa 
aktyorların özünüifadə  sərbəstliyinə gözəl imkan vermişdi. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə