______________Milli Kitabxana_______________
132
cansız izdihamı göstərmək üçün deyil, hərəkət etmək, həm də
mənalı hərəkət etmək, dramı inkişaf etdirmək üçündür. Bu
cəhətdən rejissorun işi xüsusilə təqdir edilməlidir”.
103
Təhkiyənin zəifliyinə, üslub pintiliyinə baxmayaraq
informasiya çox mötəbərdir, tutumludur. Bu məlumat bizi əmin
edir ki, “Yaşar” səhnə realizmi prinsipləri zəminində qurulmuş
bir tamaşa olub; onun epizodlarının, kompozisiyalarının, aktyor
oyununun, mizanlarının bədii-estetik qayəsi “hər şey həyatdakı
kimi” devizilə müəyyənləşib. Əgər “On ikinci gecə”dən
arxayın oxunurdusa ki, “biz məzəli bir komediya oynayırıq”,
“Yaşar”dan “biz dram yaşayırıq və bu, Sizin dramınızdır” fikri
seyrçilərə təlqin edilirdi. Məhz bu estetik normativ
müstəvisində aktyorlar “başqalaşmağa” səy göstərirdilər. Bunu
Mehdi Məmmədov belə istəyirdi: aktyor sənətində
doğruçuluğu və teatrallığı balanslaşdırmağa, janrın bədii-
estetik tələblərindən kənara çıxmamağa çalışırdı, fikri əməlin
passiv avanqardı qismində görürdü.
Lakin bununla yanaşı Milli Teatrın üslubuna xas
monumentallıq da Mehdi rejissurasının paradiqmasında özünə
yer ala bilirdi, onun təfəkkür tərzilə idealcasına uyuşurdu.
“Yaşar”ın səhnə tərtibatı da rəssamlar İsmayıl Axundov və
Bədurə Əfqanlı tərəfindən monumental üslubda işlənmişdi. Bu
monumentalizm sovet adamının məkan içrə gerçək
çabalarından yaranmış nəhəng zavodların, su elektrik
stansiyalarının, iri kombinatların, ucsuz-bucaqsız fabriklərin
bədii refleksiyasını səhnədə sərgiləyirdi. “Yaşar” tamaşası da
Mehdinin müasir hayata, müasir tikintilərə reaksiyası idi.
Monumentalizmlə yanaşı tərtibatda bir gerçəkçilik ruhu da
özünü görükdürürdü. Səhnədə bir elektrik stansiyası qurulurdu
seyrçilərin gözü önündə. İş gündüz də aparılırdı, gecə də.
Çayın gurultulu səsi eşidilirdi. Qaranlıqda düşmən diversiyası
zamanı əli fənərli insanlar ora-bura qaçışırdılar. Mən səhnəni
təsvir edirəm, amma özümə də ləzzət eləyir; dinamika var,
fantaziya var, vizual obraz var: təsirlidir. Tamaşanın finalında
______________Milli Kitabxana_______________
133
isə Yaşarın göstərişilə stansiya işə salınırdı. Səhnə
dərinliyindən asılmış kənd mənzərəsini görükdürən arxalıq
pərdənin dəliklərindən seyrçi salonuna işıq seli axırdı.
Yaxşıdır? Əlbəttə ki: öz dövrünə görə sənətdəki son dəblərə
çevik bir reaksiyadır. Hərçənd bununla razılaşmayanlar da
vardı. A.Tuqanov, Mehdinin məktubuna görə “inək-qabadiş”,
tamaşaya irad tutub söyləyirdi ki, “On ikinci gecə”nin
prinsipini “Yaşar”a tətbiq etmək, dəmir konstruksiyalar
qurmaq lazım deyil”.
104
Əziz Şərif isə tərtibat sistemində dəmir
körpüdən effektiv istifadəni yüksək qiymətləndirirdi. Lakin o,
Mehdinin tamaşasında nələrisə bəyənmirdi: bu, həm tərtibata,
həm epizodların tempo-ritminə, həm səhnə fəaliyyətinin bəzi
parçalarda məntiqinə, həm də aktyor oyununa aid idi. Əziz
Şərifdən daha bir başqa sitat: “... biz quruluşda gözümüzə
çarpan iki zəif cəhəti qeyd etməyi özümüzə borc bilirik.
Bunlardan biri dördüncü şəkildə elektrik stansiyasını tikən
fəhlə və kəndlilərin hərəkətindəki uyğunsuzluqdur. Məsələn,
bir əl arabasını sürmək üçün beş-altı adam onun ətrafını alır,
halbuki bu əl arabasını hərəkətə gətirmək üçün bircə adam
kifayətdir. Bütün kütləvi səhnələrdən yalnız bu səhnədə
kütlənin hərəkətləri nizama salınmamışdır, burada dəstə-dəstə
adamlar gah bu, gah o biri tərəfə qaçır, tamaşaçı isə bunların nə
üçün qaçdığını anlaya bilmir”.
105
A.Tuqanov da xatırladırdı
bunu: “... tamaşa məni qane etmədi. Aktyorlar o yan bu yana
çox qaçır, tamaşaçıları əyləndirirdilər. Cəfərin ruhu yox idi”.
106
Əziz Şərif isə tamaşanı Cəfər ənənələrinin davamı qismində
görür, A.Tuqanovun “tamaşaçıları əyləndirmək”də suçladığı
Möhsün Sənanini (Toğrul) və Sofiya Bəsirzadəni (Tanya)
yetərincə bəyənir. Yəni tamam fərqli bir mövqe. Epizodik
rollarda çıxış edən M.Əliyev və Ə.Məmmədova ilə bağlı Əziz
Şərifin söylədiyi fikirlərlə C.Cəfərovun yazdıqlarında da bir
dissonans aşkarlanır. Tənqidçi tamaşada Əmirqulu və
Şəhrəbanı obrazlarını nəzərdə tuaraq rejissora məsləhət görür
ki, bu iki komik surətin çıxışlarını azaltsın, sözlərinə azacıq əl
______________Milli Kitabxana_______________
134
gəzdirsin.
107
Mirzağa Əliyevlə Əzizə Məmmədova hələ 1932-
ci ildə Milli Teatrın səhnəsində bu rolları oynamışdılar. Odur
ki, tamaşanın yeni versiyasında, demək olar ki, onlar heç nəyi
dəyişməmişdilər: əvvəlki kimi “milli teatr ənənələrinə sadiq
idilər, özləri gəlib doğruçuluğa, təbiiliyə çatırdılar” və ifa
psixologizmilə, ifa gözəlliyilə seyrçiləri valeh edirdilər.
108
Mehdi də aktyorların sərgilədikləri köhnə oyun variantına
etirazını bildirməmişdi və konkret epizodlara əlavə rejissor
qurğusu ilə müdaxilə etməmişdi. Danışır Mehdi Məmmədov:
“Məşqlər zamanı mən tez-tez zalda əyləşirdim və tamaşaçı kimi
onlara baxırdım, onlardan həzz alırdım və fikirləşirdim ki, bu
aktyorları, böyük ehtimalla, təkcə Stanislavski yox, Meyerhold
da sevərdi”.
Amma bütün bu kontekstdə T.Quliyevin bəstələri necə
səslənirmiş, süjetlə, xarakterlərlə necə uyuşurmuş, bax, onları
ağlıma vura bilmədim. T.Quliyev hara, Cabbarlı hara, “Yaşar”
hara? Hər halda, şəxsən mən, dahi Tofiqin bəstələrində
tamaşanın mövzusunun mümkün melodik təcəssümünü
eşitmirəm. Çünki T.Quliyevin musiqisi həmişə akvarel kimidir,
hava stixiyasındadır, yüngül və əlvan şarları xatırladır.
C.Cabbarlının “Yaşar” pyesində isə torpaq stixiyası
hökmranlıq edir. Ona gərə mən bir qədər təəccüblənirəm. Cəfər
Cəfərovun da tamaşanın musiqisilə əlaqədar xüsusi bir fikri
yoxdur və o, T.Quliyevin bəstəsini marşa bənzər mahnı
adlandırmaqla kifayətlənir, əlavə izahatlara ehtiyac duymur:
yəni nə bir tərif, nə bir tənqid, nə də bir təhlil.
Gəlin, belə deyək də, Milli Teatrda Mehdinin “Yaşar”
tamaşası alınmışdı, amma uzun yaşamamışdı. Kimsə
bəyənmişdi Mehdinin bu işini, kimsə yox. Rejissurada bu
normal haldır. Bütün tamaşaların uğuru gilizdən çıxırmış kimi
eyni olmur. Artıq bu gün mənə bir həqiqət bəllidir ki, Mehdi
“Yaşar”da öz peşəkarlığının daha bir mərhələsini adlamışdı. Bu
tamaşa ilə o, göstərmişdi ki, kütləvi səhnələrin
“kompozitor”udur; aktyorları məkanda elə yerləşdirir ki, bir
kimsənin üzü qapanmır, hamının reaksiyası aydın görünür.
Dostları ilə paylaş: |