Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə41/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   37   38   39   40   41   42   43   44   ...   114

______________Milli Kitabxana_______________ 
132 
cansız izdihamı göstərmək üçün deyil, hərəkət etmək, həm də 
mənalı  hərəkət etmək, dramı inkişaf etdirmək üçündür. Bu 
cəhətdən rejissorun işi xüsusilə təqdir edilməlidir”.
103
  
     Təhkiyənin zəifliyinə, üslub pintiliyinə baxmayaraq 
informasiya çox mötəbərdir, tutumludur. Bu məlumat bizi əmin 
edir ki, “Yaşar” səhnə realizmi prinsipləri zəminində qurulmuş 
bir tamaşa olub; onun epizodlarının, kompozisiyalarının, aktyor 
oyununun, mizanlarının bədii-estetik qayəsi “hər şey həyatdakı 
kimi” devizilə müəyyənləşib.  Əgər “On ikinci gecə”dən 
arxayın oxunurdusa ki, “biz məzəli bir komediya oynayırıq”, 
“Yaşar”dan “biz dram yaşayırıq və bu, Sizin dramınızdır” fikri 
seyrçilərə  təlqin edilirdi. Məhz bu estetik normativ 
müstəvisində aktyorlar “başqalaşmağa” səy göstərirdilər. Bunu 
Mehdi Məmmədov belə istəyirdi: aktyor sənətində 
doğruçuluğu və teatrallığı balanslaşdırmağa, janrın bədii-
estetik tələblərindən kənara çıxmamağa çalışırdı, fikri əməlin  
passiv avanqardı qismində görürdü.  
     Lakin  bununla  yanaşı Milli Teatrın üslubuna xas 
monumentallıq da Mehdi rejissurasının paradiqmasında özünə 
yer ala bilirdi, onun təfəkkür tərzilə idealcasına uyuşurdu. 
“Yaşar”ın səhnə  tərtibatı da rəssamlar  İsmayıl Axundov və 
Bədurə Əfqanlı tərəfindən monumental üslubda işlənmişdi. Bu 
monumentalizm sovet adamının məkan içrə gerçək 
çabalarından yaranmış  nəhəng zavodların, su elektrik 
stansiyalarının, iri kombinatların, ucsuz-bucaqsız fabriklərin 
bədii refleksiyasını  səhnədə  sərgiləyirdi. “Yaşar” tamaşası da 
Mehdinin müasir hayata, müasir tikintilərə reaksiyası idi. 
Monumentalizmlə yanaşı  tərtibatda bir gerçəkçilik ruhu da 
özünü görükdürürdü. Səhnədə bir elektrik stansiyası qurulurdu 
seyrçilərin gözü önündə.  İş gündüz də aparılırdı, gecə  də. 
Çayın gurultulu səsi eşidilirdi. Qaranlıqda düşmən diversiyası 
zamanı  əli fənərli insanlar ora-bura qaçışırdılar. Mən səhnəni 
təsvir edirəm, amma özümə  də  ləzzət eləyir; dinamika var, 
fantaziya var, vizual obraz var: təsirlidir. Tamaşanın finalında 


______________Milli Kitabxana_______________ 
133 
isə Yaşarın göstərişilə stansiya işə salınırdı. Səhnə 
dərinliyindən asılmış  kənd mənzərəsini görükdürən arxalıq 
pərdənin dəliklərindən seyrçi salonuna işıq seli axırdı. 
Yaxşıdır?  Əlbəttə ki: öz dövrünə görə  sənətdəki son dəblərə 
çevik bir reaksiyadır.  Hərçənd bununla razılaşmayanlar da 
vardı. A.Tuqanov, Mehdinin məktubuna görə “inək-qabadiş”, 
tamaşaya irad tutub söyləyirdi ki, “On ikinci gecə”nin 
prinsipini “Yaşar”a tətbiq etmək, dəmir konstruksiyalar 
qurmaq lazım deyil”.
104
 Əziz Şərif isə tərtibat sistemində dəmir 
körpüdən effektiv istifadəni yüksək qiymətləndirirdi. Lakin o, 
Mehdinin tamaşasında nələrisə  bəyənmirdi: bu, həm tərtibata, 
həm epizodların tempo-ritminə, həm səhnə  fəaliyyətinin bəzi 
parçalarda məntiqinə, həm də aktyor oyununa aid idi. Əziz 
Şərifdən daha bir başqa sitat: “... biz quruluşda gözümüzə 
çarpan iki zəif cəhəti qeyd etməyi özümüzə borc bilirik. 
Bunlardan biri dördüncü şəkildə elektrik stansiyasını tikən 
fəhlə  və  kəndlilərin hərəkətindəki uyğunsuzluqdur. Məsələn, 
bir  əl arabasını sürmək üçün beş-altı adam onun ətrafını alır, 
halbuki bu əl arabasını  hərəkətə  gətirmək üçün bircə adam 
kifayətdir. Bütün kütləvi səhnələrdən yalnız bu səhnədə 
kütlənin hərəkətləri nizama salınmamışdır, burada dəstə-dəstə 
adamlar gah bu, gah o biri tərəfə qaçır, tamaşaçı isə bunların nə 
üçün qaçdığını anlaya bilmir”.
105
 A.Tuqanov da xatırladırdı 
bunu: “... tamaşa məni qane etmədi. Aktyorlar o yan bu yana 
çox qaçır, tamaşaçıları əyləndirirdilər. Cəfərin ruhu yox idi”.
106
 
Əziz  Şərif isə tamaşanı  Cəfər  ənənələrinin davamı qismində 
görür, A.Tuqanovun “tamaşaçıları  əyləndirmək”də suçladığı 
Möhsün Sənanini (Toğrul) və Sofiya Bəsirzadəni (Tanya) 
yetərincə  bəyənir. Yəni tamam fərqli bir mövqe. Epizodik 
rollarda çıxış edən M.Əliyev və Ə.Məmmədova ilə bağlı Əziz 
Şərifin  söylədiyi fikirlərlə C.Cəfərovun yazdıqlarında da bir 
dissonans aşkarlanır. Tənqidçi tamaşada  Əmirqulu və 
Şəhrəbanı obrazlarını  nəzərdə tuaraq rejissora məsləhət görür 
ki, bu iki komik surətin çıxışlarını azaltsın, sözlərinə azacıq əl 


______________Milli Kitabxana_______________ 
134 
gəzdirsin.
107
 Mirzağa  Əliyevlə  Əzizə  Məmmədova hələ 1932-
ci ildə Milli Teatrın səhnəsində bu rolları oynamışdılar. Odur 
ki, tamaşanın yeni versiyasında, demək olar ki, onlar heç nəyi 
dəyişməmişdilər:  əvvəlki kimi “milli teatr ənənələrinə sadiq 
idilər, özləri gəlib doğruçuluğa, təbiiliyə çatırdılar” və ifa 
psixologizmilə, ifa gözəlliyilə seyrçiləri valeh edirdilər.
108
 
Mehdi də aktyorların sərgilədikləri köhnə oyun variantına 
etirazını bildirməmişdi və konkret epizodlara əlavə rejissor 
qurğusu ilə müdaxilə etməmişdi. Danışır Mehdi Məmmədov: 
“Məşqlər zamanı mən tez-tez zalda əyləşirdim və tamaşaçı kimi 
onlara baxırdım, onlardan həzz alırdım və fikirləşirdim ki, bu 
aktyorları, böyük ehtimalla, təkcə Stanislavski yox, Meyerhold 
da sevərdi”.
  
     Amma  bütün  bu  kontekstdə T.Quliyevin bəstələri necə 
səslənirmiş, süjetlə, xarakterlərlə necə uyuşurmuş, bax, onları 
ağlıma vura bilmədim. T.Quliyev hara, Cabbarlı hara, “Yaşar” 
hara? Hər halda, şəxsən mən, dahi Tofiqin bəstələrində 
tamaşanın mövzusunun mümkün melodik təcəssümünü 
eşitmirəm. Çünki T.Quliyevin musiqisi həmişə akvarel kimidir, 
hava stixiyasındadır, yüngül və  əlvan  şarları xatırladır. 
C.Cabbarlının “Yaşar” pyesində isə torpaq stixiyası 
hökmranlıq edir. Ona gərə mən bir qədər təəccüblənirəm. Cəfər 
Cəfərovun da tamaşanın musiqisilə  əlaqədar xüsusi bir fikri 
yoxdur və o, T.Quliyevin bəstəsini marşa bənzər mahnı 
adlandırmaqla kifayətlənir,  əlavə izahatlara ehtiyac duymur: 
yəni nə bir tərif, nə bir tənqid, nə də bir təhlil. 
     Gəlin, belə deyək də, Milli Teatrda Mehdinin “Yaşar” 
tamaşası alınmışdı, amma uzun yaşamamışdı. Kimsə 
bəyənmişdi Mehdinin bu işini, kimsə yox. Rejissurada bu 
normal haldır. Bütün tamaşaların uğuru gilizdən çıxırmış kimi 
eyni olmur. Artıq bu gün mənə bir həqiqət bəllidir ki, Mehdi 
“Yaşar”da öz peşəkarlığının daha bir mərhələsini adlamışdı. Bu 
tamaşa ilə o, göstərmişdi ki, kütləvi səhnələrin 
“kompozitor”udur; aktyorları  məkanda elə yerləşdirir ki, bir 
kimsənin üzü qapanmır, hamının reaksiyası aydın görünür. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə