Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə42/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   38   39   40   41   42   43   44   45   ...   114

______________Milli Kitabxana_______________ 
135 
Onun kütləvi səhnələri məkanda sanki yelpik kimi açılırdı  və 
bədii foto üçün düşünülmüş kompozisiya xarakteri daşıyırdı, 
aşırı teatral olurdu.  
     “Yaşar” Mehdiyə lazım deyildi, Milli Teatrın repertuarına, 
onun siyasi-ideoloji xəttinə lazım idi. Və Mehdi bunu çox 
gözəl başa düşürdü. Faktiki surətdə, heç bir teatr rejissoru 
repertuar konveyerindən kənar gəzə bilmir. Əgər teatrda 
işləyirsənsə, bu yavaşsürətli konveyer üçün mütləq nəsə 
hazırlamalısan. Konveyerin təklifi, olsun ki, rejissorun bədii-
estetik tələbləri səviyyəsində dayanmasın. Amma o, səhnədə 
peşəkar rejissor tamaşası yaratmağa borcludur. Mehdi 
“Yaşar”la bunu Azərbaycanın bütün teatr ictimaiyyətinə bəyan 
eləmişdi. 
     Ancaq  elə ki, məsələ  gəlib çatmışdı Moskvaya qastrol 
tamaşası aparmağa, “Yaşar”ı  bəyənməmişdilər, “On ikinci 
gecə”ni seçmişdilər.  Əlavə  şərhə ehtiyac varmı? Məncə, yox. 
Bu fakt rəhmətlik Cəfərdən də,  Əziz  Şərifdən də, məndən də 
daha yaxşı izah eləyir vəziyyəti. 
                                               *** 
     Müharibənin qurtarmasından üç il ötüşür. Sovet xalqı qələbə 
bayramına böyük ruh yüksəkliyilə hazırlaşır. Bu münasibətlə 
“əzizbəyovçular” da öz repertuarına Aleksandr Fadeyevin 
“Gənc qvardiya” əsərini daxil etmişlər. Tamaşa teatrın istedadlı 
rejissoru Mehdi Məmmədova tapşırılmışdır. O bu pyesin səhnə 
həllinə    məsuliyyətlə yanaşır. Çünki dərk edir ki, sovet dövləti 
teatrdan  əməkçiləri qəhrəmanlığa ruhlandıracaq tamaşalar 
gözləyir. Mehdi institutut divarları arasında da öz fəaliyyətini 
dayandırmır: gənclərə sovet teatrının  əsaslarını öyrədir. Onun 
oğlu da artıq böyüyüb. Balaca Elçinin səsini indi uşaq 
baxçasından eşitmək mümkündür.  Çünki Mehdi Məmmədov və 
Barat xanım  Şəkinskaya bütün vaxtlarını fasilə vermədən sovet 
mədəniyyətinin inkişafı yolunda sərf edirlər. 
 
                                                *** 
     1948-ci ilin aprelində “Gənc qavardiya” tamaşasına yüzlərlə 
adam baxdı: baxdı  və II Dünya Savaşını xatırladı; baxdı  və 
insan qırğınlarını xatırladı, aclığı xatırladı,  şəhidliyi xatırladı. 


______________Milli Kitabxana_______________ 
136 
Düzünü deyim ki, bu tamaşadan  ətraflı yazacağımı 
planlaşdırmırdım: nə Oleq Koşevoyun qəhrəmanlığı  məni 
maraqlandırırdı, nə Lyuba Şevsovanın sevgi tarixçəsi. Yox, 
buna siyasi don geyindirməyin: mənim fakta belə 
münasibətimin nə ruslarla, nə də Sovetlər Birliyilə ilişkisi var; 
sadəcə, düşüncə primitivliyindən, təhkiyə trafaretindən qaçmaq 
istəyirdim.  İstəyirdim “Gənc qvardiya” tamaşasını  təhlilə 
çəkmədən onu Mehdi Məmmədov yaradıcılığının faktı kimi 
təqdim edim və üstündən keçim gedim. Nə böyük iş olub ki: 
növbəti tamaşadır, vəssalam. Sən demə, yox: Mehdi üçün hər 
tamaşa bir sınaq, bir axtarış yolu, bir eksperiment tərzi olub. 
Mehdi hər tamaşasına özünə və kollektivə, aktyorlara və teatr 
ictimaiyyətinə imtahan verirmiş kimi yanaşıb. Lakin bu da 
məni “Gənc qvardiya” tamaşası ilə bağlı “dastan” açmağa sövq 
edə bilməzdi, gərçi bir mühüm məqam olmasaydı. “Gənc 
qvardiya”nın izini kitabların, qəzetlərin tarixində soraqlaya-
soraqlaya mən “misteriya” sözünə rast düşdüm və bir 
tədqiqatçı kimi kefim duruldu. Tamaşada misteriya 
əlamətlərini, Allahın rəhməti olsun ona, hamıdan öncə  Cəfər 
Cəfərov görmüşdü və demişdi; amma dövrə uyğunlaşdırıb 
demişdi; üstünü sovet adamının “qəhrəmanlıq ruhunun 
ifadəsi”lə birtəhər “malalayıb” demişdi. O zaman misteriya 
yaraşardı sosializm qurucularına? Kimin cürəti nə idi “işıqlı 
gələcək” xülyası ilə yaşayanların gününü misteriya ovqatı ilə 
zəhərləsin? Elə ona görə  də  əhsən Mehdiyə!  Əhsən Cəfərə! 
Bilirsiniz niyə  əhsən? Çünki Mehdi Məmmədov lap əvvəldən 
tamaşasını misteriya kimi düşünmüşdü, konseptual bir səhnə 
oyunu qurmuşdu. C.Cəfərov da “Gənc qvardiya” tamaşasını 
misteriya kimi “oxuyanda” heç də öz intellektual 
imkanlarından, estetik bilgilərindən çıxış eləməmişdi, səhnədə 
gördüklərinin ardınca getmişdi.  
     Bu  məqamda mən sözü vermək istərdim Mehdinin özünə. 
Onun “Azərbaycan gəncləri” qəzetində yazdıqlarından: 
“Arxada üfüqdən göylərə yüksələn yanğın xaraba şəhərə müdhiş 
bir görkəm verir. Uçub dağılmış evlər,  əyilmiş bacalar, sınıq, 


______________Milli Kitabxana_______________ 
137 
yarpaqsız ağaclar qızaran səmanın fonunda yalnız bir kölgə kimi 
seçilir. Bu xaraba binaların qarşısında bir dəstə  gənc 
dayanmışdır. Yanğından düşən işıq onların yaşlarına uyğun 
olmayan ciddi simalarındakı cizgiləri daha sərt göstərir. Onlar 
tuncdan tökülmüş kimi hərəkətsiz dayanıb düşmən tərəfindən 
diri-diri basdırılan vətəndaşlarının  ərşə yüksələn beynəlmiləl 
mahnısını dinləyirlər. Cavanların qəlbində coşan sonsuz qəzəb 
və intiqam hissləri müqəddəs anda çevrilir və qaranlıq 
içərisindən Oleq Koşevoyun, onun ardınca isə yoldaşlarının səsi 
yüksəlir... Mən deyə bilərəm ki, “Gənc qvardiya” əsərilə ilk 
tanışlığımdan ta son günə qədər bu mənzərə həmişə məni izləmiş
bu and qulağımda səslənmişdir. Mən bu and səhnəsini və ondan 
əvvəl həbsxanada keçən qoca bolşeviklərin epizodunu pyesin və 
tamaşanın mərkəzi, onun yüksək nöqtəsi və ideya açarı hesab 
edirəm”.
109
 
Gəlin, bəri başdan A.Fadeyevin romanı  əsasında 
Q.Qrakovun səhnələşdirdiyi “Gənc qvardiya”da süjetin hansı 
məqamlar üzərində  gəlişdiyini Sizə aydınlaşdırım: müharibə... 
almanlar... partizan hərəkatı... vətənini sevən cavan uşaqların 
azadlıq mübarizəsi və ölümü... Qısa və konkret: qalanı 
emosional patriotizmdir və ortabab ədəbiyyatdır. Əsərin bədii-
fəlsəfi və siyasi-ideoloji kontekstində, personajların yaşantılar 
ardıcıllığında rejissor Mehdini maraqlandıran  ən mühüm 
məsələ anddır. 
     AND  niyyət müqəddəsliyinin, niyyət hökmünün alilik 
məqamıdır. And olum və ölüm arasında götürülən affektiv 
öhdəçilikdir. Tanrıların adına, əcdadların ruhuna, valideynlərin 
canına and içirlər. And “diri” sözdür: bu sözə inanırlar. Adətən, 
onun “evi” məbəd, müqədəs ocaq sayılır. Hərçənd bazar 
meydanında da and verirlər; dünyada nəyə and içmək 
mümkünsə, onun adına and verirlər! Bazar meydanında 
eşidilən and isə “quru” sözdür, sakral auradan məhrumdur,  
oyun elementidir, aldanışdır, illyuziyadır, mistifikasiyanın bir 
təzahürüdür. And içən adam zamansızlığın,  əbədiyyətin 
“kandar”ında dayanır və sanki həyatdan çıxır, ayin adamı olur. 
Kimin andı varsa, o, artıq özü üçün yox, andı üçün yaşayır. 
AND ruhun misteriyasıdır.  İnsan and içəndə,  əslində, özünü 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə