______________Milli Kitabxana_______________
138
andına qurban gətirir. Kollektiv andiçmə isə, həqiqətən, bir
mərasimdir və burada misteriya ruhu çox güclüdür. Nədən ki,
bir yığın insan özünü andına qurban deyir, özünü ömürlük
andının girovuna çevirir. Suggestiv bir prosesdir.
Mehdi Məmmədovu da “Gənc qvardiya”da personajların
qəhrəmanlığı, igidliyi, mübarizəsi, həyat eşqi, sevgisindən daha
çox onların içdiyi AND ilgiləndirmişdi və o bunu səhnədə bir
misteriya yaratmaq imkanı kimi dəyərləndirmişdi, öz
tamaşasının energetik mərkəzi bilmişdi.
A.Fadeyevin romanını səhnəyə gətirmək ideyası boş yerdən
Mehdinin beyninə düşməmişdi: sadəcə, o öz Moskva
həmkarlarının quruluşlarından xəbərdar idi. 1947-ci ildə
Nikolay Oxlopkov “Gənc qvardiya”nı V.Mayakovski adına
Moskva Dram Teatrında, Boris Zaxava isə Y.Vaxtanqov adına
teatrda səhnələmişdilər. Mehdi N.Oxlopkovun tamaşasını
görmüşdü. Bunu Cəfər Cəfərov da təsdiqləyir. B.Zaxavanın
“Gənc qvardiya”sını isə onun görüb-görmədiyindən xəbərimiz
yox. Hər halda bu məsələ Mehdi həyatının bir faktını aşkarlayır
ki, Mehdi 1947-ci ildə Moskvada olub. Nə səbəbə? Bunu
demək çətindir. Maraqlıdır, “Gənc qvardiya”nı ona həvalə
edəndən sonra Mehdi Moskvaya yollanıb, ya Moskvadan
qayıdıb bu romanın sevdasına düşüb?
Hər halda imitasiya deyilən bir şey Mehdi yaradıcılığından
da yan ötüşməyib. İmitasiya bu və ya digər şəkildə və müxtəlif
nisbətlərdə özünü “Nə yardan doyur, nə əldən qoyur”, “On
ikinci gecə”, “Gənc qvardiya” “Rəqs müəllimi”, “Mehmanxana
sahibəsi”, “Müfəttiş” kimi tamaşalarda göstərib, bəzi vaxtlarda
isə latent vəziyyətdə qalıb. Olsun ki, Mehdi nəyisə imitasiya ilə
başlayıb, lakin yaradıcılıq prosesində bu imitasiyadan tam azad
olub və öz mükəmməl uğurunu imzalayıb. Ona görə Mehdi
yaradıcılığında imitasiya sadə təsirlənmədən o yana gedib çıxa
bilməyib.
Ancaq mən məlumatlıyam ki, N.Oxlopkovun “Gənc
qvardiya” tamaşasına da bir misteriya ruhu hakim kəsilibmiş.
______________Milli Kitabxana_______________
139
Həmin tamaşanın şəkillərindən də bunu duymaq mümkün.
Mehdinin tamaşasından da epizodlar təsvir olunduqca
aşkarlanır ki, “Gənc qvardiya” Milli Teatrda məhz misteriya
qismində, monumental qəhrəmanlıq ruhu ilə aşılanmış bir
misteriya qismində oynanılıb. Bununla bərabər mən
N.Oxlopkovun rejissor üslubuna bir yaxınlıq da duyuram bu
tamaşada. Məsələn, Mehdinin şərtiliyə, simvollaşdırmaya
meylində, boyaları qatılaşdırmaq, cizgiləri, detalları böyütmək,
rəmzləşdirmək cəhdində, publisistikanı, plakatçılığı bədii
eyham səviyyəsinə yüksəltmək təşəbbüsündə. Tamaşanı
teatrşünas İ.Kərimov da təsvirləyir.
110
Əslində, bu təsvir Cəfər
Cəfərovdan götürülüb və ruscadan dilimizə sərbəst tərcümə
edilib; ona görə mən hər iki mətnin müqayisəsi nəticəsində
məqamı düşdükcə müəyyən qeydlər aparmaq hüququnu
özümdə saxlayıram. Nə yaxşı ki, bu teatrşünaslığın Cəfəri var;
aydınlıq yalnız ondan gəlir: “Rejissorun niyyəti yox idi ki,
təmiz şərti bir tamaşa yaratsın: amma o, sovet adamlarının
düşmənlə savaşının qəhrəmanlığını, mübarizəsinin poeziyasını
daha dərindən aça biləcək bədii priyomlardan faydalanmağa
çalışırırdı. Bax, elə ilk səhnələrdən biri (buradan İ.Kərimov
Cəfərin mətninə birbaşa qoşulur, bəzi sözləri dəyişir; onun
mətnini mən iri mötərizələr vasitəsilə görükdürəcəyəm):
almanlar [düşmən qoşunları] yaxınlaşır, Krasnadon sakinləri
[əhali] çayı keçib getməyə tələsir [çalışır], lakin imkan
tapmırlar, düşmən [alman əskərləri] onların başının üstünü alır.
Təpənin arxasından [üstündən] iri, qara, qorxunc [qorxunc qara
rəngdə, nəhəng] bir tank görünür. İnsanlar [dinc əhali] həyəcan
içində vurnuxurlar. Gənc qvardiyaçılar da buradadırlar, onlar
əl-ələ verib qara bədheybətlə üz-üzə dayanıblar [elə bu vaxt
gənc qvardiyaçılar zəncir halqası kimi əl-ələ verərək dövrə
vurur, tankın qarşısını kəsirlər]. İki qüvvə toqquşur: amansız
maşın və canlı insanlar [iki qüvvə - müharibənin qara maşını
ilə azadlıq mübarizləri olan insanlar baş-başa gəlir]. Fikir
formalaşır: gücə qarşı güc dayanmalıdır...”
111
Bu yerdə
______________Milli Kitabxana_______________
140
İ.Kərimov Cəfərin monoqrafiyasından götürdüyü fikirləri
montaj eləyir. Mən bunu yazmaya bilməzdim: çünki güclü
mənəvi imperativlər sahibiyəm və bu imperativlərdən biri hər
çətin vəziyyətdə mənim davranışımın qayəsini və məntiqini
müəyyənləşdirir: Tanrının haqqını tanrıya, qeysərin haqqını
qeysərə ver. Mən haqları ruhlara qaytarıram. Teatr dünyada
yeganə məkandır ki, orada ədalət etalonu həmişə qorunub
saxlanılır.
Elə isə yenidən Cəfərə müraciət edək: “Və nahəyət, öz bədii
həllinə görə daha bir ifadəli epizod - and səhnəsi. Pyesdə bu
səhnə bina daxilində baş verir, rejissorsa onu xarabalığa
dönmüş bir məkana çıxarıb. Şəhər yanır, ətrafı alov sarımışdır,
birdən bu viranəliyin arasından bir işıq zolağı ön plana tuşlanır,
and içmək üçün sıralanmış gənc qvardiyaçıların çöhrələrini
görükdürür”
112
“və pərdə endirildikdən sonra hələ xeyli vaxt
qulaqlarda cingildəyir: “Mən, Oleq Koşevoy, and içirəm”.. Və
zal uzun zaman sükuta qərq olur”.
113
Finalda da bu
kompozisiya eynilə təkrarlanırdı. Amma bu dəfə and içmək
əvəzinə gənc qvardiyaçılar bir-bir qətlə yetirilirdilər. Sonda isə
daş abidə və ətrafında heykəl kimi donuq dayanmış gənc
qvardiyaçılar: yəni əbədiyyətdən boylanan bir qəhrəmanlıq...
Mətbuatda dərc olunmuş resenziyaların hər birində bu məqam
vurğulanırdı.
114
Mehdi Məmmədovun misteriya ruhunda həll etdiyi “Gənc
qvardiya”sı II Cahan Savaşında həlak olanların xatirəsinə
monumental bir abidə kimi qavranılırdı və tamaşanın özü
bütövlükdə sanki çoxsaylı abidə fraqmentlərinə bölünürdü,
mozaik epizodlara parçalanırdı. Tənqid bunu tamaşanın və
Q.Qrakovun natamam səhnələşdirməsinin neqativi bilirdi.
Mehdinin rejissor qurğusunda tənqid onu da tamaşanın
naqisliyi hesab edirdi ki, almanların obrazları karikatura
şəklinə salınıb
115
və mexaniki kuklalar kimi göstərilib. Cəfər
Cəfərov tamaşanın mühüm qüsurlarından birini də onda
görürdü ki, səhnədə “Gənc qvardiya” təmsilçiləri heç də gənc
Dostları ilə paylaş: |