Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə39/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   35   36   37   38   39   40   41   42   ...   114

______________Milli Kitabxana_______________ 
126 
çapında bir nömrəlilər cərgəsində dayanan bu qədər klassiklə 
işləməmişdi. Məgər Lopenin “Rəqs müəllimi”ni və ya 
Haldoninin “Mehmanxana sahibəsi”ni ya da Qoqolun 
“Müfəttiş”ini “taxçadan düşdü, tap elədi, Qızxanım onu hap 
elədi” tempində hazırlamaq olar? Özü də Mehdi kimi 
hamletsayağı düşüncələrdə bulunan bir adama. Odur ki, mən 
Cəfər Cəfərovun yerinə olsaydım, Milli Teatrın rəhbərliyini, 
deməli, Ədil İskəndərovu heç günahlandırmazdım. Mehdinin iş 
ahəngi, fikir axarının ahəngi belə idi, İ.Rəhimlinin yazdığı 
kimi, ləngərli idi.
98
  
     1946-cı ilin 11 mayında verilmiş 442 nömrəli  əmrə  əsasən 
Mehdi Məmmədov rejissor və aktyor kafedrasında dosent əvəzi 
vəzifədə  təsdiq edilir. Onun institut fəaliyyətinin hələ heç bir 
illiyi də tamam olmayıb. Amma pozitiv irəliləyiş göz 
qabağındadır və bu, son deyil, pedaqoji karyeranın ilk 
pillələridir. Nədən ki, Mehdi 1947-ci ilin sentyabrında Təhsil 
Müəssisəsi Baş  İdarəsinin 537 nömrəli  əmri  əsasında 
rejissorluq fakultəsinin dekanı  təyin olunur. Beləliklə, 
Mehdinin maddi durumu getdikcə düzəlir. 
                                             *** 
     
Sıxıntılı günlər arxadadır. Sovet cəmiyyəti azad, şən yaşayıb 
işləmək üçün Milli Teatrın gənc rejissoru Mehdi Məmmədova 
hər cür şərait yaratmışdır. O, ictimai həyatda da özünə  fəal 
vətəndaş mövqeyi seçmişdir. Mehdi həmişə dostlarının 
arasındadır, öz oğlu ilə birlikdə  də xeyli vaxt keçirir, balaca 
Elçinlə  fəxr duyur. Barat Şəkinskaya da onların yanındadır. 
Mehdi Barat xanımın qızı Solmaz Həmzəyevanın da doğma ata 
kimi qayğısını çəkir...
 
                                             *** 
     1947-ci ilin 5 aprelində Ali Attestasiya Komissiyasının sədri 
S.Kaftanov yoldaş Mehdiyə dosent elmi adının verilməsini 
təklif edən sənədə qol çəkmir. “Yaşar” tamaşası isə artıq 
dördüncü aydır ki, Milli Teatrın repertuarındadır. C.Cəfərovun 
fikrincə, öz iş prinsiplərini, iş metodikasını aktyorlara 
aşılamaqdan ötrü Mehdinin teatr kollektivilə görüşləri həmin 


______________Milli Kitabxana_______________ 
127 
dövrdə qədərincə çox olmayıb və bu, onun sənətçilər tərəfindən 
başa düşülməsinə  əlavə bir əngəl törədib. Hərçənd bununla 
yanaşı (yəni Cəfərin dediyinə, yazdığına rəğmən) bir sıra səhnə 
sənətçiləri tapılıb ki, Mehdinin pozisiyasını  dəstəkləyiblər, 
konservatizm əleyhinə onunla birləşiblər. Deməli, məsələ təkcə 
görüşlərin az olmasında deyildi. O da yaddan çıxarılmamalıdır 
ki, institut divarları arasında bir xeyli Mehdini eşidən, bu 
rejissorun teatrla əlaqədar söhbətlərinə “quruyub” qulaq asan 
adam vardı ki, onlar da teatr aləmində özünəməxsus bir 
mikromühit yaradırdılar. Odur ki, bu məsələdə mən yenə Cəfər 
Cəfərovla razılaşmıram.  
     Mən onda da rəhmətlik Cəfərlə razılaşmıram ki, “Yaşar” 
Cabbarlının yaxşı pyeslərindən (İmamyar,  Əmirqulu, 
Şəhrəbanı, Toğrul kimi koloritli xarakterləri olan bir əsərin 
renomesini aşağı salmaq nə demək?) deyil və bu əsərin səhnə 
quruluşunun Mehdiyə tapşırılması  uğur yaşamış cavan bir 
rejissoru pis vəziyyətdə qoymaq iddiasından irəli gəlir!!! 
Kəskin publisistik bəyanatdır. Lakin Cəfər bunu yazmayıb; 
sadəcə, onun yazdıqlarından mən bunu belə oxudum. Düzü, 
tamamilə aydındır ki, nə Cabbarlıya, nə də Mehdiyə mən Cəfər 
Cəfərovdan yaxın ola bilməyəcəyəm: bu sənətçilərin 
təəssübünü də onlardan artıq çəkməyəcəyəm.  
     Amma və lakin... “Yaşar”ın bir pyes kimi bütün qüsurlarına 
baxmayaraq bu əsər səhnədən baxılır, rahat oynanılır, seyrçiləri 
təsirləndirir. Bunu bir kimsə gərək danmasın. 
     Mehdi “Yaşar”ı götürəndə məlumatlıydı ki, pyesin 1932-ci 
ildəki səhnə  təcəssümü rejissor A.Varşavskinin quruluşunda 
bəyənilib; məlumatlıydı ki, Ülvi Rəcəb Yaşarı əla oynayıb: Rza 
Təhmasib də  əla oynayıb  İmamyarı; məlumatlıydı ki, 
İmamyarın imici səhnə hüdudlarını  aşıb, folklora düşüb, xalq 
arasında pis adamın ləqəbi olub.
99
 Yeri gəlmişkən və 1932-ci 
ili xatırlamışkən, mexaniki bir səhvi diqqətinizə çatdırmaq 
istəyirəm.  İ.İsrafilovun “Mehdi Məmmədovun rejissor sənəti” 
kitabının 163-cü səhifəsində Ülvi Rəcəbin Yaşar rolunda, qrim 


______________Milli Kitabxana_______________ 
128 
vasitəsilə Cabbarlının özünə oxşadılmış,  şəkli verilib və 
altından yazılıb ki, quruluşçu rejissor Mehdi Məmmədov. 
1947-ci ildə Ülvi Rəcəbin qətlindən düz 10 il keçirdi. 1932-ci 
ildə isə Milli Teatrda  Mehdi Məmmədova “Yaşar”ı tamaşaya 
hazırlamağı tapşırmazdılar. Kimsə haradasa nəyəsə 
əhlikefcəsinə yanaşıb və kitabda bir qüsur özünə yer alıb. Nə 
olsun? Dünya qopmayıb ki? Bunun üstündə,  əlbəttə, 
dayanmamaq da mümkün idi. Lakin səhvi görüb də onu 
düzəltməmək, məncə, daha böyük xəta. Yəni tarix, zaman və 
tədqiqatlar gərək hökmən çalxalansın, durulsun.    
     Bir  də Mehdi Məmmədovun 1947-ci ildə quruluş verdiyi 
“Yaşar” tamaşasında baş  qəhrəmanı Rza Əfqanlı oynayırdı, 
İmamyarı - Kazım Ziya. Bax, bu, əsl problem idi. Çünki 
seyrçilər Ülvi Rəcəbin Yaşarını da, Rza Təhmasibin 
İmamyarını da hələ çox yaxşı xatırlayırdılar. Rejissor əgər öz 
tamaşasının uğurunu istəyirdisə, mütləq bu qavrayış 
stereotipinə qalib gəlməliydi,  əsərə yeni yozum verməliydi. 
1932-ci ilin “Yaşar”ı sinfi mübarizənin gərginliyi, qaçılmazlığı 
və amansızlığı üzərində qurulmuşdu. Burada Ülvi Rəcəbin 
gənc alim Yaşarı, hər  şeydən öncə, bir ideoloq, sinfi 
mübarizənin önündə  cərgələnən bir lider təəssüratı oyadırdı. 
İmamyarı ifşa etmək, xalqı onun əməllərindən qurtarmaq Ülvi 
Rəcəbin rəsm etdiyi Yaşarın müqəddəs borcu idi. Mehdi 
Məmmədov isə 1947-ci il quruluşunda aksentləri dəyişmişdi. 
O, sinfi mübarizənin konturlarını yayğınlaşdırmışdı, 
maskalanmış sinfi düşmənin kolxoz həyatı kontekstində 
ifşasını ikinci plana keçirmişdi;  əvəzində isə Yaşarın təbiəti 
ram etmək, onun sərvətlərini mənimsəmək, elmin, texnikanın 
yeniliklərini kəndə, adi insanların məişətinə  gətirmək, köhnə 
düşüncəni dəyişmək ehtirasını gücləndirmişdi. Rejissor elə 
hesab eləyirdi,  əsl inqilabi proses ictimai həyatı tamam yeni 
mənəvi-əxlaqi, sosial-ideoloji prinsiplər üzərində qurmaqdadır 
və sinfi mübarizə bu prosesin yalnız müəyyən bir tərəfidir. 
Odur ki, İmamyarkimilərin ifşasına bir elə də böyük enerji sərf 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə