Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə37/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   33   34   35   36   37   38   39   40   ...   114

______________Milli Kitabxana_______________ 
120 
     Ancaq  Mehdinin  tamaşasında Oliviya kartı da çox güclü 
oynayırdı. Hökümə xanımın aktrisa intuisiyası onun 
personajını  əsl kraliça səviyyəsinə yüksəldirdi. Leyla xanımın 
Oliviyası da bu şərh çərçivəsindən kənara çıxmırdı. Di gəl ki, 
bununla belə... Hökümə xanımın qəhrəmanı daha çox aristokrat 
idi, daha iradəli, daha məğrur idi, daha təmənnalı idi: səhnədə 
daha ehtiraslı, daha cazibəli, daha effektli davranırdı. Leyla 
Bədirbəylinin Oliviyası isə öz sadəlövhlüyü, cavanlığı, sevgi 
dünyasında təcrübəsizliyi, qəfil məhəbbət qarşısında çaşqınlığı 
ilə tamaşaçı ürəyinə yol tapırdı. Azərbaycan teatrının bir-
birindən gözəl üç füsunkar aktrisası özlərindən asılı olmayaraq 
bu tamaşa kontekstində gizli rəqabət, sözün pozitiv çalarında, 
vəziyyətinə gətirilirdi. Bu da “On ikinci gecə”ni əlavə bir real 
psixoloji gərginlik atmosferinə gömdürürdü. Bir qadın kimi də 
onların “sən gözəlsən, ya mən gözəl” iddiası, heç şübhəsiz ki, 
tamaşanın xeyrinə  işləyirdi və bu aktrisalar hər dəfə bir-
birindən üstün olmağa çalışırdılar. Mənə elə  gəlir ki, bu da 
rejissor Mehdinin aktivinə yazılmalı bir cəhətdir:  xəyalı, 
təsəvvürü, hekayəti gerçək psixoloji durumla inandırıcı 
etmək bacarığı  əsl istedad əlamətidir.  Əlbəttə ki, burada 
Mehdinin Azərbaycan teatrının  ən yaraşıqlı,  ən ovsunlu səsə 
malik kişisi olması faktorunu da danmaq düzgün deyil. Teatrda 
elə qadın yox idi ki, Mehdinin xoşuna gəlmək istəməsin, onun 
diqqəti uğrunda çabalar yapmasın. “On ikinci gecə”nin taleyinə 
düşmüş uğurların bir səbəbini də elə burada axtarmaq lazım. 
     Mehdinin  tamaşasında  əla bir Orsinio da vardı:  Əjdər 
Sultanov. Bu aktyor tamaşanın yanlış (səhvən alınmış) 
romantik sevgi üçbucağını tamamlayırdı. Fikir verirsinizmi, 
necə ansambl yaranır səhnədə... Güclü Viola, güclü Oliviya və 
yaraşıqlı sevgili Orsinio. Əjdər Sultanov bu ansamblın ideal 
ifaçısına çevrilirdi. Oliviya qarşısında onun sevgisi həməncə 
teatrallaşırdı, patetikləşirdi. Orsinio zavallı  şairə dönürdü 
Oliviya qənşərində. Viola (Sezario) ilə ünsiyyət zamanı isə 
onun teatrallığı əriyib yox olurdu: Orsinionun ürəyi danışmağa 


______________Milli Kitabxana_______________ 
121 
başlayırdı.  Ə.Sultanov Oliviyanı sevmirdi, lakin ona qarşı 
şairanə bir məhəbbəti oynayırdı: və Oliviya nə qədər əlçatmaz 
olurdusa, Orsinio öz istəyində bir o qədər inad göstərirdi. 
Obrazın bu cür yozumu tamaşanın finalında Orsinionun tələsik 
öz qərarını dəyişməsinə tam bəraət qazandırırdı. 
     Mehdi  Məmmədov tamaşanın lirik-romantik xəttini 
zərgərcəsinə  dəqiq düzüb qoşmuşdu, yanlış  məhəbbət 
üçbucağının ideal səhnə həllini tapmışdı. Razılaşaq ki, Orsinio 
haradasa bir balaca Mehdinin özü idi, onun bir parçası idi, 
alter-eqosunun obrazı idi. Nədən ki, teatrın aktrisaları çox 
asanlıqla ona aşiq olurdular və bu üzdən Mehdi tez-tez 
məhəbbət üçbucaqlarının iştirakçısına, daha doğrusu, 
oyunçusuna çevrilirdi, məhəbbət üçbucaqlarının burulğanına 
düşürdü. Beləliklə, həyat və sənət bir-birinə qarışıb yeganə bir 
təmas orbitində yaşayanda mədəniyyət dünyasında tarixi 
hadisələr baş verir. 
     Tamaşanın komediya xəttinə  gəldikdə isə... mən, sözün 
düzü, bir sıra mətləbləri anlamadım. Deyəsən, tənqidçilərin 
özləri nəyisə  əməlli-başlı qarışdırmışdılar. Biri iddia eləyirdi 
ki, tamaşadan komediya-buffonada xətti sanki “uçub yox 
olub”.
91
 O birisi iddia eləyirdi ki, “On ikinci gecə” üslubca 
Molyer komediyalarına yaxınlaşdırılıb.
92
 Ayrı birisi də iddia 
eləyirdi ki, tamaşada del arte komediyasının güclü təsiri var və 
bu, pisdir.
93
  Gəl, başa düş  də.  İndi bunların hansına inanasan. 
Bir fikir o birini təkzib edir. Del arte komediyası ilə buffonada 
arasında nə elə böyük məsafə var ki? Nədən bəhrələnib nədən 
bəhrələnməməyi rejissora məsləhət görmək nə demək? Bəyəm 
Şekspirin, Molyerin komediyalarından Aristofanın, Plavtın, 
Menandrın komediyaları boylanmırmı? Sadəcə, Moskva 
tənqidçiləri həmişə mentor olmağı xoşlayıblar, çox və uzun 
danışmağı xoşlayıblar. Amma ədalət naminə söyləyək ki, 
fikirlər müxtəlif olsalar da, onların hamısında tamaşanın 
komediya xəttilə bağlı bir narazılıq özünü görükdürürdü: ən 
çox ser Tobi Belçin ifaçısı  Ağasadıq Gəraybəyli tənqid 


______________Milli Kitabxana_______________ 
122 
olunurdu, Mustafa Mərdanova Malvolio obrazına görə iradlar 
tutulurdu. Bu sıraya Məmmədəli Vəlixanlını da qatırdılar. 
Lakin heç kəs aktyorları günahlandırmırdı, hamı Mehdi 
Məmmədovu təqsirkar bilirdi. Məqamındaca 
İsrafil 
İsrafilovdan dəqiq yerinə düşən bir sitat:  “… necə olmuşdur k, 
Moskva Bədaye Teatrında təcrübə keçən, həmişə ciddi analitik 
yaradıcılıq üslubuna meyl göstərən M.Məmmədov tamaşanın 
əsas komik personajlarının ifaçılarına ifrat sərbəstlik imkanı 
vermişdir? Bu sərbəstliyin nəticəsi kimi A.Gəraybəylinin 
oyununda Tobi bəsit  əhlikef kimi təqdim edilmiş, Vəlixanlı 
kimi məlahətli aktyor Əndrini kasıblaşdırmış, onda yalnız bir 
axmaq və  ağciyəri görmüş, Mərdanov isə Malvolionun 
şəxsində riyakar puritançılığın mahiyyətini aça bilməmişdir”.
94 
Ancaq tamaşada digər komik personajlar da vardı. Məsələn, 
İsmayıl Osmanlının təlxəyi Feste barəsində Moskva 
teatrşünasları  tərəfindən deyilirdi ki, aktyor komediyanın  ən 
yadda qalan obrazını yaradıb. Tonallığa diqqətli olsaq, yenə 
dissonans aşkarlayacağıq. Bəs Barat Şəkinskaya? Bir az 
bundan əvvəl onun Violasını dünyanın ən yaxşı violaları ilə tay 
tutmurdular bəyəm? M.V.Berterson ağzı köpüklənə-köpüklənə 
M.Novruzovanın Mariyasını  tərifləyirdi, M.Morozov isə 
Antonio rolunda Atamoğlan Rzayevdən bəh-bəhlə danışırdı. 
Deməli, tamaşada ser Tobinin, Malvolionun, bir də  Əndrinin 
ifaçılarından savayı hamı öz yerində olub. Elə isə  nə üçün 
Mehdi Məmmədov rol bölgüsünü düzgün aparmamaqda və ya 
aktyorlara ifrat sərbəstlik verməkdə suçlanmalıdır? Rus 
şünasları ser Tobi Belç adlı personajı M.Əliyev kimi bir 
aktyora tapşırmamaqda Mehdini təqsirli bilirdilər və daha 
demirdilər ki, Mehdi öz tamaşasına məhz bundan başlamışdı.  
Nə isə… kimlərisə mühakimə etmək fikrindən tamam uzağam: 
onsuz da xırdalıqlarına vardıqca daha çox uyarsızlıqlar ortaya 
çıxır; yəni Mehdinin tamaşası  ətrafında bir vəziyyətlər 
komediyası yaşanır.  Şekspirin “On ikinci gecə” pyesi də 
vəziyyətlər komediyası idi və Mehdi Məmmədov da onu elə 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə