Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə45/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   41   42   43   44   45   46   47   48   ...   114

______________Milli Kitabxana_______________ 
144 
bənzədirəm. Mən bu tədqiqata başlayanda Mehdini 
araşdırmaların, təhlillərin adi obyekti kimi fikirləşmişdim, 
amma onu  monoqrafiyamın qəhrəmanına çevirirəm.  Mən bu 
tədqiqata başlayanda ağlıma belə  gətirməzdim ki, Mehdini 
dedi-qodulardan,  şayələrdən, cəfəng lətifələrdən bu qədər 
müdafiə edəcəyəm, onu axmaqların yersiz rişxəndlərindən 
qoruyacağam, buna Mehdinin ehtiyacı olmasa da. Əlbəttə ki, 
buna Mehdinin ehtiyacı yoxdur. Sadəcə, mən gərək hər  şeyi 
haqqına danışım.  
     Yenə Solmaz xanım Həmzəyeva deyir ki, biz A.Bakıxanov 
küçəsindəki mənzildə yaşayanda stolun üstü elə  həmişə 
kitablarla, vərəqlərlə dolu olardı və Mehdi düşünəndə qaşısına 
bir ağ kağız qoyardı, kimlərinsə asta-asta şarjını  çəkərdi. 
Solmaz xanımın yadına gəlir ki, Mehdi onun da, anasının da, 
hətta aktyorların da, Ədilin özünün də şarjlarının müəllifi olub. 
Rejissor şarjlarda Barat xanımı pişiyə, Solmazı dovşana, Ədili 
fil balasına oxşadırdı. Nə ilə  cəlb elədi bu fakt məni özünə? 
Birinci, Fransanın mədəniyyət naziri Andre Malronu 
xatırladım: o, yazıçı idi, yorğun olanda, fikirləri qarışıq olanda, 
nəyisə çözə bilməyəndə  şəkil çəkirdi.  İkinci: mütəxəssislər 
söyləyirlər ki, rejissorun öz peşəsinə qeyri-rəsmi vəsiqəsi onun 
rəssamlıq qabiliyyətidir. Təsviri sənət (xüsusilə, qrafika) 
dünyanın ən tanınmış teatr və kino rejissorlarının hobbisi olub. 
Mehdi də bunu bacarıb və sevib. Deməli, Elçinin rəssamlıq 
istedadı genetikdir: bir tərəfdən Barat Şəkinskayanın qardaşı 
Süleyman Hacıyevin nümunəsi var, digər tərəfdən isə rejissor 
Mehdi öz şəxsi personası ilə...  
     1949-cu ildə Mehdi Məmmədov dahi ispan Lopeni yenidən 
Azərbaycan səhnəsinə qaytarır. Bu dəfə növbədə onun “Rəqs 
müəllimi” əsəridir. Pyesin gülməli vəziyyyətləri Aldemaronun 
xarakterilə, onun davranışı ilə diktə edildiyindən bu, daha çox 
xarakterlər komediyasıdır. Ancaq “Rəqs müəllimi” öz 
strukturuna və qayəsinə görə  vəziyətlər komediyasına da 
yaxındır. Bir daha imitasiya faktoru. Nədən ki, 1948-ci ildə 


______________Milli Kitabxana_______________ 
145 
Moskvada 75 illik yubileylə əlaqədar qastrolda olarkən Mehdi 
həmin bu “Rəqs müəllimi”ni Moskvanın Qızıl Ordu Teatrının 
səhnəsində görür, tamaşadan xoşhallanır və beyninə batır ki, 
bunu Milli Teatrda da gerçəkləşdirmək pis olmaz.  
     Azərbaycan teatrının mövcudluq və inkişaf impulsları 
həmişə Moskvadan gəlib... Ah, əyalət,  əyalət,  əyalət... 
Məkanda  əyalət olmur. ƏYALƏT psixologiyanın, düşüncə 
tərzinin səciyyəsidir.  Əyaləti  əyalət eləyən imitasiyadır: o 
özünü Mərkəzə oxşatmaqla tanıyır, özünü Mərkəzə oxşadıb 
dərk edir. Əyalət ideyaları  və fikirləri Mərkəzdən bəzəkli 
oyuncaqlar qismində  və ya təzə paltarlar kimi sevinə-sevinə 
“alır”, amma onları necə özünküləşdirməyi, necə  əyninə 
“geyməyi” bilmir və daha çox “pırpızlaşır”.  
     Nümunə Moskva teatrlarından görülüb, fiksə edilib, başqa 
sözlə, tiraja çıxarılıb. Yəni onun formasını, üslubunu və  hətta 
ideyasını  əyalətlərə aparmaq olar.  Özü də Lope de Veqa 
Mehdiyə  uğur gətirmiş müəllifdir... Özü də  əyləncəli sevgi 
macəralarını  məzəli səhnə oyununa çevirməkdən onun bir 
sənətçi kimi xoşu gəlir. Özü də bu pyes Mehdinin 
rejissurasında  əla sıra yaradır: “Nə yardan doyur, nə  əldən 
qoyur”, “On ikinci gecə”, “Rəqs müəllimi”. Mən o vaxt 
yaşasaydım və teatrşünas olsaydım bu sıranı  dəyərləndirib də 
belə bir məqalə yazardım: “İntibah dövrünün pyes və 
gözəllərinin “ovçusu”. 1949-cu ildə Mehdinin “Rəqs müəllimi” 
tamaşası ilə bağlı mətbuatda cəmi bir məqalə
118
 dərc olunur: bu 
resenziyanın da müəllifi Hüseyn Mehdidir. Hərcənd 
respublikanın teatr ictimaiyyəti M.Məmmədovun bu 
quruluşunu, mən deyərdim ki, hədsiz soyuqqanlılıqla 
qarşılayır. Elə bil ki, Lopeni Azərbaycan teatrının kandarından 
qovurlar, osa pəncərədən girir içəri. Halbuki Mehdi 
Məmmədov “Rəqs müəllimi”ni Milli Teatrın səhnəsinə 
gətirməklə tarixi-kulturoloji, sosial-kulturoloji hadisəyə imza 
atıb. Eybi yox, nə olardı, kaş ki, bu tamaşanı kimsə  tənqid 
eləyəydi, bəyənməyəydi. Amma izah eləyəydi ki, nə üçün 


______________Milli Kitabxana_______________ 
146 
bəyənmir və Mehdinin günahı  nədir, qüsuru nədir, nöqsanı 
nədir. Hər halda beləsinə mən rast gəlmədim. Azərbaycan teatr 
tarixi C.Cəfərovun,  İ.Kərimovun simasında bu tamaşada rəqs 
müəllimi Aldemaro rolunun ifaçısı  Əjdər Sultanovun (Mehdi 
Hüseyn mətninə istinadən: “Ə.Sultanov - Aldemaro həm gözəl 
rəqqas, həm ehriraslı bir aşiq, həm də  cəngavərdir”
119

peşəkarlığını, səhnədə oyun yaratmaq, möcüzə yaratmaq, 
fantastik bacarıq göstərmək  şövqünü tərifləyib gəzir və bunu 
M.Məmmədov rejissurasının pozitivi kimi təqdim edir
söyləyir ki, aktyoru “kəşf etmək”də Mehdinin misli yoxdur. 
Yazıçı Mehdi Hüseyn isə tamaşanı  uğurlu hesab edir, 
Ə.Sultanovla yanaşı B.Şəkinskayanın (Florela), M.Əliyevin 
(Alberiqo), A.Gəraybəylinin (Tebano), A.Rzayevin (Rikardo), 
S.Tağızadənin (Vandalino), Fatma Qədrinin (Felisiya) ifalarını 
yüksək qiymətləndirir. Rejissuraya gəldikdə isə bunu 
vurğulayır ki, “Mehdi Məmmədov “Rəqs müəllimi” 
komediyasının ictimai məzmununu (insanın yaşamaqdan zövq 
almaq hüququnu heç nə ilə çərçivələmək mümkün deyil - A.T.) 
aydın cizgilərlə açıb göstərməyə xüsusi diqqət yetirmiş, bu iki 
zidd qüvvənin dramatik mübarizəsini ifadə üçün inandırıcı  və 
realist boyalar tapmağa müvəffəq olmuşdur. Quruluşun 
müvəffəqiyyəti, hər şeydən əvvəl, böyük dramaturqun yaratdığı 
insan surətlərini birinci plana çəkib göstərməkdir. Bu surətlər 
əsasən qabarıq çıxdığı üçün də komediyanın lirik xəttilə yanaşı 
satirik ünsürləri də dərin məna kəsb edə bilmişdir”.
120
 Mən bu 
qısa yazı fraqmentindən belə başa düşdüm ki, Mehdi səhnədə 
bir daha həyat bayramı qurmaq həvəsində bulunubmuş, bu 
bayramın çoxsaylı “jestlər”indən rəngbərəng fişəng düzəltmək 
istəyibmiş.  
     Tamaşanın mərkəzi fiquru bu dəfə  də Barat Şəkinskayanın 
personajı Florela idi. Aldemaro məhz onun sevgisinə yetmək 
üçün rəqqaslığı öyrənirdi, rəqs müəllimi olurdu. Mən Mehdi 
Hüseynin məqaləsindən onu da oxudum ki, tamaşa səhnədə 
dinamik tərzdə gerçəkləşən bir sevgi rəqsi kimi düşünülübmüş 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə