Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə46/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   42   43   44   45   46   47   48   49   ...   114

______________Milli Kitabxana_______________ 
147 
və bu “rəqsi”  Ə.Sultanovla B.Şəkinskaya böyük sənətçi 
məharətilə ifa edirlərmiş. Diana, Viola, Florela - üç 
komediyanın üç qəhrəmanı bir aktrisanın ifasında. Bu, Baratın 
uğurundan daha çox Mehdinin bir rejissor uğurudur: Mehdi  
Baratın bir aktrisa kimi inkişaf ritminin təminatçısıdır. Baratı 
travesi olmaqdan “qurtarıb” gözəl xanım rollarının əla ifaçısına 
çevirən Mehdi Məmmədov olub. Aktrisanın Florelası ilə bağlı 
da rəylər birmənalı müsbətdir.  İntim sevgi səhnələri xüsusi 
təriflənir. Belə ki, hər dəfə Aldemaro coşqu ilə Florelaya 
yaxınlaşmaq istədikdə Baratın qəhrəmanı “rəqsə başlayaq?” 
deyib vəziyyətin gərginləşməsinə yol vermirdi və seyrçilərdə 
xəfif təbəssüm oyadırdı. 
     Tamaşanın musiqisini dahi Qara Qarayev bəstələmişdi, 
tərtibatını Nüsrət Fətullayev işləmişdi. Mehdi Hüseyn “Rəqs 
müəllimi”nin musiqini nə qədər bəyənmişdisə, tərtibatı da bir o 
qədər tənqid eləmişdi, məkanın təşkilindəki yeknəsəqlikdən, 
“On ikinci gecə”dən “Otello”ya, “Otello”dan “Rəqs 
müəllimi”nə keçmiş  ağ pilləkənlərdən təngə  gəldiyini 
bildirmişdi. Bunu ona görə söyləyirəm ki, tamaşa 1949-cu ildə, 
75-illik yubiley təntənəsinə qarışsa belə, teatrın pozitivləri 
cərgəsində qavranılmamışdı.  
     Lakin  bununla  belə... dünənə kimi “Rəqs müəllimi” milli 
teatr məkanında istedad və peşəkarlıq etalonu kimi xatırlanırdı. 
1977-ci ildə teatrşünas Adilə  İsmayılova dərslərində Lope de 
Veqadan danışarkən Aldemaro rolunda Ə.Sultanovun səhnədə 
necə havaya tullanıb “qayçı” elementini yerinə yetirdiyini 
söyləyərdi. Söyləyərdi ki, aktyor buna nail olmaq üçün hər gün 
səhər saat 8-dən 11-ə kimi (bəzənsə daha çox) xoreoqrafla 
məxsusi  şəkildə  məşqlər eləyərdi, klassik rəqsin  əlifbasını 
öyrənərdi. Əgər teatr ictimaiyyətinin qeyri-rəsmi gündəliyində
daha doğrusu, şəhərin teatr folklorunda müəyyən tamaşadan bir 
mif fraqmenti ilişib qalırsa və yaşayırsa, bu o deməkdir ki, 
həmən tamaşaya əbəs əziyyət çəkilməyib. 


______________Milli Kitabxana_______________ 
148 
     Nə  qədər oxuyursan, yenə görürsən ki, azdır. Nə  qədər 
yaşayırsan, yenə görürsən ki, təəccüblənirsən. 1950-ci ildə  nə 
olursa, necə olursa, Mehdiyə ilk dəfə sağdan və soldan zərbələr 
dəyir. Özü də düz getdiyi yerdə! Özü də qəfildən!  Yox, mən 
buna təəccüblənmədim. Birincisi: fələkdir də, bizimlə kuklalar 
kimi oynayır; ikincisi: bura Bakıdır və istədiyin istedadlı şəxsi 
istədiyin vaxt qruplaşıb, coğa yaradıb, plan qurub yıxmaq 
mümkündür. Mən təəccübləndim Cəfər Cəfərova ki, bu adam 
Mehdini 1950-ci ildə  nə günə qoyub! Mən təəccübləndim 
Əbdürrəhim bəy Haqverdiyevə, onun ağır, qara aurasına! Əgər 
bir otaqda 10 Azərbaycan maarifçisinin portreti və ya fotosu 
asılıbsa, divarın çatı mütləq gəlib Haqverdiyevin şəklinin 
vurulduğu yerə, ya da birbaşa  şəklin başı üstünə naxış kimi 
düşəcək! Mən təəccübləndim kiməsə atdığın daşın fəzada 
illərlə  hərlənib, fırlanıb sonda yenə  sənə qayıtmasına! Mən 
təəcübləndim Mehdinin zəifliyinə, acizliyinə, özünə 
inamsızlığına! Hər kişidə Komandor və Don Juan nisbəti 
paralel dünyalar kimi yaşayır... Biri diktatordur, tiranlığın 
təmsilçisidir, o biri demokratdır, meydan adamıdır. Komandor 
azman gücdür, cəmiyətin, dini-əxlaqi strukturların sütunudur. 
Don Juansa modifikasiya çevikliyidir, varolma elastikliyidir. 
Amma bu nisbətdə demək, ayırd etmək mümkünsüzdür ki, 
həqiqi güc kimin tərəfindədir. Kişilərin hamısı Komandor 
olmaq istəyirlər. Kişilərin hamısı Don Juana həsəd aparırlar. 
Bəlkə də Don Juan Komandorun beynində çabalayan əbədi kişi 
fantaziyasıdır? Və  bəlkə  də Don Juanın yaratdığı simulyakrın 
adı Komandordur? Onlar problemlərini çözə bilməyəndə 
tifaqlar və hətta ittifaqlar dağılır. 
     1950-ci  il  yanvarın 27-si Milli Teatrda “Dağılan tifaq” 
oynanıldı.  
     Barat  Şəkinskaya və Mehdi Məmmədov nigahının sonu 
yaxınlaşırdı. Mehdini əhatə edən gözəl xanımlar ucbatından 
ailədə 1948-ci ildən etibarən mütəmadi narazılıqlar yaşanmağa 
başlamışdı. Baratla Mehdinin sevgisi qurtarırdı. Onlar ziyalı 


______________Milli Kitabxana_______________ 
149 
adamlar kimi bir-birindən ayrılacaqdılar və rejissor - aktrisa 
münasibətlərini heç vədə pozmayacaqdılar. Barat xanım yenə 
əvvəlki kimi Mehdinin tamaşalarında rol alacaqdı.  
     1950-ci  il  fevralın 5-ində yazıçı Nurəddin Babayev 
“Dağılan tifaq” haqqında bir resenziya
121
  dərc elətdirir. 
Məqaləni oxuyub görürsən ki, müəllif yazdığının yarısını pyesə 
həsr eləyib, tamaşanı “oxuya” bilməyib və keçib epizod-epizod 
nəyin pis, nəyin yaxşı olduğunu müəyyənləşdirməyə. Sonucda 
isə trafaret düşüncələrə, stereotip yekun fikirlərə sığınıb qalıb. 
Şəxsən mən həmin resenziyada özüm üçün və tamaşanın tarixi 
üçün, müasir Azərbaycan teatr mədəniyyəti üçün “diri” heç nə 
aşkarlamadım.  
     Bu amorf və primitiv, əlacsız və aciz rəydən təqribən bir ay 
ötüşüncə martın 3-də  Cəfər Cəfərov “Dağılan tifaq” haqqında 
bir məqalə yazacaq ki, gəl görəsən. Resenziya teatrşünas 
peşəkarlığının sübutudur, şübhəsiz. Ləzzətli bir məqalədir: 
oxuyursan və bilirsən ki, tamaşa nəmənə olub. Amma 
ömrümdə birinci dəfə idi ki, mən Cəfər Cəfərova görə utandım. 
Tənqidinə görə utanmadım. Utandım, pafosuna görə, 
çağırışlarına görə, deklorativ üslubda nitq söylədiyinə görə. O, 
belə bir məqaləni bir neçə il bundan öncə yazsaydı, yəqin ki, 
təhlükəsizlik orqanları Mehdini aparacaqdılar. Nədən ki, 
resenziyanın axırıncı abzasında Cəfər artıq tənqidçi cümlələri 
yazmır, sanki hakim kimi qərar oxuyur; oxuyur və qorxudur: 
“Biz isə bunu da qeyd etmək istərdik ki, rejissor Mehdi 
Məmmədov bu yanlış tamaşanı özü üçün təsadüfi bir şey hesab 
etməsin. O, bacarıqlı, mədəni, savadlı bir rejissor olsa da son 
zamanlar bir sıra müvəffəqiyyətsizliklərə  uğramışdır. 
“Aydınlıq” da, “Rəqs müəllimi” də rejissor işi nöqteyi-
nəzərindən müvəffəqiyyətsiz tamaşalardır. “Aydınlıq”, “Rəqs 
müəllimi”, “Dağılan tifaq” - bu enişlə heç bir dikdirə qalxmaq 
olmaz! “Dağılan tifaq” Mehdi Məmmədov üçün ciddi bir dərs 
olmalıdır. Çünki məfkurəvilik və partiyalılıqdan, müasirlik və 
realizmdən uzaqlaşan sənətkarın yolu yalnız və yalnız 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə