Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə48/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   44   45   46   47   48   49   50   51   ...   114

______________Milli Kitabxana_______________ 
153 
mövqenin səbəbi anlaşılmamışdı. Yenə elə sanmışdılar ki, 
Mehdi insanın yaşamaq hüququnu yox, konkret Süleyman bəyi 
müdafiə eləyir və onun halına acıyır. Cəfər Cəfərov elə hesab 
edirdi ki, Süleyman bəyi Möhsün Sənani kimi şirin səsə, 
yapışıqlı fakturaya malik bir aktyora tapşırmaqla Mehdi 
seyrçidə obraza qarşı apriori simpatik duyğu oyatmışdı. 
Süleymanın qatili Kərim roluna Atamoğlan Rzayev kimi 
“mənfi cazibə” ilə  fərqlənən aktyoru təsdiqləməklə rejissor 
Mehdi tənqidçi Cəfərin  iradına məruz qalmışdı. Düzdür, 
Kərim Süleymanın qatilidir, ancaq o, haqqına iş görür
Süleymanın azğınlığına sipər çəkir. Odur ki, rol bölgüsüylə 
Cəfər razılaşmırdı. Tamaşadan bir epizod: “...Budur, yaralı 
Süleyman - M.Sənani səhnədə sürünür, qırmızı qan ağ 
köynəkdən üzə  çıxır”, qırıq-qırıq, aramla, ürəkləri parçalayan 
bir səslə inildəyir, astadan yanıqlı-yanıqlı bayatı söyləyir”
126 
və 
bununla da tamaşaçı  rəğbətini qazanırdı, seyrçi mərhəmətinə 
apellyasiya eləyirdi. Hərçənd “əgər rejissor təsadüfən ölüm 
yerinə  gəlib çıxan ovçuların sözlərinə yaxşı diqqət etmiş 
olsaydı, görərdi ki, xalq Süleymanın ölüsündən də ehtiyat edir
onun xatasından qorxur”.
127
 Təsdiqləyək ki, tarix müstəvisində 
“Dağılan tifaq” əsərinin təhlililə ilişikli Cəfərlə Mehdinin 
debatı alınıb. Amma Cəfərin tənqidi  əladır, hədələri isə 
dözülməz və sosial-psixoloji basqı kimi bir şey.  
     Bununla  belə... tənqid “ideologiya”, “məfkurə”, “klassik 
irsə münasibət” barədə söhbətlərə  məşğul ikən... bir sıra peşə 
məsələlərini diqqətdən yayındırırdı. Tənqid adi bir şeyi 
unudurdu ki, Nəcəf bəyi ifa eləyən Rza Əfqanlı ilə Nəcəf bəyin 
oğlu Süleymanı oynayan Möhsün Sənani arasında cəmi bir il 
yaş  fərqi var və rejissorun belə seçim eləməsi nə  dərəcədə 
məntiqidir. Tənqid rəssam Bədurə Əfqanlının tamaşaya verdiyi 
tərtibatdan da tutarlı heç nə demirdi. Bir azcana tamaşanın 
Fikrət  Əmirov tərəfindən yazılmış musiqisindən danışılırdı. O 
da ona görə ki, musiqi tamaşanın mistik ovqatını konkret səs 
partituralarında ifadə edə bilirdi. “Tamaşa giriş musiqisilə 


______________Milli Kitabxana_______________ 
154 
(İ.Kərimovun fikrincə,  şən bir musiqilə - A.T.) başlayır. Bu 
musiqidə aydın bir şəkildə məşum bir keyfiyyət duyulmaqdadır 
ki, tamaşanın axırında çalınan musiqidə də eynən təkrar olunur. 
Bütün tamaşa belə bir mistik çərçivə içərisinə alınmışdır”.
128
 
Bu deyilənləri bir-bir toplayıb ortaq məxrəcə  gətirsək, 
görəcəyik ki, həmin məxrəcə “realizm uğrunda mübarizə”
 
ifadəsi yazıldı.
 
Tamaşanın tənqidi də qüvvələri, bax, bu 
istiqamətdə cəmləmişdi. Çünki bu şüar sovet ədəbiyyatının və 
incəsənətinin ideoloji müstəvisində bir nömrəli siyasi çağırış 
qismində qavranılırdı. Sovet dövləti realizmi dəstəkləyirdi. Və 
Mehdinin də  tənqidi ona görə belə haylı-küylü olmuşdu ki, 
Milli Teatrın rejissoru öz yaradıcılığında ilk dəfə simvolizmə, 
fəlsəfi romantizmə, hadisələrin mistik yozumuna 
meyllənmişdi, dramaturqun emosional partiturasına bacardıqca 
yaxın düşməyə çalışmışdı  və haradasa melodramın içinə 
girmişdi.  Ədil  İskəndərov Milli Teatrın qapılarını sovet 
gerçəkliyinin, sovet düşüncə tərzinin üzünə taybatay açdıqdan 
sonra teatrda birinci dəfə idi ki, belə hal yaşanılırdı, daha 
doğrusu, ideoloji xətaya yol verilirdi.
 
     Həqiqətən, bu tamaşanın taleyində bir mistika vardı. 1935-ci 
ildə Mehdi “Dağılan tifaq”ın rejissurasını  tənqid eləmişdi, 
Abbas Mirzənin özünü tənqid eləmişdi. Bu da sonu: 15 il 
tamam olunca tənqid bumeranqa dönüb Mehdinin özünü 
vurmuşdu. Ruh dünyası, ruhsal dünya maddi dünyadan qat-qat 
güclü. Yaxşısı budu ki, məramın xoş deyilsə, Əbdürrəhimbəyə 
toxunma! Doğrudan da, Mehdi getdiyi yerdə yaman bərk 
büdrəmişdi. 
     Düzdür,  1969-cu  ildə  Cəfər Cəfərov “Dağılan tifaq” 
tamaşası haqqında bir balaca ayrı rakursdan danışacaq, bəzi 
səhnələri tamam yeni bir baxım bucağından  şərh edəcək: 
birinci pərdədə epikurçuluq əlamətləri görəcək və bunu Nəcəf 
bəyin dünyasını açmaq üçün yaxşı  bədii üsul kimi yozacaq. 
Belə ki, Nəcəf bəyin eqoizminin, başqa insanların iztirablarına 
qarşı laqeydliyinin, zəif bəndələrə zülmünün kökləri bu 


______________Milli Kitabxana_______________ 
155 
epikurçuluqda gizlənir. Kef məclisləri, fasiləsiz yeyib-içmək
əylənmək həyat məqsədi olanda eqoizmə qapılar açılır. 
Fikir verirsinizmi, artıq 1950-ci ilin tənqidi pafosu 19 ildən 
sonra  şərh etmək həvəsilə  əvəzlənib; artıq birinci pərdədəki 
“hırıltı”dan, ümumiyyətlə, danışılmır; teatrşünas artıq tənqid və 
rejissor arasında yaşanılmış ixtilafların səbəbini milli 
dramaturgiyada janr problemlərinin düzgün çözülməməsində 
axtarır. 
    1974-cü  ildə  də, bəzi müəlliflərin təqdim etmək 
istədiklərindən fərqli, Cəfər Cəfərov yenə də öz 1950-ci ildəki 
pozisiyasından koordinal şəkildə  çəkilməyəcək,
129
 sadəcə, öz 
sosial-ideoloji iddialarını arxa plana atacaq. Lakin bununla 
yanaşı o, əvvəlki kimi israrlı olacaq ki, “Dağılan tifaq” Mehdi 
Məmmədov yaradıcılığında uğursuz melodramdır... və ardıyca 
da etiraf edcək ki, ötəri epizod deyil. Bir həqiqət danılmazdır 
ki, Cəfər Cəfərov 1969-cu və 1974-cü illərdə öz 
mülahizələrindən sərtliyi tamam yığışdıracaq, təhkiyəsini daha 
mülayim, daha həlim bir axarda aparacaq. 
     Ancaq daha gecdir: qatar  keçib gedib. 
     1950-ci ildə tamaşa cəmi 19 dəfə oynanılıb və repertuardan 
çıxarılıb: təbii ki, tənqidlər,  əsasən də, ideoloji ittihamlar 
ucbatından. Mehdi “yaman yerdə axşamlamışdı”. Bir 
çoxlarının əlinə girəvə düşmüşdü ki, Mehdini “sancsınlar”, onu 
“isti-isti” təhlükəsizlik orqanlarına təhvil versinlər; desinlər ki, 
Mehdi bəylərin müflis olmasının səbəbini, sosial-ideoloji 
mübarizənin, sinfi mübarizənin mahiyyətini düzgün dərk etmir
milli zadəganlığa rəğbət bəsləyir, onun nümayəndələrinin 
ölümündən məyuslaşır, keçmiş günləri romantikləşdirir. Bütün 
tənqidlərin ən qorxulu tərəfi elə bu idi. 
     Mənim üçün son dərəcə önəmli bir fakt: 1950-ci ilin 16 
fevralında, düz “Dağılan tifaq” tamaşasının premyerasından bir 
ay ötüşüncə, Mehdi Məmmədov Azərbaycan Dövlət Teatr 
İnstitutunda tutduğu dekan vəzifəsindən azad edilir. Burada 
adamın ağlına min cür fikir gəlir. Həqiqətən, bu faktı 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə