Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə50/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   46   47   48   49   50   51   52   53   ...   114

______________Milli Kitabxana_______________ 
159 
Haradasa istirahətinin 24-cü, ya da 25-ci günü götürüb Ədil 
İskəndərova bir məktub yazır. Buyurun, özünüz oxuyun: 
 
     “Hörmətli qardaşım Adil! 
     Bu,  mənim sənə ikinci məktubumdur. Birincisini sənə lap çoxdan 
yazmışam, yəqin ki, sən unutmusan. Moskvada dekada vaxtı  sənin 
“Şərəf nişanı” ordenilə  təltif edilməyin münasibətilə  sənə  təbrik 
məktubu yazmışdım. Bilmirəm nə üçünsə bu məktubu yazmağa 
başlayanda onu xatırladım. Olsun ki, məktublarımın hər ikisi eyni hiss 
ilə yazıldığından bu xatirə doğur. Mən arzu edirəm bu məktubum da 
sənə həmin səmimiyyəti və hörmət hissini çatdırsın, sənə və sənin idarə 
etdiyin teatra qarşı  mənim  ən xeyirxah bir adam olduğuma qarşı 
səndəki inamı möhkəmlətsin. Mən “möhkəmlətsin” yazıram, çünki 
güman edirəm ki, bu axır vaxtlar həmin inam artıq səndə oyanmağa 
başlamışdır və  sənin mənə qarşı  rəftarın yaxşılaşmışdır. “Çiçəklənən 
arzular”ın quruluşu hazırlanan günləri mən hər  şeydən başqa bir də 
ona görə xoş duyğu ilə xatırlayıram ki, o günlər bizim yoldaş, sənətdaş 
və dost kimi yaxınlaşmağımıza çox kömək etdi. Mən səni özümlə yanaşı 
görəndə özümü güclü hiss edirdim. Mənim bir arzum var ki, bu 
səmimiyyət və yaxşı münasibət axıra qədər olsun! 
     ...Nə isə... deyəsən bir az lirikaya qapılmışam. Adam bir-birindən 
uzaqda olanda ürəyi daha asan açılır... 
     Adil! Kislovodskiyə gələndən sonra böyük çətinliklə özümə müalicə 
kursu düzəldə bildim. 20 gündür ki, müalicə ilə  məşğulam. Mən 
təsəvvür etmirdim ki, müalicə bu qədər vaxt aparar. Amma nəticəsini 
hələlik görmürəm. Özümü yenə yaxşı hiss etmirəm. Məni inandırırlar 
ki, müalicənin nəticəsini geri qayıdandan sonra hiss edəcəyəm. 
     Bakıdan burda dedikcə çox adam var. Yazıçılardan Səməd, 
Süleyman, Mehdi, Rəfili burdadırlar. Rus teatrı iyulun 29-da 
qastrollarını bitirdi. Böyük çətinliklə (demək olar ki, hər gün paralel 
tamaşalar oynamaq şərtilə) öz xərclərini bir təhər çıxartdılar. 
     Çox  maraqlanıram bizim teatrın tamaşaları necə keçir, necə  qəbul 
olunur? Qəzetlərdə oxuduğum qısa qeydlər məni çox sevindirir. Sizə 
ayın 20-də  təbrik teleqramı göndərmişdim. Bilmirəm, çatdımı? Yenə 
sizə  və yoldaşlara böyük müvəffəqiyyətlər arzu edirəm. Məndən 
hamıya çoxlu salam yetirin. 
     “Müfəttiş” haqqında Nüsrətə ayrıca məktub göndərəcəyəm.  
 
                        Sağlıqla qalın! Mehdi. 
 
Kislovodsk, 03.08.51.” 


______________Milli Kitabxana_______________ 
160 
 
     Bu, Mehdinin Ədilə göndərdiyi son məktubudur.  
     Daha bir də məktub olmayacaq. 
     Amma Mehdinin yazdığı mətndən aşkar duyulur ki, bu, bir 
təşəkkür məktubu olub. Görünür, həqiqətən, Mehdi teatrda çox 
çətin bir duruma düşübmüş  və  Ədil “Çiçəklənən arzular”ın 
quruluşu zamanı onu mənən dəstəkləyibmiş. Mehdi Ədilə 
“qardaşım” deyir, amma gah “sən”lə, gah da “siz”lə danışır. Bu 
onu bildirir ki, Mehdi nə özünə, nə də dediklərinə tam yüz faiz 
əmindir. Mehdi, sadəcə, münasibətləri tənzimləmək, bir az da 
sadələşdirmək, səmimiləşdirmək, bacardıqca yaxşılaşdırmaq 
istəyir və  Ədili açıq mətnlə  məlumatlandırır ki, ona və onun 
teatrına qarşı  ən xeyirxah adamlardan biridir. Maraqlı bir 
pasajdır: bəyəm Mehdi özünü “onun teatrı”ndan ayırır, 
fərqləndirir? Şüur bir informasiya verir, şüuraltı isə mətnə daha 
hansı qatqılarısa qatır. Təkcə faktlar təkzibedilməzdir: “Dağılan 
tifaq”dan sonrakı hadisələrdə  Ədil Mehdini əməllicə müdafiə 
edib, onu öz qanadının altına alıb. Bu məktubdan bir də o 
görünür ki, Mehdinin sağlamlığında ciddi problemlər olub və 
hətta müalicə belə onun ürək ağrılarını azaltmayıb. Bununla da 
məktub aydınlaşdırır ki, Mehdi 1950-51-ci illərdə teatrdakı 
fəaliyyətilə bağlı güclü streslər keçirib, və ola da bilsin ki, 
depressiv situasiyalar yaşayıb və bu həyat tərzi Mehdinin 
xəstəliyini aktivləşdirib. 
     Amma  bu  da  həqiqətin hamısı deyil. Nədən ki, 1949-51-ci 
illər Mehdi Məmmədov ailəsində kəskin konfliktlər dövrüdür. 
Boşanma prosesi yaşanılır; ev bölünür, balaca Elçinin məsələsi 
həll olunur ki, uşaq kiminlə qalacaq. Belə  qərara alınır ki, 
Elçini Mehdi özüylə götürsün. Baratla qızı Solmaza bir otaq 
düşür. Mehdi Kirov prospektində 21 nömrəli evdə, 3-cü 
blokda, 30-cu mənzildə məskunlaşır Bu zaman Elçinə daha çox 
nənəsi Sayalı xanım baxırdı  və Elçin onunla birgə L.Tolstoy 
küçəsində yaşayırdı. Şübhəsiz ki, Mehdinin şəxsi həyatının bu 
olayları da onun sağlamlığına təsirsiz ötüşməmişdi.  


______________Milli Kitabxana_______________ 
161 
     Lakin  buna  baxmayaraq  1951-ci  ildə Mehdi “Çiçəklənən 
arzular” tamaşasında Barat xanıma beşinci sinif şagirdi 
Həqiqətin rolunu tapşırdı. Onda aktrisanın 37 yaşı vardı  və 
Baratın  şəxsi həyatının “Mehdi Məmmədov” səhifəsi 
qapadılmışdı. Hərçənd səhnə  məkanı  çərçivəsində onlar yenə 
bir-birlərini əla tamamlayırdılar.   
     Bu  məktubdan aydınlaşan başqa bir xəbər də budur ki, 
1951-ci ilin iyun-iyul aylarında Mehdi Məmmədov fikrən artıq 
N.V.Qoqolun “Müfəttiş” əsərilə məşğul olub. Milli Teatrda rus 
klassikasını adətən rejissor Ələskər  Şərifova həvalə edirdilər. 
Bu dəfə qayda pozulmuşdu: Qoqol Mehdiyə tapşırılmışdı. 
Sovetlər Birliyində Nikolay Vasilyeviçin ölümünün 100 illiyi 
bir yubiley təntənəsi kimi qeyd olunurdu və Bakı da buna bir 
reaksiya göstərməliydi ki, “ah, Qoqol necə də sevimlidir”. Çöp 
də  gəlib Mehdiyə düşmüşdü. Bu, “Dağılan tifaq”dan, 
“Çiçəklənən arzular”dan sonra Mehdi üçün bir şans kimi 
dəyərləndirilməliydi. Digər tərəfdən Mehdi hələ Moskvada 
olarkən Nikolay Qoqolun “Müfəttiş” pyesilə bağlı  qədərincə 
məlumat toplamışdı, müxtəlif Moskva rejissorlarının bu 
komediya  əsasında hazırlanmış tamaşalarına baxmışdı, 
müəyyən məsələləri götür-qoy eləmişdi. Hələ Rza Təhmasibə 
məktubunda yazmışdı ki, B.Zaxavanın “Müfəttiş”ə verdiyi 
quruluşdan, sənətçilərin uydurma və fantaziyalarından çox razı 
qalıb. 
     1952-ci  ilin  ikinci  ayının 2-sində Mehdi Milli Teatrda 
“Müfəttiş”in premyerasını təşkil edir. O, artıq Moskvada təhsil 
alarkən Qoqolun “Müfəttiş”inə “göz qoymuşdu” və  mənim 
gümanım var ki, Mehdi Milli Teatrın bədii rəhbəri  Ədildən 
“Müfəttiş”i məhz xahiş eləmişdi; bəlkə xahiş eləmişdi ona görə 
ki,  Ələskər  Şərifovu qabaqlasın. Tamaşa oynanılandan sonra 
fevralın 10-da M.Cəfərin və D.Minkeviçin, fevralın 15-də isə 
M.Rəfilinin, müvafiq olaraq, “Kommunist”, “Bakinski raboçi” 
və  “Ədəbiyyat” qəzetlərində palaz-palaz məqalələri dərc 
olunur. Öz zəmanəsinin Məmməd Cəfər
132  
və Mikayıl Rəfili
133
 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə