Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə53/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   49   50   51   52   53   54   55   56   ...   114

______________Milli Kitabxana_______________ 
168 
kəskin mübarizə aparır. Gerçəklikdə isə bu, belə deyildi: 
rüşvətxorluq bütün ictimai strukturların canına işləmişdi. Və 
Mehdi bunu toplumda görürdü də, bilirdi də: odur ki, 
“danışmaq” üçün, cəmiyyətə aktiv tərzdə ismarıclar yollamaq 
üçün “Müfəttiş”i seçmişdi. Bu komediyada rus Rusiyanı 
rüşvətxorluqda ittiham edirdi. Sovetlər Birliyisə birbaşa çar 
Rusiyasının həm varisi, həm yeni versiyası idi, və təbii ki, onun 
bütün neqativlərini özünə hopdurmuşdu. Busa vətəndaş 
Mehdiyə imkan vermişdi ki, “əyalətin qavradığı müfəttiş” 
abstraksiyasında insanların diqqətini toplumun son dərəcə 
ağrılı bir problemində fokuslaşdırsın. Mehdi sanki öz tamaşası 
ilə dahi Mirzə  Cəlili təkrarlayırdı: “100 il bundan qabaq 
Rusiyada bir şəxs anadan olub və rus məmurlarının barəsində 
bir elə komediya yazıb ki, onu indi də adam oxuyanda elə bilir 
ki, Naxçıvana,  Şuşaya və bütün Qafqaz kəndlərinə  və balaca 
şəhərlərə Hökümət tərəfindən revizor gəlir”. 
     Mən  şəxsən bu tamaşanı  təhlil eləyə-eləyə, tədqiq eləyə-
eləyə ona valeh oldum: gördüm ki, arxeoloji qazıntılardakı 
kimi burada mənalar qat-qatdır, üst-üstə çinlənib; həm 
qnoseoloji baxımdan, həm kulturoloji baxımdan, həm də 
sosioloji baxımdan.  Ol səbəbdən hesab eləyirəm ki, “Müfəttiş” 
Mehdi Məmmədovun  ən uğurlu beş tamaşasından biridir. Bu 
beş tamaşanın sırası da mənə görə belədir: “On ikinci gecə”, 
“Müfəttiş”, “Canlı meyit”, “Xəyyam”, “Dəli yığıncağı”. 
     Amma... hələ ki, 1952-ci ildir və Mehdi sentyabrın 11-də öz 
yeni tamaşasını təhvil verir: “Mehmanxana sahibəsi”. Düzdür, 
hələ 1949-cu ildə Mehdi Məmmədov Tədris teatrının 
səhnəsində bu pyesi öz tələbələrilə  işləmişdi. 3 il sonra isə 
“Mehmanxana sahibəsi” Milli Teatrın repertuarına daxil 
edilmişdi. Deməli, bu pyes də Mehdiyə onun öz şəxsi arzusu 
ilə verilmişdi. Belə olan surətdə teatrın rəhbərliyini Mehdi 
Məmmədova  şərait yaratmamaqda suçlamaq ədalətsizlik və 
insafsızlıqdır. Yəni Mehdi öz seçimində qədərincə azad olub və 
ona maksimal şəkildə “rahat” görünən bir əsərdən “yapışıb”. 


______________Milli Kitabxana_______________ 
169 
“Mehmanxana sahibəsi” də “Nə yardan doyur, nə  əldən 
qoyur”, “On ikinci gecə” komediyaları kimi qadın pyesidir. O 
yerdəki vəziyyətlər qadın tərəfindən idarə olunur, epizodları 
qadın aparır, münasibətlər qadının aktiv iştirakı ilə qurulur, 
mən həmin pyesləri “qadın pyesləri” adlandırıram. 
“Mehmanxana sahibəsi” komediyasının da baş  qəhrəmanı 
qadındır, “od parçası” Mirandolinadır. Hətta belə  də demək 
mümükündür ki, Mirandolina mehmanxanada yaşanan 
hadisələrin, gerçəkləşən insan münasibətlərinin rejissorudur. 
Mehdi bu rolu, hətta Baratı boşasa da, yenə ona tapşırmışdı. 
Nədən ki, Baratsız, Baratın tükənməz enerjisi, davranış 
dinamizmi, reaksiya çevikliyi olmadan “Mehmanxana 
sahibəsi” Milli Teatrın səhnəsində bircə gün də yaşamayacaqdı. 
Mən təsadüfi saymıram ki, Cəfər Cəfərov “Mehmanxana 
sahibəsi”ndən danışanda yalnız Barat Şəkinskayadan danışır, 
tamaşanı  təsvir etmir, qiymətləndirmir; bir tək Baratın sənət 
dünyası üçün xarakterik motivləri təhlilə çəkir. 1943-55-ci illər 
intervalında Barat xanım Mehdinin həyatının birinci qadınıdır, 
tamaşalarının baş aktrisasıdır. Və bunların hansının Mehdi 
üçün daha önəmli olduğunu söyləmək, ya da 
müəyyənləşdirmək çox çətin. Mehdi aktrisa Baratı, məncə, 
daima sevib, qadın Baratı isə yalnız qısa bir müddət. 
     1952-ci  ilin  “Mehmanxana  sahibəsi”ndə Barat Şəkinskaya 
qaynar qazan kimi pıqqıldayırdı, civə kimi o yan bu yana 
dağılırdı, səpələnirdi, hər yanı  nəzarətində saxlayırdı. Onun 
Mirandolinası  həyat enerjisilə dolu idi, zarafatcıl,  şən,  şıltaq  
birisi idi, qürurlu idi, ərköyün idi və tam müstəqil idi. Heç nə 
Barat xanımın Mirandolinasının gözlərindən qaçmırdı: o, 
bilirdi ki, mehmanxanada kim nə ilə və necə... və hansı tərəfə 
üzünü tutub nəfəs alır. Odur ki, mehmanxana sahibəsi 
qadınlara ikinci dərəcəli məxluqlar kimi yanaşan varlı Kavalerə 
nəyin bahasına olursa olsun qalib gəlməyə, onu diz 
çökdürməyə çalışırdı... və bunun üçün kobudluq da eləyirdi, 
dəcəllik də, başıpozuqluq  da. Məgər Barat xanım bu minvalla 


______________Milli Kitabxana_______________ 
170 
U.Şekspirin “Şıltaq qızın yumşaldılması” komediyasında 
Katarinanı oynaya bilməzdi? Təbii ki, oynayardı. Bəs nədən bu 
fikir Mehdini məşğul eləməmişdi, onu düşündürməmişdi? Əgər 
düzünə qalsa, Mehdi Baratı, özünəməxsus  şıltaq qız tipini, 
həyatda yumşalda bilməmişdi və onun yumşaldılması 
mümkünlüyünə də inanmırdı. Bəlkə də elə bu səbəbdən Mehdi 
“Şıltaq qızın yumşaldılması” komediyasını Baratla Milli 
Teatrın səhnəsində hazırlamaq ideyasını özünə yaxın 
buraxmamışdı. Çünki Barat səhnədə  və  həyatda həmişə barıt 
kimi olub. Bu cizgi Baratın Mirandolinası üçün də xarakterik 
əlamətdir. Həqiqətən, Mirandolina kişi hünərlidir: təkbaşına 
mehmanxanaya sahibəlik edir. Mehmanxana isə  hər zaman 
kriminal dünyasına açıq məkandır: burada kriminal müxtəlif 
təzahürlərdə at oynada bilər. Otel işıqları heç havaxt 
söndürülməyən, girişi sərbəst ictimai evdir. Mehmanxana 
qısamüddətli sevgi romanları üçün də  sığınacaq yeridir. Odur 
ki, otellərdə kişilər daha şorgöz və daha inadcıl olurlar. Bax, 
elə bu da Mirandolinanın problemidir. Amma o, kişilərin 
“burnuna duzlu su qoymağı” bacarır. Lakin bununla yanaşı 
Mirandolina tənha bir qadın kimi mehmanxanaya təşrif 
buyuran qüvvətli, qoluzorlu adamlardan ehtiyatlanır, onlarla 
özü arasında keçilməz bir məsafə saxlayır. Barat xanım 
Mirandolinaya, Mirandolina isə Barat xanıma son dərəcə 
bənzəyirdi və bunu ilk duyan, görən və bundan bacarıqla 
istifadə edən  şəxs Mehdi Məmmədov olmuşdu. Bu rol 
çərçivəsində Barat Şəkinskaya Mirandolinanın acı yaşantılarını 
da seyrçilərə duydura bilirdi. Tənha qadınların hamısı eyni 
qüssələrlə, eyni düşüncələrlə günlərini keçirirlər və hər zaman 
“ağ atlı  oğlan”ı (cəngavəri, kapitanı,  əfsanəvi qəhrəmanı) 
soraqlayırlar. Mirandolina da bir əyalət mehmanxanasının 
sahibəsidir, vəssalam. Onun şənliyi, təbəssümü,  şıltaqlığı 
Mirandolinanın maskasının cizgiləridir. Barat asanlıqla bu 
maskada qüssəni də göstərə bilirdi, təbəssümü də, göz yaşını 
da, sevinci də, bicliyi də. Bu maskanı Baratın improvizəsi 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə