Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə55/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   51   52   53   54   55   56   57   58   ...   114

______________Milli Kitabxana_______________ 
174 
məhəlli xarakter daşıdığını ön plana çəkmişdi. Ancaq bu 
məqam Sevilin şəxsi dramının ictimai-sosial, siyasi-ideoloji 
səbəblərini heç də kölgələmirdi.  Ə.Fətəliyev köhnə Bakının 
minarəli görünüşünü proloqda verməklə onu müsəlman 
Şərqinin gerilik simvoluna çevirmişdi: epiloqda isə Sovet 
Azərbaycanının paytaxtı gur işıqlar içindən səhnə  məkanında 
zühur eləyirdi. Bu təzad müsəlman qadını Sevilin taleyindəki 
metamorfozalara bir eyham kimi qavranılırdı.  İndisə 1947-ci 
ilin “Yaşar” tamaşasının tərtibatını xatırlayın. Dəmir 
konstruksiyalar, sosializm quruculuğunun  əzəməti və 
monumentallığı, işıqlar və s. Paraleli duyursunuzmu? Deməli, 
Mehdi sovet sosialist gerçəkliyilə bağlı mövzuların həllinə 
müəyyən klişe və stereotiplər pəncərəsindən yanaşır və sanki 
hər  şeyi, və birinci olaraq vətəndaş mövqeyini, maksimal 
dərəcədə aydınlatmağa çalışır; çalışır ki, ideoloji aspektdə ona 
qarşı, onun yozumuna qarşı (hələ də “Dağılan tifaq”ın tənqidi 
kəsərlidir) heç bir ittiham səslənməsin. Lakin Mehdi operanın 
yeni redaksiyası üzərində  işləyərkən unudurdu ki, artıq sovet 
teatrları yalançı sosial şüarçılıqdan, demaqoq kommunist 
pafosundan ildırım sürətilə uzaqlaşır və 1959-cu ildə bu, 
primitiv əyalət düşüncəsinin faktı kimi görsənəcək. Elə belə də 
oldu. Tənqidçi K.Sakva operanın Moskva premyerasını görüb 
onun librettosunu zəif bildi. Yazdı ki, “operada Sevilin şəxsi 
dramı ilə Bakıda 1919-1920-ci illərdə  cərəyan edən inqilabi 
hadisələr arasında yalnız zahiri əlaqə var. Sevilin 
xarakterindəki dönüş, mahiyyət etibarı ilə, heç nə ilə 
şərtləndirilməyib. Odur ki, inandırıcı görsənmir. Onda da belə 
bir təəssürat yaranır ki, nümayiş epizodu və epiloq operaya 
mexaniki surətdə daxil edilib”.
141
  Mən həmin bu Sakvanın 
məqaləsini oxuyub bir az şaşırdım. Resenziya Fikrət Əmirovun 
bəstələdiyi operanı  uğurlu sayır; tənqidçi teatrın tamaşasını 
“istedadlıdır” adlandırıb qutlayır. Bəs mənə qəribə gələn nədir? 
Cənab Sakva haradan bilə bilərdi ki, nümayiş epizodu və 
epiloq librettoya Mehdinin təkidilə salınıb: əlavədir? Bəyəm o 


______________Milli Kitabxana_______________ 
175 
Tələt  Əyyubovun mətnini, C.Cabbarlının pyesini oxumuşdu? 
İnanmıram. Məgər Sakva soyadlı  tənqidçi Moskvada əyləşib 
Sovetlər Birliyinin milli teatrları ilə, xüsusilə  də Qafqaz 
regionu ilə, məşğul olurdu? Yox, əsla. Elə isə bu cür dəqiq 
qeyd intuisiyadır, tənqidçi peşəkarlığıdır, yaxud teatrdan 
tənqidçiyə ötürülmüş  məxfi məlumat? Mən üçüncü versiyanı 
qəbul eləyirəm. Görünür, kimsə Sakvaya hər  şeyi çox 
peşəkarcasına başa salıbmış  və o da öz öyrəndiklərini 
ləngimədən yazısına gətiribmiş. Deməli, Mehdi, həqiqətən, 
uzun müddət Azərbaycanın teatr dünyasında hədəfdə olub və 
zaman-zaman onu kimlərsə  tənqid edilməkdən, urvatdan 
salınmaq üçün sifariş eləyib. Deməli, kimlərsə ikili standartlara 
uyğun oyun aparıblar: rusların məsəli olmasın, bir yandan ona 
şirin çörək göstəriblər, o biri yandan da onu qamçılayıblar. 
Bizlərdən belə-belə  işlər çıxar: buna artıq yüz faiz əminəm. 
Hərçənd istedad sonucda mültəq öz sözünü deyir: ya partlayır, 
ya parlayır. Bu baxımdan “Sevil” operasının səhnədə rejissor 
həlli Mehdi Məmmədovun Azərbaycan teatr mədəniyyətində 
istedad və bacarığının növbəti təsdiqi kimi qavranılırdı. 
Moskva tənqidçisi K.Sakva da operanın kütləvi səhnələrindən 
heyranlıqla danışırdı. Qiyamçıların polislə toqquşduğu və 
onların nümayiş meydanına çıxmış adamların güclü axınında 
“əriyib itdiyi” səhnə onun xüsusilə xoşuna gəlmişdi.
142
  
     Mehdi  operanın 1959-cu il redaksiyasına daha ciddi 
yanaşmışdı, bir sıra səhnələri qısaltmışdı,  əlavələri 
yığışdırmışdı.  İlk redaksiyada operanın finalı Gündüzün 
növbəti ad gününü az qala ümumxalq bayramına çevirirdi. 
1959-cu il redaksiyasında isə Mehdi bu səhnəni yığcamlaşdırıb 
eyhamlarla danışmağa üstünlük vermişdi. Ancaq Mehdini də 
ifrat qınamaq olmazdı: librettonun zəifliyi, hətta C.Cabbarlının 
özünün “Sevil”in finalında müəyyən sosial demaqogiyaya 
uyması rejissoru məcbur edirdi ki, zahiri effektlərə  əl atsın, 
plakatçılıqdan yararlansın, köhnəlmiş opera ənənələrindən, 
opera trafaretlərindən bəhrələnsin. Amma önəmlisi bunlar 


______________Milli Kitabxana_______________ 
176 
deyildi. Önəmlisi bu idi ki, və bunu 1959-cu ildə “Sevil” 
operasına yazdığı  məqalədə
143
 N.Martınov da qeyd eləmişdi, 
rejissor məhz musiqinin mahiyyətindən, Fikrət  Əmirov 
bəstələrinin cövhərindən çıxış eləyib operanı hazırlayıb, 
musiqini vizuallaşdırıb və ifaçılara kömək edib ki, seyrçilərə 
dramatik gərginliyi duydura bilsinlər. Ona görə də, bütün opera 
şərtiliklərinə baxmayaraq, “Sevil” gerçəkçi teatrın prinsipləri 
əsasında qurulmuş bir tamaşa təəssüratı oyadırdı. Aktyorlar, 
yəni opera müğənniləri, səhnədə çox inandırıcı  və canlı 
görünürdülər; seyrçilər qarşısında təkcə partiyalarını oxuyub 
getmirdilər, hadisələri obrazların əməl xətti boyunca refleksiya 
eləyirdilər. 1959-cu ilin “Sevil” operası Mehdi Məmmədovun 
quruluşunda Azərbaycan mədəniyyət işçilərinə yalnız 
başucalığı gətirdi.  
     Mehdinin Opera və Balet Teatrında ilk quruluşunun pozitiv 
əks-sədası onu opera sənətinə maksimal dərəcədə 
yaxınlaşdırdı.  İndisə Mehdi Məmmədovun 1953-cü il 
xatirələri: 
“Mən  şəxsi müşahidələrimlə, Stanislavskinin opera 
teatrında təcrübəsindən aldığım biliklərlə silahlanıb opera 
səhnəsinə adladım. Və tezliklə başa düşdüm ki, mənim 
qorxularım əbəs imiş. Belə ki, teatr hər yerdə teatrdır və teatrın 
spesifikası onun mahiyyətini dəyişmir. Təbii ki, musiqili 
dramaturgiyanın öz təbiətindən çıxış etmək olduqca vacib idi. 
Lakin təkcə bunu bilmək azdır, gərək həm də bunu hiss edəsən, 
duyasan. Musiqini fikirlə,  əməllə musiqini, vokal ilə hadisələri 
uzlaşdırmaq tələb olunurdu. Mən bunun hamısını  dərk 
eləyirdim və eyni zamanda bir qırıq belə  şübhələnmirdim ki, 
dramatik teatrın qanunları bütün spesifik xüsusiyyətlərilə 
bərabər opera teatrı üçün də yad deyil. Teatrın başlıca xassəsi, - 
fəaliyyət göstərmək, - opera teatrına da aid edilir. Və dramda 
olduğu kimi bu fəaliyyəti mətnaltı  məna təklif edir: odur ki, 
mizanı mexaniki surətdə ritmə tabe etmək olmaz; onu səhnə 
əməlinin psixoloji əsasına, obrazın daxili dünyasına görə qurmaq 
lazımdır. Bunların hamısı kömək etdi ki, məni sıxan, məni 
buxovlayan duyğulardan yaxa qurtarım və özüm olaraq qalım. 
Mən yenə  də  həminki rejissor idim, amma digər üsul və 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə