Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə63/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   59   60   61   62   63   64   65   66   ...   114

______________Milli Kitabxana_______________ 
198 
sənətinin çox istedadlı nümayəndələri çıxış edirdilər və onların 
ifaları bu opera tamaşasının bəzəyi kimi qavranılırdı. Xanəndə 
Sara Qədimovadan fərqli olaraq xanəndə Rübabə Muradovanın 
Leylisi daha emosional, daha lirik və daha faciəvi görünürdü. 
Xanəndə Qulu Əskərovun Zeydi tamaşanın uğurlu ifaları 
arasında bəlkə  də birinci idi. Leylinin anası rolunda opera 
müğənnisi Gülxar Həsənova, Leylinin atası rolunda isə opera 
sənətinin ustad sənətçisi Ağababa Bünyadzadə virtuoz oyun və 
səs möcüzələri nümayiş etdirirdilər. Hər halda 1958-ci ilin 
“Leyli və  Məcnun”unu həmin dövrün teatr tənqidi “qeyri-adi 
hadisə”
158
 hesab edirdi. 
     Hərçənd Mehdi Məmmədov, o vaxt ki, bu rejissor artıq 
Opera və Balet Teatrında ştat cədvəli üzrə çalışmayacaq, bax, 
onda bir daha “Leyli və  Məcnun”a müraciət eləyəcək. Mən 
niyə cümlənin  əvvəlinə “hərçənd” sözünü yazdım? Çünki 
müqayisələr üçün əla imkanlar var və  mən elə düşünürəm ki
məhz 1976-cı ilin “Leyli və  Məcnun”u Azərbaycan opera 
sənəti tarixinin əsl qeyri-adi tamaşası olub... təbii ki, bir çox 
parametrlərinə görə... rejissor konsepsiyasına görə... rəssam 
işinə görə... 
     Beləliklə, 1958-ci ildən 1976-cı ilə birbaşa fikir desantı, 
mülahizə desantları  çıxaraq. Mehdinin 1976-cı il “Leyli və 
Məcnun”u bu operanın Azərbaycan səhnəsində 14-cü quruluşu 
idi. Bəri başdan söyləyək ki, “Leyli və  Məcnun”un 1976-cı il 
versiyası Azərbaycan ziyalılarının çox xoşuna gəlmişdi: onlar 
tamaşadakı  rəmzlərin ambivalentliyindən, sevgi macərasının 
ilahi eşqə transformasiyasından  şaşırmışdılar. Rəssam Elçin 
Aslanov da operaya simvolik bir tərtibat vermişdi. Səhnə 
önündə kulislərdən çıxan yerdəcə sağ  və sol tərəflərdə iki 
bəzəkli minbər qoyulmuşdu.  Ştangetlərdən paralel və qabaq-
qənşər simmetriyada dörd iri çıraq asılmışdı. Səhnə ortasında 
isə ornamentlə haşiyələnmiş qara örtüklü monumental tablo 
ölçülərində bir lövhə görünürdü. Lövhənin üzərinə qalxan 
formatında iki ormamentli çevrə çəkilmişdi və ərəb qrafikasına 


______________Milli Kitabxana_______________ 
199 
bənzər  şəkildə, amma kiril hərflərilə bu çevrələrdən birinə 
“Leyli”, o birinə “Məcnun” sözləri yazılmışdı. Tamaşanın 
davam müddəti boyunca lövhənin böyürləri içəri qatlanırdı və 
konstruksiya müqəddəs Kəbənin modelinə çevrilirdi. Sovet 
dönəmində belə bir tərtibat, belə bir tamaşa üstündə insanı 
Dövlət Təhlükəsizlik Komitəsinə də çağıra bilərdilər: axı Kəbə 
dünya müsəlmanlarının səcdəgahıdır, qibləgahıdır. Bunu 
Mehdi Məmmədov da, Elçin Aslanov da yaxşı başa düşürdülər. 
Amma onların alibisi vardı: quruluşçu rejissor və quruluşçu 
rəssam deyirdilər ki, bizim Kəbə, yəni səhnədə ucaldılan Kəbə 
modeli sevgi ehramıdır, aşiqlərin məbədidir və insan eşqi bütün 
dinlər fövqündədir,  ən ali müqəddəslik mərtəbəsindədir. Təbii 
ki, bunun özünəməxsus sovet küfrü kimi də  şərh edilməsi 
mümkündür. Rəssam Elçin Aslanovun tərtibatı rejissorun 
mizanlarını mobilləşdirmişdi, tamaşaya ilginc bir lakonizm 
gətirmişdi. Operanın digər epizodlarında isə simvolik Kəbənin 
örtüyü qaldırılırdı və bu oyun məkanı gah məktəb, gah gərdək, 
gah da səhra olurdu. 1976-cı il mayın 14-də  dərc elətdirdiyi 
“Leyli və  Məcnunla yeni görüş” məqaləsində yazıçı Anar da 
səhnə  tərtibatının tamaşa üçün böyük önəm kəsb etdiyini 
vurğulamışdı: “Rejissorun və  rəssamın maraqlı tapıntısı olan 
bu “Kəbə” tamaşanın səhnə yozumunda mərkəzi yer tutur: 
ifaçılar, xor, balet onun ətrafında qruplaşır, ona tapınır, yaxud 
ondan qaçır, ondan gizlənirlər. Mərkəzində bu qara qurğu 
dayanmış  səhnə isə  rəng verib rəng alır.  Əlvan boyaları ilə, 
parlaq çalarları ilə  Şərq miniatür sənətinin nəfis nümunələrini 
yada salır. Mizanlarda, ifaçıların duruşlarında, xorun, baletin 
kompozisiya quruluşunda da miniatür rəsm sənətilə yaxınlıq, 
uyarlıq, kök, rişə bağlılığı hiss olunur. Adama elə gəlir ki, canlı 
ifaçılar orta əsr rəssamlarının - Təbriz, Herat miniatürçilərinin 
əsərlərindən çıxıb səhnəyə  təşrif gətiriblər və indicə dayanıb, 
donub yenidən incə bir rəsm nümunəsinə çevriləcəklər. 
Zənnimcə, səhnədə xeyir və  şər qüvvələrinin qütbləşməsi, 
ehtirasların açıq, çılpaq  şəkildə  gərginləşdirilməsi, tamaşaçı 


______________Milli Kitabxana_______________ 
200 
hisslərinə birbaşa, müstəqim müraciət, bir növ, bizə teatr 
tarixindən az-çox tanış olan “Şəbih” xalq tamaşa ünsürlərinə 
əsaslanır”.
159
  1958-ci və 1976-cı illərdə Opera və Balet 
Teatrında hazırlanmış “Leyli və  Məcnun”lar arasındakı 
oxşarlığı duydunuzmu? Orada da, burada da Şərq miniatür 
sənətindən bəhrələnmə aşkardır. Amma... bununla belə... 1958-
ci il versiyasında miniatürdən istifadə illüstrativ xarakter, bəzək 
xarakteri, donuq mənzərə xarakteri daşıyıb. 1976-cı ilin “Leyli 
və Məcnun”unda isə miniatür artıq düşüncə tərzinin əlamətidir, 
şərqli yaşamının, onun özünü tanımasının, dərk etməsinin 
atributudur və nəhayət, tamaşanın səhnə məkanında mövcudluq 
üsuludur.  
     1976-cı ilin “Leyli və  Məcnun”unu istər rejissor Mehdi, 
istərsə  də  rəssam Elçin tərəfindən ciddi innovasiyalara məruz 
qalmışdı. Mehdi Məmmədov Məcnun obrazının yeni 
traktovkası ilə  əsərdəki məna aksentlərini dəyişmişdi, milli 
mədəniyyətdə  Məhəmməd Füzulinin poeması ilə bağlı 
formalaşmış düşüncə, qavrayış stereotiplərini dağıtmışdı. 
Teatrşünas X.Novruzova artıq 1976-cı ilin sentyabrında 
yazdığı “Məhəbbət abidəsi” məqaləsində əbəs qeyd eləmirdi ki, 
“Rejissor M.Məmmədovun Məcnun obrazına aşıladığı  məna 
bizim bu obraz haqqında adi təsəvvürlərimizi alt-üst elədi. 
Yeni quruluşun Məcnunu öz sələflərindən ona görə  fərqlənir 
ki, onun “divanəliyi” ilə Danimarka şahzadəsi Hamletin 
“divanəliyi” arasında yaxınlıq var”.
160
 Bu mövqe, bu yozum isə 
tamaşanın ideyasını açıqlayırdı: qəhrəman zəmanəsinə, mühitə, 
dövrün qayda-qanunlarına, cəmiyyətə sığmır. 
     1976-cı ilin quruluşunda Mehdi Məmmədov müəyyən 
epizodlara daha cəsarətli  şərhlər vermişdi. Bunlardan biri İbn 
Səlamla Leylinin izdivac mərasimidir. Rejissor bu səhnəyə 
sanki “Leylinin (N.Məmmədova) gözlərilə baxmışdır. Çünki 
bu toy Leyli üçün qüssə dolu mənzərəyə çevrilir. Rejissora 
görə toy, bütün təmtərağa baxmayaraq, getdikcə artan 
gərginliklə keçməlidir; gözəl musiqi səslənsə belə,  əsl toy 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə