Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə61/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   57   58   59   60   61   62   63   64   ...   114

______________Milli Kitabxana_______________ 
192 
dünyaya, bu dünyanın harmoniyasına qarşı ingilislər tərəfindən 
təcavüz edilmişdir.  Bütövlükdə Hindistan üçün bir özgəsi olan 
Cerald (K.N.Yakubov), sadəcə, bu təcavüzün vizual 
səciyyəsidir. Lakme (Y.K.Yemelyanova) aldadılıb, lakin son 
nəfəsdə o, Ceraldın bağışlanması,  əfv edilməsi üçün atasına  
and içdirir. Nilakanta (Özbəkistanın xalq artisti R.M.Tifonov)  
ölən qızının arzusunu yerinə yetirir; hərçənd bu and yalnız 
Lakmeni o biri dünyaya arxayın və rahat yola salmaqdan 
ötrüdür. Nilakanta və hindlilər isə tamam ayrı cür fikirləşirlər: 
onlar xalqın təhqir olunmuş ruhuna görə ingilislərdən intiqam 
alacaqlar. Mehdi Məmmədov operanın finalını  gətirib üsyan, 
qiyam, inqilab ərəfəsinə  çıxarırdı  və finalı gizli işarəyə, 
eyhama çevirirdi: axı Azərbaycan xalqı da yüzillər boyunca 
işğal, tapdaq, əsarət altında olub...  
     Keçən  əsrin 50-60-cı illərində Azərbaycan ziyalılarının 
əksəriyyəti öz yazılarında, tamaşalarında, filmlərində, rəsm 
əsərlərində  hər cür eyhamdan, assosasiyadan bəhrələnərək 
xalqın azadlıq mübarizəsini aktuallaşdırırdılar. Mehdi də bu 
ziyalılar sırasında idi və o, Nilakantanın qiyam yanğısını 
azadlıq mübarizəsinə bir örnək kimi götürürdü. 
     “Lakme”  çoxsakinli  operadır və düzünü söyləyim ki,  
çoxsakinli olmaq əksər operalar üçün xarakterik əlamətdir. Bu 
da onunla şərtlənir ki, xor opera sənətinin mühüm atributudur.  
Operalarda kütləvi səhnələrə verilən önəm qədərincə  gərgin 
olmayan dramatizm ucbatındandır. Operadakı dramatizm 
defisiti səhnəyə  çıxan adamların sayı ilə, xor ilə, qismən də 
olsa, balanslaşdırılır. Kütləvi səhnələr dramatizmi parçalayıb 
çoxaldır, amma kəskinləşdirmir. Söylədiyim fikir eynilə xora 
da aiddir. “Lakme” operasının finalında Mehdi Məmmədov 
xoru hind xalqının simvoluna çevirirdi və göstərirdi ki, bu xalq 
əlində silah öz haqqını tələb etməyə hazırdır. 
     Tamaşanın vizual həlli rəssam  İzzət Seyidovaya 
tapşırılmışdı. O da səhnəni Qanq çayının mənzərəli bir sahili 
qismində tərtibləmişdi. Yaşıl budaqlar və hindsayağı hörülmüş 


______________Milli Kitabxana_______________ 
193 
çiçək çələngləri səhnə boşluğunda bir idilliya ovqatı yaradırdı. 
Hindli personajlar öz milli geyimlərində  səhnəyə  çıxırdılar: 
qadınlar sarilərdə, kişilər isə hind ruhanilərinin ağ 
paltarlarında. Ümumiyyətlə,  İ.Seyidova təmizlik və saflıq 
simvolu kimi anlaşılan ağ  rəngin səhnə  tərtibatındakı payını 
xeyli artırmışdı ki, bu da rejissor fikrinin daha güclü 
səslənməsinə yardım edirdi. 
     Mehdi  Məmmədovun baş rejissor vəzifəsində ilk işi Opera 
və Balet Teatrına uğur gətirmişdi. Və bu elə bir təəssürat 
yaradırdı ki, guya Mehdi uzun müddətə Opera və Balet 
Teatrında “lövbər salacaq” və öz yeni, orijinal quruluşları ilə 
milli opera sənətinin inkişafını stimullaşdıracaq. Lakin Mehdi 
Daniya prinsi Hamlet kimi insanlardandı  və onu axıradək 
“oxuyub” başa düşmək olmurdu. Mehdi hər bir situasiyada öz 
fikrinin ardınca gedirdi və  sərbəstliyini heç nə ilə 
məhdudlaşdırmırdı. 
     “Lakme”nin  premyerasından iki ay on gün sonra, yəni 
noyabrın 29-da Opera və Balet Teatrında “Azad” operası 
seyrçilərə  təqdim edildi. Quruluşçu rejissor, əlbəttə ki, Mehdi 
Məmmədov idi. Amma buna baxmayaraq, Mehdinin səyinə və 
cəhdlərinə baxmayaraq, bəstəkar Cahangir Cahangirovun əla 
xor partituralarına baxmayaraq tamaşa uğursuz alınmışdı. Mən 
indi bunun səbəblərini peşəkar bir virtuozluqla açıqlaya 
bilməyəcəyəm. Nədən ki, bu operanın quruluşu ilə bağlı 
arxivlərdə tapdığım məlumat çox kasaddır. Hətta bir 
məqalədə
154
 “Azad” operası barədə danışılır, ancaq Mehdi 
Məmmədovun adı bir yerdə də çəkilmir. Müəllif heç tamaşanın 
tərtibatçı  rəssamı  Ə.Fətəliyevin də  işini sanki nə görür, nə  də 
qiymətləndirir. Bir məsələni məqamındaca qeyd edim: 
ümumiyyətlə, opera tamaşaları haqqında qəzet və jurnallara 
məqalə yazmış müəlliflər tamaşaların quruluş  mədəniyyətinə 
çox az fikir veriblər və bu barədə həmişə boğazdan yuxarı bir 
neçə söz söyləyiblər. Odur ki, Mehdi Məmmədovun opera 
tamaşaları ilə əlaqədar mükəmməl elmi-analitik fikir yürütmək 


______________Milli Kitabxana_______________ 
194 
olmazın dərəcədə çətindir. Amma Cəfər Cəfərovun bu opera ilə 
bağlı qeydlərindən mən belə başa düşdüm ki, Opera və Balet 
Teatrı tamaşanın premyerası ilə  tələsib, librettonun bədii 
bütövlüyə yetməsini gözləməyib. “Azad” Azərbaycanın opera 
sənəti tarixində yeni bir əsər idi: Mehdinin müasiri tərəfindən 
bəstələnmişdi. Musiqişünaslar C.Cahangirovun bəstələrini 
yüksək qiymətləndirib bəyənmişdilər; di gəl ki, teatrın 
səhnəsindən opera istənilən effekti verməmişdi. Libretto Mirzə 
İbrahimovun “Azad qız” hekayəsinin motivləri  əsasında 
yazılmışdı. Amma bu libretto dramaturji baxımdan  əməllicə 
“axsayırdı”: süjetdə  əməllicə boşluqlar vardı, obrazlar 
tamamlanmamışdı, operanın ayrı-ayrı musiqi fraqmentləri 
vahid bir kompozisiya xətti  ətrafında birləşdirilməmişdi. 
Hərçənd öz-özlüyündə operada solo partiyalar da, xor ifaları 
da, rəqslər də seyrçiyə effektiv emosional təsir göstərmək 
iqtidarında idi. Sonralar Mehdi Məmmədov açıqcasına 
söyləyəcək ki, “tamaşa bizlərdən heç birini qane etmirdi”.
155
  
     Mehdi  Məmmədovun Opera və Balet Teatrında növbəti 
tamaşası bir də bir ildən sonra olacaq. Niyə  mən bunu 
xatırlatdım? Yadınıza düşürmü, Cəfər Cəfərovun Milli Teatrın 
rəhbərliyinə ünvanladığı irad ki, onlar Mehdiyə intensiv tamaşa 
hazırlamağa imkan yaratmırlar? Bəs Opera və Balet Teatrında 
Mehdiyə nə oldu: onun quruluşları arasında fasilə yenə bir ilə 
yaxın bir müddətə uzandı ki? Görünür, Mehdinin yaradıcılıq 
laboratoriyasında bir ilə bir, ya da iki tamaşa  ərsəyə  gəlirmiş. 
Başqa sözlə, rejissorun düşüncə intensivliyi və iş ahəngi yalnız 
bu tempə, bu sürətə hesablanıbmış. 
                                             *** 
     İlıq bir yaz səhəridir. Saat 9
45
  dəqiqədir. Mehdi teatra 
yollanmamışdan əvvəl poçtalyonun gətirdiyi “26 aprel 1958-ci il” 
tarixli qəzetləri vərəqləyir. Bu an onun diqqətini xüsusi dövlət 
fərmanı cəlb edir: tələsik fərmanı oxuyur və öyrənir ki, Opera və 
Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mehdi 
Əsədulla oğlu Məmmədov yoldaşa Azərbaycan SSR-in xalq 
artisti fəxri adı verilmişdir. O, çox məmnun və xoşbəxtdir. Mehdi 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə