Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə58/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   54   55   56   57   58   59   60   61   ...   114

______________Milli Kitabxana_______________ 
183 
     Mehdi  bu  dəfə  də aktyorlarla “əməli təhlil metodu” ilə 
işləyib  əla nəticələrə  gəlmişdi, səhnədə vahid bir ansambl 
yaratmışdı. Bu ansamblın akkumulyativ başlanğıcı,  şübhəsiz 
ki, Barat xanımın Yetəri idi. M.Vəlixanlının (Hacı Qəmbər) və 
İ.Osmanlının (Cəbi) “qıtqılıda” üslublu oyunu müqabilində 
Barat xanımın Yetəri səhnədə dinamit, qasırğa təəssüratı 
oyadırdı. M.Vəlixanlı,  İ.Osmanlı bir aktyor kimi öz enerji 
potensiallarına görə Barat xanıma qalib gələ bilərdilərmi? Əsla. 
Deməli, Barat Şəkinskayanı Yetər roluna təyin edərkən Mehdi 
Məmmədov artıq güc nisbətini özü üçün tam aydınlaşdırmışdı, 
Yetərin qələbəsini Baratın fakturasında, oyun tərzində, səhnədə 
mövcudluq üslubunda şifrələmişdi. Bu partiturada hər  şey 
dəqiq işləyir, bircə Baratın yaşından başqa. Axı 16 yaşlı qız heç 
vaxt 40 yaşlı qadın ölçülərində, 40 yaşlı qadın 
temperamentində ola bilməzdi? Bir qədər söyləməyə 
çəkinirəm: amma mənə elə gəlir ki, “Yağışdan çıxdıq, yağmura 
düşdük” tamaşası iki istedadlı və hünərli insanın, - Baratın və 
Mehdinin, - hikkələrinin toqquşduğu məkan olmuşdu. 
Teatrşünas  Ə.Əliyevanın tamaşada bəyənmədiyi səhnələr də 
Mehdi konsepsiyasının lehinə  işləyir.  Ədilə  Əliyevadan bir 
sitat. Bu sitat tamaşadan bir necə mizanı təsvirlədiyi üçün mənə 
lazımdır: “Lakin maraqlı səhnə detalları ilə yanaşı olaraq bəzən 
inandırıcı olmayan və  təkrar edilən detallar da vardır. 
M.Məmmədov şübhəsiz son pərdədə  Mahmudu pərdə dalında 
gizlətməklə 
(dramaturq tərəfindən Mahmud son pərdədə  səhnəyə 
gətirilmir)
 Yetərin ikinci pərdədəki replikasını  və onun 
qaçırılmasını əsaslandırmaq istəmişdir. Bu, öz-özlüyündə gözəl 
səhnə detalı olsa da, inandırıcı deyil və tamaşaçılara çatmır. 
Yaxud Hacı  Qəmbərin Yetərin dalınca sürünməsi detalını 
(mizanı detal adlandıran teatrşünasın peşəkarlığı  şübhəlidir - A.T.)
 
götürək. Birinci pərdədə Hacı Salmanın  Əşrəf bəyə teleqramı 
oxudarkən yerlə sürünməsi rejissor tərəfindən yaxşı tapılmış və 
təbii təsir bağışlayır. Bu detalın 
(yəni mizanın - A.T.)
 son pərdədə 
Hacı  Qəmbər tərəfindən təkrarı isə onun təsir qüvvəsini 
azaldır”.
148
  Əgər bu mizanı Yetərin xarakterini aşkarlayan, 


______________Milli Kitabxana_______________ 
184 
enerjisini, gücünü bir daha nümayiş etdirən  əlamət kimi 
yozsaq, onda necə? Hacı  Qəmbərin Yetərin arxasıyca 
sürünməsi Hacı  Qəmbər - Yetər münasibətlərində nida işarəsi 
qismində bir şeydir. Ona görə  mən hesab eləmirəm ki, bu 
mizan, təkrar olsa belə, yersiz və mənasızdır. Cəfər Cəfərov da 
vaxtilə yazmışdı ki, Mehdi tamaşasının ideyası Yetər obrazında 
lokallaşıb görüntüyə gəlir.
149
  
     Mehdinin quruluşunda “Yağışdan çıxdıq, yağmura düşdük” 
tamaşası Azərbaycan teatr tarixinin son dərəcə  səmimi 
tamaşalarından biri olub. Aktyorlar bu tamaşanı  həvəslə 
oynayıblar. Hacı  Qəmbərin var-dövlətinin  əlindən getdiyini 
eşidən kimi tikdiyi bir cüt başmağı hövlnak qoltuğuna vurub 
pulunu almaq üçün onlara gələn kasıb, zəif, üzgün və  tıntın 
İmamqulunu Sadıq Saleh yüksək sənət meyarları səviyyəsində 
ifa edirdi. Onun tıntın  İmamqulusu vəziyyətin  ən gərgin 
məqamında saman çöpü kimi sanki camaatın paltarına yapışırdı 
və bu saman çöpünü götürüb kənara tullamaq heç cür mümkün 
olmurdu. Quruluşçu rejissor pyes müəllifinin bir rezonyor kimi 
yanaşdığı Əşrəf bəy obrazını Ağadadaş Qurbanova tapşırmaqla 
tamaşa üçün onu praktiki surətdə “diriltmişdi”. Çünki 
A.Qurbanov elə aktyor idi ki, heç vədə  səhnədə “quru söz” 
deməklə kifayətlənmirdi: onu həmişə oynadığı personajın iç 
dünyası, düşüncələri və niyyəti maraqlandırırdı. Tamaşanın 
rejissor partiturasında  Əşrəf bəy heç də  qəhrəman deyildi. 
Mehdi onu bir azacıq liberallaşdırmışdı. Hərçənd  Əşrəf bəyin 
konkret mövqeyi vardı: yer üzündə  şər, pisliklər ona görə 
artmaqdadır ki, Muhamməd peyğəmbərin öyüdləri unudulub. 
Təbii ki, 1955-ci ildə bu tövr fikirləşən bir adam tamaşanın 
müsbət mərkəzi fiquru kimi götürülə bilməzdi. 
     “Yağışdan çıxdıq, yağmura düşdük” Mehdi Məmmədovun 
Barat Şəkinskaya ilə birgə işlədikləri sonuncu tamaşadır. Məhz 
bu tamaşanın məşqləri zamanı Mehdiylə Barat arasında növbəti 
bir zarafat-insident yaşanır, bir-birinin ünvanına qarşılıqlı 
ittihamlar səslənir. Bu münaqişə teatr aləmində  lətifə kimi 


______________Milli Kitabxana_______________ 
185 
təqdim edilir; lakin bu lətifənin gerçəkliyinə inanmamaq olmur. 
Əhvalat ilk dəfə teatrşünas  İ.Rəhimli tərəfindən müfəssəl 
şəkildə yazıya köçürülüb. “Yağışdan çıxdıq, yağmura düşdük” 
pyesinin qəhrəmanı Hacı  Qəmbərin pullarını itirdikdən sonra 
kliniki dəli vəziyyətinə düşməsini nəzərə alıb quruluşçu 
rejissor baş rolun ifaçısı M.Vəlixanlını  və tamaşada məşğul 
digər aktyorları dəlixanaya aparmaq qərarına gəlir. Barat xanım 
isə  dəlidən yaman bərk qorxduğundan bundan əlüstü imtina 
edir.
 “Səhərisi hamı  yığışır və teatrın avtobusuna oturub gedirlər 
dəlixanaya. Yolda baməzəliyi çox xoşlayan M.Vəlixanlı (aktyor və 
aktrisa dostları arasında ona “Vəlişka” deyə müraciət edirdilər) birdən 
baxıb görür ki, Barat xanım avtobusdakıların arasında yoxdur. Tez 
hamı eşitsin deyə, üzünü Mehdi Məmmədova tutub ucadan soruşur: 
     - Mehdi müəllim, bəs Barat xanım hanı? 
     Barat xanımla uzun illər ər-arvad olmuş Mehdi müəllim şakəri üzrə 
dərindən nəfəs alır. Bunu bir neçə  dəfə  təkrarlayır. Avtobusa tam 
sakitlik çökür. Xeyli keçəndən sonra o, aktyorun sualına belə cavab 
verir: 
     -  Məmmədəli qədeş, Barat xanımın dəlixanaya getməyə ehtiyacı 
yoxdu. 
     Bununla  söhbət bitir. Gedirlər dəlixanaya, görməlisini görürlər, 
götürməlisini götürürlər və qayıdırlar geri. Səhərisi məşq başlayan 
ərəfədə  ləzzətli ləxləxə salmaq üçün Vəlixanlı hadisəni və Mehdinin 
verdiyi cavabı bir az da bəzəyib çatdırır Barat xanıma. Üstəlik onu da 
deyir ki, Mehdi Məmmədov “Baratın ehtiyacı yoxdu” kəlmələrini elə 
söylədi ki, guya sən... o söz. Başlayır  şəhadət barmağını gicgahında 
fırlatmağa... Barat xanım məsələni duyur. Vəlixanlıdan xahiş edir ki, 
məşq başlayan kimi dayansın Mehdi müəllimin yanında və ucadan 
soruşsun ki, “Ay Barat, dünən dəlixanaya niyə  gəlməmişdin?” 
Razılaşırlar. Mehdi müəllim dayanır salonun cərgələrarası boşluğunda 
və ucadan deyir: 
     - Birinci şəkildə olanlar səhnədə yerlərini tutsunlar. 
     Vəlixanlı guya onun sözlərini eşitmir. Üzünü Barat xanıma tutur və 
əvvəldən razılaşdıqları sualı ucadan aktrisaya verir. Barat Şəkinskaya 
özünü toplayır, Mehdi müəllimi kinayə ilə süzür. Öskürüb boğazını 
arıtlayır və bununla istəyir ki, bütün diqqət onda olsun. Görəndə ki, 
hamı ona baxır, keçmiş  əri Mehdi müəllimi göstərir və  təbəssümlə 
ucadan deyir: 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə