Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə56/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   52   53   54   55   56   57   58   59   ...   114

______________Milli Kitabxana_______________ 
177 
vasitələrlə  fəaliyyət göstərirdim. Mən hesablaşmaya bilməzdim 
ki, məsələn, musiqi partiturası  səhnə hadisələrinin çərçivələrini 
müəyyənləşdirir və tamaşanın rejissor partiturası bununla 
uyğunlaşdırılmalıdır”
.
144
 Açıq etiraf, öz potensial gücünü 
qiymətləndirmə və işə tam peşəkar münasibət. Hərçənd Mehdi 
opera  şəraitinə  çətinliklə öyrəşirdi: musiqi materialını gec 
mənimsəyirdi. Amma bununla belə o, realist teatr sənətinin 
prinsiplərindən bir addım da geri çəkilmirdi. Opera 
müğənnilərindən xahiş edirdi ki, sözlərin mənasını 
özümsəyərək oxusunlar, bu oxuda personajlarının psixoloji 
ovqatını düzgün ifadə etsinlər. O, hətta Opera və Balet 
Teatrında öz üsyankar mövqeyini də ortaya qoyurdu. Deyirdi 
ki, dirijorun, yəni operanın musiqi rəhbərinin, müğənnini önə 
çəkmək, ona dirijor çubuğunu izləmək imkanı yaratmaq tələbi 
artıq köhnəlib; müğənni-aktyorlar opera səhnəsində  də 
başqalaşmağı, obrazın həyatı ilə yaşamağı bacarmalıdırlar. Ona 
görə  də Mehdi “Sevil” operası üzərində çalışarkən dramatik 
teatrda stolarxası  məşqlərdə olduğu kimi aktyorlara dərslər 
keçirdi, onlara tamaşanın ideyasından, ali məqsədindən, 
obrazların məna yükündən danışırdı; başqa sözlə, dramatik 
teatrdakı oyun tərzini opera tamaşalarında da gerçəkləşdirməyə 
səy göstərirdi. Sənətinə belə bir vurğunluq, təbii ki, Opera və 
Balet Teatrının bir çox işçilərində Mehdi Məmmədova qarşı 
böyük simpatiya oyatmışdı. Lakin onlar “Sevil”dən sonra hələ 
üç il də gözləməli olacaqdılar. Nədən ki,  Mehdi yalnız 1956-cı 
ildə Opera və Balet Teatrında baş rejissor vəzifəsini tutacaq. 
     Hələliksə, Milli Teatr və 1954-cü il... Bu il Mehdinin oğlu 
Elçin birinci sinfi bitirəcək... Mehdi isə teatrda xüsusi heç nə 
ilə  fərqlənməyən, və açığını deyim ki, mənim tanımadığım 
Yuri Yanovski adlı bir dramaturqun “Prokuror qızı” pyesi 
əsasında hazırlanmış eyniadlı tamaşanı  təhvil verəcək... Bu 
barədə heç kim heç nə yazmayacaq... Yuri Yanovski öz pyesilə 
birgə Azərbaycan teatr tarixindən buxarlanıb gedəcək... Və 
Mehdi ömrünün 1954-cü ilindən balaca, 8 yaşlı Elçinin ona 
Kislovodsk  şəhərindən ünvanladığı üç məktub qalacaq. 


______________Milli Kitabxana_______________ 
178 
Məktubların heç birinin tarixi yoxdur. Amma aşkar görünür ki, 
hamısı bir vaxtda, eyni bir dəst-xəttlə, eyni bir səliqə ilə, eyni 
bir formatda olan xüsusi vərəqlərdə, o zamanlar birinci sinif 
uşaqlarının istifadə etdiyi mürəkkəbli qələmlə yazılıb və bir 
ünvandan göndərilib. Bu məktublardan Mehdinin oğlu Elçinə 
və Elçinin də atası Mehdiyə  nə  qədər bağlı olduğu aydın 
duyulur. Məktublar rusca yazılıb.  İndi onları Sizə  təqdim 
eləyirəm öz tərcüməmdə, təbii ki, orijinala maksimal şəkildə 
yaxın olmaq şərtilə. Birinci məktub: 
                          
 “Əziz Papam “Pose”! 
Mən sənin məktubunu çox gözlədim. Çoxdandır ki, yazmırsan. 
İyunun 28-də  səhər sənə yazdım ki, səndən yaman incimişəm, 
axşamsa səndən məktub aldım və  həməncə bu məktubu sənə 
yazıram. 
Yaxşı yaşayıram! 
Vaxtımı çox yaxşı keçirirəm: meşəyə göbələk yığmağa gedirəm, 
gölə gedirəm. 
Bu yaxınlarda “Çippolinanın sərgüzəştləri” adlı kukla 
tamaşasına baxmışam. 
Ancaq plyonka tapmıram. 
Buralar çox qəşəngdir. Yaxınlıqda meşə, meşədə çay. 
              (vərəqi çevir) 
Mehriban ata 
Necə yaşayırsan 
İşlərin necədi 
Şəklini göndər 
Hamıya məndən salam yaz 
Görüşənə qədər 
  (məktubun sonunda gülməli poçtalyon şəkli)” 
     Mən  əvvəlcə anlamadım “pose” sözünün mənasını. 
Mehdinin yaxınlarından soruşdum, bilmədilər. Yalnız Somaz 
xanım Həmzəyeva, Elçinin böyük bacısı, söylədi ki, “pose” 
“porsuq” sözünün qısaldılmış variantıdır və Elçin toppuş uşaq 
olduğundan Mehdi onun yanaqlarını tutub dartarmış və zarafat-
zarafat oğluna “porsuq” deyərmiş. Ha belə-belə, axırı “porsuq” 
dönüb olub “pose” və onlar başlayıblar bir-birinə bu ayama ilə 


______________Milli Kitabxana_______________ 
179 
müraciət etməyə. İkinci məktub; o məktub ki, monoqrafiyadan 
ötrü daha önəmlidir:  
                  
 
              “Əziz Papam Pose! 
Məktubunu aldım. Çox sevindim. Havaxt ki Bakıdan 
gedəcəksən, öz ünvanını mənə göndər. Yağışlar az-az yağır. Sənə 
burda olan kəpənəklərdən göndərirəm. Burda bizim küçədə 
yaxşı  uşaqlar var; bir qız mənə naxış salmağı öyrədib, həm 
bolqar xaçı kimi, həm də adi. 
Mən çəkməli pişiyin naxışlarını işləyrəm. 
Timilisidən (Tbilisi nəzərdə tutulur - A.T.) bir oğlan gəlib. 16 
yaşı var. Əsl cəlladdı. Onun silahı var. O, bu silahla bülbülü 
öldürdü. Mənsə onu basdırdım. 
     (“mən naxış salıram”, “bülbülü necə öldürdülər”, “bülbülün 
qəbri” mövzularında uşaq şəkilləri və “vərəqi çevir” göstərişi) 
Ata Afaya məktub yaz, yaz ki, Afanın atası Fikrət  Əmirov  əmi 
hardadır 
Onun da ünvanı mənimki kimidir 
səhvlərə görə 
və pis xəttə görə bağışla 
qələmim zaydı 
Sevirəm və 1000000000 dəfə öpürəm 
Görüşənə qədər 
Nənəyə və hamıya salam de 
     (və Elçinin çəkdiyi uşaq şəkilləri: başda Mehdi Məmmədovun 
özü olmaqla “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının 
təqribən bütün personajlarının siyahı ilə şarjları) 
1.
 
Maymax (yəqin ki, Hacı Qəmbərə    Elçinin verdiyi 
ləqəb - A.T.) 
2.
 
Cəbi 
3.
 
Yetər 
4.
 
Cəvahir 
5.
 
Xanım 
6.
 
Əşrəf 
7.
 
Dəyirmançı 
8.
 
Mayor 
9.
 
Salman 
10.
 
Aşıq Vəli” 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə