Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə54/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   50   51   52   53   54   55   56   57   ...   114

______________Milli Kitabxana_______________ 
171 
yaratmışdı. O, Mirandolina maskası ilə tamaşa boyu 
virtuozcasına davranırdı. Mehdi bu tamaşanı sanki məxsusi 
Barat  Şəkinskaya üçün fikirləşmişdi. Hətta bu tamaşada 
Möhsün Sənani kimi bir aktyor Kavaler rolunda heç cür “od 
parçası” Baratla ayaqlaşa bilmirdi. Barat səhnədə barıt kimi 
yanırdı  və bu “barıtı” seyrçilərə nişan verməklə Mehdi 
Baratdan boşanmasının səbəblərini sanki dostlarına açıqlayırdı, 
Baratda bir mehmanxana sahibəsini onlara tanıtdırırdı. 
     1952-ci  ildə Mehdi Məmmədov Fikrət  Əmirovun “Sevil” 
operasına quruluş vermək üçün Opera və Balet Teatrından 
dəvət alır və bu tamaşa üzərində  təqribən 1 ilə yaxın bir 
müddətdə çalışır. 1953-cü il dekabrın 25-də “Sevil” operasının 
premyerası baş tutur. Bu, Opera və Balet Teatrında Mehdinin 
uğurlu debütüdür. “Sevil”in librettosunu şair Tələt  Əyyubov 
yazmışdı, tərtibatını isə  rəssamlar  İzzət Seyidova ilə  Ənvər 
Almaszadə hazırlamışdı. Qəribədir, tamaşaya ilk 
reaksiyalardan biri Ədil  İskəndərovdan gəlir. Onun 1954-cü 
ildə dərc elətdirdiyi resenziyada Mehdinin ünvanına qədərincə 
xoş, tərifli sözlər söylənilir. Baxaq, görək,  Ədil nə deyir: 
“Sevil” operasının yaranmasında rejissorun işini xüsusilə qeyd 
etmək lazımdır. Rejissor Mehdi Məmmədov Opera səhnəsində 
birinci dəfədir ki, quruluş verir. Buna baxmayaraq o, musiqini 
yaxşı hiss etmiş, musiqidən doğan səhnə  vəziyyətlərini 
rəngarəng  şəkildə yaratmışdır. rejissor operada verilmiş 
psixoloji, gərgin, lirik və coşğun parçaları gözəl və obrazlı 
mizanlar vasitəsilə orijinal bir şəkildə göstərməyə nail 
olmuşdur. Rejissorun düzgün traktovkası  nəticəsində operanın 
proloqunda verilmiş patetik səhnədən başlayaraq,  əsərin 
finalına - bayram, şənlik, təntənə pərdəsinə qədər vokal, xor və 
balet artistlərinin ifasında bir vəhdət hiss olunur”.
137
 Ədilin bu 
reveransınıı, bu gedişini necə anlamaq, necə yozmaq olar? 
Birinci ağla gələn budur ki, Ədil bu resenziya ilə Mehdinin 3 
avqust 1951-ci il tarixli məktubunu cavablayır, yəni onu 
səmimicəsinə qəbul etdiyini bildirir. İkinci ağla gələn budur ki, 


______________Milli Kitabxana_______________ 
172 
Ədil Mehdini Opera və Balet Teatrının gələcək baş rejissoru 
kimi “nişanlayır”, başqa sözlə, öz teatrının rejissorunu “satır” 
və ya ondan birdəfəlik yaxasını qurtarmaq istəyir. Niyə mən öz 
gümanımı belə bir əminliklə monoqrafiya səhifələrinə 
çıxardıram? Çünki bu sayaq situasiya ilə  mən Azərbaycan 
teatrı tarixində artıq bir dəfə qarşılaşmışam  İsmayıl 
Hidayətzadəni Opera və Balet Teatrına 1938-ci ildə baş rejissor 
təyin edəndə.
138
 Üslub yenə  də  həminkidir: heç kim incimir, 
hamı da razıdır:  Ədil  İskəndərov isə potensial rəqibilə 
vidalaşır. Elə bu cür də olacaq: 1956-cı ildə Mehdi Opera və 
Balet Teatrına baş rejissor vəzifəsinə işə götürüləcək. İndi Siz 
özünüz fikirləşin, kimi bağışlamaq olar, kimi yox... 
     Burada  bir  məsələ  də mühümdür. Mehdi Məmmədovun 
musiqi təhsili yox idi; ona görə də partituraları oxuya bilmirdi. 
Hələ 1942-ci ilin 5 iyun tarixində Mehdi öz gündəliyinə belə 
bir qeyd yazmışdı ki, bəstəkarla iş zamanı  və ümumiyyətlə 
tamaşanın musiqi tərtibatı ilə bağlı onun özünə inam hissi 
rəssamla işə nisbətdə xeyli azalır.
139
  Bu, sənətçinin səmimi 
etirafıdır və  həmin bu etiraf onun Opera və Balet Teatrında 
rejissorluq eləməyə yaramadığını göstərir. Lakin sovet adamı 
daim ehtiyac içində yaşayıb, məişət komfortundan kənarda 
yaşayıb və  həmişə öz işini itirmək qorxusu ilə yaşayıb. 
Unutmayaq ki, Mehdi üçün Opera və Balet Teatrından gələn 
təklif həm də əlavə qazanc, əlavə qonorar demək idi. Təbii ki, 
Mehdi bu sərfəli təklifdən imtina etməyəcəkdi və  həm sözün 
birbaşa, həm də  məcazi mənasında Opera və Balet Teatrına 
“ilişəcəkdi”. 
     Mehdi  bir  xeyli  vaxt  Tələt  Əyyubovun librettosu ilə 
razılaşmadı; sandı ki, bu, “Sevil” pyesi üçün xarakterik kəskin 
sosial-ideolaji konflikti və emosional-psixoloji gərginliyi ifadə 
eləyə bilmir. Rejissor səhnədə Sevilin həyatını, taleyini, 
yaşantılarını “romanlaşdırmaq”, hadisələrə epik vüsət və 
genişlik vermək istəyirdi. Ona görə  də Mehdi Cabbarlı 
pyesinin süjet xəttindən kənara çıxmaq, sosial modulyasiyaları 


______________Milli Kitabxana_______________ 
173 
gücləndirmək ehtiyacı duyurdu. Mehdi Sevil obrazını zamanın, 
dövrün tablosunda mərkəzi fiqur kimi götürürdü və bu qadına 
sovet həyat tərzinin simvolu kimi baxırdı. Odur ki, rejissor 
aktiv  şəkildə librettonu düzəltməklə  məşğul idi. Mehdini 
Sevilin dönüş səhnəsi qane etmirdi. O, can atırdı ki, epizodda 
mənalar konkretliyinə, mənalar aydınlığına nail olsun. 
C.Cəfərov yazır ki, Moskva haqqında mahnının ideyası elə 
Mehdinin bu istəyindən doğub.
140
 Bu mahnı  təkcə  şəhərdən 
danışmırdı,  şəhəri (Sovetlər Birliyinin paytaxtını) tərənnüm 
etmirdi: o, ilk növbədə, seyrçiyə Sevilin tamaşaçı üçün qapalı 
qalmış yeni həyatı ilə ilişikli məlumat verirdi. Mahnı Sevilin 
taleyini aydın “oxunulası”, başa düşüləsi nöqtələr və nidalar 
müstəvisinə  gətirib çıxarırdı, hüquqsuz Sevilin iztirablarının 
keçmişdə qaldığını, tamamlandığını vurğulayırdı. Bu sayaq 
düzəlişlər bəstakar Fikrət  Əmirovu da partituraya əl 
gəzdirməyə məcbur edirdi. Elə bu səbəbdən Moskva haqqında 
mahnı finala keçirildi və adi bir mahnı tamaşanın sosial 
kontekstinin obrazı kimi təqdim olundu. Mehdi “Sevil” 
operasına növbəti bir tamaşa qismində yox, bir sosial aksiya 
qismində, bir sosial açıqlama, sosial raport qismində yanaşırdı. 
!953-cü ilin səhnə tərtibatı da Fikrət Əmirovun ecazkar musiqi 
notlarını  rənglərdə  və formalarda bacardıqca  əks etdirməyə 
çalışırdı. Musiqinin ovqatı  “ələmdən nəşəyə”, “zülmətdən 
işığa”, “əsarətdən azadlığa” keçidin bayram təntənəsinə 
köklənmişdi; tərtibatsa bunu rənglər fakturasında təkrarlayırdı. 
Əbəs yerə Mehdi Məmmədov demirdi ki, tamaşanı 
hazırlayarkən biz özümüzü bayram ərəfəsində olduğu kimi hiss 
edirdik. “Sevil” operası  uğurlu alınmışdı. O qədər uğurlu ki, 
1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü 
məhz bu opera ilə açılmışdı. Hərçənd Moskvaya 
yollanmamışdan öncə  rəssam  Ə.Fətəliyev tamaşaya yeni 
tərtibat vermişdi, Mehdisə operanın yeni redaksiyası üzərində 
işləmişdi. Bu redaksiyada Mehdi lirik başlanğıcı bir qədər də 
gücləndirmişdi, milli koloriti bir az da artırmışdı, operanın 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə