Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə49/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   45   46   47   48   49   50   51   52   ...   114

______________Milli Kitabxana_______________ 
156 
repressiyanın başlanmasına bir işarə kimi də oxumaq olar. 
Hərçənd mən bilə bilmədim ki, bu, Mehdinin öz xahişilə olub, 
yoxsa “Dağılan tifaq”ın ideoloji-siyasi “cingiltisi”nin təsirilə 
gerçəkləşib. Niyə  tədris ilinin tən ortasında, yəni ikinci 
semestrin ilk həftəsindəcə Mehdi dekan vəzifəsindən 
götürülməliydi? Sovet toplumunda partokratiyanın iş metodu 
bu sayaq olub: yıxılana həməncə yer-yerdən balta çalıblar, 
vəzifəsini, səlahiyyətlərini əlindən alıblar. Ona görə də heç bir 
şübhə qalmır ki, məsələ “Dağılan tifaq” məsələsidir, bu 
tamaşanın tənqidinə çaparaq və  əməli reaksiyadır, bir növ, 
özünü sığorta metodudur.  
                                             *** 
    
 Mehdi Məmmədov nahaq və yersiz tənqidə məruz qalmışdır. 
Belə insafsız bir münasibət onu incidir, könlünü sıxır. Bizim 
qəhrəman qayğılıdır. Mehdi Məmmədovun ürək ağrıları 
başlamışdır. O, tez-tez sovet adamlarının sağlamlığı keşiyində 
duran ağ xalatlı həkimlərə müraciət edir. Kardioloqlar Mehdiyə 
dincəlməyi, sanator müalicə almağı məsləhət görürlər. Kollektiv 
arasında özünü sakit və  təmkinli bir insan kimi xarakterizə 
eləmiş yoldaş  Məmmədov  şəxsi acılarını, problemlərini 
ətrafdakılarla bölüşməyi xoşlamır, çox vaxt özünə qapanıb qalır. 
Bu da onun əsəblərinə, sinir sisteminə mənfi təsir göstərir...
 
 
 
                                             *** 
     1951-ci  il  iyunun  13-də Mehdi “Çiçəklənən arzular” adlı 
növbəti tamaşasını təhvil verdi. Deməli, haradasa 17 aya cəmi 
bir tamaşa... Deməli, təqribən haradasa 14 ay (bir tamaşanın 
hazırlanması orta hesabla üç ay çəkir) Mehdi Məmmədov Milli 
Teatrda heç bir iş görməyib, bekar gəzib... Deməli, haradasa 14 
ay Mehdi “Dağılan tifaq”ın uğursuzluğunu öz içində gəzdirib. 
Axı  əgər sən yeni proyektdə çalışmırsansa, köhnə  işdən azad 
olmursan: köhnə  iş sanki səni tutub özündə saxlayır, özündən 
ayrılmağa qoymur; və  sən də bu energetik rabitəni, magik 
cazibəni qırmağa səy göstərmirsən. Çünki tamamlanmış köhnə 
işdə  sən varsan: o, sənin yaşadığın zamanın, itirdiyin 
bioenerjinin şəklidir; yeni iş isə hələ səninki olmayıb. Ona görə 


______________Milli Kitabxana_______________ 
157 
köhnə  həmişə yeninin əngəlidir; və  əslində, bu əngəl köhnə 
deyil, elə sən özünsən... 
     Aydın məsələdir ki, “Dağılan tifaq”ın siyasi-ideoloji 
kontekstdə  tənqidi Mehdiyə münasibətdə camaatı “ehtiyatlı” 
davranmağa sövq edirdi: hər  şey ola bilərdi. Nədən ki, bu 
tənqid Mehdini apriori “şübhəlilər” siyahısına salırdı. 
Mümkündür ki, məhz bu səbəb üzündən Milli Teatrda ona 
uzun müddət tamaşa tapşırılmır. Milli Teatrın rəhbərliyi 
gözləmə taktikasını seçir. Elə bu arada yenidən “Təhmasib” 
kartı ortaya çıxır və çox güclü oyun nümayiş etdirir: Mehdinin 
siyasi reabilitasiyasının qarantı olur. Odur ki, M.Təhmasibin 
“Çiçəklənən arzular” pyesinin quruluşçu rejissoru Mehdi 
Məmmədov təyin edilir. Stalin mükafatı laureatı Rza 
Təhmasibin bu olaylarda rolunu görməmək, imzasını 
oxumamaq, sadəcə, sadəlövhlükdür və  bəlkə  də  tədqiqatçı 
naşılığıdır. 
     “Konfliktsizlik nəzəriyyəsi”... sovet ideologiyasının ortalığa 
atdığı növbəti cəfəngiyyat, abrakadabra: “yaxşı” ilə “daha 
yaxşı”nın münaqişəsi pyesin “konfliktli” lokusu, gəlişmə 
nöqtəsi kimi. Faşistlər məğlub edilib, dünya kapitalizmi 
“çürüməkdədir”: mübarizə kiminlə olasıdır ki? Elə isə... 
meydan “çiçəklənən arzular”ındır. M.Təhmasibin yazdığı aşkar 
zibil idi, makulatura idi, söz yığını idi və “konfliktsizlik 
nəzəriyyəsi”nə azərbaycanlı dramaturqun reaksiyası idi. Pyesdə 
personajlar yaşamırdılar, çənə döyürdülər; çənə döyürdülər ki, 
əkmək üçün buğdanın hansı növü daha yararlıdır? Bu mübahisə 
nə qədər çəkə bilər, axı? Uzağı on-on beş dəqiqə! Bəs sonrası? 
Odur ki, müəllif pyesi əsas məsələyə  dəxli olmayan çoxsaylı 
epizodlarla doldurmuşdu, bir qalaq ədəbiyyat palçığı 
yaratmışdı. Mən C.Cəfərovun monoqrafiyasından öyrəndim ki, 
hətta Mehdi ona M.Təhmasibin  əsəri tapşırılanda durub pyesi 
də, “konfliktsizlik nəzəriyyəsi”ni də müdafiə edib. Halbuki 
Medi Məmmədov bütün ömrü boyu bunların  əksini yazıb
130

“Konflikti zəif, yaxud kofliktsiz pyeslər,  əlbəttə ki, ideya-bədii 
keyfiyyətlərini, təsir, təlqin gücünü, tərbiyəvi  əhəmiyyətlərini 


______________Milli Kitabxana_______________ 
158 
itirir. Müəllif nə  qədər dolayı yollar arasa da, belə pyeslər 
tamaşaçı üçün maraqsız və  mənasız olur. Çünki belə pyeslərdə 
əslində heç bir hadisə vaqe olmur. Ona görə  də onlar qəlbə  və 
ruha heç bir qida vermir”
131
. 1968-ci ildə belə yazmağın heç 
bir siyasi qorxusu yox idi. 1951-ci ildə isə bunları dilə 
gətirsəydin, səni kommunizm qurucularının mənəvi dəyərlərinə 
qarşı çıxmaqda suçlaya bilərdilər. Qanı bir, canı bir, ideyası bir 
adamlar cərgəsində  də konflikt olarmı heç? Mehdi bunun 
yanlışlığını başa düşsə  də, fikrini açıq bəyan eləməyəcəkdi; 
çünki “Dağılan tifaq”dan sonra qorxurdu; qorxurdu ki, onu 
siyasi səhv buraxmaqda günahlandırarlar. Ol səbəbdən 1951-ci 
ildə Mehdi “Çiçəklənən arzular” pyesini bəyəndiyini 
söyləmişdi və Rza Təhmasibə hörmətinin, minnətdarlığının 
böyük olduğunu bildirmişdi. Amma teatrın həqiqəti bu ki, pyes 
zəifdirsə, tamaşa alınmır; və hətta əksinə, tamaşa pyesin bütün 
qüsurlarını mikroskop bakteriyanı böyüdən kimi böyüdüb 
göstərir. Mehdi bu dəfə  səhnədə, sözün birbaşa və  məcazi 
mənalarında, bir kolxoz açmışdı, Sovet Azərbaycanında kənd 
həyatını görükdürmüşdü: deyib-gülən  şən qızlar ora-bura 
qaçışırdılar, fərəhlə ucadan danışırdılar, kolxozçular 
aktivcəsinə debatlar aparırdılar (“Yaşar” tamaşasını xatırlayın); 
amma gerçəkdən heç nə baş vermirdi ki, vermirdi. Məndə belə 
bir təəssürat var ki, Mehdi Məmmədov  şüurlu olaraq buna 
getmişdi, uğursuzluğu ilə öncədən barışmışdı. Yəni Mehdi 
üçün tamaşa bir elə də vacib deyildi: qoy tənqid eləsinlər, təki 
siyasi səhv tapmasınlar, rejissoru ideoloji savadsızlıqda 
günahlandırmasınlar. Bu aspektdə “Çiçəklənən arzular” öz 
missiyasını tam şəkildə yerinə yetirdi: Mehdi kommunist 
ideallarına, sovet məfkurəsinə sadiqliyini təsdiqlədi. Sanki 
“Çiçəklənən arzular”la Mehdi siyasi bəraət qazandı  və duydu 
ki, artıq rahat nəfəs almaq, müalicəyə rahat getmək olar. 
     1951-ci  ilin  iyulunda  Mehdi  Məmmədov “Çiçəklənən 
arzular”dan yaxasını qurtaran kimi Kislovodsk şəhərinə 
yollanır və burada bir xeyli müddət sanatori şəraitində yaşayır. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə