Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə47/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   43   44   45   46   47   48   49   50   ...   114

______________Milli Kitabxana_______________ 
150 
uçurumdur”.
122
 Azərbaycan Kommunist Partiyasının yerli 
təşkilatlarında belə  məruzələr dinlənilirkən bəlli olardı ki, 
kimsə “sifariş” edilmişdir və bu kimsənin əleyhinə kompaniya 
başlanmışdır. Bu tərzdə, bu leksikonda partiya iclaslarında və 
ya məsul partiya funksionerlərinin kabinetlərində danışardılar. 
Cəfər Cəfərov Mehdinin tamaşasını  tənqid eləyə-eləyə faktiki 
surətdə ona qarşı ittiham irəli sürür, tamaşanın tənqidini siyasi-
ideoloji tənqidlə 
əvəzləyir, “Kommunist” qəzetində 
“Dövrümüzə layiq repertuar yaradaq!” adlı redaksiya 
məqaləsində “Dağılan tifaq”a qarşı yürüdülən ittihamı 
dəstəkləyir.  Əslində, bu məqalə “Kommunist” qəzetinə 
göndərilmiş ismarıcdır ki, yəni “mən də sizlərdənəm, 
kommunistlərdənəm və mehdikimilər yollarını azıblar, 
uçuruma yuvarlanırlar”. Bu, artıq tənqid deyil, təhlükəsizlik 
orqanlarına ərizədir. Mehdi nə səhv buraxmışdı ki, Cəfər belə 
“odlanmışdı”, “uçurum” motivlərini ortaya çıxarmışdı? Sözün 
birbaşa mənasında heç nə. Mehdi Məmmədov, sadəcə, 
Ə.Haqverdiyevin ruhuna, üslubuna, simvolist dramaturgiyanın 
estetikasına maksimal şəkildə yaxın olmağa çalışmışdı, tale, 
alın yazısı, kosmik cəza motivlərini qəhrəmanların həyat 
paradiqmasının alfa və omeqasına çevirmişdi. Və bunu 
eləyərkən, mən yüz faiz əminəm, Mehdi ideoloji məqamların 
öz-özünə qabarıb pırtlayacağını gözaltına almamışdı. O, bu 
tamaşanı “qaniçən bəylər”, “zalım mülkədarlar” haqqında yox, 
insan xisləti, mənəvi imperativlər və ruhsal dəyərlər haqqında 
hazırlamışdı. Təbii ki, mən onun-bunun qeydlərindən 
aşkarladığım və müqayisəli təhlilə çəkdiyim rəylər əsasında bu 
qənaətimi yazıram.  İ.Kərimovsa yazır ki, “Dağılan tifaq” 
oynanıldığı gündən “teatrın nailiyyyətləri sırasına daxil oldu. 
Əlbəttə, bunun səbəbi hər  şeydən  əvvəl Mehdi Məmmədovun 
parlaq rejissor istedadı, yaradıcılıq təxəyyülünün güclü olması 
ilə bağlı idi”.
123
  Aşkar dissonans: və  təkcə sosial-ideoloji 
dəyərləndirmə baxımından yox.  


______________Milli Kitabxana_______________ 
151 
     Amma  mən Sizə bir sirri açacağam. Mən bu tamaşanı 
dərindən öyrəndikcə bir də gördüm Cəfər Cəfərovun 
mövqeyində dayanmışam. Eyni bir səhnəyə iki müxtəlif 
yanaşma ilə tanış olanda həməncə  əyan olacaq ki, mən niyə 
belə deyirəm. “Dağılan tifaq” tamaşasının ilk səhnəsini 
İ.Kərimov bu cür təqdim edir: “Pərdə  şən musiqi sədaları 
altında açılırdı. Nəcəf bəyin həyəti təsvir edilirdi. Buradakı 
rənglərdə parlaqlıq,  əşyalarda isə bir zənginlik var idi. Nəcəf 
bəy  əynində  ağ  çərkəzi paltar, ayağında uzunboğaz xrom 
çəkmə, səliqəli və gözəl görkəmdə  həyat haqqında “fəlsəfi” 
monoloqunu söyləyirdi. Sonra içəri girən bəylər zarafatlaşır, 
yaşca hamıdan böyük olan Həmzə bəyi ələ salıb gülüşürdülər... 
Tamaşadakı tiplərin zahiri zənginliyi və “gözəlliyi” arxasında 
onların eybəcərliyi, tüfeyliliyi çox aydın sezilir və bu təzad 
tamaşanın ideya istiqamətini qüvvətləndirirdi, Rejissor hər cür 
sünilikdən çəkinmiş, obrazların xarici şərhində heç bir 
karikaturaya və ifşaediciliyə yol verməmişdi”.
124
  Cəfər 
Cəfərovsa həmin pərdəni təsvir edə-edə bunların tam əksini 
yazıb, öz estetik pozisiyasını  dəqiq müəyyənləşdirib yazıb və 
aydın  şəkildə anladıb ki, o, nəyin  əleyhinədir: “Bu pərdədə 
rejissor pyesin mətninə bir az əl gəzdirmiş, replikalar artırmış, 
bəylərin avara həyatını göstərmək üçün bir çox səhnə vasitələri 
düşünüb uydurmuşdur. Bəylər arası  kəsilmədən zarafatlaşır, 
gopçu Həmzə  bəyin başına “it oyunu” gətirir, bir-birilə 
qapazlaşır, döyüşür, əsərin mətnindən xaric sözlər və söyüşlər 
işlədir, oxuyur və sairə. Mənasız və yüngül gülüş doğuran şarj 
bu pərdədə  səhnəyə büsbütün hakimdir. Bütün bu “hırıltı” 
içərisində  əsərin mənasını açan, dövrü, mühiti haqqında 
təsəvvür verən fikirlər, mühakimələr isə  tələf olub gedir. 
Bəylər keçmişdən həsrətlə danışdığı yerdə  Həmzə  bəy (art. 
M.Vəlixanov) almanı yun corabına sürtüb təmizləyir və ağzına 
aparır. Bəylər Süleymanın  əxlaqsızlığından, pis yola 
getdiyindən və bunda Nəcəf bəyin müqəssir olduğundan 
danışarkən Həmzə  bəy qəlyanın çubuğu ilə başını qaşıyıb 


______________Milli Kitabxana_______________ 
152 
camaatı güldürür... Şarj (oxu karikatura variantı kimi - A.T.) və 
ondan doğan ucuz gülüşlər hadisələrin ictimai mənasını, 
məfkurəvi mahiyyətini soldurmuş, kəsərsiz və  gərəksiz 
etmişdir. Birinci pərdə kef və zarafat təsvir edir, həyat 
yaratmır, həqiqət ifadə etmir”.
125
  Mən C.Cəfərovun söylədiyi 
hər bir iradın altından qol çəkirəm: çünki sosial-ideoloji 
konteksti qoyuram bir kənara və deyirəm ki, bu səhnədə bir 
antiestetizm var. Almanı coraba sürtüb yemək rus şakəri. Yəqin 
ki, belə bir mizanı Mehdi Moskvada hansı teatrın 
tamaşasındasa görübmüş  və milli xarakterlə uyuşmayan bir 
davranış  tərzini səhnəyə  gətirməyə çalışıbmış. Azərbaycanlı 
almanı çirkli-çirkli dişinə  çəkər, ançaq heç vaxt onu corabına 
sürtüb təmizləməz. Xırda bir detaldır, amma mühüm şeylər 
bildirməyə qabildir. Cəfər Cəfərovun mətnindən aydın duyulur 
ki, birinci pərdənin iştirakçıları qrotesklə  sərhədləşmiş 
karikaturalardır və karikaturalara uyğun şəkildə də davranırlar. 
Mən də  Cəfər Cəfərov kimi bu səhnənin estetik düzümünü 
bəyənmədim. Amma mən özüm üçün aydınlaşdırdım ki, 
rejissor Mehdinin tənqidi pafosu elə bu səhnə ilə bağlı olub: o, 
ilk pərdədən vurğulayırdı ki, bu “bəylər” artıq nəinki 
bəylikdən, hətta adamlıqdan çıxıblar. Bunu o zaman bir kimsə 
belə bu səpkidə çözə bilməmişdi. Ona görə  də kimlərəsə elə 
gəlmişdi ki, Mehdi partiyanın ideoloji normativlərini pozur, 
milli bəyliyə qarşı insanlara mərhəmət hissi aşılayır. Bu 
duyğunu bir az da Süleyman bəy obrazının kopseptual həlli 
gücləndirirdi. Nəcəf bəyin oğlu yaramaz, kobud, avara 
birisidir, namus, qeyrət dışında yaşayan bir əyyaşdır, 
qumarbazdır.  Ə.Haqverdiyev yaşamaq hüququnu itirmiş bu 
cavanı pyesdə öldürür. Mehdisə tamaşanın rejissor 
partiturasında Süleyman bəyin ölümünə kədərlənmək üçün yer 
saxlayır; mizanla bildirmək istəyir ki, ölən təkcə əbləh bir bəy 
oğlu bəy deyil, təkcə yaramaz xarakter, işarə, rəmz deyil; ölən 
canlı insandır və  hər bir insanın ölümündə qüssə notları var. 
Bəyənilsin, təqdirediləsi mövqedir. Təəssüf ki, 1950-ci ildə bu 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə