Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə38/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   34   35   36   37   38   39   40   41   ...   114

______________Milli Kitabxana_______________ 
123 
beləcə tamaşaya hazırlamışdı. Amma dövr hərdən sərhədləri 
elə “yuyur” ki, bilmirsən, gerçəklik hardadır, teatr harda. 
     Həyat teatra çevriləndə həqiqət gülünc vəziyyətə düşür. 
     Amma  bütün  bu  deyilənlərə  rəğmən teatrşünas Tamilla 
Yusufbəyli yazırdı ki, Milli Teatrda “On ikinci gecə” 
göstəriləndə camaat zalda uğunub özündən gedirdi.
95
 Bu da 
onunla bağlı idi ki, seyrçilərin hər bir replikaya reaksiyası 
aktyorlara tamaşada olmaq, canlı improvizələr etmək və öz 
ifasından həzz almaq imkanı verirdi. Bundan əlavə Bakıda 
çıxış eləyəndə onlar kimin üçün nəyi və necə oynamağı 
bilirdilər. Moskvada isə aktyorlar bu imkandan məhrum idilər: 
dilin tamaşa ətrafında cızdığı çənbəri yarmaq dram teatrlarının 
qastrolları zamanı  həmişə bir nömrəli problem olur və bu, 
aksiom kimi bir şeydir. Hərçənd L.V.Koqan müzakirə zamanı 
öz çıxışının sonunda söyləyirdi ki, “tamaşa adamı “tutur”, 
təsirləndirir, həyəcanlandırır”.
96
 Bu onu bildirirdi ki, “On ikinci 
gecə” öz vizual partiturasına görə də qədərincə suggestiv təsirə 
malik bir tamaşa olub. 
     Mehdi  Məmmədov öz tamaşası ilə, öz tamaşa ideyası ilə 
Milli Teatra bayram gətirmişdi, Azərbaycanın teatr 
mədəniyyətində bir hadisə yaratmışdı, Bakıda, sonra isə 
Moskvada fantastik bir debüt eləmişdi. Mehdinin bu vaxt cəmi 
31 (rəsmi sənədlərə görə 28)  yaşı vardı: “On ikinci gecə” onun 
birmənalı  uğuru idi və bu uğuru Mehdi teatrın kollektiviylə 
böyük həvəslə paylaşmışdı. Bu tamaşası ilə o, Azərbaycanın 
teatr ictimaiyyətinə  bəyan eləmişdi ki, olağanüstü bir 
subyektdir, peşəsini dəlicəsinə sevən birisidir, öz düşüncə 
üslubu, təfəkkür tərzi, öz iş metodikası, öz əxlaq kodeksi, öz 
bədii dünyası olan bir rejissordur. Mehdi Məmmədov “On 
ikinci gecə” adlı səhnə oyunu ilə Azərbaycanın fikir işçilərinə, 
sənətçilərinə ismarıc yolladı ki, o, həyatı, yaşamağı, zarafatı, 
əyləncəni, yumoru hədsiz dərəcədə sevir; sevgilərin həqiqətinə, 
romantizminə inanır; ideya adamıdır, məfkurə adamıdır, zövq 
adamıdır, sözün düzünü deyir. Bu tamaşa ilə Mehdi öz 


______________Milli Kitabxana_______________ 
124 
kolleqalarını başa saldı ki, stolarxası  məşqlərə, hər bir kiçik 
epizodun müfəssəl təhlilinə xeyli vaxt ayırır, aktyorlarla tələsik 
səhnəyə çıxmağı, intuitiv mizanlar qurmağı, bekara, məqsədsiz 
danışmağı, səhnəyə  çıxdığı zaman isə aktyorlarla yanaşı 
dayanıb onlara ifa edəcəkləri personajları “göstərməyi” 
xoşlamır. “On ikinci gecə”nin ilk məşqlərindən Mehdi Milli 
Teatrda özünü rejissor-pedaqoq kimi tanıtdırdı. O, pyes 
üzərində ləng işləyirdi, tamaşanı öncə beynində, təxəyyülündə 
qururdu, sonradan onu səhnəyə köçürürdü və bu an heç bir 
innovasiyadan və ya improvizədən qaçmırdı, mizanları 
əvvəlcədən dəftərə yazıb özü ilə  məşqlərə  gətirmirdi. Mehdi 
həmişə çalışırdı ki, aktyor səhnədə düşünüb davransın, mizanı 
mexaniki surətdə icra eləməsin, onun hər sözü, hər  ədası, hər 
addımı konkret düşüncənin, orqanik psixofizioloji fəaliyyətin 
nəticəsi olsun. Əgər düşüncə (pyesin, rolun, epizodun təhlili) 
yoxdursa, psixofizioloji fəaliyyətin orqanikliyindən də 
danışmaq bica, yəni yersiz. 
     Bu  tamaşa ilə Mehdi Məmmədov Milli Teatrda çalışan 
“sənət ailəsi”nin çox mühüm üzvünə, güclü fiquruna çevrildi.  
“Ailə”nin başçısı isə yenə əvvəlki kimi Ədil İskəndərov olaraq 
qalırdı. Zahirən onların arasında heç bir konflikt, inciklik gözə 
dəymirdi: hər ikisi aktyorlarla birgə  əyləşib rahatca şəkil 
çəkdirirdilər, bir-birlərindən qaçmırdılar, müzakirələrdə iştirak 
edirdilər. Amma bu, aldadıcı  təəssürat idi. Ədil Mehdini, 
Mehdi də  Ədili bəyənmirdi. Mehdi hələ 1945-ci ildə  qəzetdə 
açıq-aşkar bildirmişdi ki, Milli Teatr müasir bədii-estetik 
tələblərə cavab verəcək səviyyədə deyil, yaradıcı atmosfer onu 
qane eləmir,  Ədilin romantik-monumental qəhrəmanlıq teatrı 
yalançı pafosun və  təqdim patetikasının boş gurultusu içində 
həqiqi realist sənətdən, milli teatr ənənələrindən uzaqlaşır. Elə 
ona görə  də teatrın rəhbərliyinin və ya teatra rəhbərlik eləyən 
heyətin dəyişdirilməsi məsələsi gündəmə gəlmişdi. Hətta hesab 
edilirdi ki, direktor və baş rejissor vəzifələrinin bir adamın 
əlində  cəmləşməsi səmərəsiz işdir və teatra konkret heç bir 


______________Milli Kitabxana_______________ 
125 
fayda gətirməyəcək. Mehdi çox gözəl başa düşürdü ki, bunlara 
qarşı mübarizə aparmaq gərəkir. Amma o öz təbiəti etibarı ilə 
inqilabçı deyildi, cığal deyildi, sakitliyi, rahatlığı, komfortu 
sevən birisi idi: gözləməyi bacarırdı, nəyəsə çatmaq üçün can-
fəşanlıq eləmirdi, ona-buna yaltaqlanmırdı, hər bir vəziyyətdə 
qəribə bir komandor təmkinini qoruyub saxlayırdı. 
     “On  ikinci  gecə”dən bir xeyli sonra Milli Teatrda Mehdi 
Məmmədova “sönməz” Cəfərin “Yaşar”ını tapşırırlar. 
Tamaşanın premyerası 1947-ci ilin yanvarında baş tutur. Başqa 
bir Cəfər, mən milli teatrşünaslıq məktəbinin yaradıcısını 
nəzərdə tuturam, Mehdinin işlərinin belə gedişatından narazı-
narazı danışır. Söyləyir ki, teatrda Mehdini əlverişsiz  şəraitə 
salmışdılar; ona pyesi, hətta  aktyoru sərbəst seçmək, quruluş 
üçün ayrılmış  məbləğdən sərbəst yararlanmaq imkanı 
vermirdilər. Mehdini yubadırdılar: guya elə bunun nəticəsidir 
ki, “On ikinci gecə” ilə “Yaşar”ın arasında bu qədər vaxt 
ötüşür. Axı  nə  qədər? Cəmi 6 ay! Cəfər Cəfərov bu intervalı 
çox böyük bir müddət bilib
97
 az qalır Milli Teatrın rəhbərliyini 
Mehdiyə qarşı faşist münasibətdə suçlasın. Amma məsələ 
doğrudan da belə idimi, yoxsa rəhmətlik Cəfər Mehdiyə 
simpatiyasını gizlədə bilməyib obyektivliyini itirmişdi? 
Təəccüblənirdi ki, Mehdi 1946-56-cı illər intervalında, yəni 10 
ilə niyə 12 tamaşa hazırlamalıdır. Cəfər aqressivdir, o, 
günahkar axtarır. Ancaq məlumdur ki, Mehdi çox-çox sonralar 
da məhz bu produktivlik əmsalı ilə tamaşalar hazırlayacaq: 
1968-ci ildən ta 1983-cü ilə qədər, yəni 15 ilə cəmi 9 tamaşanın 
premyerasını keçirəcək. Mən onunla da razı deyiləm ki, Milli 
Teatr Mehdi Məmmədovun pyes seçmək hüququnu 
məhdudlaşdırırdı. Onun 1946-56-cı illər intervalında quruluş 
verdiyi 12 tamaşadan yeddisi dünya və Azərbaycan 
klassiklərinin pyesləri  əsasındadır: bu siyahıda  Şekspir var, 
Karlo Haldoni var, Lope de Veqa var, Nikolay Qoqol var! Pah, 
insaf da dinin yarısıdır, axı! Cəfər Cəfərov bundanmı  şikayət 
edir? Nahaq. Heç Ə.İskəndərovun özü on il ərzində dünya 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə