Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə40/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   36   37   38   39   40   41   42   43   ...   114

______________Milli Kitabxana_______________ 
129 
etmək gərəkməz: onsuz da onların məhvi labüddür. Bax, bu, 
Mehdinin “Yaşar” tamaşasının konseptual fikir qayəsi idi və öz 
dövrünün siyasi-ideoloji müstəvisində son dərəcə aktual 
səslənirdi. Aktyor seçimini də bu məqam diktə eləmişdi: Rza 
Əfqanlı rejissor Mehdinin köməyilə Milli Teatrın səhnəsində 
intellektual Yaşarı, öz elminin və ideyalarının “divanə”si 
Yaşarı oynamışdı. R.Əfqanlının Yaşarını İmamyar problemi bir 
o qədər də məşğul eləmirdi: çünki o öz fikirlərinin, planlarının, 
gündəlik yaradıcı  fəaliyyətinin içinə  qərq olmuşdu. Mehdi 
Məmmədov bu rolun ikinci ifaçısı kimi bir kərgədan enerjisinə, 
bir kərgədan plastikasına, bir kərgədan yumruluğuna malik 
İsmayıl Dağıstanlını müəyyənləşdirmişdi. Lakin onun bu rolda 
çıxışı ilə bağlı tutarlı bir informasiya əlimizə keçmədi. Hətta 
İ.Dağıstanlının bu rolu oynamayıb-oynamadığının faktoloji 
dəqiqliyi  şübhəli qaldı. Mən bunu nəyə  əsasən deyirəm? 
Məsələ bu ki, Əziz Şərif tamaşa haqqında yazdığı məqaləsində 
həm Kazım Ziyanın, həm də  İsmayıl Osmanlının  İmamyarını 
müqayisəli təhlilə  çəkir. Deməli, o, ən azı tamaşaya iki dəfə 
baxıbmış. Ancaq müəllifin təhkiyəsindən hiss olunur ki, o, bu 
tamaşada iki kərə yox, dəfələrlə olub. Elə bu üzdən Əziz Şərif 
resenziyada  İ.Dağıstanlının Yaşarı ilə bağlı xüsusi bir qeyd 
yazıb və bu minvalla özünü sığortalayıb: “Təəssüf olsun ki, 
eyni rolu ifa edən  İ.Dağıstanlını görmədiyimiz üçün onun 
oyunu haqqında heç bir şey deyə bilməyəcəyik”
101
. Bu 
qeyddən belə anlaşılır ki, tənqidçi öz peşə borcunu sonacan 
yerinə yetirib, bir neçə dəfə tamaşaya baxıb, lakin heç birində 
İ.Dağıstanlıya rast olmayıb.  Əslində,  Əziz  Şərif kollektivə 
ismarıc göndərir ki, niyə Siz ikinci ifaçının adını proqrama 
yaza-yaza onu səhnəyə buraxmırsınız. Mümkün ki, İ.Dağıstanlı 
“Yaşar”ın məşqlərində  iştirak edib, sözləri, mizanları bilib, 
amma bu rolu oynamayıb. 
     Mehdi Məmmədov İmamyar roluna Milli Teatrın ən savadlı 
aktyorlarından birini, sözlə jonqlyor kimi davranmağı bacaran 
Kazım Ziyanı  cəlb eləmişdi. Kazım Ziya 15 il bundan öncəki 


______________Milli Kitabxana_______________ 
130 
“Yaşar” tamaşasında da İmamyarı oynamışdı, lakin Rza 
Təhmasibin ifası fonunda bu aktyora bir elə  də diqqət yetirən 
olmamışdı. Bu dəfə isə Kazım Ziya İmamyar rolunun əsas 
ifaçısı idi və o, bilərəkdən obrazın səhnə  həyatını kontrastlar 
üzərində qurmaqdan imtina etmişdi. Onun İmamyarı dünyanın 
şər qüvvəsini simvollaşdırmırdı  və  məqsədli  şəkildə pislik 
törətmirdi: yəni gah yaxşı, gah pis olmurdu. Kazım Ziyanın 
mənfi qəhrəmanı  hər yerdə, hər  əməlində özü kimi qalırdı: 
İmamyarın ziyankarlığı,  əclaflığı, zalımlığı onun xislətinin 
təzahürü qismində qavranılırdı. Kazım Ziya İmamyar obrazını 
İblisə,  şeytana döndərmirdi, onu heç kəsdən məxsusi  şəkildə 
fərqlənməyən bir kəndli sifətində səhnəyə çıxarırdı, qolçomağı, 
Cəfər Cəfərovun sözü olmasın, “xeyirxah dayı”
100
 cildində 
təqdim edirdi. Amma yenə 1932-ci ildə olduğu kimi Kazım 
Ziyanın ifası mübahisələr doğurdu. Bəziləri dedilər ki, o, 
ümumiyyətlə “oynamır”: quru ağac kimidir, ifadəsizdir, 
emosional təsirdən uzaqdır.  Əgər Kazım Ziyanın sənət 
aləmində formalaşmış aktyor imicini xatırlasaq, görəcəyik ki, 
bu fikrin ənənəsi var. Belə ki, 1930-60-cı illərdə Azərbaycanın 
teatr mühitində Kazım Ziyanı,  Əli Zeynalovu, Müxlis 
Cənizadəni və bir sıra digər səhnə  sənətçisini “çənə aktyoru” 
adlandırırdılar. Bu, həmin aktyorların səhnə plastikasının 
zəifliyinə bir irad kimi yozulmalıdır. Kazım Ziya da “çənə 
aktyoru” idi və səhnədə düzgün, aydın danışmağı virtuozcasına 
bacarırdı. Ola da bilsin ki, Kazım Ziya kontrastları 
yığışdırmaqla özünü çətin vəziyyətə salmışdı, obrazın plastik 
rəsmində heç nəyi məxsusi qabartmamışdı, ifadə vasitələrini 
minimallaşdırmışdı. Təbii ki, bunu qiymətləndirənlər də 
tapılırdı. Onlar deyirdilər: Kazım Ziyanın ustalığı özünü onda 
görükdürür ki, bu aktyor səhnədə “oynamır”. Bunu Əziz Şərif 
belə söyləyirdi və ardıyca yazırdı:  “Kazım Ziya aktyor olub 
səhnədə müəyyən rol ifa etdiyini tamaşaçıya unutdurur ki, bu 
da bir çox aktyorlarımızda olmayan ən yüksək sənət 


______________Milli Kitabxana_______________ 
131 
nümunəsidir”.
102
 Resenziya müəllifinin aktyor İsmayıl 
Osmanlının İmamyarı ilə bağlı rəyi də pozitivdir. 
     “On ikinci gecə” tamaşasında kütləvi səhnələrin süst, ölgün 
alındığına görə Mehdini tənqid eləmişdilər, özü də bərk tənqid 
eləmişdilər. O da başqalarının fikirlərinə, rəyinə çox həssas 
adam idi. Çünki Mehdi Məmmədov gördüyü işin yekunu ilə, 
tamaşasının aqibətilə aktiv surətdə maraqlanırdı; daha bəzi 
rejissorlar kimi demirdi ki, məşqlərlə mən bitdim, tükəndim, öz 
yaradıcılıq  şövqümü, ehtirasımı neytrallaşdırdım. Hələ çoxları 
anlamırlar ki (ona görə Mehdinin onda biri qədər olmurlar), 
məşqlər tamaşa ola bilməz: məşqlər yaradıcılıq deyil, işdir; əsl 
yaradıcılıq aktı tamaşa zamanı reallaşır. Ona görə tamaşaçı 
rəyindən üz döndərməyin, cənablar: bir gün seyrçisiz qalarsız. 
    Yəqin elə bu səbəbdəndir ki, rejissor Mehdi “Yaşar”da 
kütləvi səhnələri  əla işləmişdi, fiqurları  məkana sanki bir 
heykəltəraş gözü ilə yerləşdirmişdi, çoxfiqurlu kompozisiyalar 
qurmuşdu. Seyrçilər də,  şünaslar da bunu görmüşdülər
bəyənmişdirlər və Mehdinin növbəti uğuru kimi hesaba 
almışdılar. Əziz Şərifdən daha bir başqa sitat: “Bu tamaşada ən 
artıq nəzəri-diqqəti cəlb edən kütləvi səhnələrdir. Rejissor 
dramın... sinfi mübarizə  şəraitində inkişaf etdiyini nəzərə 
alaraq kütləvi səhnələri daha qabarıq göstərmiş  və ayrı-ayrı 
qəhrəmanların xüsusi iztirab və sevinclərini, hiss və 
duyğularını bu kütləvi hərəkatın fonunda göstərməyə 
çalışmışdır. Beləliklə, “Yaşar”  əsəri bu quruluşda ictimai bir 
dram olaraq meydana qoyulmuşdur ki, bu da şübhəsiz 
rejissorun müvəffəqiyyətləri sırasına yazılmalıdır. Üçüncü, 
altıncı  və yeddinci şəkillərdə böyük kütlənin, o cümlədən 
qadınların və xüsusilə  uşaqların iştirakilə qurulmuş  məclislər 
doğrudan da kənd iclaslarının realist bədii bir ifadəsidir. 
Rejissorun  ən böyük müvəffəqiyyəti bundadır ki, istər bu 
şəkillərdə, istərə də birinci və dördüncü şəkillərdə iştirak edən 
kütlə süst və  hərəkətsiz kütlə deyildir. Bu kütlə ayrı-ayrı  fəal 
üzvlərdən ibarət olan bir kütlədir, bu kütlə  səhnədə yalnız 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə