______________Milli Kitabxana_______________
129
etmək gərəkməz: onsuz da onların məhvi labüddür. Bax, bu,
Mehdinin “Yaşar” tamaşasının konseptual fikir qayəsi idi və öz
dövrünün siyasi-ideoloji müstəvisində son dərəcə aktual
səslənirdi. Aktyor seçimini də bu məqam diktə eləmişdi: Rza
Əfqanlı rejissor Mehdinin köməyilə Milli Teatrın səhnəsində
intellektual Yaşarı, öz elminin və ideyalarının “divanə”si
Yaşarı oynamışdı. R.Əfqanlının Yaşarını İmamyar problemi bir
o qədər də məşğul eləmirdi: çünki o öz fikirlərinin, planlarının,
gündəlik yaradıcı fəaliyyətinin içinə qərq olmuşdu. Mehdi
Məmmədov bu rolun ikinci ifaçısı kimi bir kərgədan enerjisinə,
bir kərgədan plastikasına, bir kərgədan yumruluğuna malik
İsmayıl Dağıstanlını müəyyənləşdirmişdi. Lakin onun bu rolda
çıxışı ilə bağlı tutarlı bir informasiya əlimizə keçmədi. Hətta
İ.Dağıstanlının bu rolu oynamayıb-oynamadığının faktoloji
dəqiqliyi şübhəli qaldı. Mən bunu nəyə əsasən deyirəm?
Məsələ bu ki, Əziz Şərif tamaşa haqqında yazdığı məqaləsində
həm Kazım Ziyanın, həm də İsmayıl Osmanlının İmamyarını
müqayisəli təhlilə çəkir. Deməli, o, ən azı tamaşaya iki dəfə
baxıbmış. Ancaq müəllifin təhkiyəsindən hiss olunur ki, o, bu
tamaşada iki kərə yox, dəfələrlə olub. Elə bu üzdən Əziz Şərif
resenziyada İ.Dağıstanlının Yaşarı ilə bağlı xüsusi bir qeyd
yazıb və bu minvalla özünü sığortalayıb: “Təəssüf olsun ki,
eyni rolu ifa edən İ.Dağıstanlını görmədiyimiz üçün onun
oyunu haqqında heç bir şey deyə bilməyəcəyik”
101
. Bu
qeyddən belə anlaşılır ki, tənqidçi öz peşə borcunu sonacan
yerinə yetirib, bir neçə dəfə tamaşaya baxıb, lakin heç birində
İ.Dağıstanlıya rast olmayıb. Əslində, Əziz Şərif kollektivə
ismarıc göndərir ki, niyə Siz ikinci ifaçının adını proqrama
yaza-yaza onu səhnəyə buraxmırsınız. Mümkün ki, İ.Dağıstanlı
“Yaşar”ın məşqlərində iştirak edib, sözləri, mizanları bilib,
amma bu rolu oynamayıb.
Mehdi Məmmədov İmamyar roluna Milli Teatrın ən savadlı
aktyorlarından birini, sözlə jonqlyor kimi davranmağı bacaran
Kazım Ziyanı cəlb eləmişdi. Kazım Ziya 15 il bundan öncəki
______________Milli Kitabxana_______________
130
“Yaşar” tamaşasında da İmamyarı oynamışdı, lakin Rza
Təhmasibin ifası fonunda bu aktyora bir elə də diqqət yetirən
olmamışdı. Bu dəfə isə Kazım Ziya İmamyar rolunun əsas
ifaçısı idi və o, bilərəkdən obrazın səhnə həyatını kontrastlar
üzərində qurmaqdan imtina etmişdi. Onun İmamyarı dünyanın
şər qüvvəsini simvollaşdırmırdı və məqsədli şəkildə pislik
törətmirdi: yəni gah yaxşı, gah pis olmurdu. Kazım Ziyanın
mənfi qəhrəmanı hər yerdə, hər əməlində özü kimi qalırdı:
İmamyarın ziyankarlığı, əclaflığı, zalımlığı onun xislətinin
təzahürü qismində qavranılırdı. Kazım Ziya İmamyar obrazını
İblisə, şeytana döndərmirdi, onu heç kəsdən məxsusi şəkildə
fərqlənməyən bir kəndli sifətində səhnəyə çıxarırdı, qolçomağı,
Cəfər Cəfərovun sözü olmasın, “xeyirxah dayı”
100
cildində
təqdim edirdi. Amma yenə 1932-ci ildə olduğu kimi Kazım
Ziyanın ifası mübahisələr doğurdu. Bəziləri dedilər ki, o,
ümumiyyətlə “oynamır”: quru ağac kimidir, ifadəsizdir,
emosional təsirdən uzaqdır. Əgər Kazım Ziyanın sənət
aləmində formalaşmış aktyor imicini xatırlasaq, görəcəyik ki,
bu fikrin ənənəsi var. Belə ki, 1930-60-cı illərdə Azərbaycanın
teatr mühitində Kazım Ziyanı, Əli Zeynalovu, Müxlis
Cənizadəni və bir sıra digər səhnə sənətçisini “çənə aktyoru”
adlandırırdılar. Bu, həmin aktyorların səhnə plastikasının
zəifliyinə bir irad kimi yozulmalıdır. Kazım Ziya da “çənə
aktyoru” idi və səhnədə düzgün, aydın danışmağı virtuozcasına
bacarırdı. Ola da bilsin ki, Kazım Ziya kontrastları
yığışdırmaqla özünü çətin vəziyyətə salmışdı, obrazın plastik
rəsmində heç nəyi məxsusi qabartmamışdı, ifadə vasitələrini
minimallaşdırmışdı. Təbii ki, bunu qiymətləndirənlər də
tapılırdı. Onlar deyirdilər: Kazım Ziyanın ustalığı özünü onda
görükdürür ki, bu aktyor səhnədə “oynamır”. Bunu Əziz Şərif
belə söyləyirdi və ardıyca yazırdı: “Kazım Ziya aktyor olub
səhnədə müəyyən rol ifa etdiyini tamaşaçıya unutdurur ki, bu
da bir çox aktyorlarımızda olmayan ən yüksək sənət
______________Milli Kitabxana_______________
131
nümunəsidir”.
102
Resenziya müəllifinin aktyor İsmayıl
Osmanlının İmamyarı ilə bağlı rəyi də pozitivdir.
“On ikinci gecə” tamaşasında kütləvi səhnələrin süst, ölgün
alındığına görə Mehdini tənqid eləmişdilər, özü də bərk tənqid
eləmişdilər. O da başqalarının fikirlərinə, rəyinə çox həssas
adam idi. Çünki Mehdi Məmmədov gördüyü işin yekunu ilə,
tamaşasının aqibətilə aktiv surətdə maraqlanırdı; daha bəzi
rejissorlar kimi demirdi ki, məşqlərlə mən bitdim, tükəndim, öz
yaradıcılıq şövqümü, ehtirasımı neytrallaşdırdım. Hələ çoxları
anlamırlar ki (ona görə Mehdinin onda biri qədər olmurlar),
məşqlər tamaşa ola bilməz: məşqlər yaradıcılıq deyil, işdir; əsl
yaradıcılıq aktı tamaşa zamanı reallaşır. Ona görə tamaşaçı
rəyindən üz döndərməyin, cənablar: bir gün seyrçisiz qalarsız.
Yəqin elə bu səbəbdəndir ki, rejissor Mehdi “Yaşar”da
kütləvi səhnələri əla işləmişdi, fiqurları məkana sanki bir
heykəltəraş gözü ilə yerləşdirmişdi, çoxfiqurlu kompozisiyalar
qurmuşdu. Seyrçilər də, şünaslar da bunu görmüşdülər,
bəyənmişdirlər və Mehdinin növbəti uğuru kimi hesaba
almışdılar. Əziz Şərifdən daha bir başqa sitat: “Bu tamaşada ən
artıq nəzəri-diqqəti cəlb edən kütləvi səhnələrdir. Rejissor
dramın... sinfi mübarizə şəraitində inkişaf etdiyini nəzərə
alaraq kütləvi səhnələri daha qabarıq göstərmiş və ayrı-ayrı
qəhrəmanların xüsusi iztirab və sevinclərini, hiss və
duyğularını bu kütləvi hərəkatın fonunda göstərməyə
çalışmışdır. Beləliklə, “Yaşar” əsəri bu quruluşda ictimai bir
dram olaraq meydana qoyulmuşdur ki, bu da şübhəsiz
rejissorun müvəffəqiyyətləri sırasına yazılmalıdır. Üçüncü,
altıncı və yeddinci şəkillərdə böyük kütlənin, o cümlədən
qadınların və xüsusilə uşaqların iştirakilə qurulmuş məclislər
doğrudan da kənd iclaslarının realist bədii bir ifadəsidir.
Rejissorun ən böyük müvəffəqiyyəti bundadır ki, istər bu
şəkillərdə, istərə də birinci və dördüncü şəkillərdə iştirak edən
kütlə süst və hərəkətsiz kütlə deyildir. Bu kütlə ayrı-ayrı fəal
üzvlərdən ibarət olan bir kütlədir, bu kütlə səhnədə yalnız
Dostları ilə paylaş: |