Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə36/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   32   33   34   35   36   37   38   39   ...   114

______________Milli Kitabxana_______________ 
117 
ikinci gecə”nin uğuru şübhəlidir. Mehdi də bunu gözəl bilirdi. 
Və elə bu üzdən də ser Tobi roluna Milli Teatrın bir nömrəli 
komediya ulduzu Mirzağa  Əliyevi təyin etmişdi və çox 
çəkmədən rolu ondan alıb Ağasadıq Gəraybəyliyə vermişdi. 
Sonradan tamaşa Moskvada göstərilərkən və müzakirə 
edilərkən müxtəlif tənqidçilər müxtəlif fikirlər söyləsələr də 
yekdilliklə qeyd eləmişdilər ki, tamaşada komediya başlanğıcı 
qədərincə  işlənməyib, ser Tobi obrazı  zəif alınıb.
87
 Odur ki, 
Mehdi Məmmədov yaradıcılığının tədqiqatçıları  və ya bu 
rejissor haqqında portret yazılarla çıxış etmiş yerli teatrşünaslar 
bu uğursuzluğu onunla əlaqələndiriblər ki, Mehdi M.Əliyevdən 
imtina edib, belə bir aktyorla dil tapa bilməyib. Amma mən 
Mehdi Məmmədovun seçiminə tam bəraət qazandırıram. 
M.Əliyev ser Tobi deyildi. Çünki bu obrazın təbiəti onun 
istedadının hüsnü ilə uyğun gəlmirdi. M.Əliyev səhnədə 
permanent  şəkildə “qıtqılıda” oynayırdı, yəni öz obrazını 
xırdalıqların köməyilə, sakit, təmkinli ifa tərzilə, bir növ 
yarımjestlərlə görükdürürdü. M.Əliyev səhnədə sanki daima öz 
içinə  yığılırdı, heç vaxt aqressiv olmurdu, həlim, mülayim 
davranırdı  və  həmişə ciddiliyini qoruyub saxlayırdı. Ser Tobi 
bu oyun cədvəlinə uyuşmurdu. Mirzağadan fərqli olaraq 
A.Gəraybəyli aqressiv oyun sərgiləyirdi, arlekin tipajını təmsil 
edirdi, donquldana bilirdi, mırt vura bilirdi, hay-küy sala 
bilirdi, həngamə  çıxarırdı: bir sözlə, mütəmadi “vay şələküm-
məəlləküm” oynayırdı. Ser Tobinin söyüşləri M.Əliyev üçün 
yad bir nəsnə idi: bu aktyorun maarifçiliyi ona mane olardı ki, 
səhnədə dilinə söyüş  gətirsin. A.Gəraybəylisə bunu bacarardı 
və  həvəslə yerinə yetirərdi. Sonucda dediyim bu ki, Mehdi 
Məmmədova vaxtılə tutulan iradı, və xüsusilə  də V.Zalesski 
adlı bir rus tənqidçisinin iradını
88
, mən qəti surətdə  rədd 
eləyirəm: rol bölgüsü düzgün aparılmışdı. Amma o başqa 
məsələ ki, tamaşada ser Tobi xətti axıracan işlənilməmişdi və 
bu səbəbdən o, komediyanın mərkəzini romantik nağılvari 
sevgilərə verib özü oyunun periferiyasına çəkilmişdi.   


______________Milli Kitabxana_______________ 
118 
     Əvəzində bu tamaşanın əla Violası vardı. Violanı premyera 
günü Barat xanım  Şəkinskaya hamilə-hamilə oynamışdı. Və 
heç kəs bunu duymamışdı. Bəs Barat xanım libasını  dəyişib 
Sezario rolunda səhnəyə  çıxarkən bunu necə gizlətmişdi? Axı 
o, səhnədə daha çox Sezarionun qiyafəsində görünürdü... 
Məəttəl qalası bir işdir. Yəqin ki “istedadlı  bədən” deyiminin 
məna tutumu Barat xanımın öz 8 aylıq hamiləliyini gizlətmək 
bacarığı qədərdir. Əsl sənətkarlıq, əsl peşəkarlıq da elə budur. 
1946-cı il mayın 29-da Barat xanım rejissor Mehdi üçün bir 
oğul gətirir dünyaya: adını qoyurlar Elçin. Bu, Mehdinin ilk 
övladıdır, dörd oğlundan birincisidir. Deməli, 1946-cı il düşərli 
olub Mehdiyə; ikiqat sevinc yaşayıb: bir, Milli Teatrda ilk 
premyerasını bayram eləyib, bir də  və Barat xanım kimi 
füsunkar cazibəyə malik qadından oğlu olmasını. Badələrə 
konyak süzüb qeyd etməli hadisədir hər ikisi. 
                                               *** 
     Mehdi  konyak  içməyi çox xoşlayır. Lakin bu, onun üçün 
vərdiş deyil, sadəcə, öz kübarlığını bir daha vurğulamaqdan ötrü 
vasitədir. Mehdinin günləri Bakıda xoş keçir, o, tez-tez öz 
rəfiqlərilə bir yerə toplaşıb sənətdən, müasir dramaturgiyada 
mövcud tendensiyalardan söz açır, teatrın problemlərindən 
danışır, Azərbaycanın teatr dünyasında lider mövqelərə 
yiyələnməyə çalışır. İndi Mehdi bütün varlığı ilə ailəsinə bağlıdır, 
oğlu Elçini yaman çox sevir... 
                                                *** 
     Oğul anası olduqdan düz 15 gün ötüşüncə Barat xanım 
Viola (Sezario) obrazında yenidən səhnəyə  çıxdı. Bu tamaşa 
gözəl qadınların triumfu idi. Mərkəzdə, təbii ki, Barat 
Şəkinskaya qərarlaşmışdı: zaman-zaman Oliviya rolunda onun 
tərəfmüqabili gah Hökümə Qurbanova olurdu, gah Leyla 
Bədirbəyli (Hollivudun məşhur kinoulduzu Elizabet Teylorun 
azərbaycanlı varintı). Təbii ki, belə güclü və  məftunedici 
aktrisaların varlığı tamaşanın lirik-romantik pafosunu xeyli 
artırırdı. 1948-ci ilin qastrolları zamanı Moskvanın teatr 
adamları  ağızlarını açıb heyran-heyran bu aktrisalara 


______________Milli Kitabxana_______________ 
119 
baxmışdılar; teatrşünaslarsa onları bol-bol tərifləmişdilər. 
Şekspirşünas M.Morozov Milli Teatrın tamaşalarının 
müzakirəsi zamanı demişdi ki, “Sizin fövqəladə gözəl Violanız 
var. Bunda heç bir şübhə ola bilməz. Mənə çox violalar görmək 
nəsib olub; və Sizin teatrın Violası onların  ən yaxşılarından 
biridir. Onda mərdanəliklə qadın məlahəti bir-birilə əla uzlaşır. 
Aktrisa  Şekspirin bu əntiqə rolunu əntiqə  də oynayıb... Bu da 
öz növbəsində tamaşada Viola mövzusunu gücləndirir. Viola 
öz xoşbəxtliyi yolunda hamıya və  hər  şeyə  qələbə çalır”.
89
 
Həqiqətən, Viola hər bir professional aktrisanın arzusu ola 
bilər. Lakin o, hamı üçün deyil. Bu obrazı oynamaq son dərəcə 
çətindir. Kişitəhər geyinib qadın qalmaq, sevdiyin insanın 
başqasına qovuşması üçün çalışmaq aktyora heç də psixoloji 
komfort yaratmır. Xanım Viola ola-ola özünü nökər Sezario 
kimi təqdim etmək, Sezarionun kişi libası içində Viola qala-
qala gizlincə Orsinioya vurulmaq, Viola ola-ola Oliviyanın 
Sezarioya qarşı  qəfil “alovlanmış” sevgisindən qaçmaq və bu 
qaçhaqovda öz itmiş qardaşı Sebastianı axtarmaq, görün bir, 
aktrisadan nə  qədər enerji, nə  qədər səmimiyyət və  nə  qədər 
özünə başqasını inandırmaq bacarığı  tələb edir. Barat xanım 
bunun öhdəsindən gəlmişdi. Onun Violası od parçası idi, 
emosional idi, zarafatcıl idi: bir yerdə sakitcə dayanmırdı. 
Amma bununla yanaşı Baratın Violasında elə bir zəriflik, elə 
bir utancaqlıq vardı ki, bu qızın sevimli bir yavru olduğunu 
həməncə gözönünə  gətirirdi.  Əziz  Şərif də Baratı  “İzvestiya” 
qəzetində bir xeyli tərifləmişdi.
90
 Amma tamaşadan təcrid 
olunanda birdən ayılırsan ki, Mehdi bəlkə elə “On ikinci 
gecə”ni Barat Şəkinskayanın xatirinə  səhnəyə  gətirmişdi? 
İstisna edilmir; hərçənd 1941-ci ildə “On ikinci gecə”dən 
söhbət düşəndə Barat faktoru hələ aktual deyildi. Lakin o da 
faktdır ki, Baratsız bu tamaşa alınmayacaqdı və Azərbaycanda 
heç elə aktrisa da yox idi ki, bu rolu Barat kimi impulsiv bir 
şəkildə, Barat temperamentilə, Barat çevikliyilə ifa eləyəydi. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə