Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə33/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   29   30   31   32   33   34   35   36   ...   114

______________Milli Kitabxana_______________ 
108 
Yaşadığın, davrandığın çevrədə, arealda münasibətləri qurmaq 
da müəyyən səylər tələb edir. Sən özünü özgələrə  qəbul 
etdirməyi bacarmalısan ki, onlar səni görəndə ünsiyyətsizliyə 
qapanıb qalmasınlar və  sən bu “kar divar”ın balaca bir 
pəncərəsini açıb onlarla danışa biləsən.  
     Təbii ki, 1945-ci ildən Mehdi Məmmədov tamam fərqli bir 
həyata başlayırdı. O, Ədil İskəndərovun 7 il baş rejissor olduğu 
teatra gəlmişdi: özünkülər arasında özgəsi idi. Aktyorlar Ədilin 
və onun komandasının dediklərinə öyrəşmişdilər, iş üslubuna 
alışmışdılar,  Ədilin təklif etdiyi teatr poetikasının içində balıq 
kimi üzmüşdülər. Yəqin ki Mehdi də bu teatra öz bilgisini və 
təcrübəsini gətirmək istəyəcəkdi və teatr ictimaiyyətinin Ədilə 
olan diqqətinin bir hissəsini onun əlindən alacaqdı. Bununla 
kim rahatca barışardı ki? Amma Ədil İskəndərov ona görə Ədil 
İskəndərov idi ki, 22 il teatrın bədii rəhbəri vəzifəsində qalmağı 
bacarmışdı. Ədil İskəndərov ona görə 22 il teatrın bədii rəhbəri 
vəzifəsində qalmağı bacarmışdı ki, başqalarına yeri gəldikcə 
yol verə bilmişdi. O, Mehdinin də  əngəlinə çevrilməyəcək; 
Mehdiyə “təzyiq və hücum” taktikasını tətbiq etməyəcək. 
     Mehdi  sentyabrın 1-dən  Əzizbəyov teatrında rejissor 
ştatındadır rəsmi  şəkildə:  əmək kitabçasına belə yazılıb. 
Bundan sonra mən monoqrafiyanın hər cümləsində “Əzizbəyov 
teatrı”nı onun bugünki adı ilə  təqdim edəcəyəm: Milli Dram 
Teatrı. Hərçənd buradan “dram” sözü də götürülsəydi,  əla 
olardı. Milli Teatr elə  hər yerdə Milli Teardır: orada dram da 
oynanılsa mümkün, komediya da, faciə  də. Çünki Milli Teatr 
xalqın, dövlətin, mədəniyyətin bir nömrəli teatrı deməkdir və 
ona nə epitet qoşsan, “milli” təyinindən zəif olacaq, “milli” 
anlamının topluma sızdırdığı  mənaları üstələyə bilməyəcək. 
Hətta “Akademik” sözünün özü burada cəfəng səslənir. Nədən 
ki, “Milli Teatr” ifadəsi “akademikliyi” apriori özündə 
qapsayır. “Akademik” olmayanı “Milli” eləməzlər ki... Xalqın 
fəxri, qüruru, güvənci “milli” sözü ilə eyhamlaşdırılır: çox vaxt 


______________Milli Kitabxana_______________ 
109 
bu söz geneoloji mahiyyətin verbal simvolu qismində 
qavranılır. 
                                            *** 
    
Milli Teatr: bura bizim qəhrəmanın iş yeridir; adlar dəyişsə 
də, qəhrəmanın peşəsi həmişə rejissordur... 
 
                                            *** 
     Hərçənd Mehdinin əmək kitabçasına o da yazılıb ki, Mehdi 
1945-ci il sentyabrın 8-dən Teatr İnstituna rejissorluqdan və 
aktyor sənətkarlığından dərs demək üçün müəllim vəzifəsinə 
götürülüb: 8-də  ərizə yazıb, 8-də  də  işə düzəlib.  Əla 
perspektivdir: onu dəyərli və cavan bir kadr kimi 
qiymətləndirirlər. Gəncədən gəldi, özünə də həmin dəqiqə yer 
elədi. Xasiyyətnaməni də Rza Təhmasibdən  əlüstü aldı 12 
avqustda. Öz-özünəmi çözüldü problemlər?  Əgər bura 
Bakıdırsa, mən  şübhələnirəm. Yəqin ki Mehdinin Teatr 
İnstituna işə qəbul edilməsində Rza Təhmasibin bir vasitəçiliyi 
olub. Bunu bilmək üçün bir elə də xüsusi huşyarlığa gərək yox. 
Axı Mehdi məhz Rza Təhmasibin müdir olduğu kafedrada 
çalışacaqdı. Bu o demək idi ki, Mehdini tədris işinə 
Təhmasibin özü cəlb eləyir. Məncə, bu məsələ tamam aydındır 
və əlavə şərhlərə ehtiyac qalmır. Amma bir məsələ var ki, onu 
hökmən açıqlamalıyam. Xasiyyətnaməni yazarkən Rza 
Təhmasib Mehdinin uğurlu tamaşalarını sadalayır və bu 
sırada... “On ikinci gecə”nin adını  çəkir. Bu necə olur ki? 
1945-ci ildə  nə “On ikinci gecə”? Haradan çıxdı bu? Nədən 
Rza Təhmasib bu qədər yanılıb? Mən araşdırdım, səhv Rza 
Təhmasibindir. Çünki Gəncə teatrının repertuarına bu 
komediya hələ 1943/44-cü illər mövsümündə daxil edilsə  də, 
bu barədə rəsmi məlumat verilsə də tamaşa Kirovabad teatrında 
ərsəyə  gəlməyib. Görünür, Rza Təhmasib xasiyyətnaməni 
Mehdi işə düzəldikdən çox-çox sonralar yazıb; yəni Milli 
Teatrın səhnəsində “On ikinci gecə”ni gördükdən sonra yazıb 
və mexaniki səhv buraxıb. Eybi yox, önəmi nə? Rza Təhmasib 
kimi sənət ustadına hər şeyi bağışlamaq olar! 


______________Milli Kitabxana_______________ 
110 
                                            *** 
     Bizim  qəhrəmanın ünvanı da artıq başqadır: daha o, 
Suraxanskaya küçəsindən köçüb Krasnokrestenskaya, ev 36-da 
yaşayır Barat Şəkinskaya və Baratın balaca qızı Solmaz 
Həmzəyeva ilə birlikdə. Leyla Bədirbəyli də onların qonşusudur. 
İndi həmin küçə  Səməd Vurğun adlanır.  Mehdinin anası ilə 
qardaşları isə hələ də Suraxanskaya küçəsini tərk etməyiblər... 
                                            *** 
     Mehdi  “axtarışlar dövrü”nün başlanğıcındadır. Özünü 
peşəkar bilir; amma sanmır ki, hər  şeyi bilir: ona görə ruhsal 
vəziyyətinə axtarışları uyğun bilir.                              
     Teatr  sənətində axtarışlar meydançası, yəni eksperimentlər 
zonası  həmişə bütün rejissor sınaqlarına  əla tablayan Şekspir 
olub. Yəqin elə bu səbəbdəndir ki, Mehdi Milli Teatra işə 
düzələn kimi “On ikinci gecə” komediyasını tamaşaya 
qoyacağını bəyan edir. Ancaq burada “bəyanatlıq” bir şey yox 
idi, təzə  xəbər yox idi. Azərbaycan teatr məkanında yaşayan 
peşəkarların hamısı azdan-çoxdan eşitmişdi ki, Mehdi artıq bir 
neçə il olar bu ideyanı özü ilə  gəzdirir. Qəzetlər bu haqda 
məlumat yaymışdılar ki, bəs Gəncə teatrında rejissor Mehdi 
Məmmədzadə “Nə yardan doyur, nə  əldən qoyur” 
tamaşasından sonra “On ikinci gecə”ni hazırlayacaq. Hələ 
1944-cü ildə Mehdinin özü «Ədəbiyyat qəzeti»ndə  “Şekspir 
gülüşü” adlı bir məqalə  dərc elətdirmişdi və elə bu məqalədə 
“On ikinci gecə” komediyasından bolluca danışmışdı.
82
 1944-
cü ildə “On ikinci gecə”dən müəyyən parçalar da 
M.İbrahimovun tərcüməsində mütəmadi  şəkildə  «Ədəbiyyat 
qəzeti»ndə çap olunmuşdu. Yenə həmin ilin sentyabrında yenə 
həmin qəzetdə Mehdi Məmmədzadə imzası yenidən 
görünmüşdü: bu dəfə onun analitik məqaləsində dram 
əsərlərinin tərcüməsi
83
 problemləri çözülürdü. Artıq teatr 
ictimaiyyəti üçün aydın məsələ idi ki, Gəncə rejissoru 
Şekspirin  ən kübar komediyalarından birini aktiv təhlil 
obyektinə çevirmişdir. “Şekspir gülüşü” məqaləsində Mehdi 
Şekspir komedioqrafiyasının cövhərini, mayasını, bədii-estetik 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə