______________Milli Kitabxana_______________
147
və bu “rəqsi” Ə.Sultanovla B.Şəkinskaya böyük sənətçi
məharətilə ifa edirlərmiş. Diana, Viola, Florela - üç
komediyanın üç qəhrəmanı bir aktrisanın ifasında. Bu, Baratın
uğurundan daha çox Mehdinin bir rejissor uğurudur: Mehdi
Baratın bir aktrisa kimi inkişaf ritminin təminatçısıdır. Baratı
travesi olmaqdan “qurtarıb” gözəl xanım rollarının əla ifaçısına
çevirən Mehdi Məmmədov olub. Aktrisanın Florelası ilə bağlı
da rəylər birmənalı müsbətdir. İntim sevgi səhnələri xüsusi
təriflənir. Belə ki, hər dəfə Aldemaro coşqu ilə Florelaya
yaxınlaşmaq istədikdə Baratın qəhrəmanı “rəqsə başlayaq?”
deyib vəziyyətin gərginləşməsinə yol vermirdi və seyrçilərdə
xəfif təbəssüm oyadırdı.
Tamaşanın musiqisini dahi Qara Qarayev bəstələmişdi,
tərtibatını Nüsrət Fətullayev işləmişdi. Mehdi Hüseyn “Rəqs
müəllimi”nin musiqini nə qədər bəyənmişdisə, tərtibatı da bir o
qədər tənqid eləmişdi, məkanın təşkilindəki yeknəsəqlikdən,
“On ikinci gecə”dən “Otello”ya, “Otello”dan “Rəqs
müəllimi”nə keçmiş ağ pilləkənlərdən təngə gəldiyini
bildirmişdi. Bunu ona görə söyləyirəm ki, tamaşa 1949-cu ildə,
75-illik yubiley təntənəsinə qarışsa belə, teatrın pozitivləri
cərgəsində qavranılmamışdı.
Lakin bununla belə... dünənə kimi “Rəqs müəllimi” milli
teatr məkanında istedad və peşəkarlıq etalonu kimi xatırlanırdı.
1977-ci ildə teatrşünas Adilə İsmayılova dərslərində Lope de
Veqadan danışarkən Aldemaro rolunda Ə.Sultanovun səhnədə
necə havaya tullanıb “qayçı” elementini yerinə yetirdiyini
söyləyərdi. Söyləyərdi ki, aktyor buna nail olmaq üçün hər gün
səhər saat 8-dən 11-ə kimi (bəzənsə daha çox) xoreoqrafla
məxsusi şəkildə məşqlər eləyərdi, klassik rəqsin əlifbasını
öyrənərdi. Əgər teatr ictimaiyyətinin qeyri-rəsmi gündəliyində,
daha doğrusu, şəhərin teatr folklorunda müəyyən tamaşadan bir
mif fraqmenti ilişib qalırsa və yaşayırsa, bu o deməkdir ki,
həmən tamaşaya əbəs əziyyət çəkilməyib.
______________Milli Kitabxana_______________
148
Nə qədər oxuyursan, yenə görürsən ki, azdır. Nə qədər
yaşayırsan, yenə görürsən ki, təəccüblənirsən. 1950-ci ildə nə
olursa, necə olursa, Mehdiyə ilk dəfə sağdan və soldan zərbələr
dəyir. Özü də düz getdiyi yerdə! Özü də qəfildən! Yox, mən
buna təəccüblənmədim. Birincisi: fələkdir də, bizimlə kuklalar
kimi oynayır; ikincisi: bura Bakıdır və istədiyin istedadlı şəxsi
istədiyin vaxt qruplaşıb, coğa yaradıb, plan qurub yıxmaq
mümkündür. Mən təəccübləndim Cəfər Cəfərova ki, bu adam
Mehdini 1950-ci ildə nə günə qoyub! Mən təəccübləndim
Əbdürrəhim bəy Haqverdiyevə, onun ağır, qara aurasına! Əgər
bir otaqda 10 Azərbaycan maarifçisinin portreti və ya fotosu
asılıbsa, divarın çatı mütləq gəlib Haqverdiyevin şəklinin
vurulduğu yerə, ya da birbaşa şəklin başı üstünə naxış kimi
düşəcək! Mən təəccübləndim kiməsə atdığın daşın fəzada
illərlə hərlənib, fırlanıb sonda yenə sənə qayıtmasına! Mən
təəcübləndim Mehdinin zəifliyinə, acizliyinə, özünə
inamsızlığına! Hər kişidə Komandor və Don Juan nisbəti
paralel dünyalar kimi yaşayır... Biri diktatordur, tiranlığın
təmsilçisidir, o biri demokratdır, meydan adamıdır. Komandor
azman gücdür, cəmiyətin, dini-əxlaqi strukturların sütunudur.
Don Juansa modifikasiya çevikliyidir, varolma elastikliyidir.
Amma bu nisbətdə demək, ayırd etmək mümkünsüzdür ki,
həqiqi güc kimin tərəfindədir. Kişilərin hamısı Komandor
olmaq istəyirlər. Kişilərin hamısı Don Juana həsəd aparırlar.
Bəlkə də Don Juan Komandorun beynində çabalayan əbədi kişi
fantaziyasıdır? Və bəlkə də Don Juanın yaratdığı simulyakrın
adı Komandordur? Onlar problemlərini çözə bilməyəndə
tifaqlar və hətta ittifaqlar dağılır.
1950-ci il yanvarın 27-si Milli Teatrda “Dağılan tifaq”
oynanıldı.
Barat Şəkinskaya və Mehdi Məmmədov nigahının sonu
yaxınlaşırdı. Mehdini əhatə edən gözəl xanımlar ucbatından
ailədə 1948-ci ildən etibarən mütəmadi narazılıqlar yaşanmağa
başlamışdı. Baratla Mehdinin sevgisi qurtarırdı. Onlar ziyalı
______________Milli Kitabxana_______________
149
adamlar kimi bir-birindən ayrılacaqdılar və rejissor - aktrisa
münasibətlərini heç vədə pozmayacaqdılar. Barat xanım yenə
əvvəlki kimi Mehdinin tamaşalarında rol alacaqdı.
1950-ci il fevralın 5-ində yazıçı Nurəddin Babayev
“Dağılan tifaq” haqqında bir resenziya
121
dərc elətdirir.
Məqaləni oxuyub görürsən ki, müəllif yazdığının yarısını pyesə
həsr eləyib, tamaşanı “oxuya” bilməyib və keçib epizod-epizod
nəyin pis, nəyin yaxşı olduğunu müəyyənləşdirməyə. Sonucda
isə trafaret düşüncələrə, stereotip yekun fikirlərə sığınıb qalıb.
Şəxsən mən həmin resenziyada özüm üçün və tamaşanın tarixi
üçün, müasir Azərbaycan teatr mədəniyyəti üçün “diri” heç nə
aşkarlamadım.
Bu amorf və primitiv, əlacsız və aciz rəydən təqribən bir ay
ötüşüncə martın 3-də Cəfər Cəfərov “Dağılan tifaq” haqqında
bir məqalə yazacaq ki, gəl görəsən. Resenziya teatrşünas
peşəkarlığının sübutudur, şübhəsiz. Ləzzətli bir məqalədir:
oxuyursan və bilirsən ki, tamaşa nəmənə olub. Amma
ömrümdə birinci dəfə idi ki, mən Cəfər Cəfərova görə utandım.
Tənqidinə görə utanmadım. Utandım, pafosuna görə,
çağırışlarına görə, deklorativ üslubda nitq söylədiyinə görə. O,
belə bir məqaləni bir neçə il bundan öncə yazsaydı, yəqin ki,
təhlükəsizlik orqanları Mehdini aparacaqdılar. Nədən ki,
resenziyanın axırıncı abzasında Cəfər artıq tənqidçi cümlələri
yazmır, sanki hakim kimi qərar oxuyur; oxuyur və qorxudur:
“Biz isə bunu da qeyd etmək istərdik ki, rejissor Mehdi
Məmmədov bu yanlış tamaşanı özü üçün təsadüfi bir şey hesab
etməsin. O, bacarıqlı, mədəni, savadlı bir rejissor olsa da son
zamanlar bir sıra müvəffəqiyyətsizliklərə uğramışdır.
“Aydınlıq” da, “Rəqs müəllimi” də rejissor işi nöqteyi-
nəzərindən müvəffəqiyyətsiz tamaşalardır. “Aydınlıq”, “Rəqs
müəllimi”, “Dağılan tifaq” - bu enişlə heç bir dikdirə qalxmaq
olmaz! “Dağılan tifaq” Mehdi Məmmədov üçün ciddi bir dərs
olmalıdır. Çünki məfkurəvilik və partiyalılıqdan, müasirlik və
realizmdən uzaqlaşan sənətkarın yolu yalnız və yalnız
Dostları ilə paylaş: |