Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə24/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

______________Milli Kitabxana_______________ 
74 
qorxudan, təlaşdan gedib “ov”, “yev” yazdırırdı ki, onu 
sürüyüb təhlükəsizlik orqanlarının kandarından içəri 
salmasınlar. Düzü, Azərbaycan teatrşünaslığında Mehdi 
Məmmədovun indiyə  qədər mövcud portretlərinin heç birində 
onun milli ideologiya adamı olduğundan, milli məsələlərə qarşı 
həssaslığından danışılmayıb. Sovet dönəmində hansı teatrşünas 
bunu dilinə  gətirib deyə bilərdi? Heç Mehdinin özü də 
istəməzdi ki, onu toplum içrə bu aspektdən tanıtsınlar.. Nə isə... 
hələlik bu sırada mən birinciyəm.  
     O  da  mümkün  ki,  bu  hissi  Mehdiyə  əslən Azərbaycanın 
Naxçıvan bölgəsindən olan Təhmasiblər aşılamışdılar: 
folklorşünas Məmmmədhüseyn və teatr professoru Rza. Bu da 
təsadüfi deyildi: intellektual elita bir yerə toplaşırdı. 
M.Təhmasibin “Aslan yatağı”na Kirovabad teatrı da müraciət 
eləmişdi, təbii ki, Mehdinin rəhbərliyi altında. R.Təhmasib isə 
Rəsul Rzanın “Vəfa” pyesinə quruluş verməkdən ötrü Gəncəyə 
rəsmi dəvət almışdı, təbii ki, şəxsən Mehdinin özündən. 
Göründüyü kimi Mehdi Məmmədovla Rza Təhmasib  
münasibətləri getdikcə alyans xarakteri alırdı  və bu alyansın 
birləşdirici ideoloji məqamlarından biri də milli ruha bağlılıq, 
milli təəssübkeşlik, vətənpərvərlik idi. 
     Yəqin ki, “Od gəlini” (1942), “Vaqif” (1942), “Nizami” 
(1943) kimi pyeslərə  Gəncə teatrının səhnəsində Mehdinin 
quruluş vermək istəyini elə bu məqam (repertuar siyasətinin 
motivasiyalarından biri) şərtləndirirdi. “Od gəlini” faciəsinin 
Azərbaycan dramaturgiyasında  ən güclü pyeslərdən biri kimi 
tanınmasına baxmayaraq onun səhnəmizdə bir elə  də  uğurlu 
taleyi olmayıb (bunu mənim müəllimim teatrşünas Mahmud 
Allahverdiyev də deyərdi). Mehdinin quruluşu da yalnız onun 
bioqrafiyasının faktı kimi, yaradıcı enerjisinin bir təzahürü 
kimi diqqəti çəkir.  Əvvəla, Cəfər Cəfərovun yazdıqlarına 
istinadən, onu deyim ki, Mehdi Biləgənli Elxanı (tarixi 
şəxsiyyət, nümunəvi iradə, dözüm və qüdrət sahibi Babəkin 
prototipi) dünya dramaturgiyasının Prometey və Faust kimi 


______________Milli Kitabxana_______________ 
75 
qəhrəmanları ilə  bərabər tutmuşdu. Hesab eləyirəm ki, bu 
müqayisə Mehdinin Azərbaycan xalqını dünyanın qədim 
xalqları ilə eyni bir sırada görmək istəyini sərgiləyirdi. Hərçənd 
bədii obraz kimi Biləgənli Elxan Prometey və Faustdan qat-qat 
dinamikdir, aktivdir, əsl döyüşçüdür, azadlıq uğrunda, sevgisi 
uğrunda, bərabərlik və  ədalət uğrunda mübarizdir, daha 
iztirablar və ya şübhələr içində çabalayan birisi deyil. Əslində, 
Prometey və Faust daha çox filosofdurlar, nəinki əməl adamı. 
Elxan isə  qızğın bir qafqazlıdır: hazırdır ki, hər məqamda 
qılıncını  sıyırıb  ərdəmli bir igid kimi meydana atılsın. Onda 
belə  çıxır ki, Elxanı Rrometey, Faust cərgəsinə qoşmaqla 
Mehdi Cabbarlının qəhrəmanını filosof kimi yozmağa 
meyllənirdi.  İkincisi: Mehdi Məmmədov Elxana xalq 
qəhrəmanı qismində yanaşırdı  və bu yanaşma yönü tamaşaya 
bir dastançılıq ruhu, bir xalq rəvayəti ruhu gətirirdi. Üçüncüsü: 
rejissor pyesin patetik dilindən, yüksək danışıq pafosundan 
çıxış edərək öz tamaşasını bir şeiriyyət ahənginə kökləmişdi. 
“Od gəlini” faciəsinin verdiyi bədii imkanlara söykənərək 
Mehdi Məmmədov öz tamaşasını yaraşıqlı formalar tamaşasına 
çevirmişdi. Rejissor səhnəyə xor çıxarmıışdı  və bacarıqla 
ondan faydalanmışdı.  Əgər Elxan Prometey və Faustla bir 
cərgədə dayanırsa, niyə antik yunan  xoru 1942-ci ilin Gəncə 
versiyasında hadisələrin inkişafına müdaxilə etməsin, müəyyən 
fikirlərin daşıyıcısına çevrilməsin? Dünya teatr mədəniyyətində 
xor fikrin, ideyanın, ovqatın son dərəcə ifadəli təcəssümü 
vasitələrindən biri olub həmişə. Mehdini də xor yaman bərk 
ilgiləndirirdi. Vaxt gələcək və “Canlı meyit”də, “Xəyyam”da, 
“Dəli yığıncağı”nda, “İblis”də Mehdi yenidən xordan və xor 
elementlərindən faydalanacaq. “Od gəlini” tamaşasının 
strukturunda Mehdi Məmmədov pantomimaya da məqam 
ayırmışdı, rəqs səhnələrindən də istifadə eləmişdi. O, hələ ilk 
səhnə  təcrübələrindən forma kamilliyinə, forma bitkinliyinə 
xüsusi  əhəmiyyət verən bir rejissor idi. Mehdi fikirləşirdi ki, 
sovet mədəniyyətində formalizmə və naturalizmə qarşı hücum 


______________Milli Kitabxana_______________ 
76 
başlananda sənət aləmində bir çoxları forma amilinə qarşı 
tamamilə laqeydləşdilər: nəticədə, forma bir məna daşıyıcısı 
kimi, estetik zövq bildiricisi kimi urvatdan düşdü. Mehdi 
Məmmədov isə bu dalğanın  şüarlarına uymadı, tamaşanın 
bütövlüyü naminə formaları estetik harmoniya vəziyyətinə 
gətirənə  qədər cilaladı, dəqiqləşdirdi; dəqiqləşdirdi, cilaladı: 
səhnə realizmiylə  səhnə  şərtiliyini bir zəncirin müxtəlif 
həlqələri  şəklində yanaşı görükdürdü. Amma bununla belə 
Mehdiyə görə bu şərtilik elementləri,  şərtilik təzahürləri 
tamaşanın doğruçuluğunu, onun yaşantılar həqiqətini kölgə 
altına almamalıydı. C.Cəfərov yazır ki, Mehdi “Od gəlini” 
pyesindən heç nəyi ixtisara salmamışdı  və 18 şəklin hamısını 
səhnələmişdi
64
, üslubca bütöv bir tamaşa yaratmışdı; elə bir 
tamaşa yaratmışdı ki, burada romantik pafos, patetik vüsət, 
hadisənin  əfsanə qayəsi gerçəkçi psixoloji ovqata, davranış 
səmimiyyətinə köklənirdi. Kirovabad teatrının “Od gəlini” 
tamaşası haqqında nə demək mümkün idisə, onu Cəfər 
Cəfərovun mətnindən “dartıb” çıxartdım; amma tamaşanın 
ruhsal dünyasını oxucuya duydura bildimmi? Bəlkə bu 
məqamda Mehdinin Cabbarlı dramaturgiyası ilə bağlı 
yazdıqlarını sitatlaşdırsam, tamaşanın emosional dünyasının 
konturlarını daha yaxşı cızaram: 
“Bu qəhrəman mübarizə ruhu, 
əzəməti və mətanəti, sonsuz fədakarlığı ilə Prometeyi xatırladır. 
Müəllif Elxan-Babəkin obrazı ilə azadlıq yolunda şəhid olanlara
monumental bir abidə, gələcək nəsil üçünsə bir mübarizlik və 
fədakarlıq rəmzi yaratmışdır”.
65
 Qədim yunan dramaturgiyası - 
Prometey - Biləgənli Elxan - monumental bir abidə... bu kodlar 
vasitəsilə tamaşanın emosional dünyasına desant çıxartmaq 
mümkündür, tamaşanın plastik rəsmini görmək mümkündür. 
     Mehdinin  rejissurasında Səməd Vurğunun “Vaqif” dramı 
1942-ci ildə, yəqin ki, uğursuz alınıb; səslənməyib. Nədən mən 
bunu belə deyirəm? Əlbəttə ki, informasiya kasadlığına əsasən. 
Elə götürək Cəfər Cəfərovu: o, bu tamaşa ilə bağlı heç bir 
cümlə  də yazmayıb öz monoqrafiyasında. Deməli, onun 
diqqətini heç nə ilə  çəkməyib Gəncə teatrının “Vaqif”i. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə