Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə105/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   101   102   103   104   105   106   107   108   ...   114

______________Milli Kitabxana_______________ 
334 
düşüb mədəniyyət hadisəsi  əmələ  gətirmişdi. Milli Teatra da 
“İblis” gəlib çıxmışdı. Yalnız 1920-1926-cı illər intervalında 
bu pyes ayrı-ayrı quruluşlarda Azərbaycan teatrında 
oynanılmışdı.  İndisə Mehdi Məmmədov istəyirdi ki, vaxtdan, 
situasiyadan, Hüseyn Cavidin 100 illik yubileyindən bəhrələnib 
“İblis”i yenidən səhnəyə qaytarsın.  Əslində isə bu yüzillik 
Mehdi üçün həm bir bəhanə, həm də bir şans olmuşdu öz 
çoxdankı ideyasını gerçəkləşdirməkdən ötrü. Soruşa bilərsiniz 
ki, mən nəyə arxayın olub bunu belə yazıram? Çünki Mehdi bir 
xeyli zamandı ki, “İblis”i orijinal bir yozumda tamaşaya 
qoymağı planlaşdırırdı. Fikrimin təsdiqini tapmaq üçün, gəlin, 
8 il öncəyə qayıdaq, 1975-ci ilə. Elçin Məmmədov, yəni “İblis” 
tamaşasının gələcək tərtibatçı  rəssamı, bu vaxt Pribaltikaya 
yaradıcılıq evinə yollanmışdı. Ona görə  də atası ilə lap 
uşaqlıqda olduğu kimi yazışırdı. Məktublarda söhbət “İblis” 
faciəsinin ideya-bədii qayəsindən, tamaşanın mümkün tərtibat 
variantından gedir. Deməli, hələ 1975-ci ildə Mehdi oğlu 
Elçinlə birlikdə  “İblis”lə bağlı  ətraflı fikir mübadiləsi 
aparırmış, tamaşanın tərtibatının optimal variantı üzərində 
çalışırmış. Mən istərdim ki, Siz də bu məktublardan birini 
oxuyasınız, tamaşanın konseptual bədii obrazının cilalanma 
prosesinə qoşulasınız. Belə ki, mənim fikrimcə, Mehdinin 
“İblis”ə münasibəti bu qısa məktubda onun “Acı  fəryadlar, 
şirin arzular” kitabında yazdıqlarından daha səmimidir, daha 
canlıdır, daha maraqlıdır və hər cür ədəbi-bədii bər-bəzəkdən, 
teatral ritorikadan uzaqdır. Bu da Mehdinin məktubu: onu 
ruscadan dilimizə özüm çevirmişəm: 
              “Əziz dostum, Pose! 
     Mən  şadam ki, yerin rahatdır və  sən həvəslə  işə başlamısam. Mən 
ona da şadam ki, sizin əla rəhbərlərininz var. 
     İndisə pyes və  sənin pyesə verdiyin yozum haqqında. Lenaya elə 
gəlir ki, sən düz iş görmürsən və əsassız olaraq rəngləri qatılaşdırırsan; 
o dərəcədə qatılaşdırırsan ki, “İblis”i “dəhşətlər dramı” kimi təqdim 
edirsən. Bu pyesdə  işığın yoxluğu barədə söylədiyin fikri bir də 
nəzərdən keçir. Nədən ki, Caviddə, bütün sənin dediklərinə 
baxmayaraq, hər halda işıq var. Əgər hətta pyesdə  dəhşət, qan-qada 


______________Milli Kitabxana_______________ 
335 
çoxdursa, insan insanlığa sığmayan iş görürsə, bəşər qatilə dönürsə, və 
necə ki, sən yazırsan, “insan öldürməyə məhkumdur”sa, onda bunların 
hamısı pyesin mövzusudur,  ideyası deyil. Elə  əsərin ideyası  məhz 
işıqlıdır. Mən onu qısaca bu cür ifadə edərdim: “İnsanlar gərək 
ayılsınlar, onlara çox böyük qurbanlar hesabına başa gələn sonsuz 
sapmalardan qurtulsunlar! Cavid bütün dahi faciənəvislər kimi 
zülmətdən işığa can atırdı, başqalarını da özüylə  səsləyirdi, insanlara 
inam və ümid bəxş eləyirdi, gələcəyə inanırdı.  
     Əlbəttə ki, onun bütün dəhşətləri tam çılpaqlığı ilə, tünd boyalarla 
göstərdiyi bir həqiqətdir. Amma Caviddən də o yana gedib rəngləri 
qatılaşdırmaq, hər tərəfdən qara çıxarmaq yaramaz. 
     İndisə konkret tərtibat haqqında. Onu ki məktubda sən o cür rəsm 
eləyib göndərmisən, mənə elə  gəlir ki, qəbul edilməzdir. O şey ki, fon 
olmalıdır, sən onu gətirib birinci plana çıxartmısan. O şey ki, tamaşada 
obraz, assosativ element və ya metaforik motiv kimi işləməlidir, sən onu 
tərtibatın özülü və dayağı eləmisən. Mən təsəvvürümdə canlandıra 
bilmirəm ki, bütün epizodları, bütün səhnələri edam kötüyünün 
ətrafında və ya dar ağacı altında necə oynamaq mümkündür? Mən 
yadlaşma ilə qonşulaşan aşırı teatrallıq, bütövlük barədə öz fikrimi 
yenə  dəyişmirəm. Sənsə öz aludəçiliyində (və  “Şəhərdə iki nəfər”in 
təəssüratı altında) pyesdən uzaqlaşmısan. Hələ  mən onu demirəm ki, 
belə bir tərtibatı  səhnədə  həm texniki baxımdan, həm də praktika 
baxımından gerçəkləşdirmək çətindir. Mənə elə  gəlir ki, sənin səfər 
öncəsi mənə göstərdiyin eskizdən imtina etmək lazım deyil. Yeni 
motivlərin   o mənə göstərdiyin əsasla nisbətini tapmağa çalış. Mərkəzə 
topladıqlarının hamısını apar fona yığ. Bu, daimi fon qismində qala 
bilər və lazım gəldikcə fərqləndirilər, qabardılar. 
     Amma  hər halda fikirləş, axtar, variantları  işlə  və Vasilyevlə 
məsləhətləş. Ancaq Cavidə ümidsizlik, əlacsızlıq sırıma. Sənin 
axtardığın işıq pyesin özündə var. Cavid maskanı iblisin üzündən 
çıxaranda onu tərki-silah edir və insanların gözündən örtüyü götürür. 
     Özümü  yaxşı hiss edirəm. “Leyli” də qabağa gedir. Bədii  Şura 
eskizləri bəyəndi. Hesab edirəm ki, tamaşa heç də pis alınmayacaq. 
     Kərim və Mehdinin kefi yaxşıdır. 
     Səni öpürük. Yaz. 
                          Papa 
15.09.75”
 
     Mənim üçün (və  cəmi teatr şünasları üçün) bu məktub az 
qala “İblis” tamaşası  qədər dəyərli və önəmlidir. Nədən ki, 
burada Mehdinin Cavidə  və  “İblis”ə münasibəti konkretdir: 
cümlələr rənglənməyib, pudralanmayıb; hər fikir müəyyən 


______________Milli Kitabxana_______________ 
336 
mövqe sərgiləyir və rejissor Mehdi Məmmədovun rəssamla 
işinin qayəsini və cövhərini görükdürür. Hərçənd 8 ilə bu 
tərtibat proyektinin görkəmi və  məzmunu dəyişəcək. 1982-ci 
ildə Mehdi Məmmədov səhnənin tərtibatına oğlu Elçinlə birgə 
Nazim Bəykişiyevi də cəlb eləyəcək. Və bu iki rəssam səhnədə 
sanki 
İblisin mövcudluq koordinatlarını, fəaliyyət 
koordinatlarını görükdürən iki paralel gümüşü müstəvi 
quracaqlar; yəni haradasa divarlarsız “tavan” və “döşəmə”. Bu, 
səhnə  fəzası içində  səhnə olacaq, Ariflə, yəni bilgili İnsanla 
(Faustla)  İblisə (Mefistofelə) və onların çarpışmasına səhnə 
olacaq. Bir kinokadr estetikası yoxmudur bu görüntüdə? Elə bil 
ki seyrçi işığa kinoplyonka tutub baxır. Göy guruldayacaq, və 
ya mərmilər partlayacaq, və ya avtomatlardan şaqqa-şaraq 
güllələr yağacaq, səmanın  şərti “tavanı”, yəni üst müstəvi bu 
səsdən, bu təzyiqdən çevriləcək və İblis qəhqəhə çəkib səhnəyə 
enəcək. Oddan yaranmış odla gəlir dünyaya... İblis  əməldən, 
nəfsdən, ehtirasdan törənəndir. Onu yaşadan insandır... 
İnsandır  İblisin müəllifi... Harada müharibə gedirsə, qan 
tökülürsə, həqiqət ört-basdır edilirsə, kiminsə haqqı yeyilirsə, 
ədalət pozulursa, deməli, orada iblislik var, iblisanəlik var. 
Mehdi bu cür, bu ideya ilə, bu məfkurə ilə başlayacaq “İblis” 
tamaşasını. Simvolik səhnə qurğusu isə yalnız bir eyham. İki 
müstəvi - iki hüdud; və ya azadlıq çərçivələri: bax, bu 
koordinatlarda insan, hər necə olursa olsun, yaşamağa 
məhkum. Odur ki, tamaşanın hadisələri, vaxtilə professor Bəkir 
Nəbiyevin yazdığı kimi, “iki lövhə arasında cərəyan edir. Bu 
lövhələr (yəni Yerlə Göy, torpaq və  səma - kursiv A.T.) 
müharibə partlayışlarından (tamaşa boyu - kursiv A.T.) lərzəyə 
gəlir, indicə qapanacaq və  həyatı bir göz qırpımında yox 
edəcəklərmiş kimi ləngər vura-vura bir-birinə yaxınlaşırlar”
252

yaxınlaşırlar ki, zavallı insanları  məngənə kimi sıxıb  əzsinlər, 
qırsınlar, məhv eləsinlər. Budur müharibə mexanizmi, budur 
ölüm maşını: daha İblisə  nə hacət...  İblisin və  hərbin 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə