Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə101/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   97   98   99   100   101   102   103   104   ...   114

______________Milli Kitabxana_______________ 
322 
məhz kütlənin keyfiyyətidir. Çünki kütlə ictimai psixozla idarə 
olunur, qıcıqlara, gur nidalara, çağırışlara reaksiya verir. Kütlə 
qeyri-səlis məntiqin məkan obrazıdır. Məntiq kütlə üçün vacib 
deyil. Onun üçün vacib olan nəsnə ehtirasların enerjisidir. 
Kütlə bu enerjiyə tabe olub hərəkət edir, davranır. Odur ki, 
quruluşçu rejissor kütləvi səhnələri maksimal şəkildə 
teatrallaşdırmışdı. Kifayət idi ki, biri axmaq bir şey danışıb 
ağlasın, həməncə hamı ona qoşulurdu, gözünün qorasını  sıxıb 
ağlayırdı. Məhz bunu görəndə doktor Lalbyuz deyirdi ki, 
“hamısı dəli”. Yəni onlar da dəli, bunlar da. Şərqlilərə həmişə 
yuxarıdan baxan avropalı  əcnəbinin özünü Hamlet Qurbanov 
ekstravaqant dəli kimi oynayırdı. Bura dəlilər məclisidir, şeyxi 
dəli, hacısı  dəli, mömini dəli, həkimi dəli, zəncirvuranı  dəli. 
Ətrafda isə yalnız tüstü: “Hər yan tüstüdür, - məclislərdə  və 
evlərdə duxaniyyat və  məşrubat tüstüsü, küçələrdə hamam 
tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və  qəlbdə 
kəsafət tüstüsü!.. Millət boğulur, tüstülər milləti hər tərəfdən 
əhatə eləyir.  Əgər dadü-fəryada tez yetişən olmasa, 
mümkündür ki, millətdən bir əsər qalmaya”
237
...  
     Tamaşanın gerçəkliyi məhz bu dadü-fəryad kimi, yəni şəbih 
kimi, ağı kimi, təziyə kimi zühura gəlirdi. Bu da Mehdi 
Məmmədov yaradıcılığının bütövlüyünün əlaməti qismində 
yozula bilər. Mehdi bir sənətçi kimi, bir rejissor kimi özünə 
xəyanət etmirdi, öz teatr zövqünə, teatr bilgisinə  xəyanət 
etmirdi. O, görürdü ki, teatr aləmində formalar, ifadə  tərzləri 
dəyişir və yeni tonallıq meydana gətirir. Mehdi bu dəbi 
anlamağa, təcrübədə  sınamağa çalışırdı, lakin onun ardınca 
düşüb getmirdi, əksinə, teatr dəbini, başqa sözlə, teatr 
yeniliyini, hətta təzə bir teatr eksperimentini özünə, öz 
dünyasına, özünün qəbul etdiyi estetik normalara, meyarlara 
yaxınlaşdırırdı  və özünə lazım olan miqdarda onlardan 
bəhrələnirdi. Mehdi və Elçin Məmmədovlar tandeminin 
Azərbaycan teatr koordinatlarında mövcudluğunu  şərtləndirən 
əsas amil də elə bu idi. Elçinin təfəkkür və zövq müstəvisində 


______________Milli Kitabxana_______________ 
323 
Mehdi özünün çağdaş dövrə  və dövrün teatr estetikasına 
adekvatlıq dərəcəsini yoxlayırdı. Mehdinin təkrarsız şedevri, - 
“Dəli yığıncağı” tamaşası, - elə bunun zühuru kimi də dəyərli 
bir təcrübədir. Mənsə bütün Azərbaycan teatrını, milli teatr 
poetikasının elementlərini bu tamaşada görə bilirəm və hesab 
eləyirəm ki, “Dəli yığıncağı”  bir rejissor kimi onun şah 
əsəridir, səhnədə yaratdıqlarının zirvəsidir. 
      Mehdi  Məmmədov tamaşanı üç mühüm fiqur üzərində 
qurmuşdu: Molla Abbas (Hamlet Xanızadə), Pırpız Sona 
(Şəfiqə  Məmmədova) və Fazil Küleyni (Səməndər Rzayev). 
Molla Abbasla Fazil Küleyni qardaş olub müxtəlif 
dünyagörüşlərini təmsil edirlər: biri filosofdur, müsəlman 
Şərqinin Diogenidir, Molla Nəsrəddin variantıdır, digərisə 
şəriətin sütunudur, dini ənənə güdükçüsüdür; yəni bir araya 
gəlməzlər, mövqeləri fərqlidir. Amma məsələ bununla da 
tamamlanmır: ortada sevgi üçbucağı var; xəlvətə düşəndə Fazil 
Küleyni qardaşının arvadı  Pırpız Sonanı “çimdikləyir”. Bu da 
haçalı konflikt, ikili, yəni gücləndirilmiş mübarizə xətti. Pırpız 
Sona isə ruhi xəstədir, azad quşcuğazdır, yavrudur: di gəl ki, 
dünyanın  şəri, pisliyi onun vücuduna hopmur. Sona pakdır, 
ağappaq bulud kimidir, sərhəd bilməz, hüdud tanımaz: bir 
kimsədən utanmaz, abır-həya eləməz; qolu-çıçı açıq gəzər 
möminlər arasında. Axı niyə  də utansın Pırpız Sona? Məgər 
saflığın, təmiz ruhsal dünyanın idealı deyil? Mehdi Məmmədov 
kütləvi səhnələri Molla Abbasın və Fazil Küleyninin ətrafında 
qruplaşdırmışdı, Pırpız Sonanı isə səhnədə ideologiya, fəlsəfə, 
din və  əxlaq fövqündə “sərbəst buraxmışdı”. Filoloq Əkbər 
Ağayev heç də  əbəs yazmırdı ki, “əsərdə iyirmidən çox 
personaj, - iki üz-üzə dayanmış aləm, - ictimai qütblər kimi 
verilmişdir: bütün hacılar, məşədilər, kəbleyilər əllərində təsbih 
eyni duaları eyni ahənglə vird
238
 edir, eyni bir mənəviyyat 
sahibi olduqlarını göstərir, beləliklə, vahid bir obraza 
çevrilirlər. Onlar ətalətin, cəhalətin və kütbeyinliyin 
mücəssəməsidirlər.  Əsərdəki dəlilər də öz mənəviyyatı ilə 


______________Milli Kitabxana_______________ 
324 
beləcə ümumiləşir, cəmiyyətin  şikəst etdiyi, kənara itələdiyi 
insanların, cəhalət qurbanlarının”
239 
işarəsi, simvolu olurlar. 
Rəssam da geyimləri sanki bu bölgüyə uyğunlaşdırmışdı: 
ruhanilər müsəlman  Şərqi üçün xarakterik standart molla 
paltarlarında idilər; çuxalı,  əmmaməli, qurşaqlı. Dəlilərin 
əyninə isə gişdən rahat, gen-bol xalat tipində paltarlar 
biçilmişdi, qollarına kəndirlər bağlanmışdı. Sufiydilərmi onlar? 
Əlbəttə ki, yox. Amma neçin də böylə yozulmasın? Hər dəlinin 
“kostyumu” obrazın səciyyəsinə uyğun bir detalla 
fərqləndirilirdi: Farmasyon Rüstəmin (Ramiz Məlik) 
boynundakı balaca, qara papyun, əynindəki jilet onun 
ədəbazlığını, farmazonluğunu eyhamlaşdırırdı; Molla Abbasın 
(Hamlet Xanızadə) müctəhid çalması isə onun yüksək bir savad 
sahibi olduğunu vurğulayırdı. Sərsəm Salmanın (Yaşar Nuri) 
sinəsində ruhi narahatlığa, qorxuya və nərgizliyə bir işarə kimi 
güzgü parıldayırdı. Pırpız Sonanın (Şəfiqə  Məmmədova) giş 
donunun cırılmış yerlərindən qolları, qıçları görünürdü. Axı 
namus, qeyrət, din sahibləri fürsət düşən kimi şəhvət içində 
qıvrıla-qıvrıla yazıq Sonanı çimdikləyirdilər. Dekorlar... 
paltarlar... kölgə-işıq effektləri... rənglər... “Dəli yığıncağı” 
tamaşasında Cahangir Cahangirovun bəstələrinə tam adekvat 
“səslənirdi” səhnədə... Dəlilərin  əynindəki cır-cındır xirqə ilə 
əza paltarları, təziyə paltarları arasında mövqelənirdi və azanla, 
muğamın kövrək notlartı ilə  əla uyuşurdu. Qara, boz, ağ, 
qəhvəyi, tünd göy rənglərin müxtəlif çalarları projektorlardan 
axan işıqla qarışıb səhnədə fantasmaqorik bir tüstü səltənətinin 
model-obrazını yaradırdılar. 
     Mehdinin  şərhində  Pırpız Sona dəli yığıncağının 
özünəməxsus bir qağayısı, yox, məhz sonası (qu quşu) idi, 
kanonikləşmiş dindar yaşam tərzinin kontrapunktu idi. Hələ 
mən tələbə ikən bu tamaşanı o qədər sevmişdim ki, romantik 
bir ovqatda Şəfiqə  Məmmədovanın Pırpız Sonası haqqında 
“Qobustan” toplusuna məqalə yazmışdım. Görək nə 
yazmışdım: “Uzaqdan həzin, yanıqlı azan səsi eşidilir, 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə