______________Milli Kitabxana_______________
319
düşünürdü və Tədris teatrından bir sınaq laboratoriyası kimi
faydalanırdı. 1975-ci ildə“Dəli yığıncağı” artıq Naxçıvanda
tamaşaya qoyulur. Amma Azərbaycanın teatr ictimaiyyəti bu
olaya heç bir reaksiya vermir: yalnız kimlərsə öz kabinetlərində
kirimişcə əyləşib teatr tarixinə yeni bir fakt da əlavə edirlər.
Mehdi Məmmədovun 1978-ci il tamaşası isə bir partlayış
olur milli düşüncə müstəvisində. Ziyalılar dözəmmirlər, alqış
üçün ayağa qalxırlar, əlləri pul kimi qızarana qədər çəpik
çalırlar, ancaq inqilab eləmirlər, yalnız məqalələrində
234
öz
mövqelərini üstüörtülü şəkildə bildirməyə tələsirlər. Çünki
Mehdinin “Dəli yığıncağı” tamaşası təkcə sənət hadisəsi deyil,
ictimai-siyasi aksiyadır, cəmiyyətə göndərilmiş ifşaedici
mesajdır, insanların gündəlik həyatını hörümçək toru kimi
bürümüş absurdun ittihamıdır. Mehdinin tənqidi keçmişə yox,
müasir topluma ünvanlanmışdı. O, az qala açıq tekstlə deyirdi
ki, bizim yaşadığımız sosium dəli yığıncağıdır və bunun
tariximizdə ənənəsi var: gərçi inanmırsınızsa, buyurun, özünüz
baxın: bu səhnə, bu Mirzə Cəlil, bu da Siz. Baxın, baxın, yaxşı
baxın, diqqətlə baxın! Bu, Sizin tarix kitabınızdır!
Olum, ya ölüm?
Molla Nəsrəddin Şərqin bazar meydanının Hamletidir; bu
filosof cəmi iki maskada çıxış eləyir: maskalardan biri təlxəyi
tanıdır, o biri dəlini... Molla Nəsrəddin bu maskalarını itirsə,
yaşaya bilməz, ölər. Çünki ətrafda hamı dəlidir.
Mehdi bu situasiyanın, “Dəli yığıncağı”nın tragizmini
səhnəyə
gətirmişdi və tamaşasının janrını belə
müəyyənləşdirmişdi: faciəvi komediya...
“... Günlərini küçələrdə, meydanlarda keçirən ruhi xəstələr
qeyri-normal hərəkətlərilə şəhər əhlinin “normal” həyatına
mane olurlar. Heç kəs bu zavallı səfilləri başa düşmür və başa
düşmək də istəmir, hamı onları lənətləyir, daşa basır, kötək və
yumruqla qarşılayır. Nəhayət, “dəliləri küçələrdən rədd edib”
şəhərin sakit həyatını qorumaq üçün xaricdən həkim gəlir, min
bir çətinliklə pul yığılır, xəstəxana açılır. Lakin əbəs yerə..
______________Milli Kitabxana_______________
320
həkim şəhərdə elə eybəcər insan kütləsilə qarşılaşır ki, çaş-baş
qalır, kimin dəli, kimin ağıllı olduğunu təyin edə bilmir.
Məlum olur ki, cəmiyyət başdan ayağa dəlidir: dəli
yığıncağıdır. Bu yığıncağı təbabət müalicə edə bilməz, onu bu
bəladan ancaq ictimai-sosial partlayış qurtara bilər; cəmiyyətin
mənəvi varlığını buxovlayıb onu heçlik dərəcəsinə endirən bu
bəlanı ancaq inqilabın ağıllarda, şüurlarda yaratdığı çevriliş
aradan qaldıra bilər”.
235
“Göstərən saətdə dörani-fələk bir inqilab”!!!
236
“Dəli yığıncağı” tamaşası ilə Mehdi 10 il öncəni gördü:
suyamı baxdı, peyğəmbərlikmi elədi, bilinmədi. Amma “Dəli
yığıncağı”ndan 10 il ötüncə müxtəlif-müxtəlif toplumlarda
kollapslar yaşandı, insanlar dəliləşib küçələrə cumdular, dünya
masştabında başladılar bir-birindən torpaq istəməyə,
müstəqillik istəməyə, azadlıq istəməyə, nələrisə istəyə-istəyə
yandırdılar, yaxdılar, öldülər, öldürdülər, bir-birini çeynədilər,
diddilər və elə bu zaman... Azərbaycan da müstəqim mənada
dəli yığıncağına döndü. Təqvim 1988-ci ili göstərirdi. Mehdi
isə artıq üç il idi ki, dəli yığıncağından ayrılıb Fəxri xiyabana
köçmüşdü.
Olum, ya ölüm? İnsanın azadlığının təminatçısı bu seçimin
mövcudluğudur və bu seçimi heç kim onun əlindən almaq
hüququna malik deyil. Olum, ya ölüm? Ömür boyu permanent
təkrarlanan ən şairanə və ən zövqlü sual.
Əgər sən “Dəli yığıncağı” pyesini tamaşaya qoymaq və
onun vasitəsilə öz fikirlərini xalqla bölüşmək istəmisənsə,
deməli, yenə də olumu seçmisən və içində bilirsən ki,
yaşamağına dəyər.
Mehdi bu komediya üzərində işləyərkən Mirzə Cəlilin
publisistikasına (“Dərd”, “Tüstü” felyetonlarına) müraciət etdi
və bu felyetonlar orqanik şəkildə əsərin strukturu ilə, əsərin
diskursu ilə uyuşdu. Bu dəfə də Mehdi tərtibatı oğluna
tapşırmışdı və Elçin də pyesin ruhunu, ovqatını, tragizmini
yüzdə yüz əks etdirə biləcək, daha doğrusu, dəli yığıncağının
______________Milli Kitabxana_______________
321
məkan içrə varlıq zonasını müəyyənləşdirəcək ideal maket
hazırlamışdı. İkiyaruslu taxta konstruksiyalar səhnədə konkret
şəkildə heç nəyi eyhamlaşdırmırdı: bilinmirdi ki, bura haradır
və hansı dövrü təmsil edir; burada kimlər yaşayır: xristianlar,
induslar, yoxsa müsəlmanlar... Hücrə-hücrə, tövləyə bənzər bir
üslubda səliqəsiz, kələ-kötür taxta parçalarından mıxlanmış
“evciklər” (bəlkə “türmə pəncərələri”, bəlkə “kəcavələr”?)
gecəgonduları da xatırladırdı, türmənin ikimərtəbəli yataqlarını
da. Bu konstruksiyalar dəmir çarxların üzərində idi və onları
səhnə boyunca dığırlatmaq olurdu. Aktyorlar isə həm birinci
“mərtəbə”də, həm də ikinci “mərtrəbə”də işləyirdi: yəni
rejissorla rəssam çalışmışdılar ki, bütün horizontal və
vertikallarda səhnə fəzasını mənimsəsinlər.
Elə ilk epizoddan bu şərti türmənin (tövlənin) içindən
(həyətindən) ritmik şəkildə “Şah Hüseyn, vay Hüseyn” deyib
təkrarlayan qara geyimli bir dəstə zəncirvuran keçirdi. Şəbihmi
çıxarılır, yahu? Yoxsa bu bir təziyə məqamıdır? Stroboskopun
yaratdığı yanıb sönən işıq effekti bu müdhiş səhnəyə dünyəvi
bir tragizm, ümidsizlik, həyəcan gətirirdi. Və yalnız bundan
sonra bəlli olurdu ki, biz səhnədə ixtiyari bir şiə məmləkətinin
simvolik modeliylə üzləşmişik. Zəncirvuranlar çəkilib getdikdə
zavallı “dəlilər”i tutmaq üçün şəhər əhlinin ovu başlanırdı. İşıq
qaranlığı ülgüc kimi “kəsib” zolaqlayırdı, səhnə fəzasını cadar-
cadar eləyirdi, sanki gecəni cırmaqlayırdı və dəlilərin fəciəvi
siluetləri bu ani işıq sayrışmalarında şəkil neqativdə görünən
tərzdə seyrçilərə görsənib yox olurdu.
Və sonra sakitlik... Alatoranlıq... Azan səsi... Personajlar
bir-bir evcik-hücrələrdən siçanlar dəlmə-deşiklərdən çıxan kimi
çıxarlar, səhnəyə doluşarlar...
Mehdi, həqiqətən, səhnədə çoxfiqurlu bir tamaşa qurmuşdu.
Mirzə Cəlilin adlarını yazdığı 23 personajdan savayı burada
zəvvarlar da, zəncirvuranlar da vardı. Busa kütləvi səhnələr
məsələsini yenidən aktuallaşdırırdı. Belə ki, “Dəli yığıncağı”
komediyasının baş qəhrəmanı kütlədir və dəlilik bu tamaşada
Dostları ilə paylaş: |