Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə103/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   99   100   101   102   103   104   105   106   ...   114

______________Milli Kitabxana_______________ 
328 
bir parçasına dönürdü və  dəlilər kürəklərini seyrçilərə çevirib 
ustufca addımlarla üzü işığa gedirdilər... 
     Mehdi 1978-ci ildə ziyası öləziməyə başlayan Milli Teatrda 
“Dəli yığıncağı” tamaşası ilə  təzədən bir məşəl yandırdı. 
Leonid Velexov öz məqaləsində bica yazmırdı ki, bu tamaşada 
“biganə üzlərə və ölgün gözlərə”
245
 rast gəlmək mümkün deyil. 
“Dəli yığıncağı”  kollektivə az müddətli olsa da, bir ümid bəxş 
elədi. Yəni hər şey yaxşılığa doğru... Mehdi bu tamaşa ilə bir 
səhnə simfoniyası  bəstələmişdi, teatr strukturunun bütün 
nöqtələrinə sanki manipulyativ təsir göstərib onları  işləməyə, 
energetik impuls mənbəyi kimi çalışmağa vadar eləmişdi
aktyorları sənət qəhrəmanlığına ruhlandırmışdı. 
     Amma  bununla  bahəm Mehdi bu dəfə  də Milli Teatrın 
qonağı idi. Qonaqsa ona görə qonaq sayılır ki, gedəsidir. Mehdi 
yenə getdi... Rus Dram Teatrına baş rejissor getdi... və orada 
dörd ilə yaxın bir müddətdə (10.11.1978-12.06.1982) çalışdı, 
iki tamaşa hazırladı: “Mənim Nadejdalarım”, bir də “Həyatın 
dibində”. Qəribədir, mən bu tamaşaları görmüşəm, amma 
xatırlamıram. “Dəli yığıncağı” isə indi də  mənim emosional 
yaddaşımda canlıdır. 
     Mehdi  Məmmədov rusların sevimli dramaturqu Mixail 
Şatrovun istesalat mövzusunda qələmə aldığı pyesə  əbəsdən 
müraciət etməmişdi. Sovet teatrında yeni dəb məhz istehsalat 
mövzusu ilə bağlı idi və rus şünasları bunun barəsində tam 
ciddiyyətilə danışırdılar, diskussiya aparırdılar və  məsələni 
yavaşca respublikalara ötürürdülər. Bakıya da gəlib çatmışdı bu 
xəbər... Mehdi də  məlumatlıydı Moskva teatrlarında nə baş 
verdiyindən... Odur ki, Rus Dram Teatrı.... Mixail Şatrov... 
istehsalat mövzusu... Niyə də olmasın? Mehdi işə girişir: 1979-
cu ilin mart ayında
246
, təbii ki, rol bölgüsündən sonra, 
H.Tağıyevin Zığ  şossesində yerləşən toxuculuq fabrikinə 
ekskursiya təşkil edir, aktyorları  zəhmət adamları ilə birbaşa 
görüşdürür. Yəni baxın və öyrənin. Mehdi belə-belə  şeyləri 
xoşlayırdı  və qiymətləndirirdi: yadınıza düşdümü, “Yağışdan 


______________Milli Kitabxana_______________ 
329 
çıxdıq, yağmura düşdük” tamaşasının məşqləri zamanı onun 
truppanı ruhi xəstələr klinikasına aparması? Bu dəfə quruluşçu 
rejissor məsələni bir az da mürəkkəbləşdirmişdi: aktyorlar 
fabrikin toxucuları ilə  bərabər masa arxasında  əyləşib pyesi 
bədii qiraət nümunəsi kimi oxumuşdular və bundan sonra hamı 
birlikdə ümumi müzakirədə iştirak etmişdi. 
     Amma  buna  baxmayaraq  eyni  bir  zaman  kəsimində üç 
toxucunun istehsalat və şəxsi həyatla ilişikli yaşadığı psixoloji 
məqamlardan danışan bu tamaşa alınmadı. “Alınmadı” 
deyəndə ki, hadisəyə çevrilmədi. Sadəcə, Rus Dram Teatrının 
çoxsaylı premyeraları  sırasında növbəti oldu, sıravi oldu. 
Tamaşanı Mehdi haradasa 6-7 aya hazırladı  və premyeranı 
oktyabrın 19-da seyrçilər üçün oynadı. Qəzetlər “Üç Nadejda” 
tamaşasına öz səhifələrində yer ayırdılar: ancaq resenzentlər 
məqalələrini tamaşaya vurğunluğun yox, Mehdiyə hörmətin 
əlaməti kimi yazdılar
247
, sönük, solğun, raportvari... Mehdi 
şəxsiyyətinin, Mehdi yaradıcılığının fonunda bu tamaşa çox 
cılız göründü. Teatr ictimaiyyəti onu Mehdiyə sanki 
yaraşdırmadı. Rus Dram Teatrı... Mixail Şatrov... istehsalat 
mövzusu... istehsalat koflikti... istehsalat etirafı... və bir də 
Mehdi... Uyarsızlıq vardı elə bil burda.... Burda “nöyütlü 
şalban, mən sənə qurban” tematikasının notları  səslənirdi 
sanki... Hamlet fabrik və zavod stixiyasına sığmır və Mehdinin 
özü də bunu yaxşı bilirdi: odur ki, tezcənə Maksim Qorkinin 
“Həyatın dibində” pyesini repertuara daxil etdi və  qısa bir 
zaman intervalında onu tamaşaya hazırladı. 
     1979-cu  il  oktyabrın 19-u “Üç Nadejda”nın premyarası 
olmuşdu, 1980-ci il fevralın 27-si isə “Həyatın dibində” 
tamaşasının. Haradasa üç ay yarım sürmüşdü məşqlər... Əlbəttə 
ki, Mehdi üçün bu, haradasa sürətli  şahmat partiyası kimi bir 
şey idi. Nədən ki, əksərən o, yaradıcılığı boyu, mən minimumu 
götürürəm, bir tamaşaya altı ay vaxt sərf edirdi. İndisə Mehdi 
bu müddəti iki dəfə azaltmışdı və sanki Rus Dram Teatrında öz 
“tənhalıq blokadası”nı “yarmaq” niyyətilə Elçin Məmmədovu 


______________Milli Kitabxana_______________ 
330 
tamaşaya tərtibat verməyə  dəvət eləmişdi. Tamaşanın azsaylı 
resenzentlərindən biri dramaturq və publisist Camal Yusifzadə 
də duymuşdu ki, Mehdi Məmmədov bu seçimlə Rus Dram 
Teatrında haradasa ruhən ona doğma olan atmosferi yaratmaq 
fikrindədir. Belə ki, müəllif “Həyatın dibində” tamaşası ilə 
“Dəli yığıncağı” arasındakı oxşarlığı görmüşdü, fiksə eləmişdi: 
“Rəssam işi qeyri-ixtiyari olaraq adama... Elçinin “Dəli 
yığıncağı” tamaşasına verdiyi tərtibatı xatırlatdı. Bu oxşarlıq 
rəssamın özünü təkrarı deyil, bir növ, rəssamın “Dəli 
yığıncağı” üçün düşündüyü tərtibatın məntiqi davamıdır. Özü 
də təbii davamıdır, təbii paraleldir. Bu paralel haradasa bir az 
rejissor şərhində də özünü göstərir... Çünki “Dəli yığıncağı”nda 
qələmə alınan mühitlə “Həyatın dibində”  əks etdirilən  şərait, 
mühit arasında qəribə bir yaxınlıq, uyğunluq var”.
248
 Camal 
Yusifzadə,  əlbəttə ki, haqlıdır. “Həyatın dibində” pyesi 
 
rusların dəli yığıncağıdır. Bəlkə  də Mehdi Məmmədov məhz 
bu səbəbdən M.Qorkinin əsərini növbəti işindən ötrü münasib 
bilmişdi və tamaşanın konsepsiyasını, ideya-bədii yönünü belə 
müəyyənləşdirmişdi: 
“Yurdsuz-yuvasız insanların “Dib”də 
tapdığı yataqxananı  mən dünyanın yataqxanası kimi təsəvvür 
edirəm. Bura kiçik masştablı dünyadır; elə bir dünyadır ki, onu 
görən kimi həyəcan təbili çalmaq istəyirsən, camaatı köməyə 
çağırmaq istəyirsən, haqqı xilas eləmək istəyirsən.  İstəyirsən, 
haqqı qoruyasan və onun uğrunda mübarizə aparasan”.
249
 
Mirzə  Cəlilin dəliləri həyatın dibində deyildilərmi?  Əgər 
C.Yusifzadəyə  səhnənin tərtibatı  şərti koma təəssüratı 
bağışlayırdısa, filosof Aslan Aslanova oyun məkanı  məhz 
quyunu (dibi) xatırladırdı. Dekorlarla bağlı assosativ cərgə, 
doğrudan da, güclü idi. Lakin Mehdi təkcə bununla kifayətlənə 
bilməzdi. Tamaşanın polifonizmini təmin etməkdən, öz rejissor 
fikrinin bədii ifadəsindən, ideyanın seyrçiyə emosional təsirini 
artıqmaqdan ötrü o, Dmitri Şostakoviçin simfoniyalarından 
bəhrələnmişdi. Və elə buradaca Mehdi yanılmışdı. Çünki 
Dmitri 
Şostakoviçin musiqisi faşizmlə mübarizənin 
musiqisidir, müharibələrin, repressiyaların, inqilabların, bütün 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə