Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə99/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

______________Milli Kitabxana_______________ 
316 
baş verən hadisələri diqqətlə izləyir və  bəzən də söhbətlərə 
qoşularaq mənası  dərin, ünvanı daha böyük olan fikirlər 
(Mehdiylə Teterev arasında bənzəyişi xüsusi 
vurğulamaqdan ötrü mən sitatdakı bəzi ifadələrin altından 
xətt çəkmişəm - A.T.) söyləyir. Teterev yalnız meşşanlara 
yox, özünə də nifrət edir”.
231
 Aktyor Mehdinin təqdimində bir 
suyu fransız impressionisti Pol Qogeni xatırladan boynu əlvan 
şərfli, əlindən qəlyanı düşməyən Teterev birbaşa sənətçinin öz 
portreti olmasa da, onlar arasında oxşar cizgilərin mövcudluğu 
danılmaz fakt idi. Nə yazıqlar olsun ki, bu, Mehdinin son 
roludur. Teterevdən sonra Mehdi aktyor kimi bir daha səhnəyə 
çıxmayacaq, kinofilmə çəkilməyəcək. 1975-ci ildə onun aktyor 
karyerasının qapıları birdəfəlik qapadılır.  Əvəzində o, tez-tez 
müxtəlif televiziya verilişlərində  çıxış eləyəcək, ayrı-ayrı 
dramaturqlar, rejissorlar, aktyorlar, tamaşalar haqqında 
ürəkdən, amma bir Komandor ədası ilə, yüksək nitq 
mədəniyyətinə riayət edə-edə danışacaq və... yenə camaat 
tərəfindən bəyəniləcək... və yenə seviləcək... Elə bu arada onun 
ikinci nəvəsi də dünyaya gələcək və Elçin atasının  şərəfinə 
uşağa Mehdi adını verəcək.   
     Mehdi  Məmmədov “Meşşanlar” tamaşasının təkcə 
quruluşçu rejissoru, effektli rollardan birinin ifaçısı deyildi; o, 
eyni zamanda M.Qorki pyesinin tərcüməçisi idi. Lakin Mehdi 
bu əsəri ruscadan azəri türkcəsinə hələ 1964-cü ildə çevirmişdi, 
dramı tamaşaya hazırlayarkən isə yalnız redaktə  məsələsilə 
məşğul olmuşdu. Yeri gəlmişkən söyləyim ki, Mehdi bu işi 
ustalıqla bacarırdı: həm ruscanı gözəl bilirdi və yazırdı; həm də 
Azərbaycan dilində yüksək yazı mədəniyyəti nümayiş etdirirdi. 
Ona görə də tərcümədən bezmirdi, yorulmurdu. Mehdi, əsasən, 
pyesləri azəri türkcəsinə çevirməkdən həzz alırdı və bu zaman 
çalışırdı ki, orijinala maksimal dərəcədə yaxın olsun. Bu da 
bəzən onunla nəticələnirdi ki, dialoqlar azərbaycanca öz 
yumşaqlığını, elastikliyini itirirdi, danışıq dilindən uzaqlaşırdı, 
rəsmi nitq kimi səslənirdi. Amma bütün bunlarla yanaşı həmin 


______________Milli Kitabxana_______________ 
317 
dövrün tərcümə  ədəbiyyatında Mehdinin adı ilk onluğun 
siyahısında çəkilməyə layiqdir. 
    Mehdi  yaradıcılığında 1976-cı il Opera və Balet Teatrında 
səhnələnmiş “Leyli və  Məcnun” muğam-operası ilə 
əlamətdardır ki, bu haqda mən artıq qədərincə danışmışam. Və 
bu zamanın içində, təbii ki, 1977-ci il daxil olmaq şərtilə
Mehdinin çoxlu-çoxlu yazılmış və pozulmuş, ancaq əksəriyyəti 
çap edilmiş, səhifələri var. 
    Mehdi  öz  dövrünə fikirlərilə, emosiyaları ilə maksimal 
şəkildə proyeksiya olunmuş  şəxsiyyətdir. Elə ona görə Mehdi 
yaradıcılığı okean kimidir:  qurtarmır ki qurtarmır və  əgər 
üzmək sənə  çətindirsə, onda hökmən batacaqsan. “Üzmək” 
demişkən, mən bunu Əsəd Məmmədovun sözlərinə  əsasən 
söyləyirəm, Mehdi üzgüçülüyü də  əla bacarırmış, Göy Gölü 
eninə bir o yana üzüb gedirmiş, bir də bu yana üzüb 
qayıdırmış... Yəni ki, əhsən; hər adi insanın işi deyil. Yəni ki, 
bu da bir risk... Yəni ki... 
     Hamletsayağı yaşamaq nədirsə, elə budur! 
     Yəni ki... 
     Olum, ya ölüm? 
     Dəli yığıncağında olmaqmı olur?  
     Olur, gərçi sənin adını Molla Nəsrəddin çağırırlarsa... 
     1978-ci  il  aprelin  29-da  Milli  Teatrın və Azərbaycan 
mədəniyyətinin tarixində yeni bir sensasiya yaşandı: Mehdi 
Məmmədovun quruluşunda “Dəli yığıncağı” tamaşası teatr 
dünyasına rəsmi pasport aldı. Rejissor Mehdi maarifçi və 
dramaturq Mirzə Cəlilin haradasa unudulmuş “köhnə” pyesini 
Azərbaycan səhnəsi üçün elə bil ki yenidən “kəşf” elədi. Bu 
komediyanı  Cəlil Məmmədquluzadə, mənim hesablamalarıma 
görə, 1922-ci ildə, Təbriz şəhərindən qayıtdıqdan sonra yazıb, 
şahidi olduğu hadisəni yazıb və güclü bədii ümumiləşdirmə 
aparıb, XIX əsr müsəlman  Şərqi üçün xarakterik yaşayış 
tərzinin maarifçi gözündə görünən portretini ustacasına 
yaradıb. Pyes cəmi 30 səhifədir: amma “şəriət - müsəlmanlar - 


______________Milli Kitabxana_______________ 
318 
maarifçilik” üçbucağı özünün ən ekspressiv formasında təzahür 
edir. Bu beş pərdəlik komediyanı A.M.Şərifazadə, K.Ziya kimi 
aktyorlar səy ediblər ki, vaxtında (1922-24) səhnəyə gətirsinlər. 
Düzdür, Mirzə  Cəlil irsinin tədqiqatçısı M.Atayev cəlilşünas 
A.Zamanovun, bir sıra aktyorların, hətta Kazım Ziyanın 
özünün də dediklərini qədərincə incələmədən  əsərin 1924-cü 
ildə  qələmə alındığını söyləyir.
232 
  Hərçənd onun gətirdiyi 
faktların inandırmaq gücü azdır. Çox ola bilərdi ki, hər iki 
aktyor səhnədə Molla Abbası oynamaq arzusunda 
bulunaydılar. Kazım Ziya isə bunu öz benefisi üçün münasib 
hesab eləyəydi. Əgər bu əsər 1924-cü ildə yazılıbsa, tamaşanın 
12-31 mart arasında oynanılmaq  şansı  nə  dərəcədə realdır? 
Burada azacıq məntiq kifayətdir ki, əsərin daha erkən qələmə 
alındığını güman eləyəsən. Hər halda bir məsələ məlumdur ki, 
o zaman Kazım Ziya istədiyinə nail olmayıb, “Dəli yığıncağı” 
tamaşası oynanılmayıb. Nə  səbəbə? Bundan heç kim əməllicə 
danışmır. Mənsə danışacağam. Birinci siyasi motivlərə görə. 
Axı həmin dövrdə və sonralar da yığıncaq (iclas) bolşeviklərin, 
kommunistlərin  ən sevimli məşğuliyyətlərindən biri olaraq 
qalıb. Yığıncağı “dəli” adlandırmaq olardımı onda? Bu ki 
siyasi provakasiyadır!!!  İkinci: Azərbaycanda sovet dönəmi 
başlandıqdan sonra Mirzə  Cəlilin bir maarifçi, bir yazar
“Molla Nəsrəddin” jurnalının bir redaktoru kimi renomesi xeyli 
aşağı düşmüşdü. Desəm ki, bolşeviklər Məmmədquluzadə 
şəxsiyyətindən, Molla Nəsrəddin fenomenindən 
ehtiyatlanırdılar, səhv eləmərəm. Yəqin ki elə bu səbəblərdən 
1924-cü ildə “Dəli yığıncağı”nın, qəzetdə elanların mütəmadi 
çıxmasına baxmayaraq
233
, teatrda göstərilməsi qəfildən 
qadağan edilmişdir. Bundan o yana əsərin səhnə taleyi qaranlıq 
bir tunelə girir. İşıq bu tunelə bir də 1966-cı ildə düşür: Mirzə 
Cəlilin yubileyi münasibətilə bu pyes əsasında bir radiotamaşa 
hazırlanır. 1972-ci ildə professor Mehdi Məmmədovun 
rəhbərliyi altında “Dəli yığıncağı” tamaşası  Tədris teatrında 
oynanılır. Deməli, hələ o vaxt Mehdi bu pyes barəsində aktiv 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə