Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə98/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

______________Milli Kitabxana_______________ 
313 
Məmmədovun “Meşşanlığa - fasiləsiz atəş!”
227
 adlı bir 
məqaləsi çıxmışdı.  İki resenziya arasındakı  fərq cəmi altıca 
gündür.  İnanmıram ki, Ədilə  Əliyeva ilə  Cəlal Məmmədov 
sözü bir yerə qoyub məqalələrini mayda, premyeradan iki ay 
sonra dərc elətdirməyi planlaşdıraydılar. Bu, məntiqsiz və 
mümkünsüz bir şeydir. Qəribədir, niyə resenziyalar bu qədər 
ləngiməliydi? O dövrlərdə qəzetlər hər hansı bir yeni tamaşaya, 
əksərən, operativ reaksiya verirdilər və  bunu səhifədə xüsusi 
şriftlə vurğulayırdılar. Ona görə  mən güman edirəm ki, 
tamaşanın premyera tarixi bəzi kitablarda, ola bilsin, düzgün 
göstərilməyib. Amma önəmlisi bu, deyil. Premyeranın martda 
və ya mayda oynanılması tarix müstəvisində köklü şəkildə nəyi 
dəyişəcək ki? Heç nəyi. Önəmlisi başqa  şeydir. Məsələn, 
önəmlisi budur ki, “Meşşanlar” barəsində şünaslar bir-birindən 
koordinal surətdə fərqlənən iki rəy söyləyiblər. Ə.Əliyeva yazır 
ki, bu tamaşa “meşşanlığa ittihamnamə” kimi oxunur və 
yüksək bədii səviyyəyə malikdir. C.Məmmədov isə 
“Meşşanlar”ı teatrın “yeni bir müvəffəqiyyət”i kimi xarakterizə 
edir. Lakin İ.Rəhimli bu tamaşanı Milli Teatrın tarixi 
kontekstində  və tamam başqa cür dəyərləndirir: “Mehdi 
Məmmədovun yaradıcılığında durğunluq  əlaməti kimi 
meydana çıxan “Meşşanlar” tamaşası teatrın tərəddüdlü 
fəaliyyət mərhələsinin  ən acı  nəticələrindən oldu”.
228
 Vallah, 
şaşırdım. Necə  yəni “acı  nəticə”? Axı hamı, yəni bütün teatr 
ictimaiyyəti, içi resenzentlər qarışıq, Həsən Turabovun Nil, 
Səməndər Rzayevin Bessemenov, İsmayıl Osmanlının 
Perçixin, Mehdi Məmmədovun və 
Məmmədrza 
Şeyxzamanovun Teterev, Sofiya Bəsirzadənin Akulina 
İvanovna obrazlarını, Elçin Məmmədovun tərtibatını, o ki var,   
tərifləyirdilər, ürəkdən tərifləyirdilər, yüksək notlarda 
tərifləyirdilər. Onda İ.Rəhimlinin qənaəti nədən bu dərəcədə 
pessimist idi? Sualı cavablamaqdan ötrü mən başqa bir 
müəllifin tamam başqa bir məqaləsinə müraciət edəcəyəm. 
Moskvalı teatrşünas Nina Velexova 1981-ci ildə Azərbaycan 


______________Milli Kitabxana_______________ 
314 
teatrlarının rejissurası ilə ilişikli analitik bir yazı dərc elətdirir. 
Burada mənim diqqətimi bir qeyd, bir ümumiləşdirmə özünə 
çəkdi: “Tamaşalar müxtəlif olsalar da, hamısında eyni mühit 
hökm sürür. Təsirsiz mühit. Tamaşalar hazırlanır, hər şey rəvan 
gedir, rollar əzbərlənir, musiqi vaxtında çalınır, amma səhnədə 
canlı  həyat yoxdur”.
229
  Bəlkə elə bu mənada  İ.Rəhimli “acı 
nəticə” ifadəsindən yararlanır?  İstisna olunmur. Hərçənd 
monoqrafiyada “Meşşanlar” tamaşası ilə  əlaqədar mənim 
öyrəndiklərim mənə bir qədər başqa informasiyalar verir. 
Məsələ belədir: Mehdi Məmmədov öz oğlu Elçinlə  bərabər 
çalışmışdılar ki, səhnədə  məhz XIX əsr rus meşşanlığının, 
Bessemenov ailəsinə xas meşşanlığın mühitini yaratsınlar. Və 
Sizə deyim ki, buna nail olmuşdular. Tərtibatçı rəssam səhnədə 
müxtəlif dekorlar vasitəsilə Bessemenovun evinin elə real, 
inandırıcı görüntüsünü vermişdi ki, ruslar da həsəd aparardılar. 
Tavanı sanki hörümçək toru basmışdı. Səhnənin ortasına 
təqribən 3 m uzunluğunda düzbucaqlı stol qoyulmuşdu, 
üstündə bürünc samovar və iri, ağ  dəm çayniki. Həməncə 
bilinirdi ki, bu evdə çörək yeyib çay içənlərin sayı çoxdur. 
Bessemenov Akulina İvanovna ilə adətən samovarın böyründə 
üzü seyrçilərə  əyləşirdilər. Masa arxasında Teterev həmişə 
profildən görünürdü. Pyotr (Hamlet Qurbanov) isə hamıdan 
kənarda, ön plana yaxın bir yerdə kürəyini tamaşaçılara çevirib 
stulda otururdu. Səhnə  dərinliyində Bessemenov evinin qapısı 
ağzında və otaqları arasında işləyən pilləkənlər mövqelənirdi. 
Onların yanında isə qədimi iri bir şkaf bufetlə “baxışıb” hərdən 
ağır-ağır “köks ötürürdü”. Məqamı  gəlmişkən bir sitat: 
“Meşşanlar mühitinin mənzil  şəraiti,  əşyaları elə real, təbii 
əlamətlərilə verilmişdir ki, bunlar sanki aktyor Səməndər 
Rzayevin ustalıqla yaratdığı Bessemenov obrazını tamamlayır, 
onun xarakterinin əlavə cizgiləri kimi canlanır. Budur, meşşan 
ailənin atası Bessemenov - S.Rzayev mebellə sıx doldurulmuş 
böyük otaqda təkəbbürlə  gəzinir, nəhəng bufetə  də, iri 
samovara da, ətrafındakılara yuxarıdan, lovğa-lovğa baxır. Hər 


______________Milli Kitabxana_______________ 
315 
baxışı ilə də ara-sıra ucadan dediklərini, sözsüz təkrar edir: “Bu 
evi mən qurmuşam, sizə çörək vermişəm, siz mənə 
borclusunuz...”
230
 Deməli, rejissorun və  rəssamın qurduğu 
tamaşanın atmosferi üçün “təsirsiz mühit” təyini işləmir. Mən 
bunu ona görə söyləyirəm ki, C.Məmmədovun səhnədə 
gördüklərinə reaksiyası son dərəcə canlıdır, emosionaldır.  
     Bu  tamaşanı hazırlamaqla Mehdi təkrarən bir də topluma 
mesaj göndərirdi ki, meşşan mühitində yaşamaq fərdiyyətini 
itirmək deməkdir, canlı meyit olmaq deməkdir, ölümə məhkum 
olmaq deməkdir... Teterev da belədir, Tatyana (Z.Ağakişiyeva) 
da belədir, Yelena (Ş.Məmmədova) da belədir, Pyotr da 
belədir... Onlar nə üsyan eləyə bilirlər, nə də meşşanlıqla barışa 
bilirlər, sadəcə, qanun və adətlər bataqlığında çürüyüb gedirlər. 
Mən bu haqda yaza-yaza həmin tamaşanı sanki sevməyə 
başlayıram, onun bədii dəyərini dəqiq müəyyənləşdirməyə 
çalışıram və görürəm ki, tamaşa zövqümcədir. Və elə güman 
eləyirəm ki, bu tamaşaya qarşı cənab şünaslar qədərincə həssas 
olmayıblar, Qorki mətnindən darıxıblar, mahiyyətə varmağı 
bacarmayıblar. 
     “Meşşanlar” tamaşasının rejissoru Mehdi Teterev obrazını 
aktyor Mehdiyə yaraşdırmışdı. Yox, yaraşdırmamışdı, onu 
özünə ruhən yaxın bilmişdi, ədəbi personajda öz şəxsiyyətinin 
mümkün variantlarından birini tanımışdı.  İndi  Ədilə 
Əliyevanın Teterov barədə yazdıqlarına göz gəzdirək və 
şəhadət verək ki, onlar necə də bir-birilərinə oxşayıblar: “Kilsə 
xorunda oxuyan Teterev isə mübariz adam deyil.  Təbiətən 
qaraqabaq Teterev rəhm etməyi bacarmır, özü dediyi kimi, 
sakitcə  şənlənməyi, ucadan “darıxmağı” xoşlayır. Nifrətinin 
həddi-hüdudu yoxdur. Mehdi Məmmədov bir aktyor kimi də 
bizi sevindirir. Onun Teterevinin özünəməxsus mövqeyi var. 
O, nə  ağa, nə  də nökər olmaq istəyir. Teterev özünü biganə 
adam kimi qələmə versə də, əslində başı bəlalar çəkmiş, ağıllı, 
qabiliyyətli adamdır. Çətin yollarda ümidi puç olmuş Teterevə 
Bessemenovların evindəki həyat “maraqlı” göründüyündən o, 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə